Imam Safii - Wikipedia
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər xilafəti[1] – 20 yanvar 820) — Şafii məzhəbinin banisi.
İmam Şafii | |
---|---|
ərəb. مُحَمَّدُ بْنُ إِدْرِيسَ الشَّافِعِيُّ المُطَّلِبيّ القُرشيّ | |
Doğum tarixi | 28 avqust 767 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 820 (52 yaşında) |
Elm sahələri | fiqh |
Tanınmış yetirmələri | Əhməd ibn Hənbəl, İshaq ibn Rahaveyh |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir.
İmam əş-Şafinin nəsəbi
redaktəO, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah — səllallahu aleyhi və alihi səlləmin — nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
Atası İdris bin Abbas: insanları tərcümeyi-halları haqqında yazılmış kitablar imamın atası haqqında geniş məlumat vermir. Bilinən yalnız budur ki, Mədinədə yaşamışdır. Orada onu sevməyən insanlar çıxdıqdan sonra Fələstindəki Asqalən (indi İsrailin əsarətindəki Aşkelon) şəhərinə köçür. Orada yaşamağa başlayır. İmamımızın doğuluşundan bir müddət sonra vəfat edir.
Babası əl-Abbas bin Osman: babası haqqında da həmin kitablar bir məlumat vermir.
Babasının atası Osman ibn əş-Şafi: bu şəxsiyyət ilk abbasi xəlifəsi Əbul-Abbas əs-Səffəh’in zamanında yaşayıb. Əbul-Abbas əs-Səffəh Allahın "Bilin ki qənimət edindiklərinizdən Allaha və rəsuluna xumusu (beşdə biri) var." [Ənfal 41] ayəsindəki xumus payından əl-Muttalib oğullarını çıxarmaq istədikdə xəlifənin önündə əzmkarlıqla dirənir. Bununla da xəlifəni bu işdən çəkindirir. Bu hadisəni əl-Hafiz İbn Həcər əl-Asqaləni , əl-Xatib əl-Bəğdədi, Əbul-Həsən əl-Abiri əs-Sicistəni və başqaları nəql ediblər. Bu hadisəni yalanlayan səhih nəql isə yoxdur. Doğrusunu Allah bilir. Bu əməli də onun əl-Muttalibi olduğuna ən böyük işarələrdəndir.
Babasının babası əş-Şafi ibn Səib: o, Allah rəsulunun – salləllahu aleyhi va alihi və səlləm — səhabələrindəndir. Deyə bilərik ki, babalarından sıra baxımından birinci səhabə olduğu üçün məhz ona nisbət edilir. Bəzi təəssübkeş, elmsiz hənəfilər və malikilər əş-Şafi bin Səibin guya Əbu Ləhəbin köləsi olduğunu deyərək onun qureyşli olmadığını iddia ediblər. Bununla da İmam əş-Şafinin qureyşli olmaması yönündə ortaya şübhələr atıblar. Əş-Şafii bin Səibin qardaşı Abdullah bin Səib də bir səhabə idi və Məkkənin o zamankı valisi idi. Bu da həmin cahillərin iddiasını çürütməyə yardım edən sübutlardan biridir. Çünki o zaman Məkkə kimi şəhərdə valilik edənlər əsl nəsəbli biriləri olurdu. əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi bu təəssübkeşlərin sözlərini əsassız sayaraq deyir: "İmam əş-Şafinin nəsəbinin Qureyşdən olması və əl-Müttəlibi olması, xəlifələr, alimlər və şairlər arasında bəsirətli adamlar üçün gündüzün işığı qədər aydın və məşhurdur. Həmçinin İmam əl-Nəvəvi deyir: "O, nəql əhlinin icması ilə Qureyşli, əl-Müttəlibi’dir, anası isə Əzd qəbiləsindəndir." Onun atası Səib bin Ubeyd: o da səhabədir, Bədrdən sonra İslamı qəbul edib. Onun da atası Ubeyd bin Abdi Yezid də səhabədir. Onun atası Abdi Yezid bin Haşim isə Allah rəsulunu – salləllahu aleyhi və Alihi və səlləm — yaşlı ikən görüb və iman gətirib. O da səhabə sayılır. Beləliklə İmam əş-Şafinin nəsəbində dörd səhabə vardır. Onun atası Haşim bin əl-Muttalib: o, Allah rəsulunun — səllallahu aleyhi və alihi və səlləm — babası Abdul-Muttalibin əmisi oğludur. əl-Muttalib bin Abdi Manaf: o, Abdul-Muttalibin əmisidir. Abdul-Muttalibin atası Haşim öldükdən sonra Abdul-Muttalibi o böyüdür. Beləliklə İmamımızın nəsəbi üç yöndən şərəflidir.
