Agdam - Wikipedia
Bu məqalə Ağdam şəhəri haqqındadır. Ağdam rayonu üçün Ağdam rayonu səhifəsinə baxın. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Ağdam — Azərbaycan Respublikasının Ağdam rayonunun Ağdam şəhər inzibati ərazi dairəsində şəhər,[1] Ağdam rayonunun inzibati mərkəzi.
Şəhər | |
Ağdam | |
---|---|
39°59′ şm. e. 46°55′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam |
İcra başçısı | Vaqif Həsənov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVIII əsr |
Mərkəzin hündürlüyü | 369 ± 0 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Etnoxronim | Ağdamlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Nəqliyyat kodu | 02 |
Digər | |
aghdam-ih.gov.az (az.) | |
Vikianbarda əlaqəli mediafayllar |
1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.[2] 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.[3] 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur.[4] Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.[5]
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.[2] Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü.[2] Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.[2]
Tarixi
redaktəEtimologiya
redaktəAğdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir.[6] Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir.[6] Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.[6]
Gerbi
redaktə2021-ci ildə hazırlanacağı haqqında məlumat verilmişdir. Ancaq bitirildiyi, hal-hazırda hazırlandığı və nə vaxt qəbul ediləcəyi haqqında bir məlumat verilməyib.
XVII–XIX əsrlər
redaktəŞəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur.[7]
1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.[7][8]
XX əsr
redaktə1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir.[9] Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi.[10] Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı.[10] Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular.[10] Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular.[10] Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər.[10] Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.[11]
Qarabağ müharibəsindən əvvəl şəhərdə səkkiz xəstəxana fəaliyyət göstərirdi.[12]
Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür.[2] 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.[2] 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.[3]
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.[2] Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü.[2] Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.[2]
XXI əsr
redaktə2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırıb.[13][14] 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb.[15] 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb.[16][17] 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycan ordusu tərəfindən işğaldan azad edildi.
İşğaldan azad edildikdən sonra Ağdamda minadan təmizləmə və kütləvi tikinti işləri başlanıb. Plana əsasən 2026-cı ilə qədər Ağdama 10 minə qədər əhali köçəcək. Sonrakı illərdə şəhərin əhalisi 100 minə çatdırılacaq.[18] Bundan başqa Ağdam rayonunun mərkəzinə bitişik 8 kəndin də şəhərə birləşdirilməsi nəzərdə tutulub. Bunlar Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı, Keştazlı və digərləridir.[19]
Coğrafiya
redaktəRelyef və geologiya
redaktəQarabağ atı Ağdamda yayılmışdır. 1949-cu ildə şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyət göstərmişdir.[20] 1960–1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.[21]
İqlim
redaktəAğdamın iqlimi əsasən mülayim isti, quraq subtropikdir.[22] Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı kəndləri yaxınlığında nisbi yüksəkliyi 10–15 metrə çatan qayalı təpələr yaradır.[22] Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır.[22]
Ağdam şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 4 | 5 | 8 | 12 | 9 | 13 | 14 | 17 | 17 | 12 | 8 | 5 | 11,3 |
Orta temperatur, °C | 2 | 3 | 5,5 | 9 | 11 | 14 | 15 | 14,5 | 14,5 | 9,5 | 6 | 6 | 9,1 |
