Sokrat - Wikipedia
Sokrat, Sokrates və ya Süqrat[4] (yun. Σωκράτης, e.ə. 469[1], Afina[3] – 15 fevral e.ə. 399[2], Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi.
Sokrat | |
---|---|
q.yun. Σωκράτης | |
Doğum tarixi | e.ə. 469[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral e.ə. 399[2] |
Vəfat yeri | |
Həyat yoldaşları | |
Elm sahələri | fəlsəfə, epistemologiya, etika |
Tanınmış yetirmələri | Platon, Ksenofont, Antisfen, Aristippus, Evklides, Alkiviad |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAntik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi. İlk həyat yoldaşı Mirton adlı qadın olmuşdur ki o, Lamproklı dünyaya gətirərkən vəfat etdi (Lamprokl Peloponnes döyüşündə həlak olub) Ksantippa adlı qadınla evləndi, ondan Sofroniks və Meksen adlı oğulları oldu.[5]
Müdrik insan kimi şöhrət qazanan Sokrat həm də mübahisə ustası idi, ona çəkişmələrdə heç kəs qalib gələ bilməyib. Özünəməxsus mübahisə üslubu o cümlədən, həqiqət və doğruluq naminə açıq sözlü olması o dövrdə, müxtəlif kateqoriyadan olan bəzi insanlar tərəfindən bəyənilməmiş və münasibətləri düşmənçilik müstəvisinə daşımışlar.
O zaman sofistlərin şiddətli tənqidlərinə məruz qalıb. Onların iddialarını rədd edən başqa filosoflar hamı üçün bir olan obyektiv biliyə nail olmanın yollarını axtarmış, sofistlərin subyektivliyindən aralanmağın metodlarını araşdırmışdılar. Onlardan biri də Sokrat olub.
Öncə o sofistlərin təlimi ilə maraqlanmış, ancaq sonra onlardan aralanaraq bu cərəyanı tənqid etmişdir. Daha sonra Sokrat öz fəlsəfi fikirlərini açıqlamış və beləliklə o, ətrafına çoxlu öyrənci yığa bilmişdir.
Peloponnes müharibəsindən (404-cü illərdə baş vermiş Afinanın Sparta dövləti ilə müharibəsidir) sonra afinalılar spartalılara məğlub olmalarının səbəblərini araşdırarkən daxili düşmənlər axtarışında olmuşdurlar. O zaman Sokrata qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və təhlükəli təbliğatın aparmasında ittiham edib mühakimə etmişdilər. Onu həm də gənclərin əxlaqının pozulmasında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun yaradılmasında günahlandırmışdılar. Məhkəmənin qərarı ilə Sokrat zəhər içərək edam edilmişdir.[6]
Fəlsəfəsi
redaktəSokrat öz fikirlərini mübahisə və söhbətlərində açıqlayırdı. Onun fəlsəfi fikirlərinin məzmununu tələbəsi Platon öz "Dialoqlarında" açıqlayıb. Bundan başqa, Aristotel və Ksenofonda Sokrat haqqında xəbərlər veriblər.
Sokrat fəlsəfənin istiqamətini dünya və təbiətin dərk olunmasından insan problemlərinin araşdırılmasına doğru dəyişə bilmişdir. O öz mübahisə aparmaq istedadı, məntiqi, həmsöhbətlərinin səhvlərinin üzə çıxarması, müzakirə mövzusu olan məsələni hissələrə bölüb həll etmə qabiliyyəti ilə tanınıb.
Dialektik metodu
redaktəOnun fəlsəfəsində hər şeyin tək bir həqiqəti var. Onu hamılıqla araşdırıb tapmaq lazımdır. Bu məqsəd üçün də Sokrat dialektika metodunu təklif edib. Dialektika (yun. διαλεκτική) isə mübahisədə rəqibin sözlərində ziddiyyət taparaq onun ortadan qaldırılması yolu ilə həqiqətin üzə çıxarılmasıdır. Bu metodda ironiya, maevtika və induksiyadan istifadə edilir.