- 1. Qureyşli olması
- 2. əl-Muttalibi olması
- 3. Ən əsasi Allah rəsulunun – səllallahu aleyhi və Ali və səlləm — soyu ilə qohum olması
İmam əş-Şafinin anası
redaktəİmamın anasının adı haqqında səhih bir şey gəlməyib. Sadəcə onun Əzd qəbiləsindən olduğu sabitdir . Əzd Yəmənin şimalı ilə Oman arasında yerləşən ərəb qəbilələrindəndir. əl-Hafiz İbn Abdil Bərr və əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi öz sənədləri ilə İmam əş-Şafinin qızının oğlu Muhəmməddən belə rəvayət etmişlər: "Babam Muhəmməd bin İdris əş-Şafi əllidən bir neçə il çox (54) yaşında Misirdə vəfat etdi. Anası əzdli idi. Evi Məkkədə idi. Anasının Fatimə bint Abdillah bin Həsən bin əl-Huseyn bin Əli bin Əbi Talib olması rəvayətinə gəlincə bu rəvayət güclü deyildir. Əllamə Fəxruddin ər-Razi bu rəvayətin "şaz" olduğunu demişdir. Aydın olur ki, İmam əş-Şafinin həyatına nəzər salan biri mütləq bu üç şeyi müşahidə edəcəkdir: yetim olub, anasının elmə həvəsi olmasına baxmayaraq ailəsindən elm əhli yox idi, bu isə İmam əş-Şafinin elmi atalarından birindən miras almadığını göstərir və fəqir böyümüşdür. Lakin İmamın elminin bu səviyyəyə çatmasında anasının böyük rolu var idi, belə ki, fəqir olmasına baxmayaraq oğlunu işləməyə deyil, elm təhsilinə yönəltdi. İmam əş-Şafi özü bu haqda deyir: "Anamın qucağında yetim idim. Məni katiblərin (elm adamlarının) yanına göndərirdi. Fəqirlikdən onlara verəcək bir pulu da yox idi". İmam əş-Şafi öz fəqirliyini anladaraq deyir: "Quranı hifz etdikdən sonra Haram məscidinə getdim. Alimlərin məclisində otururdum. Hədisləri və (fiqhi) məsələləri dinləyərək əzbərləyirdim. Anamın kağız almam üçün mənə verəcəyi pulu olmadığından sümük üzərinə yazırdım. Oradan oxuyub əzbərliyirdim". Göründüyü kimi anasının oğluna elmi yöndən yardımı böyük olub.
Tələbələrindən bəziləri
redaktəFəaliyyəti
redaktəO, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar. Lakin əş-Şafii ancaq istinadları təqdim etməklə kifayətlənməmiş, hüquqi mühakimələr irəli sürülərkən riayət ediləsi vacib metodoloji prinsipləri də göstərmişdir.
Əsərləri
redaktəŞafiinin əsərlərinə gəlincə isə, Şafiinin fiqh təcrübəsi böyük nisbətdə şəxsən qələmə aldığı, qismən də tələbələrinə imla etdiyi əsərlər yolu ilə gəlmişdir. Bu sahədə ciddi bir dəyişiklik olmadan rəvayət edilmişdir. Şafiinin qövli qədim dövrəsinə aid təməl əsəri əl-Ḥuccə olub ən güclü ravisi Zəfəranidir. Kərabis və Əhməd ibn Yəhyanın bu əsərə aid rəvayətləri uzun ömürlü olmamışdır.
öz əsərləri
redaktə- əl-Umm . Bu əsər Şafii cədid dövrü fiqh düşüncəsini ən ətraflı şəkildə əks etdirir və təriqətin əsas mənbəyini təşkil edir. Süleyman və Zəfərani kiçik fərqlərlə bu əsəri ayrı-ayrılıqda rəvayət etmişdir .
- ər-Risalə . Fiqh fəlsəfəsi haqqında Şafiinin fikirlərini ehtiva edən bu kitab, Fiqh üsulu sahəsində günümüzə çatan ilk kitab olması baxımından önəm daşıyan bu əsər müxtəlif dillərə tərcümə edilmiş və incələmə mövzusu olmuşdur.
- əl-İmla (əl-Əmali). Şafinnin şəxsən özü yazmayıb tələbələrinə diktə etdiyi kitablara əl-imla və ya əl-Əmali deyilir.
- Ər-Rəd. Şafii burada seçdiyi nümunələrlə İraq fəqihlərinin qiyas anlayışındakı nöqsanları göstərməklə bu fəqihlərin ən güclü bilinikləri nöqtədə müzakirə edilməkdədir.
Ona nisbət edilən əsərlər
redaktə- Əhkamul Quran
- Müsnəd əş-Şafii
- ər-Rəd əla İbn Uləyyə. Bu əsərin günümüzə qədər gəlib çatıb-çatmaması dəqiq deyil.
- əl-Fiqhul-Əkbər
- Divanüş-Şafii
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Aybakan Bilal, "Şafii", TDV İslam Ansiklopedisi, C.38. İstanbul-2010 s.223–233.
- Okuyucu Nail, Şafii mezhebinin teşekkül süreci, İstanbul-2015 s.564
Xarici keçidlər
redaktə- ↑ 1 2 Али-заде А. Шафии Мухаммад ибн Идрис (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.