Qalileo Qaliley - Wikipedia
Qalileo Qaliley (it. Galileo Galilei; 15 fevral 1564[1][2][…], Piza, Florensiya hersoqluğu[1][5] – 8 yanvar 1642[3][4][…], Arçetri[d], Böyük Toskana hersoqluğu[5]) — italyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, universal insan, müasir fizika və astronomiya elmlərinin və elmi metodun banilərindən biri.
Qalileo Qaliley | |
---|---|
it. Galileo Galilei | |
Doğum adı | Galileo di Vincenzo Bonaiuti de' Galilei |
Doğum tarixi | 15 fevral 1564[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 1642[3][4][…] (77 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Uşaqları | |
Atası | Vinçenzo Qaliley[d][3] |
Anası | Culiya Ammannati[d] |
Elm sahələri | astronomiya, fizika, mexanika, fəlsəfə, riyaziyyat |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Ostilio Riççi[d][6] |
Tanınmış yetirmələri | Nikkolo Arrigetti[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQalileo Qaliley italyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu olub. Elmi inqilabda böyük bir rol oynamışdır. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. Stiven Hokinq "Qalileo, bəlkə digər insanlardan müasir elmin doğuşundan məsul olduğu üçün daha çox insan idi" deyir.[7]
O, 1564-cü ildə İtaliyanın Piza şəhərində doğulub. Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edir. 1583-cü ildən etibarən riyaziyyata maraq duyan Qalileo, bu mövzudakı işləri sayəsində, 1589-cu ildə Pizada professorluq əldə edir.[8][9]
Mexaniki rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncə ilə riyazi olaraq ələ alınmasını təklif edir. Qalileo Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edir. Onun fikrincə bütün şərtlər bərabər olduqda hər cismin düşmə sürəti, ağırlığından asılıdır. Bu təklifi yaşlı professorlarla münaqişəyə səbəb olur. 1592-ci ildə o Pizanı tərk edərək, Paduya Universitetində riyaziyyat kafedrasına gəlir.[10]
1597-ci ildə praktikada çox faydası olan kompası ticari olaraq bazara çıxartdı. 1600-cü ildən dərhal sonra primitiv bir termometr, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilmək üçün bir rəqqas və 1604-cü ildə sərbəstdüşmənin riyazi qanunlarını kəşf etdi. Ancaq onun bərabərtəcilli hərəkət anlayışında səhv var idi. O, 1609-cu ildə Hollandiyada teleskopun olduğunu eşitdi və özü daha təkmil alət düzəldərək astronomiya müşahidələrində istifadə etdi. 1610-cu ildə Aydakı dağlar, ulduz topaları və Süd yolu barədə ilk təsbitlərini nəşr etdirdi. Bu vaxt Yupiterin dörd peykinin varlığını bildirdi. Onun bu kitabı oxucularda çox maraq oyandırdı və onun Florensiyada saray riyaziyyatçısı olmasını təmin etdi. Dərhal sonra Venera planetinin fazaları və Saturnun şəkli haqqında məlumat verərkən, astronomiyada qəbul edilmiş Ptolemey sistemini şübhə altına aldı.
1611-ci ildə Romaya getdi və oradakı Elmlər Akademiyasına üzv seçildi. Florensiyaya dönüşündə hidrostatika üzərinə bir çox professorun etirazına səbəb olan kitabı ilə 1613-cü ildə günəş ləkələri üzərinə yazdığı əsərini nəşr etdi. Bu əsərində Kopernik sistemini açıq bir şəkildə müdafiə etdi. Bundan ötəri kilsə inkvizisiyasının ağır hücumuna məruz qaldı. 1615-ci ildə şəxsən Romaya gedərək öz iddiasını müdafiə etsə də, yalnız 1616-cı ildə Papa Beşinci Paul tərəfindən kitablarının tədqiqi üçün bir komissiya yaradıldı. Bu komissiya Qalileonun kitablarını qadağan etmədi. Yalnız dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istədi.
Qalileo, bir müddət elmin praktik istiqamətinə döndü, mikroskopu inkişaf etdirdi. Ancaq 1618-ci ildə üç kometanın görülməsi zamanı kilsə ilə münaqişəyə girdi. Dostunun VIII Urban adı ilə Papa seçilməsindən cəsarətlənərək yazdığı "İki Kainat Sistemi Barədə Dialoq" adlı əsərini 1632-ci ildə nəşr etdirdi. Kitab kilsə tərəfindən edilən xəbərdarlıqlarla ziddiyyət təşkil etdiyi üçün Romada məhkəməyə çağırıldı. 1633-cü ildə bu kitab qadağan edildi və Müqəddəs İnkvizisiya tərəfindən ömürlük həbsə məhkum edildi. Cəzası ev həbsi ilə əvəz edildi. Yetmiş yaşında həbs edilən Qalileo kor oldu və 1642-ci ildə həyatını itirdi.
Elmi kəşfləri
redaktəQaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Nikolay Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulunu tətbiq etmişdir.
Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Piza şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir.
Qaliley 1581-ci ildə Piza universitetinə daxil olub təbabət elmini öyrənməyə başlamışdır. Buraya o, atasının təkidi ilə getmişdir. Çünki atasının məqsədi onu həkim etmək idi, lakin Qaliley Evklidin, Arximedin əsərlərini oxumuşdur, ona görə onun ən çox marağı riyaziyyat və mexanika sahələrinə idi. O, universitetdə bir az oxuduqdan sonra atasının razılığı ilə buranı tərk edib Florensiyaya gedir. Orada fizika və riyaziyyat elmlərini öyrənməyə başlayır.
Tələbəlik illərində Qaliley böyük elmi və praktik əhəmiyyəti olan rəqqasın rəqsinin izoxronluq qanununu kəşf edir.
Qaliley öz müəllimi Ostilio Riççinin rəhbərliyi ilə riyaziyyat və mexanikanı öyrənməklə kifayətlənməyib, mexanikanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də öyrənmiş və Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların tənzimlənməsi və s. işləri müşahidə etmişdir.
Deyilənlərə görə, kilsədə ibadət zamanı tavandan asılmış iki çilçırağın yellənməsini müşahidə edərkən Qaliley, rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını müəyyən etmişdir.
Qaliley fitri istedadın əsasında Aristotel fizikasının səhvlərini göstərmiş, təbiət elmlərinin yeni təməlini qurmuş, onun gizli sirlərini açaraq, cəmiyyətin materialist dünyagörüşünün inkişafına böyük təkan vermişdir.
Qaliley Kopernikin nəzəriyyəsi və dünyagörüşü ilə tanış olduqdan sonra nəinki onun tərəfdarı olmuş, hətta onun doğruluğunu təcrübədə sübut etməyə çalışmışdır.
1608-ci ildə teleskopun hollandiyalılar (Z. Yansen, Y. Metsius və Q. Lipperşey) tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırlamışdır. Onun ilk teleskopu 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırmışdır.
Qaliley fikirləşirdi ki, ruhanilərdən gizlin olaraq, gecə öz borusunu səmaya yönəltsə necə olar? Bu olduqca qorxulu və cəsarətli addım idi. Çünki, ruhanilər təlqin edirdilər ki, adamlar "allahın işlərinə" nəzər yetirməməlidirlər.
Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu ilin yanvar ayının 7-də gecə Aya tərəf yönəldir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarilə Yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, məscidə, dinə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbədir.
Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirdi. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən etmişdir.
1607-ci ildə Qaliley dünyada ilk dəfə olaraq işıq sürətini təyin etmək üçün təşəbbüs göstərmiş, lakin zaman fasiləsini dəqiq ölçə bilmədiyindən düzgün nəticə almamışdır.
Qaliley şüşələrin cilalanması ilə məşğul olmuş, müxtəlif əyrilikli linzalar hazırlamışdır.
Qaliley həm həndəsi optikanın, həm də fiziki optikanın bəzi məsələləri ilə məşğul olmuş, ömrünün 15 ilini bolonya daşının fosforessensiyasının tədqiqinə sərf etmişdir. O, Boloniya şəhərinin yaxınlığındakı dağdan tapılmış işıldayan bolonya daşını 1611-ci ildə Romada çağırılmış müşavirədə nümayiş etdirərək, onun işıldamasının səbəbini belə izah etmişdir:
Bolonya daşı qızdırıldıqda və Günəş işığı ilə işıqlandırıldıqda o işıq atomlarını udub, özündə saxlayır və sonra yavaş-yavaş şüalanmağa başlayır.
Qalileyin bu nöqteyi-nəzəri onun işığın təbiəti haqqındakı fikrinə və eləcə də enerjinin saxlanması mülahizələrinə tamamilə uyğundur.
1597-ci ildə Qaliley ilk termometr hesab edilən termoskopu qurmuşdur ki, istilik hadisələrini öyrənməkdə cihazın böyük rolu olmuşdur.
Akustika bir elm kimi Qalileylə başlayır. O, eksperimental üsulla səs hadisələrini öyrənən birinci fizikdir. Qaliley öyrənir ki, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır.
Qalileyin mexanikaya aid kəşfləri içərisində ətalət qanunu, nisbilik prinsipi, sərbəst düşmə qanunları, mail müstəvidə düşmə, rəqqasın hərəkəti, üfüqə paralel və üfüqə bucaq altında atılmış cismin hərəkəti, mühitin müqaviməti, zərbə və s. göstərmək olar. Qaliley zamanı ölçmək üçün rəqqasdan istifadə etmişdir.
Qeyd etmək lazımdır ki, Aristotel tərəfindən kəşf edilmiş: "Cisim qiymət və istiqaməti sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabər sürətli hərəkət edir" kimi səhv nəzəriyyə Qalileyə qədər elmdə "həqiqət" kimi qəbul edilmişdir. Qaliley bu səhvi düzəltdi və göstərdi ki, cisim qiymət və istiqamətcə sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabərartan hərəkət edir və belə bir qüvvə cismə təsir etmədikdə cisim düz xətt boyunca bərabərsürətli hərəkət edir. Bu, hərəkətin birinci qanunu olub "Ətalət" qanunu adı ilə məşhurdur.
