Imam Mehemmed - Wikipedia
İmam Məhəmməd ibn Həsən əş-Şeybani (ərəbcə: محمد بن الحسن الشيباني) - Hənəfi məzhəbinin üç böyük imamından biri.[1]
İmam Məhəmməd | |
---|---|
Məhəmməd ibn Həsən əş-Şeybani | |
Doğum tarixi | |
Doğum yeri | Vasit, İraq |
Vəfat tarixi | |
Vəfat yeri | Rey, İran |
Vətəndaşlığı | Abbasilər xilafəti |
Fəaliyyəti | fəqih, qazı |
Əsərləriylə Hənəfiliyin sistemləşməsində və yayılmasında təsiri olmuşdur. Əbu Yusiflə birlikdə, Hənəfi məzhəbinin iki imamı mənasında “İmameyn" deyə adı çəkilir. Hənəfi məzhəbi üsulunda, İmam Məhəmməd ilə Əbu Yusifin görüşü bir mövzuda birləşdiyində, İmam Əbu Hənifənin görüşü seçilər və o mövzuda Hənəfi məzhəbinin görüşünü təmsil edər. Adı Məhəmməd, ləqəbi Əbu Abdullahdır.
Həyatı və təhsili
redaktəİmam Məhəmməd 749-cu ildə Vasitdə doğulmuşdur. Təhsilini Kufədə alır,[2][3] atasından otuz min qızıl miras qalması, təhsil almasını asanlaşdırmış və bütün sərvətini bu uğurda istifadə etmişdir. Kiçik yaşda Əbu Hənifənin dərslərini təqibə başlayır. 767-ci ildə Əbu Hənifənin ölümündən sonra, fiqh təhsilini Əbu Yusifdan tamamlayır.[4] İmam Məhəmməd, Əbu Hənifənin öldüyü tarixdə on səkkiz yaşında idi. Məhəmməd ibn Həsən, müxtəlif yerlərə səyahətlər etmiş, Şamda Əvzainin, Məkkədə Süfyan ibn Uyeynənin, Xorasanda Abdullah ibn əl-Mübarəkin yanına gedərək bunlardan təhsil almışdır. Bəsrədə də bir çox elm əhlindən dərs almışdır. Bu səyahətlərinin ən əhəmiyyətlisi, Mədinəyə olanıdır. İmam Məhəmməd burada üç il İmam Malik ibn Ənəsin dərslərina davam etmiş və dəfələrlə Muvattanı ondan dinləmişdir.
Tələbələri
redaktəMədinədəki bu təhsiliylə İmam Məhəmməd, Rəy əhlinin üsuluyla, hədis əhlinin üsulunu birləşdirir. İraqa qayıtdığında şöhrəti hər tərəfə yayılrır, bir çox tələbə ondan dərs alır. Bu tələbələrin ən əhəmiyyətlilərindən biri Əsəd ibn Furatdır. Daha əvvəl İmam Malik ibn Ənəsdən dərs alan Əsəd, İmam Məhəmmədin yanına gələrək, tələbəlik edir. Daha sonra Afrikaya dönüb İmam Məhəmmədin təsiriylə Afrika və Mərakeşdə Əbu Hənifənin fiqhi ictihadlarını və görüşlərini xalqa nəql etir. Bir digər əhəmiyyətli tələbəsi isə İmam Şafiidir. İmam Şafii, İmam Muhamməddən elm təhsil alır və onun əsərlərini istinsax (nüsxələrini çoxaldır) edir. Digər əhəmiyyətli tələbələri isə, Əbu Hafs əl-Kəbir, Süleyman əl-Curcani, Əbu Ubeyd Qasım ibn Səllam, Yəhya ibn Əksəm, İsmayil ibn Tövbə kimi alimlərdir.
Həbsi
redaktəHarun ər-Rəşid, qazılıq vəzifəsini qəbul etməyən İmam Məhəmmədi iki ay həbs edir. Daha sonra İmam Məhəmməd bu qərarından əl çəkincə, müvəqqəti, bir müddət üçün paytaxt edilən Raqqaya qazı təyin edilir.
Yəhya b. Abdullahın üsyanı
redaktə792-ci ildə Zeydi imam Yəhya ibn Abdullahın üsyanı məsələsində, Harun ər-Rəşid, İmam Məhəmmədlə istişarə edir.[5] Bu istişarənin nəticəsi olaraq İmam Məhəmməd xəlifənin etibarını itirir və Əli oğulları tərəfdarı olmaq şübhəsi altında qalır.[6] Əsərləri təftiş edilərək, üsyan mahiyyətli cümlələrin olub olmadığına baxılır və bu vaxt da qazılıq vəzifəsindən də azad edilir. İmam Məhəmməd, qazılıq vəzifəsindən azad edildikdən sonra, 805-ci ilə qədər Bağdadda qalır. Bu vaxt xəlifəylə araları yaxşılaşır və yenidən vəzifəyə gətirilərək, Xorasanda qazılıq vəzifəsinə təyin edilir.