İroniya (yun. εἰρωνεία) hərfi mənasına əks olan və mahiyyəti gülünc olan sözdür. İroniya ondan ibarətdir ki, hər bir ağıllı adam ilk növbədə özü öz lovğalığını, geri zəkalılığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı və gülməlidir. Sokrat həmsöhbətlərini öz "Mən"ini qırağa qoymağa, məsələlərin obyektiv həllinə yönəlməyə çağırırdı. O demişdir; "Mən bilirəm ki, mən heç nə bilmirəm".[7]
Platon bu deyimin yaranma tarixçəsini aşağıdakı kimi verib[8]. Bir dəfə Sokrat bir varlı və yüksək vəzifəli afinalının yanına gəlir. Hamı deyirdi ki, o ağıllı və müdrikdir. Ancaq onunla bir qədər söhbət etdikdən sonra bilinmişdir ki, onda heç bir ağıl və müdriklik yoxdur, həmin afınalı yalnız bunun görüntüsunü yaradır. Sokratda bunu bildirəndə, o adam ona düşmən kəsilir. Ondan ayrılan Sokrat düşüncələrə qapanıb özü-özünə belə dedi:
Biz ikimiz də nə ağıllıyıq, nə də müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, heç nə bilmirəm. Ona görə də özümdən razı deyiləm. O adam isə bunu bilmir, ancaq öyünür, özündən çox razıdır. Əslində mənim müdrikliyim və biliyim ondan dəfələrlə çoxdur. Çünki o heç nəyi bilmədiyini bilmir, mən isə bunu bilirəm. |
Bundan sonra Sokrat daha bir neçə varlı və vəzifəlilərin yanında olub onlarla söhbətlər aparır. Hər dəfə buna bənzər hallarla rastlaşır. Onların hamısı Sokratla düşmən kəsilir. İronik üslubuna görə bir çox varlı afinalılar Sokratla düşmənçilik, sonda onlar məhkəmədə ona qarşı çıxış etmişdirlər. Sokratın afinalı Anitusa qarşı yönəlmiş ironik üslubunun parlaq nümunələri Platonun "Menon" dialoqunda verilir[9].
Bundan sonra evristik metodda mayevtikaya (yun. μαιευτική) keçid olur. Bu da hərfi mənada "mamalıq" deməkdir. Maevtikanın vasitəsilə Sokrat, müzakirə edilən mövzu ətrafında dolayı sualların verilməsi ilə həqiqi biliyi üzə çıxarırdı. Mamalıq terminindən bilinir ki, bu prosesi o qadının bala doğmasına bənzər şəkildə görürdü. Sadəcə mamalığın nəticəsində balanın deyil, həqiqətin və biliyin doğulması baş verir[10]. Bu prosesdə Sokrat heç nə iddia etməyərək həmsöhbətlərinə yalnız köməkçi sualları verərək həqiqətin açıqlanmasını onların özlərindən gözləyirdi. Beləliklə, həqiqəti insanların özləri "doğmalıdır". Deməli, maevtika həm də sualların düzgün verilməsindən asılı idi.
İnduksiya
redaktəBu zaman təriflərin verilməsi də mühüm məsələdir ki, ona induksiya (lat. inducsio) deyilir[11]. Çünki, tərif vermədən heç bir şey haqqında hansısa fikir yürütmək olmaz. Gəlinən obyektiv nəticələrə də tərif vermək lazımdır. Ona görə də, Sokrat hansısa bir şeyin mahiyyətinə varmaq üçün həmsöhbətlərindən onun tərifinin verilməsini tələb edirdi.
Bu mərhələlərdən keçdikdən sonra həmsöhbətlər hamı üçün bir olan həqiqəti üzə çıxardırdılar. Ancaq, sonra o həqiqət şübhə altına qoyulardısa, yenə də ironiya, maevtika və induksiya yolu ilə yeni həqiqət ortaya çıxarılırdı. Bu proses də hər zaman baş verir. Beləliklə Sokrat sofistlərin biliyin nisbilik nəzəriyyələrinə qarşı obyektiv həqiqətin var olması və onun çıxarılması metodunu ortaya qoyur.
Təbiət və əxlaq haqqında
redaktəFəlsəfə Sokrat üçün təbiət haqqında nəzəri fikirlər toplusu deyil, həm də "Həyat necə olmalıdır?" sualına cavab verən bilikdir. Ona görə də o, fiziklərə qarşı çıxış edərək onların təkcə duyğularla dünyanın dərk edilməsi iddialarına şübhə ilə yanaşırdı. Sokrat hesab edirdi ki, insan yalnız özünün hökmündə olan şeylər haqqında bilik əldə edə bilər. Kainat ya da dünya insanın hökmündə deyil. Onun hökmündə olan yalnız onun öz ruhudur. Buna görə də insan özünü tanımalıdır. Sokratın məşhur kəlamı olan: "Özünü tanı" sözləri sonralar Delfada Apollon məbədinin divarlarında həkk olunmuşdur. Həmçinin, Sokrat deyirdi: Təkcə onu bilirəm ki, mən heç nə bilmirəm.
