Bari - Wikipedia
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Bari | |
---|---|
Bari | |
41°07′31″ şm. e. 16°52′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 5 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 080 |
Poçt indeksi | 70121–70132 |
Nəqliyyat kodu | BA |
Digər | |
comune.bari.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRoma dövründə bir quruyolu qovşağı Bari, sırasıyla, Lombardlar və Bizanslıların əlinə keçdi. 841-ci ildə ərəblər tərəfindən fəth edildi və 871ə qədər Abbasilərin tərkibində qaldı. 11-ci əsrin əvvəlində — 1071də Roberto Guiscardo tərəfindən ələ keçirildi. Orta əsrlərdə, Səlib yürüşlərinin başlanğıc nöqtəsi olan zəngin bir şəhər olmuşdur. 1813-cü ildə Napoleonun generallarından Murat şəhərə bugünkü ilk şəklini verdi. Müasir şəhər, 1860-dan sonra sürətlə inkişaf etmişdir.
Konsulluqların
redaktəBaridə bu ölkələrin konsulluqları var:
- Avropa Birliyi ölkələri:
- Digər ölkələr: