Fexreddin Razi - Wikipedia
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır.
Fəxrəddin ər-Razi | |
---|---|
Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ər-Razi | |
Digər adları | Fəxrəddin, ibn əl-Hatib |
Doğum tarixi | |
Doğum yeri | Rey, İran, Abbasilər xilafəti |
Vəfat tarixi | |
Vəfat yeri | Herat, Əfqanıstan, Quri Sultanlığı |
Atası | Ömər əl-Hüseyn ər-Razi |
Dini | İslam, Şafiilik |
Fəaliyyəti | filosof, riyaziyyatçı, üləma, astronom |
Həyatı
redaktəTam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Ər-Razi Orta Şərq şəhərlərini gəzib dolaşmışdır. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. O, Heratda mədrəsə qurmuş və həyatının son illərini elə bu mədrəsədə keçirmişdir.
Əsərləri
redaktə- Məfatih əl-qayb
- Əsas ət-təqdis fi ilm əl-kəlam
- Cəmi əl-ölüm
- Ər-Risalə əl-kəmaliyə fi-l-həqaik əl ilahiyə
- Cahardaq risalə
- Əl-Məbahis əş-şərqiyə
- Lübub əl-işarət
- Əl-Ərbain fi üsul əd-din
- Etiqadat firəq əl-müslimin va-əl-müşrikin
- Mühəssəl əfkar əl-mütəqəddimin da-l-Mütəahhirin
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Наймов Н. Фахриддин Рази. // Из философского наследия народов Ближнего и Среднего Востока. — Ташкент, 1972, — С. 199—233.
- Кулматов Я. Фахриддин Рази. — Душашбе, 1980.