Fəlsəfəni insanın özünə doğru yönəldən Sokrat, əxlaqi problemlərə önəm verirdi. Ona görə fəlsəfə xeyir və şərin nə olmasını araşdırır. Xeyir bilikdə, şər cəhalətdədir; var-dövlət isə heç bir xeyir gətirmir[12]. Bu kimi əxlaqi rasionalizm Sokrat təliminin əsasını təşkil edir. İnsan əxlaqsız hərəkətin nə olduğunu bilsə heç vaxt pis hərəkət etməz. Pis hərəkət onun fikrincə, insanın yanılması və səhvidir. Səhvi isə heç kəs bilərəkdən etməz.
Bu səbəbdən fəlsəfənin "biliyə doğru yönəlmə" kimi anlaşılması xeyirli və yetkin insanın yetişdirilməsi, eləcə də ədalətli cəmiyyətin yaradılması üçün vasitədir. Xeyir haqqında bilik əldə etmək ona doğru yönəlmək deməkdir. Bu isə insanı və toplumu xoşbəxt etməkdədir.
Təsiri
redaktəSokratın dünya fəlsəfi fikrinin inkişafına çox böyük təsiri olub. Onun ardıcılları sonrakı dövrlərdə yeni fəlsəfi məktəblər yaradıblar. Bunlar kirena, kinik və meqara kimi məktəblər idilər. Çağdaş zamanımızda da Sokratın dialektik metodu elmi motodologiyada, konsensus əsasında qərarların qəbul edilməsində, mübahisələrdə istifadə olunur.
Çağdaş araşdırmaçılar qədim yunan fəlsəfəsi tarixini sokrataqədərki və sokratsonrası dövrlərə bölürlər. Beləliklə, Sokrat qədim yunan fəlsəfə tarixinin mərkəzində duran bir şəxsiyyətdir.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 68-72. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. — 116s.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi — fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 68-72. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Əlisa Nicat. Dünya fəlsəfi irsindən yarpaqlar. Bakı,1991. səh.30–31.
- Məlikov, Ə., Sokrat üç filosofun təqdimatinda // AMEA Sosial Elmlər jurnalı (ISSN:2710-0820), Vol.V. 15.06.2023, №1, səh.208-214 (https://doi.org/10.59849/2710-0820.2023.1.208)
- Stratern, P. (1999). Philosophy in 90 minutes (Socrates). Bakı Fəlsəfə Akademiyası, 2020. 59 səh.
- May, Hope (2000). On Socrates. Belmont, CA: Wadsworth. ISBN 0-534-57604-4.
- Vlastos, Gregory (1991). Socrates, Ironist and Moral Philosopher. Ithaca: Cornell University Press. ISBN 0-8014-9787-6.
- Bruell, C. (1999). On the Socratic Education: An Introduction to the Shorter Platonic Dialogues, Lanham, MD: Rowman and Littlefield.
- Grube, G. M. A. (2002). "Plato, Five Dialogues". Hackett Publishing Company, Inc.
- Hanson, V. D. (2001). "Socrates Dies at Delium, 424 B. C.", What If? 2, Robert Cowley, editor, G. P. Putnam's Sons, NY.
- Irvine, Andrew David (2008). Socrates on Trial: A play based on Aristophanes' Clouds and Plato's Apology, Crito, and Phaedo, adapted for modern performance. Toronto: University of Toronto Press. ISBN 978-0-8020-9783-5 (cloth); ISBN 978-0-8020-9538-1 (paper); ISBN 978-1-4426-9254-1 (e-pub)
- Kamtekar, Rachana (2004). Plato's Euthyphro, Apology, and Crito: Critical Essays. Lanham, MD: Rowman and Littlefield. ISBN 0-7425-3325-5.
- Kierkegaard, Søren (1968). The Concept of Irony: with Constant Reference to Socrates. Bloomington: Indiana University Press. ISBN 978-0-253-20111-9.
- Maritain, J. (1930, 1991). Introduction to Philosophy, Christian Classics, Inc., Westminster, MD.
- Robinson, R (1953). Plato's Earlier Dialectic. Oxford: Clarendon Press. ISBN 978-0-19-824777-7. Ch. 2: "Elenchus", Ch. 3: "Elenchus: Direct and Indirect"
- Taylor, C. C. W., Hare, R. M. & Barnes, J. (1998). Greek Philosophers — Socrates, Plato, and Aristotle, Oxford University Press, NY.
- Taylor, C. C. W. (2001). Socrates: A very short introduction. Oxford: Oxford University Press.
- Ксенофонт. Сократические сочинения: [перевод с древнегреческого] / Ксенофонт; [вступ. ст. и примеч. С. Соболевского]. — М.: Мир книги : Литература, 2007. — 367 с. — (Великие мыслители). ISBN 978-5-486-00994-5
- Жебелев С. А. Сократ. — Берлин, 1923.
- Жебелев С. А. Сократ: биографический очерк / С. А. Жебелев. — Изд. 2-е. — Москва : URSS : ЛИБРОКОМ, 2009. — 192 с. — (Из наследия мировой философской мысли: великие философы). ISBN 978-5-397-00767-2
- Кессиди Ф. Х. Сократ / Ф. Х. Кессиди. — 4. изд., испр. и доп. — СПб.: Алетейя, 2001. — 345 с. — (Серия Античная библиотека. Исследования). ISBN 5-89329-445-9
- Фанкин Ю. Осуждение Сократа. — М., 1986. — 205 с.
- Эберт Теодор. Сократ как пифагореец и анамнезис в диалоге Платона "Федон" / Теодор Эберт; [пер. с нем. А. А. Россиуса]. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005. — 158, [1] с. ISBN 5-288-03667-5
- Фомичев Н. Во имя истины и добродетели : Сократ. Повесть-легенда. [Для детей] / Николай Фомичев; [Худож. Н. Белякова]. — М.: Мол. гвардия, 1984. — 191 с.
- Томан, Й., Томанова М. Сократ / Йозеф Томан, Мирослава Томанова; — М.: Радуга, 1983.
Xarici keçidlər
redaktə- AzTV Adil Əsədov Dahilər seriyasından Sokratla bağlı çıxış etmişdir 1. 2. 3. 4. 5.
- Socrates Arxivləşdirilib 2016-09-18 at the Wayback Machine at DMOZ
- Socrates Arxivləşdirilib 2015-03-14 at the Wayback Machine at the Indiana Philosophy Ontology Project
- Socrates on In Our Time at the BBC. (listen now Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine)
- Greek Philosophy: Socrates Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine
- Original Fresque of Socrates in Archaeological Museum of Ephesus
- Socrates Narrates Plato's The Republic Arxivləşdirilib 2007-11-17 at the Wayback Machine
- Project Gutenberg e-texts on Socrates, amongst others:
- The Dialogues of Plato (see also Wikipedia articles on Dialogues by Plato)
- The writings of Xenophon, such as the Memorablia and Hellenica.
- The satirical plays by Aristophanes
- Aristotle's writings
- Voltaire's Socrates
- A free audiobook of the Socratic dialogue Euthyphro at LibriVox
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118615270 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 http://www.rubicon.hu/magyar/oldalak/kr_e_399_februar_15_szokratesz_kiissza_a_meregpoharat/.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ https://vk.com/doc18066328_462261043 Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), 1909, Bakı (s.341)
- ↑ "Plato, ''Crito'' 45c-45e" Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine. Perseus.tufts.edu. Retrieved2012–08-19.
- ↑ Platon. Apology Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine // The Dialogues of Plato / Translated by B. Jowett. Vol. 2. Oxford University Press, 1892.
- ↑ Sokrates'in Savunması, Platon. Səhifə 10, Türkiye İş Bankası Kültür Yayınları, ISBN 9786053607021. 31 may 2021 tarixində mənbəsindən arxivləndi.
- ↑ Platon. Apology Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine // The Dialogues of Plato / Translated by B. Jowett. Vol. 2. Oxford University Press, 1892, s. 115–116.
- ↑ Менон Arxivləşdirilib 2018-01-12 at the Wayback Machine / Перевод С. А. Ошерова. // Платон. Собрание сочинений в 4-х томах. Том 1.: Мысль, 1990, s. 601.
- ↑ Теетет Arxivləşdirilib 2017-12-27 at the Wayback Machine / Перевод Т. В. Васильевой. // Платон. Собрание сочинений в 4-х томах Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. Том 2.: Мысль, 1993, s. 201–202.
- ↑ Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 319–322.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 69.