Bilik - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır.
- Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir. Adlar sisteminin olması sistemə onun yaddaşında olan biliklərin mənbəyini göstərir, daha doğrusu, nə yerləşdirildiyini "bilməyə" imkan verir və yaddaşda olan sorğulara cavab vermək bacarığını təmin edir.
- Strukturlaşma. İnformasiya vahidləri lazım olduqda bölünərək daha kiçik vahidlər və ya birləşərək daha böyük vahidlər ola bilərlər. Bu əməliyyatlar üçün elementlərin sinfə mənsubiyyət münasibətini və "jins-növ" (rodo-vidovie) münasibətini bilmək lazımdır. Hər bir bilik vahidi başqasının strukturuna daxil ola bilər və hər bir bilik vahidi elementlərə ayrıla bilər. Başqa sözlə, ayrı-ayrı bilik elementləri arasında "bütöv-hissə", "jins-növ", "element-sinif" kimi münasibətlərin sərbəst təyin olunması mümkün olmalıdır.
- Bağlılıq. Gerçəkliyin semantik və proqmatik əlaqələrini əks etdirən bilik vahidləri arasında ən müxtəlif cür əlaqələrin təmin olunması imkanı mümkün olmalıdır. Məsələn, iki və ya daha çox bilik vahidi arasında eyni zamanda "səbəb-nətijə", "dost olmaq", "sevmək", "oxşar olmaq" əlaqələrini göstərmək olar. Daha sonra bağlılığı struktur funksional, anlayış, hal, səbəb kimi ayırmaq olar. Yəni bu əlaqələr çox müxtəlif ola bilərlər.
- Aktivlik. EHM ortaya çıxandan və yaddaş sistemində istifadə olunan biliklərin verilənlər və komandalara bölünməsi nətijəsində belə bir vəziyyət alınmışdır ki, verilənlər passivdir, komandalar isə aktivdirlər. Yəni EHM-də gedən proseslər komandalar vasitəsilə həyata keçirilir, verilənlər isə bu komandalar tərəfindən lazım olduqja istifadə olunurlar. EHM-ə xas olan verilənlərin passivliyi jəhətinin insanda analoqu yoxdur. Odur ki, intellektual sistemlərdə belə bir vəziyyət qəbul edilməzdir. İnsana bənzər bilik sistemində bir hərəkətin ijrası sistemin malik olduğu biliklər əsasında həyata keçirilir. Deməli, Sİ sistemi proqramın hər bir gedişini biliklər bazası tərəfindən aktivləşdirir. Beləliklə, biliklər bazasının aktivliyi Sİ-də məqsədə çatmağı təmin edir və bu məqsədi həyata keçirmək imkanı yaradır.
Getdikcə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.
Biliklər üç əsas sistemə ayrılırlar:
- İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər.
- Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər.
- Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən proqmatik biliklər.
Biliyin klassifikasiyası
redaktəBiliklər aşağıdakı kimi də klassifikasiya oluna bilərlər:
- Səthi biliklər – predmet sahəsində ayrı-ayrı hadisələr və faktlar arasında görünən qarşılıqlı əlaqələr haqqında biliklərdir.
- Dərin biliklər – predmet sahəsində baş verən proseslərin strukturunu və təbiətini əks etdirən abstraksiyalar, anologiyalar, sxemlərdir. Bu biliklər gerçəklikləri izah edir və obyektin vəziyyətinin (davranışının) proqnozlaşdırılması üçün istifadə oluna bilər.
Biliklər üç böyük qrupa bölünür.
- Faktlar (faktiki biliklər), fakt dedikdə "A A-dır" tipli bilik başa düşülür, o, verilənlər bazası və şəbəkə modellərinə xasdır;
- Qaydalar (qərar qəbul olunması üçün biliklər), "Əgər-Onda" tipli bilik başa düşülür;
- Metabiliklər (bilik haqqında bilik), metabilik biliyin istifadə olunmasında və biliyin xüsusiyyətlərinə aid biliklərin və biliklər bazasının idarə olunmasında, məntiqi çıxarışda və i.a. istifadə olunur.
Biliyin Növləri
redaktəBiliyi müxtəlif növlərə ayırmaq mümkündür. Əsasən dörd əsas biliyin növü mövcuddur: nəzəri bilik, praktiki bilik, intuitiv bilik və empirik bilik.
- Nəzəri Bilik (Theoretical Knowledge): Nəzəri bilik, anlayışlar, konseptlər və qanunlar haqqında olan məlumatları əhatə edir. Bu bilik növü adətən elmi araşdırmalar və akademik təhsil vasitəsilə əldə edilir. Nəzəri bilik, dünyanın necə işlədiyini anlamaq və izah etmək üçün vacibdir. Məsələn, fizika qanunları, kimyəvi reaksiyalar və matematik teoremlər nəzəri bilik nümunələridir.
- Praktiki Bilik (Practical Knowledge): Praktiki bilik, bacarıqlar və texnikalar vasitəsilə əldə edilən bilikdir. Bu bilik növü, nəzəri bilikdən fərqli olaraq, konkret fəaliyyətlər və tətbiqlər üçün istifadə edilir. Praktiki bilik adətən təcrübə və məşq yolu ilə əldə edilir. Məsələn, avtomobil sürməyi öyrənmək, yemək bişirmək və ya komputer proqramları istifadə etmək praktiki bilik nümunələridir.
- İntuitiv Bilik (Intuitive Knowledge): İntuitiv bilik, şəxsin şüuraltında meydana gələn və dərhal anlaşılan bilikdir. Bu bilik növü, adətən, dərin düşüncə və ya analitik proseslər tələb etmir və dərhal hiss edilir. İntuitiv bilik, xüsusilə qərar qəbul etmə proseslərində əhəmiyyətlidir. Məsələn, bir insanın müəyyən bir şəraitdə təhlükəni dərhal hiss etməsi və ya bir problemin həlli üçün anidən ortaya çıxan bir fikir intuitiv bilik nümunələridir.
- Empirik Bilik (Empirical Knowledge): Empirik bilik, müşahidə və təcrübə yolu ilə əldə edilən bilikdir. Bu bilik növü, faktlara və real dünya məlumatlarına əsaslanır. Empirik bilik, elmi araşdırmalar və eksperimentlər vasitəsilə də əldə edilə bilər. Məsələn, hava proqnozlarını müşahidə etməklə hava şəraiti haqqında bilik əldə etmək və ya müxtəlif bitki növlərinin böyümə şərtlərini öyrənmək empirik bilik nümunələridir
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- World Knowledge Dialogue Symposium – An initiative to bridge the gap between the natural and the human/social sciences.
- Theory of Knowledge: The Gettier problem Arxivləşdirilib 2006-02-10 at the Wayback Machine
- Knowledge@Wharton – aimed to offer free access to course materials for students, teachers, and self-learners.
- The Duality of Knowledge
- Philosophy of Knowledge Glossary Arxivləşdirilib 2006-04-27 at the Wayback Machine
- AMEA İnformasiya Texnologiyaları İnstitutu
- Nonaka, I., & Takeuchi, H. (1995). "The Knowledge-Creating Company: How Japanese Companies Create the Dynamics of Innovation." Oxford University Press