Iran Etirazlari 2017 - Wikipedia
2017–2018-ci il İran etirazları — 28 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası.[21] İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə,[22] ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir.[23] İranın Nişapur, Kaşan, Kirman, Kirmanşah, Kaşmər, Rəşt, İsfahan, Ərak, Bəndər-Abbas, Ərdəbil, Qəzvin, Həmədan, Sari, Amul, Şahinşəhr, Şəhrikürd, Şiraz, Xürrəmabad, Zəncan, Gürgan, Zahidan, Urmiya, Dürud, Yəzd və Şahrud şəhərlərində də göstərişlər keçirilmişdir.[21] İddialara görə etiraz aksiyaları sosial şəbəkələrdə insanların mesajlaşması vasitəsilə təşkil edilmişdir.[24] Etirazda iştirak edənlər tez-tez "Ruhaniyə ölüm" və "diktatora ölüm" şüarlarından istifadə etmişdir.[25]
İran etirazları | |||
---|---|---|---|
Tarix | 28 dekabr 2017 – 7 yanvar 2018 (10 gün) | ||
Yeri | |||
Səbəbi |
|
||
Nəticəsi | İğtişaşların yatırılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Etiraz aksiyaları ilk olaraq ölkənin iqtisadi problemləri barədə idi, ancaq bu çox vaxt keçmədən etirazçıların İranın Orta Şərqdəki münaqişələrə daxil olması və ölkənin İslamçı hökumətini pisləməsiylə nəticələnmişdir.[26] Bir çox etirazçı "İslam Respublikasına ölüm!" demişdir.[27] Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etiraz aksiyalarında polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.[28] Yanvarın 2-də baş verən gərginlikdə isə etirazçılardan 21, təhlükəsizlik qüvvələrindən isə 2 nəfər ölmüşdür.[29][30]
Arxaplan
redaktəİran İslam Respublikası 1979-cu ildə Pəhləvi hakimiyyətinə qarşı qalibiyyətli inqilabdan sonra Ayətullah Xomeyni tərəfindən yaradılmışdır. Bu dövrdən sonra İran xarici və siyasi məsələlərə mühafizəkar yanaşma tətbiq etməyə başlamışdır.
Ruhullah Xomeyni 1989-cu ildə vəfat etdikdən sonra, keçmiş İran prezidenti Əli Xamenei İranın yeni Ali Lideri olmuşdur. Əli Xamenei hələ də bu vəzifədədir. Bu onu Orta Şərqdəki ən uzun müddət xidmət göstərən ikinci (Oman sultanı Kabus bin Səiddən sonra) dövlət başçısı, eləcə də XX əsrin ən uzun müddət xidmət göstərən ikinci (Şah Məhəmməd Rza Pəhləvidən sonra) İran rəhbəri edir.[31] Xamenei ilə müqayisədə İran prezidentinin siyasi gücü azdır. Xamenei 2013-cü ildə 95 milyard ABŞ dolları qədər dəyəri olan iqtisadi bir imperiyaya sahibdir.[32][33]
2006-cı ildə İran hökumətinin nüvə proqramı tərtib etməsi və onun üzərində sınaqlar aparması səbəbilə buraya xarici sanksiyalar tətbiq edilməyə başlamışdır. 2015-ci ildə isə İran iqtisadi qüdrətini bərpa etmək üçün dünyanın bir sıra böyük dövlətləri ilə müqavilə imzalamışdır.
Məlumatlara əsasən sanksiyalar nəticəsində işsizlik artmış, İranın valyutası inflyasiyaya uğramış, əsas tələbat mallarının qiymətləri artmışdı.[34] Bir çox iranlı xarici dövlətlər tərəfindən qoyulan sanksiyalar götürüldükdən sonra ölkənin iqtisadi vəziyyətinin yaxşılaşacağına inanırdı, ancaq bu orta təbəqənin vəziyyətini yaxşılaşdırmaq üçün yetərli olmamışdır. İranın son iqtisadi problemləri iqtisadiyyatla bağlı olan etiraz aksiyalarına təkan vermişdir.[35]
2017-ci ilin dekabr ayında Ayətulla və İnqilab Keşikçilərinə üstünlük verən və əhalinin kasıb hissəsinin subsidiyalarını kəsən bir hökumət büdcəsi layihəsi ifşa olmuşdur.[36] Bu qalmaqal əhalidə geniş bir qəzəbə səbəb olmuşdur. Sosial şəbəkələrdə #pashimanam (azərb. "peşmanam") heş-teqi məşhurlaşmışdır.[36] Əhali İran hökumətinin 2018-ci il büdcə təklifindəki yanacaq və pul subsidiyalarının kəsilməsinə olan narazılıqlarını bildirmişdi. Hökumətin İnqilab Keşikçiləri Ordusunu maliyyələşdirmə prosesi dayanmamışdır.[37] Hökumət bunlara əlavə olaraq, dini təşkilatların maliyyələşdirməsini də artırmışdır.[38]
Xronologiya
redaktə28 dekabr
redaktə28 dekabr 2017-ci il tarixində Məşhəd şəhərində yaşayan insanlar etiraz aksiyası keçirmişdir. İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə,[22] ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir.[23] İranın Həmədan, Kirmanşah, Rəşt və İsfahan şəhərlərində də göstərişlər keçirilmişdir.[21] Etirazçılar "Ruhaniyə və diktatorluğa ölüm" şüarlarından istifadə edilmişdir. Bu şüarlar İran İslam Respublikasının hal-hazırkı prezidenti Həsən Ruhaninin seçkilər zamanı verdiyi hədəfləri yerinə yetirə bilməməsi ilə bağlı idi. Etirazçılar İranın ərəb ölkələrindəki münaqişələrə qarışmasına qarşı "Suriyadan çəkil və bizi düşün!" və "Livan və Qəzzəya yox, İrana hə!" şüarlarından istifadə etmişdir.[39]
29 dekabr
redaktəNümayişlər sabahki gün davam etmişdir. Etiraz aksiyaları Rəşt, İsfahan, Əhvaz, Qum, Sari, Zahidan və Qəzvin kimi böyük şəhərlərə də yayılmışdı.[40] Həmin gün, ölkənin paytaxtı Tehran şəhərində bir neçə nəfər həbs olunmuşdur.[41]
