Elm - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir.
Ümumi məlumat
redaktəHər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır.
Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir:
- elmi əməyin bölünməsi və birliklərinin yaranması;
- elmi müəssisələr, sınaq və laborator avadanlıqları;
- elmi-tədqiqat işlərinin metodları;
- dərketmə və kateqoriya aparatı;
- elmi informasiya sistemi;
- əvvəldən toplanmış bütün biliklər məcmusu.
Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər.
Elm tarixi
redaktəElm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).[1]
Elm, bilik, təcrübə və nəzəriyyənin fəlsəfəsi
redaktə- Elm — ağlın, düşüncənin və idrakın əks-sədasıdır.
- Elm — reallığın və gerçəkliyin ağlı, zəkası və idrakı vasitəsilə məntiqi qavranılmasıdır.
- Elm üçün rahat və üzdə olan heç nə yoxdur, bu yolda fədai və fədakar olmadan, yüksək məntiqə, elmi əsaslara, nəzəri hazırlıqlara, intuisiyaya malik olmadan konkret və müəyyən uğurlara nail olmaq müşkül məsələdir.
- Elmin ilkin əsası təcrübədir, yalnız elmi təcrübələrə əsaslanaraq elmə daha yüksək nailiyyətlər bəxş etmək və onu daha mükəmməl nəzəıriyyələrlə zənginləşdirmək olar.
- Elm və bilik -reallıqlardan əxz olunan, qavranılan mahiyyətdir.
- Elm — biliklərin təcrübəyə əsaslanan, biliklərin özlərini əsaslandıran və sintezləşdirən, ona nəzəri forma verən tədqiqatların nəticəsidir.
- Elm və həyatın özü kimi əbədi təkamül və inqilabi proseslərin çıxış nöqtəsi, sonu olmayan epiloqudur.
- Həyat — elmin qaynağı və əbədi nəğməsidir.
- Elm — idraki proseslərin törəməsidir.
- Elm — məntiqin uvertürasıdır.
- Məntiq — elmi analitikadır, idrakın qlobal fəaliyyətinin arxuitekturasıdır.
- Elm — yenini yaratmağın və yeni yaradılanın mahiyyəti deməkdir.
- Elm — görünənin mahiyyətinin, görünməyənin sirrinin açılmasıdır.
- Elm görünməyəni, lakin fərz ediləni axtarmaqdır.
- Təfəkkürün intensiv fəaliyyət qabiliyyəti elmi nəticə əldə etmək üçün başlıca şərtdir.
- Elmlə qazanılan zənginliyin səviyyəsi və mənəvi ucalığı adi tikilmiş binalardan memarlıq üslubu ilə tikilən binaların fərqi qədər cəzbedici və dəyərlidir.
- Elm və bilik — haqqı heç zaman tam ödənilə bilməyən əbədi kapitaldır.
- Elm və bilik bütün sirrli dünyaların açarıdır.
- Təcrübə elmin məhək daşıdır.
- Elm məntiqi sevir, məntiq isə elmin özülüdür.
- Elm idrakın və təfəkkürün məntiqi yekunudur.
- Elmsiz və sübutsuz hər şey cəfəngiyyatdır, metafizikadır.
Alimlər
redaktəAlimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Beynəlxalq elmi mükafatlar
redaktəElmi nailiyyətlərə görə alimlərə aşağıdakı nüfuzlu beynəlxalq mükafatlar verilir:
- Nobel mükafatı — dünyada ən nüfuzlu elmi mükafat. İldə bir dəfə dörd elm sahəsi üzrə verilir.
- Fildsov mükafatı — riyaziyyat sahəsində böyük nailiyyələrə görə, İspaniya kralı tərəfindən təqdim edilir.
- Rolf Nevanlinni mükafatı — informatikanın riyazı aspektlərində böyük uğurlara görə.
- Karl Fridrix Qauss mükafatı — digər elmlərdə kəşflər vasitəsilə riyaziyyata böyük töhfələrə görə.
- Kraufurd mükafatı — mükafat astronomiya, riyaziyyat, bioloji elmlər və Yer haqqında elmlər üzrə verilir.
- Abel mükafatı — riyaziyyatın inkişafına töhfəyə görə.
- Şao İfu mükafatı — astronomiya, riyaziyyat, tibb və həyat haqqında elmlərə verilən böyük töhfələrə görə.
- Türinq mükafatı — hesablama texnikası assosiasiyası tərəfindən informatika sahəsində verilən mükafat.
- Mixail Lomonosov adına böyük qızıl medal — Rusiya Elmlər Akademiyasının ali mükafatı.
- Dmitri Mendeleyev adına böyük qızıl medal — Rusiya Elmlər Akademiyasının kimya elmi sahəsində böyuk nailiyyətlərə görə mükafatı.
Həmçinin bax
redaktəMənbə
redaktə- AMEA Elm və həyat, № 4, səh.23–25, 2016.
İstinadlar
redaktə- ↑ ""Наука"". 2009-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.