Minimum orta, °C | 0 | 1 | 3 | 6 | 13 | 15 | 16 | 12 | 11 | 7 | 4 | 1 | 7,4 |
Yağıntı norması, mm | 5 | 5 | 6 | 9 | 9 | 7 | 2 | 3 | 3 | 7 | 7 | 5 | 5,66 |
Mənbə: World Weather Online |
Əhalisi
redaktəDemoqrafiyası və etnik tərkibi
redaktə1912-ci ilin Ağdamın "Qafqaz Təqvimi"nə görə, şəhərdə 623 nəfər yaşayırdı.[23] 1989-cu ildə şəhərdə 28.031 nəfər yaşayırdı.[24] 2010-cu ilin statistikasına görə, Ağdamda 360 nəfər yaşayırdı.[25]
Din
redaktəAğdamda yerləşən məscidlərdən Cümə məscidi və Şahbulaq məscidini qeyd etmək olar. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan məscidləri dağıdılaraq təhqir olunmuş, heyvanların saxlandığı yer olaraq istifadə edilmişdir.[26] 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilmişdir.[27]
İqtisadiyyat
redaktəQarabağ müharibəsindən əvvəl, Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları fəaliyyət göstərirdi.[2]
1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilən Ağdamda çaxır zavodu, Azərbaycanda ilk çaxır zavodlarından biri sayılır.[28] 1948-ci ildə SSRİ-də "Ağdam" portveyn tipli tünd şərabın istehsalına başlanılıb.[29] İçkinin tərkibindəki şəkər və spirtin yüksək dərəcəsinə görə portveyn SSRİ-də populyar olub.[29] Digər əksər portveynlərdən fərqli olaraq, "Ağdam" portveyndə şəkərin miqdarı isə 8%, spirtin tündlülüyü 19%h. idi.[29] "Ağdam" ordinar portveyn tipli şərabın hazırlanmasında "Bayan-Şirə" və "Rkasiteli" üzüm sortlarından geniş istifadə edilirdi.[29] "Ağdam" şərabının istehsalı əsasən müəyyən qədər qıcqırmış şirəyə spirt-rektifikat əlavə etməklə hazırlanırdı.[29] Alınmış şərab materialı müxtəlif böyük həcmli çənlərdə açıq səma altında saxlanılırdı ki, bu da şərab materialının temperaturunun yüksəlməsi nəticəsində melanoidlərin əmələ gəlməsini sürətləndirirdi.[29] Əmələ gələn melanoidlər şəraba qovrulmuş fındıq və qoz ətri verirdi ki, bu da portveynin əsas göstəricilərindən biridir.[29]
XX əsrdə Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynayıb.[30][31][32] Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzərək cinsin xarakterik əlamətlərini özündə saxlayan 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib.[32] Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilərək, onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb.[32] 1960–1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb.[32]
Memarlıq
redaktəAğdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar.[33] 1986-cı il iyul ayının 26-da açılan Çay evinin müəllifi 1984–1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub.[34] Çay evi akademik Xudu Məmmədovun ideyası ilə inşa edilib.[35] 2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində Çay evinin bənzəri tikilib.[36]
Parkları və bağları
redaktə1930-cu ildə şəhərdə park salınmışdır.[37] Parkda fıstıq, meymun alması ağacı və rəqs meydançası var idi.[37]
Mədəniyyəti
redaktəMusiqi səhnəsi
redaktəAğdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb.[38] 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.[39][40]
2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan "Ağdam" əsərini şəhərə həsr edib.[41]
Muzey və qalereyaları
redaktəDünyada ikinci hesab edilən Ağdam Çörək muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur.[42] Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi.[42] Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi.[42] Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu.[42] Kompleksə karvansara da daxil idi.[42] Sovet dönəmində "Dəyirman həyəti" adlanan ərazidəki karvansara yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verildi.[42] Qarabağ müharibəsi zamanı muzeyə iki dəfə mərmi düşmüşdü.[42] Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı.[42] 1992-ci ilin avqust ayının 12-də, saat 16:40-da Əsgəran rayonunun Naxçıvanik kəndi istiqamətindən atılan ermənilərə məxsus 120 mm-lik top mərmisi muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir.[42]
Kino səhnəsi
redaktəAğdamda çəkilən məşhur kinolardan "Azərbaycana səyahət" və digərlərini qeyd etmək olar.
