Qabon - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır.
Qabon | |||||
---|---|---|---|---|---|
République Gabonaise | |||||
| |||||
Union, Travail, Justice | |||||
Himn: La Concorde |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Librevil | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Brice Clotaire Oligui Nguema [ 30.8.2023 ] | ||||
Baş nazir | Raymond Ndong Sima [7.9.2023] | ||||
Sahəsi | |||||
• Ümumi | 267667 km² | ||||
Əhalisi | |||||
• Əhali | 1 700 min nəfər (151-ci) | ||||
• Siyahıyaalma (1.XII.2003) | 1517 min nəf. | ||||
• Sıxlıq | 6,3 nəf./km² | ||||
• Ümumi | 4.800.000.000 $ | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 34 280 milyon dollar (134-cü) | ||||
• Adambaşına | 21 600 dollar (79-cu) | ||||
İnternet domeni | .ga | ||||
ISO kodu | GA | ||||
BOK kodu | GAB | ||||
Telefon kodu | +241 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub.
Tarix
redaktəMüstəmləkə dövrü
redaktəQabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə portuqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı. 1849-cü ildə azad edilmiş kölələr tərəfindən Librevil şəhəri quruldu ( Libreville "sərbəst şəhər"mənasını verir.) 1886-cı ildə Qabon Fransız müstəmləkəsi oldu. Bura daha sonra Fransız Konqosu ilə birləşdi. 1888 -1904-cü illərdə Qabon, Fransız Ekvatorial Afrikasına bağlı bir müstəmləkə oldu.
Müstəqillik dövrü
redaktəQabon 1956-cı ildə muxtariyyət əldə etdi və 1958-ci ildə Qabon Respublikası elan edildi.1960-cı ildə Respublika rəsmi olaraq müstəqilliyinə qovuşdu. 1961-1967 illəri arasında Leon M'Ba prezidentliyinə gətirildi ( 1964-cü ildə Fransa onun iqtidarda qalabilməsini təmin etmək üçün müdaxilə etdi). 1967-ci ildə Omar Bonqo iqtidara gəldi və tək partiyaya söykənən ölkəni idarə etməyə başladı. 1990-cı ildə çox partiyalı siyasət həyata keçildi və 1991-ci ildə konstitusiya dəyişikliyiyləbirlikdə Partiyalar Aktı qəbul edildi. 1992-ci ildə Omar Bonqo yenidən prezidentliyinə seçildi.
Fiziki-coğrafi xarakteristika
redaktəÖlkənin iqlimi tropik, hava daim isti və nəmlidir. Ərazinin topoqrafiyası üçün dar sahil düzənlikləri, təpəlik daxili relyef və şərq və şimalda ağacsız böyük düzənliklər xarakterikdir.
İqtisadiyyat
redaktə2011-ildə Qabonda neft hasilatı 12,2 mln.tona çatdı. Qabon Afrikanın ən inkişaf etmiş və zəngin ölkəsidir. Ölkənin inkişaf etməkdə olan iqtisadiyyatının əsasını mədənçilik meydana gətirir. Dünyanın dördüncü böyük manqan yataqlarına sahib olan ölkədə neft və uran yataqları da iqtisadiyyata çox böyük qatqı təmin edir. Dağ-qazma və neft xaricində digər əhəmiyyətli fəaliyyət taxta istehsalıdır. Kənd istehsalı isə ümumilikdə gəlir vasitəsi səviyyəsində davam etdirilir.
25 Mart 2011 tarixində Qabonda imzalanan, 17/5/2012 tarixli və 6311 saylı Qanunla təsdiqlənməsi uyğun olan əlavə "Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında turizm sahəsində Əməkdaşlıq Sazişi" nın təsdiqi, Xarici İşlər Nazirliyinin 6/7/2012 tarixli və HUM / 5605340 saylı yazısı üzərinə, 31/5/1963 tarixli və 244 saylı Qanunun 3-cü maddəsinə görə, Nazirlər Assambleyası 24/7/2012 tarixində qərarlaşdırılmışdır.
5 il müddət ilə viza əməliyyatları qaldırılmışdır.
Din
redaktəƏhalinin 46,3 %-i Katolisizm, 33,1 %-i Protestantlıq ( başlıca:Pentakostalizm), 9,3 %-i Animizm , 8,8 %-i isə İslam dininə etiqad edir.
- ↑ 2 // Constitution de Gabon (fr.). 1961.
- ↑ https://www.ethnologue.com/language/fra.
- ↑ http://chartsbin.com/view/edr.
Xarici keçidlər
redaktə- CIA World Factbook - Qabon Arxivləşdirilib 2006-10-24 at the Wayback Machine