30 dekabr
redaktəDekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etirazlarda polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.[28] 30 dekabr 2017-ci il 30 dekabr 2009-cu il İran iqtidaryönlü mitinqinin ildönümü olduğundan, həmin gün ölkənin paytaxtı Tehran şəhərində 4,000 nəfərlik bir mitinq keçirilmişdir. Dövlət televiziyasına əsasən, hökumət lehinə olan mitinqlər 1,200 qəsəbə və şəhərdə keçirilmişdir.[42] Həmin vaxtda, Tehran Universitetinin tələbələri hökumət əleyhinə şüarlar səsləndirdiyində çevik qüvvət polisi tərəfindən səpələndikdən sonra hökumət əleyhinə olan qiyamlar Tehran şəhərində yayılmışdır.[42] Tehrən şəhərindəki bir çox yer daxil olmaqla, ölkənin böyük hissəsində internet bağlanılmışdır.[43]
Həmin gün iqtidaryönlü anti-etiraz aksiyaları da gerçəkləşmişdir. İran hökuməti ölkə daxilində 1,200 iqtidaryönlü mitinqin keçirildiyini açıqlamışdır.[44]
Luristan ostanının hökumət işçiləri bir bəyanat buraxmışdır. Bu bəyanatda xalqa atəş açılmadığı və şəhərdə əhalinin əməkdaşlığı ilə sülh bərpa edildiyi deyilmişdir.[45]
31 dekabr
redaktəİranın daxili işlər naziri Ədbülrıza Rəhmani Fəzli "əmri və qanunu pozanlar hərəkətlərinə məsuliyyətli olmalı və cəzasın ödəməlidirlər." demişdir. Rəhmani Fəzli dövlət televiziyasında verdiyi bəyanatda "qorxu və terrorla mütləq üzləşiləcək." demişdir.[46]
İqtidar əleyinə olan etiraz aksiyaları 4-cü gündə də davam etmişdir. Tehranda nümayişlərin sayı azalmış və həbs olunan etirazçıların ailələri Evin həbsxanasının qarşısında yığışmışdır. Bazar günü Tehran şəhərində 200 nəfər, Qərbi Azərbaycan ostanında isə 10 nəfər həbs olunmuşdur.[47]
İran prezidenti Həsən Ruhani günlərlə davam edən hökumət əleyhinə olan etirazlara olan ilk sözlərində "xalqın etiraz aksiyaları göstərməyə haqqı var, ancaq zorakılıq, vandallıq və iltihablı siyasi şüarlar aradan qaldırılmalıdır, çünki bunlar yalnız xalqın vəziyyətini daha da pisləşdirir" olmuşdur.[46]
İranın dövlət tərəfindən idarə olunan mediasına əsasən, bəzi silahlı etirazçılar polis şöbələrinin və hərbi bazaların nəzarətini ələ keçirmək istədiklərini, ancaq mühafizə qüvvələri tərəfindən dəf edildiklərini açıqlamışdır.[48] Bazar günü gecəsi baş verən toqquşmalar nəticəsində 10 nəfər həlak olmuşdur.[18]
-
Tehran şəhərində kütləvi etiraz aksiyaları (31 dekabr 2017)
-
Tehran şəhər teatrının önündə etirazçılar (30 dekabr 2017)
-
İnqilab meydanında etiraz aksiyaları (31 dekabr 2017)
1 yanvar
redaktəEtiraz aksiyaları bazar ertəsi Tehran və ölkənin digər şəhərlərində davam etmişdir.[49] Dövlət mediası 1 yanvar 2018-ci il tarixində keçirilən etiraz aksiyalarında mühafizə qüvvələrinin bir üzvünə atəş açıldığını və nəticədə həmin polisin vəfat etdiyini xəbər verir.[20]
2 yanvar
redaktə2 yanvar 2018-ci il tarixində gecə vaxtı baş verən toqquşmalarda 9 mülki şəxs həlak olmuşdur. Dövlət televiziyasının məlumatına görə ölümlərin 6-sı Qəhdəricanda silahları oğurlamaq istəyən etirazçıların polis şöbəsinə hücum etməsindən sonra baş vermişdir.[50] Əlavə olaraq, Xomeynişəhrdə 11 yaşlı bir oğlan və 20 yaşlı bir kişi, Nəcəfabadda isə bir polis öldürülmüşdür. Ölənlərin hamısı ov tüfəngi ilə öldürülmüşdür.[19][20] Etiraz aksiyaları başlanandan bəri 550 nəfər həbs edilib. Həbs olunanların 90%-i 25 yaşdan aşağı gənclərdir.[51][52]
3 yanvar
redaktə3 yanvar 2018-ci il tarixində İranda etiraz aksiyaları sporadik olmuşdur. Məlayir şəhərindəki etiraz aksiyaları gün batımından sonra başlamışdır. Etiraz aksiyalarında səslənən şüarlar ölkə prezidentini hədəfləyirdi. İnternetdə paylaşılan videolar İranın şimalında yerləşən Novşəhrdəki etiraz aksiyalarında "diktatora ölüm!" şüarlarından istifadə edildiyini göstərir.[1][53] Digər tərəfdən, İİKO-un rəhbəri Məhəmməd Əli Cəfəri "fitnə-fəsadın sona çatdığı"nı açıqlamışdır.[54] Məhəmməd Əli Cəfəri bu açıqlamadan sonra, Həmədən, İsfahan və Luristan ostanlarına "yeni fitnə-fəsad" ilə mübarizə aparmaq üçün mühafizə qüvvələri göndərdiyini demişdir.[53]
4 yanvar
redaktəİran Kəşfiyyat Naziriliyinin verdiyi məlumata görə 4 yanvar 2018-ci il tarixində İranın şimal-qərbində yerləşən Piranşəhr şəhərində, 3 İİKO üzvü "terrorçular"la vuruşan zaman öldürülmüşdür.[55] İran İnqilab Keşikçiləri Ordusunun verdiyi məlumata əsasən, silah və partlayıcı qurğulara sahib olan etirazçıların əsas məqsədi iğtişaşı daha da kəskinləşdirmək üçün dinc sakinləri öldürmək idi.[56] Həmin gün, İranın Sənəndac, Bukan, Kamyaran, Dezful, Əhvaz və Rəşt şəhərləri hökumət əleyhinə olan etiraz aksiyalarının mərkəzi idi.[57]
5 yanvar
redaktəBirləşmiş Millətlər Təşkilatının insan hüquqları mütəxəssisləri İran hökumətini etirazçıların hüquqlarına hörmət eləməyə və internet senzurasını bitirməyə çağırmışdır.[58]
7 yanvar
redaktəİran İnqilab Keşikçiləri Ordusu İran xalqının və mühafizə qüvvələrinin, eləcə də Bəsic, polis və Kəşfiyyat Nazirliyinin iğtişaşı məğlub etdiyini demişdir. İİKO daha sonra iğtişaşın səbəbkarının ABŞ, Böyük Britaniya, İsrail, Səudiyyə Ərəbistanı, İran xalqının mücahidlər təşkilatı və monarxistlərin olduğunu demişdir. Həmin gün, hökumət əleyhinə olan etiraz aksiyalarına qarşı mitinqlər keçirilmişdir.[59] Lakin, The Wall Street Journal qəzetinə görə, iğtişaşların izləri hələ də qalmışdır. Bunun səbəbi, hökumət sənədlərinin yandırımasıyla bağlı onlarla videonun sosial şəbəkələrdə yayılmasıdır.[60]
"Əl-Qüds Əl-Ərabi" qəzetinin verdiyi məlumata görə, keçmiş İran prezidenti Mahmud Əhmədinejad Ali Lider Əli Xamenein qərarı ilə İranda həbs olunmuşdur. Bunun səbəbi Əhmədinejadın etiraz aksiyaları dalğası zamanı hökuməti tənqid etməsidir.[10] Hökumət Əhmədinejadı "zorakılığı təşvik etdiyi"nə görə həbs etdiyini açıqlamışdır.[61]
23 yaşlı Sina Ğənbari iğtişaşlar zamanı həbs olunmuşdur. Ölkədə etirazçının Evin həbsxanasında naməlun səbəblərə görə öldüyü məlumata yayılmışdır. İran parlamenti üzvü Təyibi Siəvoşi etirazçının həbsxanada intihar etdiyini demişdir.[62]
14 yanvar
redaktəTehran ostanının prokuroru Abbas Cəfəri Dolatabadi bildirib ki, Tehran vilayətində baş verən iğtişaşlar zamanı həbs edilmiş 440-dan artıq nümayişçi azadlığa buraxılıb.[63][64]
İqtidaryönlü mitinqlər
redaktə30 dekabr 2017-ci il 30 dekabr 2009-cu il İran iqtidaryönlü mitinqinin ildönümü olduğundan, həmin gün ölkənin paytaxtı Tehran şəhərində 4,000 nəfərlik bir mitinq keçirilmişdir.[65][66][67][68] Mitinqlər İran hökuməti tərəfindən təriflənmişdir.
3 yanvar 2018-ci il tarixində yenə iqtidaryönlü mitinqlər keçirilmişdir.[54][69] "Washington Post" qəzetinin verdiyi məlumata əsasən mitinqlər "dövlət tərəfindən təşkil olunmuş yığıncaqlar"a bənzəyirdilər.[70]
İran xaricindəki etiraz aksiyaları
redaktə3 yanvar 2018-ci il tarixində İrandan xaricdə yaşayan iranlılar İranda keçirilən etiraz aksiyalarına dəstək göstərmişdilər. Bu mitinqlər Stokholm, Afina, Bern və Köln şəhərlərində keçirilmişdir.[1] 7 yanvar 2018-ci il tarixində Los-Anceles şəhərində 2,000-ə yaxın etirazçı əllərində II Rza Pəhləvinin şəkli olan plakartlarla yürüş etmişdir.[2][71]
İtkilər
redaktə28–31 dekabr tarixlərində ümumi olaraq 12 etirazçı mühafizə qüvvələri ilə olan toqquşmalar zamanı həlak olmuşdur.[18] 1 yanvar tarixində dövlət mediasını verdiyi xəbərə görə mühafizə qüvvələrinin bir üzvü Tehrən şəhərində ov tüfəngi ilə öldürülmüşdür.[20] 2 yanvar tarixində ümumi olaraq 21 etirazçı polis şöbəsinə basqın cəhdində həlak olmuşdur. Etirazçılar basqın cəhdində uğursuz olmuşdur. Ölənlərin 6-sı silahlı idi.[50] Bundan əlavə olaraq, Qəhdəricanda 5, Tuysirkanda isə 6 nəfər həlak olmuşdur.[72]
İşgəncə iddiaları
redaktə"Fox News" kanalının verdiyi xəbərə görə, yüzlərlə etirazçı Evin həbsxanasının önündə toplanmış, yaxınları barədə məlumat istəmişdilər. Etirazçılar yaxınlarının işgəncəyə məruz qaldığını iddia edirdilər.[73] ABŞ-də yerləşən Ağ Evin vəzifəli şəxsləri iddiaları "narahat edici" olaraq qələmə vermişdir.[74]
İctimai mülkiyyətə zərər
redaktəTehran şəhərinin meri Məhəmməd Əli Nəcəfinin verdiyi məlumata görə, Tehranda ictimai mülkiyyətə verilən zərər "o qədər də ciddi deyildi" və yalnız bir neçə avtobus stansiyası və zibil qutusu yandırılmışdır.[75] Həsən Ruhaniyə əsasən, ictimai mülkiyyətə zərər yetirən və ictimai qanunları pozanlarda heç bir hörmətsizlik əlaməti yox idi.[76]
31 dekabr 2017-ci il tarixində CCTV kameraları Dürud şəhərindəki bir yanğınsöndürmə stansiyasında etirazçıların stansiyaya daxil olub işçi heyətinə hücum etdiyini və yanğınsöndürmə maşınlarına zərər verdiyini göstərən bir video çəkmişdir.[77]
Hökumət reaksiyası
redaktəİngilis dilinin ibtidai məktəblərdə qadağan edilməsi
redaktəKütləvi etiraz aksiyalarından sonra İran hökuməti ibtidai məktəblərdə ingilis dili dərslərinin keçirilməsini qadağan etmişdir. Xamenei bunun qərb dünyasının İrana qarşı apardığı "mədəni işğal"a yol açdığını iddia etmişdir.[78][79]
İnternet
redaktəİranda internetin verilməsinə uzun müddətli süni fasilələr yaradılıb.[80] Bununla hökumət ölkədəki informasiyaların İranın digər bölgələrinə çatmasını əngəlləməyə çalışır. Ölkədə baş verən etirazların təşkilində həmin şəbəkələrdən istifadənin qarşısının alınmasına səy göstərilir.[81]
Media senzurası
redaktəİran Daxili İşlər Naziri Əbdülrıza Rəhmani Fəzlinin verdiyi bəyanatda sosial şəbəkədən nalayiq istifadə "şiddət və qorxuya səbəb olur" və "bu cür davranış əziləcək" demişdir.[83] İranın dövlət xəbər televiziya kanalının verdiyi məlumata görə, İran İslam Respublikası Xəbər Şəbəkəsinin etiraz aksiyalarını əhatə etməsi qadağan edilmişdir.[84]
31 dekabr 2017-ci il tarixində İran hökuməti "Instagram" sosial şəbəkə platformasının fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırmışdır.[85][86][87][88][89] "Instagram"a giriş 6 yanvar 2018-ci ildə bərpa edildi.[90]
İran İslam Respublikasının Ali Lideri və Xarici İşlər Naziri "Twitter" sosial şəbəkə platformasında etiraz aksiyaları barədə yazmışdır.[91][92] Halbuki, "Twitter" platformasının fəaliyyəti İranın ümumi ictimaiyyətinə qadağan edilmişdir.[93][94]
Həbslər
redaktəProkuror Abbas Cəfəri Dolatabadinin verdiyi məlumata görə, 14 yanvar 2018-ci ildə, Tehran iğtişaşları zamanı həbs edilən 440-dan çox etirazçı azad edilmişdir.[95][96]
19 fevral 2018-ci ildə iranlı deputat Məhəmməd Kəzami Məlayirdəki bir məhkəmə orqanının qərarına görə, etiraz aksiyaları zamanı İran İslam Respublikası bayrağını endirməklə təqsirlənən 15 yaşlı bir oğlanın beş illik həbs cəzası aldığını iddia etmişdir.[97]
Reaksiyalar
redaktəYerli
redaktə- İranın Ali Lideri Əli Xamenei etiraz aksiyalarına görə İran İslam Respublikasının "düşmənlərini" günahlandırıb. O, "Son bir neçə gündür ki, davam edən hadisələrdə İranın düşmənləri əllərindən gələn şeyi buraxırlar. Bunlara maddi və siyasi dəstək, eləcə də silahlandırma daxildir" demişdir.[98]
- 2018-ci ilin əvvəllərində Həsən Ruhani Fransa prezidenti Emmanuel Makrona zəng etmişdir. O, prezidentdən Parisdə yerləşən İran Xalqının Mücahidləri Təşkilatına qarşı bir tədbir görməsini xahiş etmiş və təşkilatı İrandakı iğtişaşı təhrik etməklə günahlandırmışdır.[99]
- İran prezidenti Həsən Ruhani etirazçılara xəbərdarlıq vermişdir.[100]
- İranın müxalif İran xalqının mücahidlər təşkilatının rəhbəri Məryəm Rəcavi "Dünən Məşhəd şəhərində, bu gün Kirmanşahda və sabah bütün İranda", "Ya ölüm ya azadlıq", "Ruhaniyə ölüm", "Diktatora ölüm" , "Bu xalqın rüşvətxor diktatoru devirməsi üçün böyük bir üsyandır." şüarlarıyla çıxış etmişdir.[101]
- Əhvaz Araşdırmalar Mərkəzinin prezidenti Səid Həsən Radi "Bu İrandakı ilk etiraz deyil, ancaq bu nümayişləri fərqləndirən onun böyüklüdür. Etirazlar yaşayış şərtlərinin yaxşılaşdırılmasını istəyən mərd və cəsur nümayişçiləriylə səciyyələndirilir." demişdir.[102]
- İranın Xarici İşlər Nazirliyinin deleqatı olan Bəhram Qəssami ABŞ prezidenti Donald Trampın şəxsi "Twitter" hesabında yazdıqlarına bir cavab olaraq, "İran xalqı ABŞ məmurlarının fürsətçi və ikisifətli şüarlarına yol vermirlər" və "İran İslam Respublikası konstitusiyası xalqın mülki hüquqlarının qanuni şəkildə qorunması üçün demokratik strukturlar təsis edir və bu tələbatları qanun çərçivəsində əldə etmək tamamilə mümkündür" demişdir.[103][104]
- Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanının heşteqlərdən və sosial şəbəkə kampaniyalarından istifadə edərək iğtişaşları təhrik etdiyini demişdir.[105]
- İran İnqilab keşikçiləri Ordusunun rəhbərliyi hadisələrlə bağlı bir bəyanat buraxmışdır və təşkilatın "gələcək fitnə-fəsad əməllərini" yaxından izləyəcəyinə və "İslam hüquqşünaslarının qəyyumçuluğunu dəstəkləyərək ölkəyə zərər verilməyəcəyinə" söz vermişdir.[106]
- Keçmiş İranın Xarici İşlər Nazirliyi deleqatı Həmid Rza Əsəfi Səudiyyə Ərəbistanının "mülki mitinqləri və ifadə azadlığı"nı istirmar etdiyini və öz siyasi mənfəətləri üçün İranda qarma-qarışıqlıq yaratdığını iddia etmişdir. O, İran xalqının və hökumətinin Səudiyyə Ərəbistanı hökumətinin və ya hər hansı bir dövlətin etiraz aksiyalarından istifadə etməsi və İranin daxili problemlərinə müdaxilə etməyinə icazə verməyəcəyini demişdir. Bunlara əlavə olaraq o, etiraz aksiyalarının hökumətə qarşı yox, iqtisadi problemlərə qarşı aparıldığını irəli sürmüşdür.[107][108]
- Keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi öz "Instagram" və "Facebook" hesablarında etiraz aksiyalarını dəstəklədiyini bildirmişdir. Məhəmməd Rza Pəhləvinin oğlu II Rza Pəhləvi və Fərəh Pəhləvi etiraz aksiyalarının ikinci günündə öz "Telegram" kanallarında İran xalqına dəstəklərini bildiriblər.[103][104]
- İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Laricani prokurorlara və ümumiyyətcə, ölkədəki hüquq-müdafiə orqanlarının bütün işçilərinə iğtişaşçılara və vandallara qarşı sərt tədbirlər görmələrini əmr etmişdir.[109]
Beynəlxalq
redaktə- ABŞ — Prezident Donald Tramp 30 dekabr 2017-ci il tarixində öz Twitter hesabında yazı paylaşmışdır. Prezident bu paylaşımda "Bütün dünya İranın yaxşı insanlarının dəyişiklik istədiklərini və İran liderinin ABŞ-nin geniş hərbi gücündən başqa, ən çox öz xalqından qorxduğunu anlayır…" yazaraq etirazçıları dəstəklədiyini bildirmişdir.[110][111]
- ABŞ senatorları Ted Kruz, Con Makkeyn, Tom Kotton, Berni Sanders[112] və Orrin Hatç, ABŞ Nümayəndələr Palatasının spikeri Paul Rayan və köhnə Dövlət katibləri Hillari Klinton[113] və Con Kerri[114] etirazçılarla həmrəyliklərini ifadə ediblər.[115][116] ABŞ Dövlət Departamenti etirazçıların həbs edilmələrini pisləyən bəyanat yaymışdır.[117]
- 2 iyun 2018-ci ildə ABŞ-nin BMT-yə olan səfiri Nikki Heyli İran hökumətinin etirazçılara qarşı apardığı sərt tədbirləri tənqid etmiş və etirazçılara olan dəstəyini bəyan etmişdir. O, "Bu öz diktatorlarına qarşı ayağa qalxan uzun illərdir ki, zülmə məruz qalan bir xalqın aydın bir şəklidir" demişdir.[118]
- 5 yanvar 2018-ci ildə Reks Tillerson "Biz İran xalqının daha keyfiyyətli bir həyat, daha böyük bir azadlıq üçün olan arzularını əldə etmələrini dəstəkləyirik. Biz onların buna layiq olduqlarına düşünürük, ancaq o İran xalqının sülhpərəst bir intiqal əldə etməsindən asılıdır. Biz onu dəstəkləyirik."[119]
- Almaniya — Almaniya Xarici İşlər Naziri Ziqmar Qabriel öz Twitter hesabından "Biz İran hökumətini etirazçıların öz səslərini sülh yolu ilə yüksəltmə hüququna hörmək göstərməyə çağırırıq. Son günlərdəki qarşıdurmalardan sonra, zorakı əməllərdən uzaqlaşmaq önəmlidir" yazmışdır[120]
- Avropa İttifaqı — Xarici İşlər və Təhlükəsizlik Siyasəti İttifaqının Ali Nümayəndəsi Federika Moqerini dövlətləri təmkinli olmağa çağırmışdır.[72]
- BƏƏ — BƏƏ-in Xarici İşlər Naziri Ənvər Məhəmməd Gərqaş "Bu etirazlar İran hökuməti'nin xalqın istəklərini prioritetləşdirməsi üçün bir fürsətdir" demişdir.[121]
- Böyük Britaniya — Xarici İşlər və Əməkdaşlıq üzrə Dövlət katibi Boris Conson öz hesabından "İrandakı hadisələri narahatlıqla izlədiyini" demişdir.[122]
- Fransa — Fransa prezidenti Emmanuel Makron ABŞ-ni və onun Orta Şərqdəki müttəfiqlərini etirazıları dəstəklədiklərini açıqlamalarını tənqid etmişdir.[123] O, 3 iyun 2018-ci ildə "Sözsüz ki, bir-birləri ilə müttəfiq olan ABŞ, İsrail və Səudiyyə Ərəbistanının izlədikləri rəsmi yol bizi müharibə aparacaq olandır" demişdir.[124]
- İsrail — Benyamin Netanyahu etirazçıları "azadlıq üçün olan ləyaqətli tapşırıqları"nda "igid" adlandırmışdır.[120][125] O daha sonra "Mən İran prezidenti Ruhaninin İsrailin etiraz aksiyalarının arxasında olması iddiasını bu gün eşitdim. Bu yalnız yanlış deyil, həm də gülməlidir və Ruhanidən fərqli olaraq, mən İran xalqını təhqir etməyəcəyəm. Onlar daha yaxşısına layiqdirlər" demişdir.[120][125]
- Kanada — Kanadanın Qlobal İşlər bürosu bir bəyanat buraxaraq etirazçılara olan dəstəyini bildirmişdir. Bu bəyanatda "Kanada İran xalqının təməl bir hüququ olan sülh yolu ilə etiraz aksiyaları göstərmələrindən həvəslənmişdir" deyilmişdir.[126]
- Rusiya — Xarici İşlər Naziri Sergey Lavrov İrandakı kütləvi iğtişaşların ölkənin daxili işi olduğunu və böhranın qan tökülmədən bitməsini ümid etdiyini demişdir.[127] O həmçinin İranın daxili işlərinə olan hər hansı bir xarici müdaxilənin vəziyyətin sabitliyini pozacağını və bunun xoşagəlməz olduğunu demişdir.[128]
- Türkiyə — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrail hökumətlərini İranın daxili işlərinə müdaxilə etmələrini qınamışdır.[124]
- Xarici İşlər Naziri Mövlud Çavuşoğlu "Biz şiddətdən qaçınmağın və araqarışdırmaya aldanmamağın zəruri olduğuna inanırıq" demişdir.[129]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "گسترش واکنشهای بین المللی همزمان با 'ادامه اعتراضات' در ایران" (fars). BBC. 4 yanvar 2018. 2018-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ 1 2 3 Tçekmediyan, Alin. "Demonstrators flood Westwood to back anti-regime protests in Iran: 'Least we can do to show we're with them'". Los Angeles Times. 7 yanvar 2018. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ 1 2 3 Reuters. "Protests over alleged corruption and rising prices spread to Tehran". The Guardian. 30 dekabr 2017. 29 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ آنا, خبرگزاری دانشگاه آزاد اسلامی -. "مهمترین اقدامات فوری دولت و مجلس برای پاسخ به مطالبات اقتصادی مردم درگفتوگو با ۷ اقتصاددان". خبرگزاری دانشگاه آزاد اسلامی - آنا (fars). 2017-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ جهان|TABNAK, سایت خبری تحلیلی تابناك|اخبار ایران و. "توکلی: اعتراضات خیابانی قابل پیشبینی بود". سایت خبری تحلیلی تابناك|اخبار ایران و جهان|TABNAK (fars). İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ "شباهتهای اعتراضات خیابانی به گرانیها در دو دهه 70 و 90". نود اقتصادی (fars). 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ "Qadınlar orada olmasalar da, İran etirazlarının simvoluna çevriliblər" (az.). BBC Azərbaycanca. 4 yanvar 2018. İstifadə tarixi: 2018-01-04.