Teatrları
redaktə1908-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına truppa fəaliyyət göstərmişdir.[43] 1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyuldu. Həmin il, Ağdamda Həmzə Qəniyevin evində Əbdürrəhim bəy Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər" truppa məharətlə oynamışlar.[43]
1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yarandı.[43] Bu bölmədə dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişdir. 1930-cü ildə Ağdam beynəlmiləl klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşərək Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" opera və operettalarını da tamaşaçılara göstərmişlər.[43]
1937-ci ildə haqqında bəhs edilən kollektiv əsasında şəhərdə Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi.[43] Teatr 10 il ərzində fədakarlıqla fəaliyyət göstərdi, Şuşa və onların ətraf kəndlərində deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etdi. Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıqla dolu hadisələri konkret şəkildə göstərilirdi.[43]
İkinci dünya müharibəsindən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirildi.[43] 1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram teatrı bağlandı və bu ölkə mədəniyyətinə böyük təsir göstərdi.[43] Ağdam xalq teatrına 11-ci mövsümündə Dövlət teatrı adı verildi; teatr yenə də Əbdürrəhimbəy Haqverdiyevin adı ilə daha ciddi yaradıcılıq yollarında addımlamağa başladı.[43] Ağdam teatrının istər ilk illərdəki dram dərnəyində, istər 1937–1949-cü illərdə Dövlət Dram teatrında, istərsə də 1959–1969-cu illər xalq teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1970-ci illərdə teatrda "Qaynana", "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və s. tamaşalara uğurla quruluş verilmişdir.[43]
Təhsil
redaktəQarabağ müharibəsindən əvvəl şəhərdə 7 orta məktəb, 1 səkkizillik məktəb, musiqi və tibb texniki peşə məktəbləri, 5 məktəbdənkənar uşaq müəssisəsi, 1 uşaq bağçası, 4 körpə evi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu və kənd təsərrüfatı texnikumu fəaliyyət göstərirdi.[12]
İdman
redaktəAğdamı Azərbaycan Premyer Liqasında "Qarabağ" təmsil edir. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi.[44] 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[45] 1952-ci ildən Qarabağ müharibəsindən qədər şəhərdə "İmarət" Stadionu yerləşirdi.[46][47]
Nəqliyyat
redaktə1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı.[48] Şəhərdə Ağdərəyə qovuşduran avtomobil şose yolu keçir.[49] Qarabağ müharibəsindən əvvəl, Ağdamda iki dəmiryol vağzalı və aeroport fəaliyyət göstərirdi.[2]
Qardaş şəhərləri
redaktə
|
Qalereya
redaktəErməni işğalında dağıdılmış Ağdam rayonu
-
Şahbulaq qalası bulağı
-
Erməni işğalında dağıdılmış Ağdam rayonu
-
Cümə məscidi (Ağdam)ın künbəzindən rayonun görüntüsü
-
Erməni işğalında dağıdılmış Ağdam rayonu
-
2012-ci ildə Firudin bəy Aslanbəyovun evi
-
2010-cu ildə Ağdam şəhərinin xarabalıqları
-
Ağdamda tikilən yeni yaşayış binaları
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Ağdam". www.virtualkarabakh.az. 2018-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ 1 2 De Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press. 2003. ISBN 0-8147-1945-7.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
- ↑ "30 illlik Azərbaycan-Ermənistan müharibəsindən sonra Qarabağda bərpa prosesi". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 28 sentyabr 2021. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
- ↑ 1 2 3 "Ağdamın işğalından 23 il keçir". karabakhmedia.az. 2017-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ 1 2 Tofiqli, Vüqar. "Aluendən Ağdama..." www.anl.az. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ "Значение слова "Агдам" в Большой Советской Энциклопедии". bse.sci-lib.com. 2012-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ "Türk sərkərdəsi Nuru paşanın Azərbaycandakı fəaliyyəti". www.trt.net.tr. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ 1 2 3 4 5 "Azərbaycanın təkcə bu rayonunda 6 min şəhid verdik". www.faktor.az. 2019-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ "Bakının azad edilməsindən 99 il keçir". www.amerikaninsesi.org. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ 1 2 "Dağlıq Qarabağ münaqişəsi". khatai.cls.az. 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
- ↑ Lonely Planet Georgia, Armenia & Azerbaijan (Travel Guide). Lonely Planet Publications. 2008. səh. 301. (#accessdate_missing_url)
- ↑ "Dark Tourism's Agdam". www.dark-tourism.com. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2014.