Vəfatı
redaktəİmam Məhəmmdə 805-ci ildə Reydə vəfat edir. Həmin gün İmam Kisai də vəfat edir. Harun ər-Rəşid:
- deyərək itkinin böyüklüyünü dilə gətirir.[6]
Əsərləri
redaktəİmam Məhəmmədin dili qüvvətli və qələmi axıcı idi. Asan yazardı. Hənəfi fiqh məsələlərini yığıb sonraki nəsillərə köçürən o olmuşdur. Qiymətli əsərlər yazmış, hamısı da zamanımıza qədər yetişmişdir. Əsərləri ümumiyyətlə iki qismə ayrılır:[7] A) Zahirur-Rəvayə: Bunlar altıdır:
1 - əl-Məbsut, buna “əl-Əsl" də deyilir.
2 - əz-Ziyadat.
3 - əl-Camius-Sağir.
4 - əl-Camiul-Kəbir.
5 -əs-Siyǝrus-Sağir.
6 - əs-Siyərul-Kəbir.
Bunların hamısı fiqh (islam hüququ) ilə əlaqədardır. Bu kitabları İmam Məhəmməd təvatür yoluyla Əbu Hənifə və ya Əbu Yusifdən rəvayət etdiyi üçün "açıq rəvayətli, rəvayətində şüphə olmayan" mənasında "Zahirur-Rəvayə" deyilmisdir. Özünün görüşləri də bu kitablardadır. Bu altı kitab içindəki mövzular Hənəfi fiqhinin təməlini təşkil etdiyi üçün bunlara “əl-Üsul" adı da verilmisdir. Zahirur-Rəvayə kitabları, Hakim əş-Şəhid əbul-Fadl Məhəmməd əl-Mərvəzi (ö. 945) tərəfindən qısaldılaraq bir yerə yığılmış və əsər “əl-Kafi" adını almışdır. Bu kitab, öz dövründə Hənəfi məzhəbinin görüşlərini, füru məsələlərini öyrənmək istəyənə kafi qəbul edilmişdir. Bu müəllifin "əl-Müntəka" adında bir əsəri daha vardır ki, nəvadir məsələlərini də içinə alır. “əl-Kafi", daha sonra, Əbu Bəkr Məhəmməd Şəmsül-Əimmə əs-Səraxsi (ö. 1097) tərəfindən şərh edilmiş və “əl-Məbsut" isimli bu əsər otuz cild halında nəşr edilmişdir. Əs-Səraxsi, bu əsərinin bir hissəsini zindanda ikən tələbələrinə yazdırmışdır. Hənəfi məzhəbində əl-Məbsut adını daşıyan başqa əsərlərdə də vardır. Digər Məbsutlar sahiblərinin adları ilə xatırlanır. Bunlar İmam Muhammədin əl-Məbsut adlı əsərinin şərhidir. Digər məzhəblərdə də Məbsut adlı əsərlərə rast gəlinir. Əs-Səraxsinin əl-Məbsutu Hənəfi fiqhinin ən mötəbər kitablarından biridir. Məsələlərin söykəndiyi dəlillər zikr edilir.
B) Nadirur-Rəvayə Kitabları:
1 - Keysaniyyat kitabı. İmam Məhəmməddən Şuayb ibn Süleyman əl-Keysani rəvayət etdiyi üçün bu ad verilmişdir.
2 - Haruniyyat. Harun ər-Rəşidə təqdim edildiyi üçün bu ad verilmişdir.
3 - Cürcaniyyat. Cürcanda yazıldığı və ya Əli ibn Saleh əl-Cürcani rəvayət etdiyi üçün bu ad verilmisdir.
4- Raqqiyat. İmam Məhəmməd Raqqa qazısı ikən ona gələn məsələləri içinə almaqdadır.
5 - Ziyadətüz-Ziyadat, əz-Ziyadatı tamamlayıcı mahiyyətdədir.
Bu kitablara Nəvadirur-Rəvayə və ya Qeyri-Zahirur-Rəvayə deyirlər, çünki bu kitabların rəvayəti təvatür dərəcəsində deyildir. Bunlardan başqa:
1 - Ər-rəddi alə Əhlil-Mədinə. Əbu Hənifənin rəyləriylə mədinəlilərin rəylərinin ziddiyyətlərini izah edər.
2 - Kitabul-Asar: Bu əsərində, Əbu Hənifədən rəvayət etmiş olduğu mərfu və mürsəl hədisləri toplamışdır.[8]
İstinadlar
redaktə- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 191. ISBN 978-9952-489-89-7.
- ↑ Xətib. Tarixu Bağdad, cild XIII. 334.
- ↑ Xətib. Tarixu Bağdad, cild II. 172–176, 181.
- ↑ Səraxsi. əl-Üsul, cild I. 378–379.
- ↑ Təbəri. Tarix. Beyrut. 1988. 631, 674.
- ↑ 1 2 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 192. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 193. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 194. ISBN 978-9952-489-89-7.