Florensiya - Wikipedia
Florensiya (it. Firenze, ing. Florence) — dünyaya görkəmli təsviri incəsənət nümayəndələri bəxş etmiş və Renessansın vətəni sayılan İtaliyada bir şəhər. Toskana regionunun paytaxtıdır. O, Şimali Apennin dağlarının ətəklərində, Arno çayı ilə ayrılan 2 İtaliya əyaləti — Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya salan romalılar bu yerlərə Florensiya — "çiçəklənən" adı vermişlər. Nə şiddətli qibelin və qvelf qarşıdurması ( XIII əsrdə zadəganların 2 antaqonist siyasi düşərgələri), nə papa hökumətinin şəhər üzərində hakimiyyəti ələ keçirmək cəhdləri, XV əsrin sonlarında florensiyalıların azadlıq hislərinin boğulması və Cirolamo Savonarolanın tonqalda yandırılması Florensiyanın çiçəklənməsinə mane ola bilmədi. XVIII əsrə qədər Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi hər vəchlə burada incəsənətin inkişafına və şəhərin dünyanın mədəniyyət mərkzələrindən birinə çevrilməsinə çalışırdı. Florensiya — Donatello — "intibah dövrünün atalarından biri", Mikelancelo, Leonardo da Vinçi, Sandro Botiçelli, və b. təsviri incəsənət nümayəndələrini ruhlandıran şəhər olmuşdur. Onların əsərləri bu gün də Florensiya qalereyalarını və muzeylərinin ziyarətçilərini heyran edir.
Florensiya | |
---|---|
Firenze | |
43°46′17″ şm. e. 11°15′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 50 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 055 |
Poçt indeksi | 50100[5], 50121–50145 |
Nəqliyyat kodu | FI |
Digər | |
comune.fi.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəRəvayətə görə bura gələn Roma rahibləri, rahibələri, bioloqları və rəssamları burada çoxlu gülün bitməsindən heyrətə gəlib.Rəssamlar müxtəlif rəsmləri çəkməklə, Bioloqlar bitkiləri araşdırmaqla buranın heç yerdə bənzəri olmadığını söyləyiblər.Son qərarı isə rahiblər verib: Ərazidə çoxlu yabanı güllər bitdiyi üçün şəhərin adı "Florensiya" yəni gül şəhəri qoyulub.
İqlimi
redaktəFlorensiya mülayim okean iqliminə malikdir. Yayı isti və yağışlı, qışı isə sərin və yağışlı keçər. Dəniz kənarında olmaması səbəbi ilə yay istiliyi bir az daha yüksəkdir və qış daha soyuq keçir, qar yağışı da müşahidə edilir.
Şəhər içindən keçən Arno çayı ətrafında qurulmuşdur. Ətrafındakı məskunlaşma sahələri ilə birlikdə təxminən bir milyona yaxın əhaliyə sahib olan şəhər, keçmişdə olduğu kimi bu gün də İtaliya və Avropanın əhəmiyyətli ticarət mərkəzlərindən biridir.
Bunun yanında İtalyan İntibahınındoğum yeri olaraq bilinən Florensiya mədəniyyəti və arxitekturasıyla dünya tərəfindən məşhur bir turizm şəhəridir. Şəhərdə əhəmiyyətli sənət qalereyaları və muzeylər var. Leonardo da Vinçi və Michelangelo bu tarixi şəhərdə yetişmiş dünya tərəfindən məşhur sənətçilərdir. Yenə məşhur yazar və şair Dante Aliqeri bu şəhərdə yaşamış və ilham almışdır.
Ümumi tarixçə
redaktəE.ə. 59-ci ildə Yuli Sezar ordusundan təqaüdə ayrılmış əsgərlərə Arno çayı vadisindəki bu məhsuldar torpaqları verərək Florensiyanın qurulmasına səbəb oldu. Qurulduğu zaman şəhərin adı Florentia idi. Daha sonra M.S. 3. əsr da Roma İmperatoru Diokletian Floransanı Toskana vilayətinin paytaxtı etdi. Roma imperiyasınun yıxılmasından sonra şəhər Bizans və ostroqot istilalarına uğradı.
Antik dövrdə Florensiya
redaktəFlorensiya (köhnə adı: Florenz), Faesulae (Fiesole) yaxınlarında olan kiçik bir təpənin üzərinə qurulmuşdur. Roma dövrünə aid bir şəhər olduğu adından da aydın olmaqdadır. Florensiyanı Via Flaminia və Via Cassia yollarının istehsalında rol oynadığı məlumdur. Antik dövrdə şəhər haqqında çox məlumat yoxdur. Marius və sulla arasındakı döyüşdə Floreniysa böyük zərərə uğramış və e.ə. 15-ci ildə Clains (Chiana) vadisindən axan Arno çayının sularının bir hissəsinin yataq dəyişdirməsinə mane olmuşdur.
Lombardlar M.S. 570 illərində Toskanada ortaya çıxdılar və səkkizinci əsrdə Lombardlar Dux civitatis Florentinorum (Florensiya xalqının rəhbəri) olaraq adlandırılmışdır. Dükalığın adından da aydın olacağı üzrə Florensiya şəhəri bu dukalığa paytaxtlıq etmişdir.