Eynicinsli Evlilik - Wikipedia
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır.[1] 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır.
Terminologiya
redaktəAlternativ şərtlər
redaktəEynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir.[2][3][4][5][6][7][8] Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir.
Evlilik termininin istifadəsi
redaktəAntropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.[9][10] Təklif olunan bir çox təriflər Kikuyu və Nuer kimi 30-dan çox Afrika xalqının mədəniyyətləri də daxil olmaqla bəzi mədəniyyətlərdə eynicinsli nikahların mövcudluğunu tanımadığı üçün tənqid edilmişdir.[11][12]
21-ci əsrdə eyni cinsli cütlükləri tanımaq üçün bir neçə ölkə evlilik qanunlarını yenidən nəzərdən keçirərkən, bütün əsas ingilis lüğətləri evlilik sözünün tərifini ya gender spesifikasiyalarını azaltmaq, ya da gender-neytral dil və ya açıq-aşkar tanınma daxil etmək üçün ikincil təriflərlə tamamlamaqdan ötrü yenidən işləyiblər.[13][14] Oksford İngilis dili lüğəti 2000-ci ildən bəri eynicinsli nikahları tanıyır.[15]
İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi, Katolik Kilsəsi və Cənubi Baptist Konvensiyası kimi nikahın kişi və qadının arasında olmasını düzgün sayan eynicinsli nikahın əleyhdarları əks cinsli evlilik mənasını bildirən ənənəvi evlilik terminindən istifadə edirlər.[16][17]
Müasir
redaktəTarixçilər eynicinsli nikahları dəstəkləyən müasir hərəkatın başlanğıcını 1980-ci illərdən 1990-cı illərə qədər müxtəlif yollarla izləyirlər. Amerika Birləşmiş Ştatlarında eynicinslilərin evliliyi 1987-ci ildə Vaşinqtonda Lesbiyan və Gey Hüquqları üçün İkinci Milli Yürüşdən sonra gey hüquqları hərəkatının rəsmi tələbinə çevrildi.[18][19]
1989-cu ildə Danimarka eyni cinsli cütlüklər üçün münasibətləri qanuni olaraq tanıyan, qeydiyyatdan keçmiş tərəfdaşlıqlar quran ilk ölkə oldu ki, bu da eyni cinsli münasibətlərdə olanlara "övladlığa götürmək və ya birgə qəyyumluq əldə etmək hüququnda başqa evli heteroseksualların malik olduğu bir çox hüquqları verir".[20] 2001-ci ildə kontinental Niderland nikah qanunlarını eyni cinsli cütlükləri də əhatə edən ilk ölkə oldu.[21] O vaxtdan bəri, Amerika və Qərbi Avropanın əksəriyyəti də daxil olmaqla, 31 başqa ölkədə eynicinsli nikahlar qanunla müəyyən edilib. Lakin onun yayılması qeyri-bərabər olmuşdur. Afrikada Cənubi Afrika bu addımı atmış yeganə ölkə; Tayvan isə Asiyada yeganədir.[22]
Dünya ölkələrində eynicinsli nikahlar
redaktəEynicinsli nikah aşağıdakı ölkələrdə qanuni olaraq həyata keçirilir və tanınır (ümummilli və ya bəzi bölgələrdə): Argentina, Avstraliya,[a] Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Danimarka,[b] Ekvador,[c] Finlandiya, Fransa,[d] Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika,[e] Niderland,[f] Yeni Zelandiya,[g] Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Tayvan,[h] Birləşmiş Krallıq,[i] Amerika Birləşmiş Ştatları, [j] və Uruqvay. Andorrada isə qanuniləşdirilməsi üçün kralın razılığı gözlənilir.
Eynicinsli nikahlar qanuni qüvvəyə minməsi Kuba, Çexiya, Yunanıstan,[23] Hindistan, Meksika ştatlarında (məs. Guerrero, Duranqo[24]), Navajo Nation, Peru, Tayland və Venesuelada nəzərdən keçirilir. Bir sıra ölkələrdə, o cümlədən 2020-ci ildən Tailand və Barbados, 2021-ci ildən Serbiya,[25] 2022-ci ildən Latviya və Litvada vətəndaş ittifaqları nəzərdən keçirilir.
12 mart 2015-ci ildə Avropa Parlamenti Aİ institutlarını və üzv dövlətləri “eyni cinslərin nikahının və ya eynicinsli vətəndaş birliyinin siyasi, sosial və insan və vətəndaş hüquqları məsələsi kimi tanınması haqqında [əks etdirməyə] təşviq edən məcburi olmayan qətnamə qəbul etdi".[26][27][28] 2018-ci ildə Amerikalararası İnsan Hüquqları Məhkəməsi bütün imzalayan ölkələrin eynicinsli nikahlara icazə verməsi barədə qərar çıxarıb.
