Taraz Jurnal - Wikipedia
"Taraz" (erm. Տարազ — Dəb) — 1890–1919-cu illərdə Tbilisidə nəşr edilmiş ədəbi-bədii, ictimai həftəlik erməni qəzeti, daha sonra jurnal. Mühərriri (redaktoru) və naşiri Tiqran Nazaryan olmuşdur.
Taraz | |
---|---|
erm. Տարազ | |
| |
Növ | ictimai və ədəbi-bədii jurnal |
Baş redaktor | Tiqran Nazaryan |
Yaranma tarixi | 1890 |
Dil | erməni dili |
Nəşrini dayandırıb | 1919 |
Ünvan | Tbilisi |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktə1900-cu ilə qədər həmin naşirin çap etdirdiyi "Ağbyur" adlı şəkilli uşaq məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Jurnal olaraq nəşr edildiyi vaxt "İllüstrasiya", "Paris modası", "Sağlamlıq" və s. bölmələri olmuşdur.
Fəaliyyəti
redaktə"Taraz" jurnalı dövrünün demək olar ki, bütün ədəbi hadisələrinə öz səhifələrində əks etdirmiş, cavab vermişdir. Jurnalda Hovannes Tumanyan, Avetik İsahakyan, Şuşanik Kurqinyan, Aleksandr Şirvanzadə, Atabek Xnkoyan, Vahram Papazyan, Aleksandr Tsaturyan, Hakob Paronyan və başqalarının bədii əsərləri çap edilmiş, rus, gürcü və Qərbi Avropa ədəbiyyatından (A.Puşkin, M.Lermontov, N.Nekrasov İ.Turqenev, E.Ninoşvili, İ.Çavçavadze, A.Kazbeqi, Şekspir, Şiller, Bayron, Emil Zolya, Mopassan və b.) tərcümələr təqdim olunmuşdur. Hovannes Ter-Mirakyan, Sarkis Beknazaryan, Stepan Lisityan, Qazaros Ağayan kimi pedaqoqların pedaqoji, məktəb və ailə təhsili haqqında fikirləri işıqlandırılmışdır.
Musiqi, teatr və təsviri sənət sahələrinin əhatə olunmasında "Taraz"ın (adı ilə əlaqədar olaraq) rolu böyükdür. Həmçinin jurnal rəylər, mətbuat nəzəriyyələri nəşr etmiş, erməni mühərrir və publisistlərinin fəaliyyəti ilə oxucularını tanış etmişdir.
Dərin məzmunlu "Taraz" jurnalı səhifələrində Azərbaycan mədəniyyətinə, memarlığına geniş yer verirdi. O, demək olar ki, hər bir nömrəsində Azərbaycan memarlıq sənətindən bir nümunə əks etdirməklə erməni oxucularını tanış edirdi. 1890–1908-ci illədə "Taraz" öz səhifələrində Bakı şəhərinin ümumi görünüşünü, Bibiheybət neft buruqlarını, Naxçıvan və İrəvandakı Göy məscidləri, Bakının İçərişəhərini və Qız qalasını, Gəncədəki Şah Abbas və Cavad xan məscidlərini, Bakı ətrafı evləri, Cəmiyyəti-xeyriyyə binasını, Şuşa şəhərinin ümumi panoramını, Azərbaycan mollasının geyimini, məişətini, hətta qəlyan çəkməsini, Balaxanı neft mədənlərini, Ordubad mədrəsəsini, neft mədənlərinin memarlığını, fəhlə geyimini əks etdirirdi.[1]
Qalereya
redaktə-
Bakı şəhərinin panoramı
-
Balaxanıda neft fontanı
-
Qədim Naxçıvanın yaxınlığında ərəb türbəsi
-
Bakıda şəhər parkı, dövlət idarəsi və Qız qalası
-
Təbrizdə Göy məscidin xarabalıqları
-
Bakı yaxınlığındakı Suraxanıda qədim alov evi
Ədəbiyyat
redaktə- ՏԱՐԱԶ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 11, էջ 606;
- Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850-1920). Bakı: Yazıçı, 1985.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850-1920). Bakı: Yazıçı. 1985. səh. 11.
Xarici keçidlər
redaktə- ՏԱՐԱԶ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 11, էջ 606;
- Bəzi nömrələri: http://tert.nla.am/mamul/Taraz1890/Table.html