- ↑ CNN, Fil Qast və Deykin Andon. "Here's why the Iran protests are significant". CNN. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
- ↑ "Crisis of expectations: Iran protests mean economic dilemma for government". Reuters. 1 yanvar 2018. 2018-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ 1 2 "Ahmadinejad arrested for 'inciting violence' in Iran: report". 7 January 2018. 7 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2018.
- ↑ Kim Senqupta. "Iran protests latest: Grand Ayatollah accuses foreign powers of meddling as protest death toll rises to 22" (ingilis). Independent. 2 yanvar 2018. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Səid Kəmali Dəğan və Culiyan Borqer. "Iran's enemies to blame for unrest, says supreme leader, as death toll rises" (ingilis). The Guardian. 2 yanvar 2018. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "Iran : le bilan officiel des manifestations monte à 25 morts". Le Monde with AFP. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Con Qambrell. "Iran lawmaker says some 3,700 arrested amid protests, unrest" (ingilis). ABC News. 9 yanvar 2018. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.
- ↑ Şina Mek-Kenzi. "3,700 people were arrested during Iran protests, lawmaker says". CNN. 9 yanvar 2018. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04., Sheena McKenzie, CNN, 9 Jan 2018
- ↑ Səid Kəmali Dəğan. "Iran protests: deaths in custody spark human rights concerns | World news". The Guardian. 2018-01-09. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
- ↑ "Iran: authorities must investigate five deaths in custody following protest crackdown". Press release. Amnesty International. 9 yanvar 2018. 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
- ↑ 1 2 3 "The Latest: Iran state TV says protesters attacked bases". AP News. 1 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ 1 2 Səid Kəmali Dəğan. "Nine more reported dead in Iran as protests enter sixth day". The Guardian (ingilis). 2 yanvar 2018. ISSN 0261-3077. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
- ↑ 1 2 3 4 "Iranian policeman killed, three hurt in protests: police spokesman". 1 yanvar 2018. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018 – Reuters vasitəsilə.
- ↑ 1 2 3 "Iranians protest against high prices". BBC News (ingilis). 2017-12-28. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ 1 2 "Anti-government protests break out in Iran over economic woes" (ingilis). 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ 1 2 "Protesters in Iran raise slogans against Rouhani, Supreme Leader". english.alarabiya.net (ingilis). 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ Rafizadə, Məcid. "Iran: Protesters Decry Economic Mismanagement, But Also Express Broader Frustrations". Huffington Post (ingilis). 2017-12-28. 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ Cozi Ensor. "Rare public protests spread across Iran amid spiraling inflation" (ingilis). telegraph.co.uk. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ Farda, Radio. "Street Protests In Iran, Hundreds Reportedly Arrested". RFE/RL (ingilis). 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ Holli Daqrs. "Chants in the holy city of Qom tonight, the spiritual center of #Iran: "We don't want an Islamic Republic!"" (ingilis). Twitter. 29 dekabr 2017. 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ 1 2 "Three killed in shooting by Revolutionary Guards during protests in central Iran". english.alarabiya.net. 30 dekabr 2017 tarixində arxivləşdirilib.
- ↑ "Ex-Iranian president, seen by some as moderate, condemns violence and US" (ingilis). timesofisrael.com. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
- ↑ "Ex-Iranian president, seen by some as moderate, condemns violence and US". 2 yanvar 2018. 2 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
- ↑ "The Supreme Leader - The Iran Primer". 30 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2016.
- ↑ Stiv Steklou, Babək Dəğanpişeh və Yeganə Torbati. "Khamenei controls massive financial empire built on property seizures" (ingilis). Reuters. 11 noyabr 2013. 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Stefens, Bret. "Opinion - Finding the Way Forward on Iran". 6 yanvar 2018. 6 yanvar 2018 tarixində arxivləşdirilib – The New York Times vasitəsilə.
- ↑ Əmir Vəhdət və Con Qambrell. "Economic protests in Tehran continue to challenge Iran's government" (ingilis). Chicago Tribune. 30 dekabr 2017. 2017-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
- ↑ Məcid Rəfizadə. "Iran: Protesters Decry Economic Mismanagement, But Also Express Broader Frustrations" (ingilis). 28 dekabr 2017. 2017-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ 1 2 "Iran is in turmoil but the clerics and their allies remain entrenched". The Economist. 4 yanvar 2018. 6 yanvar 2018 tarixində arxivləşdirilib.
- ↑ "The Islamic Republic's Power Centers". cfr.org (ingilis). 5 yanvar 2018. 5 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2018.
- ↑ "Iran's working class, facing dim prospects, fuels unrest". AP. 6 yanvar 2018. 7 yanvar 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2018. (#invalid_param_val)
- ↑ "الموت لروحاني والمرشد".. شعار مظاهرات حاشدة بإيران" (ərəb). Al Arabiya. 28 dekabr 2017. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
- ↑ "Wave of protests hits Iranian cities". BBC News. 29 dekabr 2017. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Updated: Second day of protests in Iran". www.rudaw.net. 2017-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ 1 2 Editorial, Reuters. "Street protests hit Tehran, 2 demonstrators reported killed in western". U.S. 2017-12-30. 2017-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Iran blocks internet, may shut down Telegram app as protests spread" (ingilis). 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "'West focuses only on anti-govt rallies': Thousands protest for & against authorities in Iran". RT International (ingilis). 30 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ Entekhab.ir, پایگاه خبری تحلیلی انتخاب |. "استانداری لرستان: در درگیریهای دورود 2 نفر کشته شدند / هیچ تیری از ناحیه نیروهای نظامی، انتظامی و امنیتی به سمت مردم شلیک نشد / ردپای گروههای خارجی نمایان است". پایگاه خبری تحلیلی انتخاب | Entekhab.ir (fars). 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ 1 2 "LIVE BLOG: Iran Protests". 31 dekabr 2017. 1 yanvar 2018 tarixində arxivləşdirilib.