Eynicinsli nikahların beynəlxalq aləmdə yayılmasına cavab olaraq, bir sıra ölkələr profilaktik konstitusiya qadağaları qəbul etdilər. Ən son ölkələr isə 2018-ci ildə Gürcüstan və 2020-ci ildə Rusiya oldu. Digər ölkələrdə nikahın kişi və qadın arasında olduğunu ifadə edən konstitusiyalar qəbul edilmişdir. Buna baxmayaraq, bu müddəalar xüsusilə köhnə konstitusiyalarda eynicinslilərin nikahını qadağan etmək məqsədi ilə ifadə edilməmişdir.
Həmçinin bax
redaktəQeyd
redaktə- ↑ Eynicinsli nikahlar Avstraliya qanunlarına tabe olan kontinental Avstraliyada və Norfolk adasının, Milad adasının və adalarının özünüidarə etməyən mülklərində qanunla həyata keçirilir və tanınır.
- ↑ Eynicinsli nikahlar, birlikdə Danimarka Krallığını təşkil edən kontinental Danimarka, Farer adaları və Qrenlandiyada qanunla həyata keçirilir və tanınır.
- ↑ Eynicinsli nikahlar Ekvadorda həyata keçirilir və tanınır. Lakin belə cütlüklər övladlığa götürmə məqsədləri üçün evli sayılmır və övladlığa götürə bilməzlər.
- ↑ Eyni cinsli nikahlar Fransada və bütün Fransanın xaricdəki bölgələrində qanunla həyata keçirilir və tanınır.
- ↑ Eynicinsli nikah bütün Meksikada qanuni olaraq tanınır və bu əksər ştatlarda və onun xaricdəki konsulluqlarında qanuni olaraq mövcuddur. Lakin proses hər yerdə əks cins nikahları üçün olduğu qədər sadə deyil və həmişə övladlığa götürmə hüquqlarını əhatə etmir. Yerli olaraq yalnız dörd ştatda, yəni Tabasko, Meksika (Edomex), Duranqo və Tamaulipasda məhkəmə qərarı ilə (amparo) mövcuddur və bütün əyalətlərdəki məhkəmələrdən müraciət edildikdə qanuni olaraq əmr vermək tələb olunur. Guerrero ştatının bəzi bələdiyyələrində eynicinsli nikahlar mümkündür.
- ↑ Eynicinsli nikahlar kontinental Niderland, eləcə də Karib hövzəsinin Bonaire, Sint-Estatius və Saba bələdiyyələrində qanunla həyata keçirilir və tanınır. Orada bağlanan nikahlar birlikdə Niderland Krallığını təşkil edən Aruba, Kürasao və Sint-Martendə minimal tanınır.
- ↑ Eynicinsli nikahlar Yeni Zelandiyada qanunla yerinə yetirilir və tanınır, lakin onun səltənətini təşkil edən Tokelau, Kuk adaları və Niuedə tanınmır.
- ↑ Eyni cinsli nikah Tayvanda həyata keçirilir və tanınır. Lakin əks cinsli evli cütlüklərdən fərqli olaraq, eyni cinsli evli cütlüklər qohum olmayan uşaqları məhkəmə qərarı olmadan cütlük kimi övladlığa götürə bilməzlər. Ancaq həyat bir yoldaşı digərinin genetik uşaqlarını övladlığa götürə bilər.
- ↑ Eynicinsli nikah Birləşmiş Krallığının bütün yerlərində və onun Karib hövzəsi olmayan ərazilərində qanunla həyata keçirilir və tanınır. Lakin onun Karib hövzəsi ərazilərində, yəni Angilya, Bermud adaları, Britaniya Vircin adaları, Kayman adaları, Montserrat və Turks və Kaykos adalarında tanınmır.
- ↑ Eynicinsli nikah ABŞ-nin bütün əlli ştatında və Kolumbiya dairəsində, Amerika Samoası istisna olmaqla, bütün xarici ərazilərdə və öz evlilik qanunları olmayan bütün qəbilə xalqlarında qanunla həyata keçirilir və tanınır. Federal rezervasiyalar arasında onlarla və ya daha çox tanınan istisnaların ən böyüyü Navajo və Gila çayıdır və ortaq suverenlikdə olan Oklahoma Tribal Statistik Əraziləri arasında ən böyüyü Creek, Choctaw, Chickasaw və Citizen Potawatomi-dir. Bu siyasətlər eynicinsli nikahları qadağan edir və digər yurisdiksiyalardan olan nikahları tanımır. Buna baxmayaraq çütlüklər hələ də əyalət qanunlarına əsasən evlənə və əyalət və federal qanunlara əsasən bütün evlilik hüquqlarına sahib ola bilərlər.
İstinadlar
redaktə- ↑ "Same Sex Marriage States 2022". World Population Review. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.
Same-sex marriage is the marriage of people of the same sex or gender
- ↑ "Marriage Equality". Garden State Equality. 18 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2012.
- ↑ "Marriage 101". Freedom to Marry. 16 February 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 September 2012.
- ↑ Pratt, Patricia. "Albany area real estate and the Marriage Equality Act". Albany Examiner. 29 May 2012. 10 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2012.
On July 24, 2011 the Marriage Equality Act became a law in New York State forever changing the state's legal view of what a married couple is.
- ↑ "Vote on Illinois marriage equality bill coming in January: sponsors". Chicago Phoenix. 13 December 2012. 26 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2012.
- ↑ "Commission endorses marriage and adoption equality". Human Right Commission New Zealand. 2 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 December 2012.
- ↑ Mulholland, Helene. "Ed Miliband calls for gay marriage equality". The Guardian. London, UK. 27 September 2012. 28 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2012.
- ↑ Ring, Trudy. "Newt Gingrich: Marriage Equality Inevitable, OK". The Advocate. Los Angeles. 20 December 2012. 23 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2012.
He [Newt Gingrich] noted to HuffPo that he not only has a lesbian half-sister, LGBT rights activist Candace Gingrich, but has gay friends who've gotten married in Iowa, where their unions are legal. Public opinion has shifted in favor of marriage equality, he said, and the Republican Party could end up on the wrong side of history if it continues to go against the tide.
- ↑ Fedorak, Shirley A. Anthropology matters!. [Toronto], Ont.: University of Toronto Press. 2008. Ch. 11, p. 174. ISBN 978-1442601086.
- ↑ Gough, Kathleen E. "The Nayars and the Definition of Marriage". The Journal of the Royal Anthropological Institute of Great Britain and Ireland. 89 (1). Jan–Jun 1959: 23–34. doi:10.2307/2844434. JSTOR 2844434.
- ↑ Murray, Stephen O.; Roscoe, Will. Boy-wives and female husbands : studies of African homosexualities (1st pbk.). New York: St. Martin's. 2001. ISBN 978-0312238292. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2020.
- ↑ Njambi, Wairimu; O'Brien, William. "Revisiting "Woman-Woman Marriage": Notes on Gikuyu Women". NWSA Journal. 12 (1). Spring 2001: 1–23. doi:10.1353/nwsa.2000.0015. 13 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2012.
- ↑ "Dictionaries take lead in redefining modern marriage". The Washington Times. 24 May 2004. 18 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2012.
- ↑ "Webster Makes It Official: Definition of Marriage Has Changed". American Bar Association. 27 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2012.
- ↑ Redman, Daniel. "Noah Webster Gives His Blessing: Dictionaries recognize same-sex marriage—who knew?". Slate. 7 April 2009. 17 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2012.
- ↑ "The Divine Institution of Marriage". The Church of Jesus Christ of Latter-day Saints. 13 August 2008. 11 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2012.
- ↑ "Marriage Protection Sunday: Churches encouraged to address 'gay marriage'". Baptist Press. 19 May 2006. 14 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 September 2011.
- ↑ "How Same-Sex Marriage Came to Be". Harvard Magazine. March–April 2013. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2015.
- ↑ "The secret history of same-sex marriage". The Guardian. 23 January 2015. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2015.
- ↑ Rule, Sheila. "Rights for Gay Couples in Denmark". New York Times. 2 October 1989. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2013.
- ↑ "Same-sex marriage around the world". CBC News. Toronto. 26 May 2009. 25 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.
- ↑ "The Dutch went first in 2001; who has same-sex marriage now?". Associated Press. 28 April 2021. 21 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2021.
- ↑ Marriage for LOATKI + couples: The SYRIZA bill was submitted – What does it provide for childbearing Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine June 19, 2022
- ↑ Votarán aprobación de matrimonio igualitario en Durango, Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine El Siglo de Torreón, 16 July 2022
- ↑ Јавне консултације за израду текста Нацрта закона о истополним заједницама
- ↑ "UKIP and Tories abstain on EU motion to recognise same-sex marriage". PinkNews. 13 March 2015. 9 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2015.
- ↑ "Texts adopted – Thursday, 12 March 2015 – Annual report on human rights and democracy in the world 2013 and the EU policy on the matter – P8_TA-PROV(2015)0076". 7 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2015.
- ↑ "Annual report on human rights and democracy in the world 2013 and the EU policy on the matter". 8 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2015.