- ↑ "Nagorno-Karabakh tensions fester". 2017-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ "Armenians change Azerbaijani town's name". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "Ermənilər Ağdamın adını dəyişdirdilər". 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "Yeni Ağdamdan ən son görüntülər - Dronla çəkiliş" (ingilis). 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
- ↑ Rza, Zahid. "Möcüzələr diyarına gedən yolun açıq olsun, Ağdam". ikisahil.az (az.). 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
- ↑ "Fransız qadınlarını heyrətləndirən Qarabağ atları…". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ "Qarabağ atlarının qısa tarixi". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ 1 2 3 "Coğrafi mövqeyi". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ "Кавказский календарь. Тифлис 1912". 2015-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2016-12-20. İstifadə tarixi: 18 avqust 2015..Orijinal mətn (rus.)
Источник: Всесоюзная перепись населения 1989 года. ТОМ 1. Часть 1. Таблица 3. Численность наличного населения союзных и автономных республик, автономных областей и округов, краев, областей, районов, городских поселений и сел-райцентров.)
- ↑ "Карабах: Агдам переименован в Акна". 2019-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "The ghost town of Aghdam, Azerbaijan: An unofficial monument of the horrors of war". www.abandonedspaces.com. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
- ↑ "Ağdam məscidi qərargaha çevirildi". qafqazinfo.az. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
- ↑ "Ağdamın işğalından 23 il keçir - FOTOLAR". karabakhmedia.az. 2017-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 "Biz niyə "Ağdam"sız qaldıq? - 40 il əvvəlki məşhurluğun itirilmə SİRRİ". publika.az. 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ "Azerbaijan Wants to Sell Rare Karabakh Horses to Preserve the Breed". www.eurasianet.org. 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ Wither, Emily. "Azerbaijan fights to protect national animal from extinction". CNN. 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ 1 2 3 4 "Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır". sputnik.az. 2015-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ "Ağdam rayonunun əsir abidələri". scwra.gov.az. 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
- ↑ "Erməni vandallarının məhv etdiyi maddi-mədəniyyət abidələri". www.anl.az. 2019-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
- ↑ "Ağdamsız Ağdam "Çay evi"". www.femida.az. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
- ↑ "Ağdamın simvolu sayılan yani "Çay evi"nin açlışı oldu". agdam-ih.gov.az. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
- ↑ 1 2 ""Müharibə vaxtı Ağdamın 30 faizini ruslar təşkil edirdi"". 525.az. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
- ↑ "75 yaşlı səsin sehri". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ Shirinov, Elnur. ""Qarabağ bülbülləri"nin yaradıcısı kimdir" (http://www.anl.az/down/medeniyyet2008/may/medeniyyet2008_may_579.htm). 29 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2014.
- ↑ Золотой голос Карабаха – Гадир Рустамов[ölü keçid]
- ↑ "Məşhur alman bəstəkarından "Xaraba Ağdam" əsəri — (Audio)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyi". karabakh.tv. 2019-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Qarabağda teatr haqqında". 2014-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ Goltz, Thomas. "Karabakh's soccer refugees take on Europe". www.politico.eu. 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ "Champions League round-up: Qarabag make history by qualifying for group stages". www.skysports.com. 2017-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ Alakbarov, Fuad. "The story of FK Qarabag, the refugee club providing hope to a million". www.planetfootball.com. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
- ↑ O'Connor, Robert. "FK Qarabag: the club from a war-zone returns from the dead to play Chelsea in Champions League". www.telegraph.co.uk. 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
- ↑ "Şuşa – strateji şəhər". 1905.az. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "Erməni arxeoloqlarının "tarix" axtarışı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ "Azerbaijani occupied town twinned with Hungary's Tiszavasvari". www.azernews.az. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2017.