Hillari Klinton - Wikipedia
Hillari Dayan Rodham Klinton (ing. Hillary Diane Rodham Clinton, d. 26 oktyabr 1947[1][2][…], Çikaqo, Çikaqo[1][2]) — ABŞ siyasətçisi, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi.
Hillari Klinton | |
---|---|
ing. Hillary Rodham Clinton | |
21 yanvar 2009 – 1 fevral 2013 | |
Prezident | Barak Obama |
Əvvəlki | Kondoliza Rays |
Sonrakı | Con Kerri |
Şəxsi məlumatlar | |
Doğum adı | Hillary Diane Rodham |
Doğum tarixi | |
Doğum yeri | Çikaqo, İllinoys, ABŞ |
Milliyyəti | amerikalı |
Partiya | Demokratlar partiyası |
Təhsili |
1) Uellsli Kollec 2) Yel Universiteti |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, avtobioqraf[d], universitet müəllimi[d], podkaster, hüquqşünas, film prodüseri |
Atası | Hyu Ellesuort Rodem |
Anası | Doroti Emma Hauell |
Həyat yoldaşı | Bill Klinton |
Uşağı | Çelsi Klinton (d. 1980) |
Dini | metodizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, publisistika, hüquqşünaslıq, Xeyriyyəçilik |
Elmi dərəcəsi | |
|
|
hillaryclinton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Demokrat Partiyasının üzvü. 2001–2009-cu illərdə Nyu-York ştatından senator, 1993–2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-nin birinci xanımı olmuşdur. ABŞ-də 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kampaniyasında ("praymariz") iştirak edir və Barak Obamadan sonra ikinci nəticə əldə edir.
Erkən illəri və ailəsi
redaktəHillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evlənirlər. Bu evlilikdən Çelsi adlı qızları var.
Karyerası
redaktə1976-cı ildən Rose Law Firm şirkətində hüquqşünas kimi işə başlayır. 1978-ci ildə isə ABŞ Prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edir. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu yaradır.
1992-ci ildə Bill Klinton ABŞ-nin prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.
Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin "Vital Voices Democracy Initiative" təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tuturdu.
2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olurdu. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.
1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.
2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. O, Demokratlar partiyasının digər namizədi Barak Obama ilə birlikdə praymerizə qalır. Barak Obama prezident seçkilərində qalib gəldikdən sonra Hillari Klintona öz administrasiyasında Dövlət katibi postunu təklif edir.
6 iyun 2012-ci ildə ABŞ Dövlət katibi kimi Azərbaycana rəsmi səfər edib.[3]
Yazıçılıq fəaliyyəti
redaktəHillari Klintonun memuarları və uşaqlar üçün yazdığı "It takes A Village" ("Bir qəsəbə lazımdır") adlı kitabı bestsellerdir.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 CLINTON, Hillary Rodham, (1947 -) (ing.). GPO, 1903.
- ↑ 1 2 Biographies of the Secretaries of State: Hillary Rodham Clinton (1947–) (ing.). Office of the Historian.
- ↑ "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |