Iran Inqilab Kesikcileri Ordusu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İran İnqilab keşikçiləri Ordusu və ya qısaca "SEPAH" (Farsca: سپاه پاسداران انقلاب اسلامی Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi) İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu.
Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən "Pasdaran" deyilir.
5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfındən yaradılmışdır. İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması üzrə vəzifələri həyata keçirir.[1][2]
İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur.
Son illərdə "milyardlarla dollarlıq iş imperiyası"na çevrilmişdir və bildirilənlərə görə İran Milli Neft Şirkəti ve İmam Rza (ə) Fondu'ndan sonra "İranın üçüncü ən varlı təşkilatıdır.
İdeoloji yönümlü milis ordusu olan İnqilab keşikçiləri İran cəmiyyətinin demək olar ki, hər sahəsində daha böyük rol oynamağa başlamışdır. Prezident Mahmud Ahmedinejad'ın dövründə genişləndirilmiş sosial, siyasi, hərbi və iqtisadi rolu 2009-cu il prezident seçkiləri ve seçki sonrası ixtişaşların yatırılması zamanı daha aydın görülmüşdür.[3][4][5]
İnqilab keşikçilərinin media təşkilatı Sepah News'dur.[6]
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Məhəmməd Əli Cəfəridir. 2 sentyabr 2007-ci ildə dini lider Seyyid Əli Xameneyi tərəfindən "İslam İnqilabı Keşikçiləri Korpusu"nun komandiri təyin edilib
Quruluşu
redaktəBəsic
redaktə1979-cu ildə Ayatulla Xomeyninin əmri ilə qurulan paramilitarist könüllü milis təşkilatıdır. Bu təşkilat birbaşa dini liderdən əmr alır. Hal-hazırda rəsmi dini mərasimlərin təşkil edilməsi, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif toplaşmaların yatırılması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qoşunlarının yardımçı qoşunu kimi fəaliyyət göstərir.
Qüds Gücü
redaktəŞah İmperiyası keşikçilərinin sələfi olaraq tanınan elit Qüds Gücü'nün 2,000–5,000 nəfərdən təşkil olduğu ehtimal edilir. Ölkə xaricində fəaliyyət göstərən təşkilatdır.[7]
Hava və Kosmos Gücü
redaktəİnqilab Keşikçiləri Ordusunun hava qoşunlarıdır. Daha çox Strateji raket qoşunu kimi tanınır. Gələcəkdə İran İslam Respublikasının Hava qoşunları ilə bərabərləşdiriləcəyi ehtimal olunur.
Donanma
redaktəİnqilab keşikçiləri Donanması 20.000 əsgər, 1.500 döyüş gəmisindən təşkil edilmişdir.[8] İran İslam Respublikasının Donanmasından əlahiddə fəaliyyət göstərir.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Morris M Mottale. "The birth of a new class - Focus". Al Jazeera English. 2015-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-29.
- ↑ Lalevee, Thierry (September 11, 1984).
- ↑ "Arrests at new Iranian protests". BBC News. 21 July 2009. 22 July 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 July 2009. (#invalid_param_val)
- ↑ "Crisis as Opportunity for the IRGC". Stratfor. 27 July 2009. 5 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2009.
- ↑ Abdo, Geneive. "The Rise of the Iranian Dictatorship". Foreign Policy (magazine). 7 October 2009. 11 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 October 2009. (#invalid_param_val)
- ↑ Picture imperfect Arxivləşdirilib 2015-03-22 at the Wayback Machine 9 March 2013 The Economist
- ↑ "Q+A-Iran's Revolutionary Guards weave powerful web". Reuters. 23 July 2009. 26 July 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2009.
- ↑ "Abrahamian, Ervand p.175–6"
- ↑ "The Consequences of a Strike on Iran: The Iranian Revolutionary Guard Corps Navy" Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine Global Bearings, 15 December 2011.