- ↑ "ایستگاه خبر؛ یکشنبه ۱۰ دی". 1 yanvar 2018 tarixində arxivləşdirilib.
- ↑ "Ten killed in Iran protests and security forces repulse attacks: state TV". reuters. 1 yanvar 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018. (#invalid_param_val)
- ↑ "Iranian President Hassan Rouhani calls for unity as death toll rises in unrest". CNN. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03. (#first_missing_last)
- ↑ 1 2 "Iran state TV: 9 killed in nationwide protests, unrest". AP News (ingilis). 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
- ↑ "Tens of thousands of people have protested in Iran. Here's why". The Washington Post. 3 yanvar 2018. 2018-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2018.
- ↑ "What has brought Iranian protesters onto the streets?". Reuters. 2 yanvar 2018. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2018.
- ↑ 1 2 Bozorğəhr Şərəfədin. "Iran deploys Revolutionary Guards to quell 'sedition' in protest hotbeds" (ingilis). reuters.com. 3 yanvar 2018. 2018-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ 1 2 CNN, İyan Mak-Kirdi və Ancela Devan. "Iran's Revolutionary Guards claim protests over". CNN. 2018-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2018.
- ↑ "وزارت اطلاعات از رصد و دستگیری یک تیم تروریستی در پیرانشهر خبر داد/شهادت سه نفر از سربازان گمنام امام زمان (عج )" [The intelligence ministry reports identification and arrest of a terrorist cell in Piranshahr/Martyrdom of three anonymous soldiers of Imam Zaman]. Fars News Agency. 4 yanvar 2018. 2018-01-06 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
- ↑ "Iran's Revolutionary Guards claim protests over". CNN. 5 yanvar 2018. 2018-01-03 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
- ↑ "ادامه تجمعهای اعتراضی در ایران" (fars). BBC News. 5 yanvar 2018. 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-0.
- ↑ Laura Smit-Park. "UN experts urge Iran to respect rights of protesters, end Internet crackdown" (ingilis). CNN. 5 yanvar 2018. 2018-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-06.
- ↑ Maykl Corci. "Iran Guards say quell unrest fomented by foreign enemies" (ingilis). Reuters. 7 yanvar 2018. 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
- ↑ Asa Fiç və İzabel Kolez. "Iran's Guard Declares Victory Over Protesters, but Signs of Dissent Remain" (ingilis). Wall Street Journal. 7 yanvar 2018. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
- ↑ JNi.Media. "Ahmadinejad Arrested for Inciting Violence". JewishPress.com. 6 yanvar 2018. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
- ↑ "Iran protests: Demonstrator, 22, dies in Tehran prison" (ingilis). BBC. 8 yanvar 2018. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
- ↑ "Iran frees 440 people arrested during protests". 2018-01-15 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
- ↑ "300 more of recent riots detainees freed: Tehran prosecutor general". 2018-01-16 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
- ↑ "The Latest: Trump ups show of support for Iranian protesters".[ölü keçid]
- ↑ "The Latest: 4,000 gather for pro-government rally in Iran". 30 dekabr 2017. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Əmir Vəhdət və Con Qambrell. "New economic protests in Tehran challenge Iran's government". AP. 30 dekabr 2017. 2018-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04 – www.washingtonpost.com vasitəsilə.
- ↑ "The Latest: Trump ups show of support for Iranian protesters". ABC News. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Kanninqam, Erin; Merfi, Brayn. "Iran holds pro-government rallies to counter street protests". Washington Post (ingilis). 3 yanvar 2018. ISSN 0190-8286. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2018.
- ↑ Kanninqam, Erin; Merfi, Brayn. "Working-class anger in Iran shows government's vulnerability". Washington Post. 3 yanvar 2018. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2018.
- ↑ "California Protest Against Iranian Regime". Voanews.com. 8 yanvar 2018. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
- ↑ 1 2 "Protests have engulfed several cities in Iran". The Economist. 2 yanvar 2018. 2018-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Makkey, Holli. "Iranian protesters tortured, family members intimidated, say relatives". Fox Broadcating Company. 10 yanvar 2018. 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20. (#apostrophe_markup)
- ↑ "White House 'Disturbed' by Reported Torture, Killings of Jailed Iranian Protesters". Voice of America. 10 yanvar 2018. 11 yanvar 2018 tarixində arxivləşdirilib (#archive_missing_url). (#apostrophe_markup); (#cite_web_url)
- ↑ "Mayor Reports Minor Damage to Public Property in Tehran Protests - Tasnim News Agency". Tasnim News Agency (ingilis). 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ Corci, Maykl. "Iranian protesters attack police stations, raise stakes in unrest". reuters.
- ↑ "Closed circuit camera videos of rioters attacking a fire station". Mehr News (fars). 1 yanvar 2018. 2 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
- ↑ Perper, Rozi. "After mass protests, Iran bans English in schools to fight Western 'cultural invasion'". Businessinsider. 7 yanvar 2018. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20. (#apostrophe_markup)
- ↑ "Iran Bans English in Primary Schools After Leaders' Warning". Voanews.com. 4 November 2017. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2018.
- ↑ publika.az. "İranda internet kəsildi: Etirazlara görə" (az.). 31 dekabr 2017. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Milli.Az. "İranda etirazlar: Telegram və Instagram-ın işi məhdudlaşdırılıb" (az.). 1 yanvar 2018. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "AYƏTULLAH XAMNEYİ İRAN HADİSƏLƏRİ HAQDA DANIŞIB". xeber.info. 2 yanvar 2018. 21 iyul 2018 tarixində arxivləşdirilib.
- ↑ Broşetto, Mariliya; Andon, Dakin. "Iran restricts social media as protests enter 4th day". CNN. 31 dekabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ "Iran blocks internet on third night of protests". 2018-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2018.
- ↑ "İranda sosial mediaya qadağa qoyuldu: "Telegram" və "Instagram" bağlandı" (az.). qaynarinfo.az. 31 dekabr 2017. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "Iran blocks Instagram, Telegram after protests". www.aljazeera.com. 31 dekabr 2017 tarixində arxivləşdirilib.
- ↑ "Iran restricts apps used by protesters". BBC News. 31 dekabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib.
