Azerbaycan Ermenistan Munasibetleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan–Ermənistan münasibətləri — Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Ermənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Əsasən davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur.
Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918–1920-ci illərdə və 1988–1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edildi. Qondarma Dağlıq Qarabağ Respublikası quruldu.
1994–2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozdu. XXI əsrin əvvəllərində baş vermiş Çaylı döyüşü, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və s. münaqişələrdə Azərbaycan Ermənistanı məğlub etmişdir.
2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş əraziləri azad etmişdir. Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Azərbaycan-Ermənistan sərhədi delimitasiya edilməyə başlandı.
2021-ci ildə sərhədlərin delimitasiyasında yaranan problemlər və Ermənitanın atəşkəsə əməl etməməsi nəticəsində Azərbaycan-Ermənistan sərhəd böhranı başlamışdır.
Tarixi
redaktəAXC dövrü
redaktə1918-ci il 26 may tarixində Gürcüstan müstəqilliyini elan etdi. Həmin gün Zaqafqaziya Seymi dağıldı. 28 may Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdilər. 29 may tarixində AXC Milli Şurasının iclasında İrəvan şəhəri ermənilərə verildi. Əvəzində ermənilər Dağlıq Qarabağa və Azərbaycanın digər bölgələrinə iddialarından əl çəkməyi vəd etdi. Ancaq buna əməl olunmadı. Milli Şura İrəvan şəhərini ermənilərə güzəştə getmək qərarını "qaçınılmaz bir həqiqət", "tarixi zərurət" kimi qiymətləndirdi.
Ermənistanın Naxçıvan, Zəngəzur və Qarabağa qarşı ərazi iddiaları 1918–1920-ci illər arasında Ermənistan-Azərbaycan müharibəsinə gətirib çıxardı. Sovet işğalı ilə bu müharibəyə son qoyuldu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Telefonnaya küçəsi 5 ünvanında Ermənistanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə G. A. Bekzadyan rəhbərlik etmişdir.
SSRİ dövrü
redaktəAzərbaycan ərazilərinin Ermənistana verilməsi
redaktə1922-ci ildə SSRİ-nin yaradılması ilə Azərbaycan SSR və Ermənistan SSR əvvəlcə ZSFSR-in tərkibində, 1936-cı ildən isə ayrı-ayrı dövlətlər kimi birbaşa SSRİ-nin tərkibinə daxil edildi. 1920-ci il 10 avqust tarixində Rusiya və Ermənistan arasında imzalanan sazişə əsasən Azərbaycanın Şərur-Dərələyəz bölgəsi Ermənistana verildi. 1921-ci ilin yayında Yuxarı (Qərbi) Zəngəzur Ermənistana verildi. 1929–1930-cu illərdə Ordubad və Zəngəzur qəzasının cənub hissəsi, indiki Zəngilan rayonunun bir sıra kəndləri Ermənistana verildi və bu ərazidə Mehri rayonu yaradıldı. Bunun nəticəsində Naxçıvan və digər Azərbaycan torpaqları arasındakı quru sərhəd bağlandı. XX əsrin 20-ci illərində Ermənistan SSR ilə yaylaqlar və sudan istifadə hüququ zəminində yaranmışsərhəd mübahisələri nəticəsində Azərbaycan SSR Qazax və Cəbrayıl qəzalarının bir sıra torqaplarını itirdi. 1923-cü il 7 İyul tarixində mərkəzi Xankəndi şəhəri olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. İki ay sonra ermənilər Xankəndi şəhərinin adını dəyişdirərək Stepanakert adlandırdılar.
Azərbaycanlıların Ermənistandan deportasiyası
redaktəErmənistanda yaşayan azərbaycanlılar 1948–1953-cü illərdə və 1988–1991-ci illərdə deportasiya edilərək Azərbaycana köçürülmüşdür.
Sumqayıt fitnəkarlığı
redaktə1988-ci il 28 fevral tarixində Sumqayıt şəhərində "Paşa" ləqəbli Eduard Qriqoryannın başçılığı ilə azərbaycanlıları adı ilə öz millətlərinə qarşı qırğın törətdilər. Ermənilərin Sumqayıt fitnəkarlığını törətməkdə məqsədi azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi. XX əsrin sonlarında Azərbaycan və Ermənistan arasındakı vəziyyət daha da gərginləşdi
Birinci Qarabağ müharibəsi (1988–1994)
redaktə1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər əvvəl sovet, sonra isə Rusiya hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda seperatçılıq fəaliyyətlərini genişləndirdilər. 1991-ci ildən başlayaraq Ermənistan müharibə elan etmədən Azərbaycana qarşı ilk dəfə irimiqyaslı hərbi əməliyyatlara başladı. Birinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon işğal edildi.
Tarix | Ərazi |
---|---|
28 dekabr 1991 | Xankəndi |
26 fevral 1992 | Xocalı |
8 may 1992 | Şuşa |
18 may 1992 | Laçın |
2 oktyabr 1992 | Xocavənd |
3 aprel 1993 | Kəlbəcər |
17 iyun 1993 | Ağdərə |
23 iyul 1993 | Ağdam |
23 avqust 1993 | Cəbrayıl |
Füzuli | |
31 avqust 1993 | Qubadlı |
30 oktyabr 1993 | Zəngilan |
1994-cü il 8 may tarixində imzalanan Bişkek protokoluna əsasən 12 may tarixində Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olundu
1994–2015
redaktəMüharibədən sonra Ermənistanla Azərbaycan arasında münasibətlər çox gərgin olaraq qaldı
2008-ci il mart Ağdərə toqquşması zamanı hər iki tərəf az itki verdi. Daha sonra iki tərəf də öz qələbəsini elan etdi.
2009-cu il yanvar və sentyabr aylarında Ağdam toqquşması zamanı Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma keçməyə cəhd göstərdilər. Erməni silahlıları itki verərək geri çəkilməyə məcbur oldular.
2010-cu il iyun ayında Azərbaycan tərəfi hücüma keçdi. Döyüş zamanı separatçılar 4 əsgər itirdi. Mübariz İbrahimov düşmənin içində 50 separatçı olan silah anbarını partladır. Mübariz İbrahimov partlayışdan sonra ərazini tərk etməyə çalışsa da, düşmənin diqqət mərkəzindən çıxa bilmədi. Tək olmasına baxmayaraq, döyüşdən qaçmadı. Bu zaman daha 5 düşmən əsgərini yerindəcə öldürən, 4-nü isə ağır yaralayan Mübariz İbrahimov Çaylı döyüşü zamanı şəhid oldu. Avqust ayında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı insident zamanı hər iki tərəf az itki verdi.
2012-ci il aprel-iyun aylarında Ermənistan fasilələrlə atəşkəsi pozu. Hər ki tərəf az ikti verdi.
2013-cü il oktyabr ayında Zakir Həsənov Azərbaycanın Müdafiə naziri təyin edildi.
2014-cü il iyul-avqust aylarında Azərbaycan və Ermənistan qüvvələri arasında yenidən toqquşmalar oldu.
2016–2020
redaktəAprel döyüşləri (2016)
redaktə2016-cı il aprel ayında Ermənistan yeni təxribatlar törətdi. Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli münaqişə idi. Döyüşlərdə hər iki tərəf təxminən 100 itki verdi. Döyüşlər zamanı Azərbaycan bəzi əraziləri işğaldan azad etdi. Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı hesab olunur
Günnüt əməliyyatı (2018)
redaktə2018-ci il may ayında Azərbaycan tərəfi hücuma keçmişdir. Bunun səbəbi NMR-nın 1992-ci ildə işğal edilmiş ərazilərini azad etmək idi. Əməliyyat zamanı Şərur rayonunun Günnüt kəndi, ümumi olaraq 11000 hektar ərazi işğaldan azad edildi. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə şərait yaratdı.
Tovuz döyüşləri (2020)
redaktə2020-ci il iyul ayında Azərbaycan-Ermənistan sərhədində Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca təxminon 10 gün davam edən döyüşlər olmuşdur. Döyüşlərdən sonra da vəziyyət gərgin olaraq qaldı. Tovuz döyüşləri yaxınlaşmaqda olan İkinci Qarabağ müharibəsinin ayaq səsləri idi.
İkinci Qarabağ müharibəsi (2020)
redaktə2020-ci il 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçir. Bunun səbəbi Birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş əraziləri azad etmək idi. Müharibənin gedişində Ermənistan Gəncə, Bərdə, Mingəçevir, Beyləqan və digər ərazilərə raket hücumları etdi, atəşə tutdu. 44 gün davam edən müharibədə Birinci Qarabağ müharibəsi zamanı işğal edilən ərazilər azad edildi. 10 noyabr tarixində Rusiya vasitəçiliyi ilə Dağlıq Qarabağ atəşkəs bəyanatı imzalandı. Bu bəyanatdan sonra Qarabağda Rusiya sülhməramlıları yerləşdirildi və Ermənistan bəzi əraziləri özü təhvil verdi.
Tarix | Ərazi |
---|---|
4 oktyabr 2020 | Cəbrayıl |
17 oktyabr 2020 | Füzuli |
20 oktyabr 2020 | Zəngilan |
25 oktyabr 2020 | Qubadlı |
8 noyabr 2020 | Şuşa |
20 noyabr 2020 | Ağdam |
25 noyabr 2020 | Kəlbəcər |
1 dekabr 2020 | Laçın |
Azərbaycan-Ermənistan sərhəd böhranı (2021–2023)
redaktə2021-ci il may ayında Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 km ərazini ələ keçirdiyini iddia etdi. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd etdi. Bu hadisə ilə Azərbaycan-Ermənistan sərhəd böhranı başladı. Hal-hazırda Ermənistan atəşkəsi pozmağa davam edir.
2022-ci il 21–24 fevral tarixlərində Milli Məclisin 2 nəfər deputatı (Tahir Mirkişili və Soltan Məmmədov) Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə oldular. Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasında iştirak etdilər. 23 fevral tarixində İrəvan şəhərində yerləşən Göy Məscidi ziyarət etdilər.
İlk dəfə birgə bəyanat
redaktəAzərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə, vasitəçi olmadan bəyanat veriblər. Onlar əsirlərin dəyişdirilməsinə razılaşıblar. Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad edib. Sosial mediada sadə azərbaycanlı və erməni istifadəçilər həmin addıma müsbət reaksiya verib və sülhə çağırış edib. Bir sıra dövlət və qurumlar birgə bəyanatı alqışlayıb.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29)
redaktəXoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə COP29-un prezidenti Muxtar Babayevin Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərdiyini açıqlayıb.[1]
İdman sahəsində münasibətlər
redaktəFutbol qarşılaşmaları
redaktəHəmçinin bax
redaktə- Azərbaycan-Ermənistan sərhədi
- Birinci Qarabağ müharibəsi (1988–1994)
- İkinci Qarabağ müharibəsi (2020)
- Azərbaycan-Ermənistan sərhəd böhranı (2021–2022)
- ↑ "Azərbaycan Ermənistanı COP29-a dəvət edib". Report İnformasiya Agentliyi (az.). 2024-07-21. İstifadə tarixi: 2024-07-21.