Qaliley isbat etmişdir ki, havanın müqaviməti olmadıqda bütün cisimlər kütlələrindən asılı olmayaraq eyni sürətlə düşür və bərabəryeyinləşən hərəkət edirlər. O, öyrənmişdir ki, sərbəst düşmədə cismə sabit qüvvə /cazibə qüvvəsi/ təsir etdiyindən cisim şaquli istiqamətdə bərabərartan sürətlə hərəkət edir. Dahi alim bu kəşflərlə yanaşı hərəkətin nisbilik prinsipini də kəşf etmişdir.
1632-ci ildə Qalileyin "Dünyanın iki əsas sistemi — Ptolemey və Kopernik sistemləri haqqında söhbət" əsəri çapdan çıxır. Bu kitab üç venetsiyalının /Salviati, Saqredo və Simpliçio/ söhbəti şəklində yazılmışdır. Salviati öz söhbətində Qalileyin görüşlərini ifadə edir; Saqredo canıyananlıq edir. Simpliçio isə Ptolemey və Aristotelin nüfuzunu müdafiə etməklə, Aristotel fəlsəfəsi tərəfdarlarının görüşlərini ifadə edir.
Bu kitabın yazılmasına görə Qaliley kilsə tərəfindən təqib olunmuşdur.
Aristotel belə hesab edib ki, cisim sabit qüvvənin təsiri ilə hərəkət etdikdə getdiyi yol zamanla düz mütənasib olmalıdır, lakin Qaliley isbat edir ki, bu hərəkət təcilli olduğundan, gedilən yol, həmin yola sərf olunan zamanın kvadratı ilə mütənasibdir: Qaliley əvvəllər vaxtı nəbzin vurması ilə ölçürmüş, sonralar isə rəqqasdan istifadə etmişdir. Rəqqaslı saatı ilk dəfə 1649-cu ildə onun oğlu Vinçes Qaliley qurub düzəltmişdir.
Aristotelə görə cismin düşmə sürəti onun çəkisi ilə düz mütənasibdir. Bunun əksinə olaraq Qaliley isbat etmişdir ki, sərbəstdüşmədə sürət cismin çəkisindən asılı deyildir. Bunu isbat etmək üçün Maili Piza qülləsinin başından çəkiləri müxtəlif olan iki cisim salınmaqla təcrübə aparılır və bu təcrübədə Qalileyin nəzəriyyəsi özünü doğruldur.
1633-cü ildə Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək "tövbə etməyə" məcbur edilmişdir, lakin belə rəvayət var ki, Qaliley məhkəmə qurtardıqdan sonra "onsuzda o fırlanır" demişdir. Burada o, yerin fırlanmasını nəzərdə tuturdu. Məhkəmədən sonra yenə də qoca alim elmi yaradıcılıqdan əl çəkməmiş və öz ideyasını dəyişməmişdir. O, 1642-ci il yanvar ayının 8-də Florensiya yaxınlığında Arçetridə vəfat etmişdir.
Ədəbiyyat
redaktə- Davidsen, Bjørn Are (2010). "Slaget om solen — hva sloss egentlig kirken og Galileo om?". I: Da jorden ble flat. Mytene som ikke ville dø. Luther forlag. ISBN 978-82-531-4617-1.
- Hannam, James (2009). God's Philosophers. How the Medieval World Laid the Foundations of Modern Science. Icon Books. ISBN 978-1-84831-150-3.
- Linton, Christopher (2004). From Eudoxus to Einstein. A History of Mathematical Astronomy. Cambridge University Press. ISBN 0-521-82750-7.
- Næss, Atle (2001). Da jorden stod stille. Gyldendal. ISBN 82-05-27508-4.
- Strømholm, Per (1984). Den vitenskapelige revolusjonen 1500–1700. Solum forlag. ISBN 82-560-0341-3 [Boken bygger på forelesninger ved Universitetet i Trondheim].
- "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.608
İstinadlar
redaktə- ↑ 1 2 3 4 http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Galileo.html.
- ↑ 1 2 BeWeB.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Галилей Галилео // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
- ↑ Hilliam (2005), p. 96 Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine.
- ↑ Rutkin, H. Darrel. "Galileo, Astrology, and the Scientific Revolution: Another Look". Program in History & Philosophy of Science & Technology, Stanford University. 2012-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-04-15.
- ↑ Kusukawa, Sachiko. "Starry Messenger. The Telescope], Department of History and Philosophy of Science of the University of Cambridge. Retrieved on 2007-03-10". 2012-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-29.
Xarici keçidlər
redaktə- "Galileo Galilei"
- Striden om Galilei
- Оригинални документи за процеса срещу Галилей Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine
- Биография
- Компасът на Галилей (на английски)
- Galileo//Thek@, архив с източници за Галилей (на английски)
- Проектът Галилео на Rice University (на английски)
- Статия в Станфордската философска енциклопедия (на английски)
- Текстове на Галилей Arxivləşdirilib 2005-12-14 at the Wayback Machine (на италиански)
- Статия
- Galileo Galilei Atıl Bulu. Okan Üniversitesi
- Galileo Galilei ve Astronomiye Katkıları Yavuz Unat