- ↑ CNN, Mariliya Broşetto,. "CEO says Iran blocking messaging app after issuing warning to protesters". CNN. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ "Rouhani acknowledges Iranian discontent as protests continue". the guardian (ingilis). 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ "Instagram restored as Iran stages more pro-government rallies". The National. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-14.
- ↑ Əli Xamenei. "Khamenei.ir" (ingilis). Twitter. 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Cavad Zərif. "Javad Zarif" (ingilis). Twitter. 2013-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Metyu Reynolds. "Iran's social media blackout forces apps to submit or face a total ban" (ingilis). wired.co.uk. 4 yanvar 2018. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Şira Frenkel. "Iranian Authorities Block Access to Social Media Tools" (ingilis). The New York Times. 2 yanvar 2018. 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Reuters heyəti. "Iran frees 440 people arrested during protests". Reuters. 15 yanvar 2018. 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
- ↑ "300 more of recent riots detainees freed: Tehran prosecutor general". 14 yanvar 2018. 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
- ↑ "Teenager Received Five-Year Sentence For Pulling Down A Flag: MP". Farda Radio. 19 fevral 2018. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ Dəğan, Səid Kəmali. "Iran's enemies to blame for unrest, says supreme leader, as nine die overnight". The Guardian. 2 yanvar 2018. 2 yanvar 2018 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "Rouhani calls on Macron to act over anti-Iran 'terrorists' in France". Times of Israel. 2 yanvar2018 tarixində arxivləşdirilib.
- ↑ Əhməd Xalidi. "روحاني يحذر من محاولات الاعداء لتيئيس الشعب واثارة الخلافات" (ərəb). alwast.net. 29 dekabr 2017. 2017-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ Əhməd Xalidi. [الغضب ينتقل من شرق إيران لغربها .. والنظام يتوعد "روحاني يحذر من محاولات الاعداء لتيئيس الشعب واثارة الخلافات"] (#bad_url) (ərəb). alwast.net. 29 dekabr 2017. İstifadə tarixi: 2017-12-29.
- ↑ "الغضب ينتقل من شرق إيران لغربها .. والنظام يتوعد" (ərəb). kabrday.com. 29 dekabr 2017. 2017-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ 1 2 "توضیحات". fa.alalam.ir. 7 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2017.
- ↑ 1 2 "Qasemi: Iranian people does not pay attention to the Trump's opportunistic claims" (fars). Tasnim News Agency. 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ "Iran's Supreme Leader blames 'enemies' for protests, death toll hits 21". CNN. 2 yanvar 2018. 2 yanvar 2018 tarixində arxivləşdirilib.
- ↑ "بیانیه سپاه به مناسبت سالگرد حماسه 9 دی: وحدت و هوشمندی ملی برابر فتنه آفرینی های جدید دشمن از درس های فتنه 88 است" (fars). پایگاه خبری سپاه پاسداران انقلاب اسلامی. 8 yanvar 2018. 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ "Ex-diplomat: U.S., Saudis seeking to misuse civil protests in Iran". Tehran Times. 31 dekabr 2017. 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ "US, Saudis Seeking to Misuse Iran Civil Protests: Ex-Envoy - Tasnim News Agency" (ingilis). Tasnim News Agency. 30 dekabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "Archived copy". 2 yanvar 2018. 4 yanvar 2018 tarixində arxivləşdirilib.
"Iran unrest: New protests as Rouhani plays down violence". 'BBC. 2 yanvar 2018. 3 yanvar 2018 tarixində arxivləşdirilib. (#apostrophe_markup) - ↑ "ترامب معلقا على حراك إيران.. الأنظمة القمعية لا تستمر للأبد" (ərəb). skynews arabia. 30 dekabr 2017. 2017-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
- ↑ Daniyella Diyaz və Dan Merika. "Trump to Iran: 'The world is watching!'" (ingilis). CNN. 31 dekabr 2017. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
- ↑ "Bernie Sanders on Twitter". Twitter (ingilis). 30 noyabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ "Hillary Clinton on Twitter". Twitter (ingilis). 30 noyabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ "John Kerry on Twitter". Twitter (ingilis). 30 noyabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ Farda, Radio. "U.S. Legislators React to Iranian Protests". RFE/RL. 30 dekabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ VOA. "سناتور تد کروز: با مردم ایران که علیه حکومت ظالم ایستاده اند، اعلام همبستگی میکنم". صدای آمریکا (fars). 30 dekabr 2017. 30 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ Qriffits, Brent D. "White House condemns Iranian actions as third day of protests roil country". POLITICO. 29 dekabr 2017. İstifadə tarixi: 30 dekabr 2017.
- ↑ Daniella Diaz; Laura Koran. "Nikki Haley on Iran: 'We must not be silent'". CNN. 2 yanvar 2018. 3 yanvar2018 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "Interview With Elise Labott of CNN". State.gov. 5 yanvar 2018. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ 1 2 3 "Netanyahu ridicules idea Israel behind Iran protests, chides Europe for silence". The Times of Israel. 1 yanvar 2018. January 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2018.
- ↑ "الإمارات تعلق على المظاهرات: استعداء العرب ليس في مصلحة إيران" (ərəb). aletihadpress.com. 29 dekabr 2017. 2018-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Boris Johnson on Twitter". Twitter (ingilis). 30 noyabr 2017. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017.
- ↑ "As the protests fizzle, Iran and the West consider their next move". The Economist. 11 yanvar 2018. 28 aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Erdogan's first visit to Europe since failed coup, accuses US and Israel of 'meddling' in Iran". 5 yanvar 2018. 5 yanvar 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Netanyahu praises Iran protesters for their 'noble quest for freedom'". Jewish Telegraphic Agency. 1 yanvar 2018. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ "Canada closely monitoring ongoing protests in Iran". Canada.ca. 2020-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2017. (#invalid_param_val)
- ↑ "Russia considers events in Iran as an internal affair". 1 yanvar 2018. 2018-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
- ↑ "Russia Deplores Foreign Interference in Iran's Protests as "Unacceptable"". 1 yanvar 2018. 2018-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
- ↑ "Russia, Turkey, Syria reject foreign interference in Iran developments". 2 yanvar 2018. 2018-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
Xarici keçidlər
redaktə- Vikianbarda 2017–2018-ci il İran etirazları ilə əlaqəli mediafayllar var.