Adil Esedov - Wikipedia
Adil İsgəndər oğlu Əsədov (1 oktyabr 1958, Quba) — Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor[1], Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti
Adil Əsədov | |
---|---|
Adil İsgəndər oğlu Əsədov | |
Doğum tarixi | 1 oktyabr 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAdil Əsədov 1 oktyabr 1958-ci ildə Quba şəhərində anadan olmuşdur.
1975-ci ildə Quba İnternat Məktəbini, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdir.
1986–1989-cu illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.
Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində dərs demişdir.
2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını[2] təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən "Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri" (2009), "Azərbaycan mədəniyyəti dünya sivilizasiyasi kontekstində" (2011), "Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti" (2012), "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində"(2013) layihələrnin rəhbəri olmuş, hazırda isə "Mənəvi birliyimizi yaşadaq və inkişaf etdirək" layihəsinin gerçəkləşməsinə Assosiasiyasının prezidenti olaraq umumi rəhbərliyi həyata keçirir.
Dünya Azərbaycanlılarının III Qurultayının (2011) nümayəndəsi olmuşdur.
2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurası nın, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnstitutun nəzdində yaradılan Dissertasiya Şurasının və Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər üzrə Elmi Şura nın üzvüdür.
Elmi fəaliyyəti
redaktəAzərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi məqalənin müəllifidir.
Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olmuşdur. Bakıda, Moskvada, Minskdə, Tbilisidə, Belqorodda, Bratislavada, Afinada, Sankt-Peterburqda, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13 – 18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. "Moslem World and Europe" Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine adlı məruzəsi 1999-cu ildə Parisdə çap olunmuşdur.
Postsovet məkanının ən nüfuzlu fəlsəfi jurnalı olan "Вопросы философиии" jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.
Dünya fəlsəfi irsindən iri həcmli tərcümələri vardır. Alman filosofu Artur Şopenhauerin Dünya iradə və təsəvvür kimi (əsər) adlı şah əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.
Elmi fəaliyyətinin əsas qayəsini isə Fəlsəfi Pentalogiyanın – beş hissədən ibarət fəlsəfi sistemin yaradılması təşkil edir. Forması etibarilə Fəlsəfi Pentalogiya formatında olan, məzmunu etibarilə müəllif tərəfindən spiritualist aristokratizm fəlsəfəsi adlandırılan həmin sistemin tərkib hissələri bunlardır: Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi və Siyasətin fəlsəfəsi.
Adil Əsədovun fikrincə, "Mən necə olmalıyam?" və "Dünya necə olmalıdır?" suallarına müfəssəl cavab vermək öhdəliyindən Gözəllik fəlsəfəsi çıxış etməli, "Mən nəyə güvənə bilərəm?" sualına nəticə etibarilə Varlıq fəlsəfəsi cavab verməli, "Mənim nə etmək imkanım var?" sualını son nəticədə Təfəkkür fəlsəfəsi cavablandırmalı, "Nəyi etmək mənə yasaqdır?" sualına Əxlaq fəlsəfəsi cavab tapmalı, "Mən nə etməliyəm?" sualına cavab isə Siyasət fəlsəfəsinin və bütövlükdə fəlsəfənin son sözü olmalıdır.
Bu suallar mənalandırıldıqca və fəlsəfi rakursda cavablandırıldıqca Fəlsəfi Pentalogiya sisteminin ayrı-ayrı bölmələri də çap olunmuşdur. Bu bölmələr içərisindən birinci çap olunan hissə, "Təfəkkürün fəlsəfəsi" akademik Firudin Köçərlinin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Səttarovun rəyləri əsasında 1997-ci ildə nəşr olunmuşdur. Əsərin müzakirələrində akademik Azad Mirzəcanzadə iştirak etmişdir. Əsərə Ön söz əməkdar elm xadimi, professor Cəmil Əhmədli tərəfindən yazılmışdır. Monoqrafiya Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən ilin ən mühüm nailiyyəti kimi qiymətləndirilmişdir.
"Təfəkkür fəlsəfəsi"nin çıxış nöqtəsini həyat fəlsəfəsinin epistemoloji qaydalarına yaxın olan prinsip təşkil edir: subyektin daxili həyat axını ilə bu axının xarici dünyadakı təsdiqi arasındakı ziddiyyət hər cür təfəkkürün real zəminini təşkil edir. Belə bir epistomoloji müqəddimə Adil Əsədovda uyğun ontolojiprinsiplərlə bağlanır: Substansial həyat ilə dünyada gerçəkləşmiş həyat arasındakı ziddiyyət subyektin dünya ilə yanaşı mövcudluq qaydasından asılı olaraq hər bir dövrdə konkret problem formasında qavranılır və bu və ya digər mütləq varlıq modelləri həmin qavranılmanın elementi kimi çıxış edir. İnsan təfəkkürü özünün hər bir inkişaf mərhələsində bu və ya digər mütləq varlıq və onu ifadə edə bilən mütləq bilik modelini yaradır. Qədim dövrdə Dünya Ruhu, Orta əsrlərdə Vahid Tanrı, Yeni dövrdə isə Materiya mütləq varlıq kimi qiymətləndirilmiş, qalan hər şeyin isə onun təzahür forması olduğu güman edilmişdir. Bu modellər uyğun dövrlərin dünyagörüşünü doğurmuşdur.
Fəlsəfi Pentalogiya sisteminin bölmələri içərisindən ikinci çap olunan hissə, "Siyasətin fəlsəfəsi" 2001-ci ildə nəşr olunmuşdur. Əsərin müzakirələrində akademik Bəxtiyar Vahabzadə, akademik Cəmil Quliyev, akademik Əfrand Daşdəmirov Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine, akademik Firudin Köçərli, akademik Fuad Qasımzadə, akademik İqrar Əliyev, akademik Kamal Talıbzadə, akademik Rasim Əfəndiyev, akademik Tofiq Köçərli, akademik Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri — Ağasəlim Ələsgərov Arxivləşdirilib 2012-05-24 at the Wayback Machine, Əziz Mirəhmədov, Teymur Vəliyev, Yaşar Qarayev, Zakir Məmmədov iştirak etmişlər. Akademik Firudin Köçərli həmin monoqrafiyaya "Fəlsəfəmizdə yeni bir səhifə" adlı Ön söz yazmış və bu əsərə "Azərbaycan" qəzeti ndə çap etdirdiyi "Daha bir uğurlu addım" adlı xüsusi məqalə həsr etmişdir.
Adil Əsədov "Siyasətin fəlsəfəsi"də belə bir müddəadan çıxış edir ki, Siyasət fəlsəfəsinin missiyası — insanda qətiyyət hissinin yaşadılmasıdır. Siyasətin fəlsəfəsini politologiyadan fərqləndirən də hər şeydən öncə elə bu amildir. Siyasət fəlsəfəsinin politologiyadan fərqi, son nəticədə, qətiyyət yaşantısının siyasi şüurdan fərqi qədərdir. Siyasi şüur qətiyyət yaşantısından fərqli olaraq insanı öz doğma, immanent iradəsinə deyil, yad, transsendent iradəyə tabe etdirir(1). Siyasətin fəlsəfəsi cəmiyyəti ideyada layihələndirdiyi halda, cəmiyyətqurmanın fəlsəfi əsası olduğu halda, politologiya artıq qurulmuş cəmiyyətin qorunub saxlanılması üçün bir rasional nəzəriyyədir(2). Siyasətin fəlsəfəsi siyasətin ümumiyyətlə dünyanın və həyatın mənası kontekstində izahına yönəldiyi halda, onun mahiyyət baxımından mənalandırılmasından, dünyanın və həyatın və eləcə də, insanın və cəmiyyətin mahiyyətinin mənalandırılmasından çıxış edilərək anlaşıqlı edilməsinə xidmət etdiyi halda, politologiya siyasətin mövcud cəmiyyətdən çıxış edilərək izahına yönəlmişdir, mövcud siyasətin anlaşıqlı edilməsinə xidmət edir(3). Siyasət fəlsəfəsi, həm də, eyni zamanda, bu və ya digər siyasi doktrinanın təşəkkül prosesi olduğu halda, politologiya onu tamamlanmış, başa çatmış bir rasional nəzəriyyə olaraq cəmiyyət və siyasi hakimiyyət qarşısında irəli sürür, siyasi doktrina hakimiyyət tərəfindən tamamlanmış, başa çatmış bir rasional nəzəriyyə kimi rəsmən qəbul edildikdən sonra isə onu cəmiyyətə bir ideologiya kimi təqdim edir. Siyasi doktrina siyasət fəlsəfəsinin bir nəticəsi olaraq qətiyyət hissinin bütün çılpaqlığı ilə yaşadılması üçün, ideologiya isə ümid hissini bir məmnunluq duyğusu kimi yaşatmaq üçündür(4). Siyasət fəlsəfəsi siyasəti ümumiyyətlə dünyanın və həyatın mənası kontekstində, ümumən semantik kontekstdə izah edirsə, politologiya siyasəti mövcud siyasi empirika, mövcud siyasi gerçəklik əsasında izah edir, siyasət fəlsəfəsi cəmiyyət quruculuğunun yeni metodologiyasını yaratdığı halda, politologiya cəmiyyət quruculuğunun mövcud metodologiyasının təqdimatı ilə öz məzmununu praktik olaraq qapayır və bu qapama fərdi iradə ilə sosial iradə arasındakı uyğunsuzluğun miqdarı ölçüsündə tamamlanmamış fəlsəfi yaşantının məzmununu müəyyənləşdirir. Məhz bu məzmun siyasi hakimiyyəti zəruri edir.
Fəlsəfi Pentalogiya sisteminin bölmələri içərisindən üçüncü çap olunan hissə, "Gözəlliyin fəlsəfəsi" hər bir fəsli ayrıca elmi müzakirəyə cəlb olunmaqla 2005-ci ildə akademik Bəxtiyar Vahabzadənin, akademik Ömər Eldarovun, akademik Arif Məlikovun, akademik Fuad Qasımzadənin, akademik Rasim Əfəndiyevin rəyləri əsasında və akademik Firudin Köçərlinin redaktorluğu ilə çap olunmuşdur. Əsərin müzakirələrində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, akademik Ağamusa Axundov, akademik Asəf Nadirov, akademik Bəkir Nəbiyev, akademik Nailə Vəlixanlı, akademik Teymur Bünyadov, akademik Tofiq Köçərli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri — Azadə Rüstəmova, Əli Nuriyev, İnqilab Kərimov, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Yaşar Qarayev, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Əlibala Hacızadə və İsa Hüseynov (Muğanna) iştirak etmişlər. Əsərə Ön söz əməkdar elm xadimi, akademik Kamal Talıbzadə tərəfindən yazılmışdır. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu əsərə "525-ci qəzet"də çap etdirdiyi Sənət gözəlliyin fəlsəfəsinin işığında adlı xüsusi məqalə həsr etmişdir.
Adil Əsədov belə hesab edir ki, Gözəllik fəlsəfəsinin missiyası — estetikanın missiyasından köklü surətdə fərqlidir. Estetikanın missiyasından fərqli olaraq, Gözəllik fəlsəfəsinin missiyası —- insanda ləyaqət hissinin yaşadılmasıdır. İnsan öz qəlbinin dərinliklərində gəzdirdiyi idealı aydın bir şəkildə görürsə və ideala bütün ruhu ilə bağlıdırsa, bu, ləyaqət hissidir. İnsan, idealının reallıqdan daha önəmli olduğunu, idealın reallığa deyil, əksinə, reallığın ideala uyğunlaşdırılmalı olduğunu duyursa, bu, həqiqət hissidir. Həqiqət hissini özündə yaşadan kəs isə ideal və reallıq arasındakı ziddiyyəti həll edə bilən ideyanın öncə axtarıcısına, sonra isə tədricən yaradıcısına çevrilir və hər iki halda belə bir ideyanın son nəticədə daşıyıcısı olur. İnsan reallığı ideala yüksəltmə imkanını duyursa, bu, özündəqüdrət yaşantısıdır. Qəlbinin dərinliklərində gəzdirdiyi idealı aydın bir şəkildə deyil, yalnız tutqunluqlar içində görən insan, ləyaqət hissini də bütün parlaqlığı ilə, bütün canlılığı ilə deyil, yalnız müəyyən qədər sönük və müəyyən qədər ölgün bir duyğu kimi yaşayır. Filosof bu duyğunu mənalandıraraq rasional fəlsəfənin birinci bölməsini – estetikanı formalaşdırır. Əgər gözəllik fəlsəfəsi "Mən necə olmalıyım?" sualına cavab axtarırsa, estetika bu sualı "İdeal insan necə olmalıdır?" və "İdeal dünya necə olmalıdır?" suallarına transformasiya edərək, yəni estetik problem formasına gətirərək cavablandırır.
Adil Əsədovun irəli sürdüyü və Fəlsəfi Pentalogiya formatında təqdim etdiyi spiritualist aristokratizm fəlsəfəsinin müxtəlif aspektləri müəllifin Bakıda, Moskvada, Tbilisidə, Parisdə çap etdirdiyi əsərlərində əks olunmuşdur.
Yaradıcılığı
redaktəƏsərləri
redaktəAzərbaycanca
redaktə- Adil Əsədov. "Canlı körpü". – İnşaatçı, 25 oktyabr 1990-cı il.
- Adil Əsədov. Təfəkkün tarixi tipləri dinamikası "təbiət və cəmiyyət" xarakterli münasibətlər sistemi kontekstində. – Ekologiyanın fəlsəfi problemləri. Birinci buraxılış. B.: Elm, 1991. – s. 37–42.
- A. I. Əsədov, N. M. Məmmədova. Ekoloji etikada tələbat anlamı. – Ekologiyanın fəlsəfi problemləri. Birinci buraxılış. B.: Elm, 1991. – s. 62–64.
- Adil Əsədov. İnsan təfəkkürü: qaynaqları, tarixi tipləri, perspektivləri. B.: Elm, 1992. – 154s.
- Adil Əsədov. Dini təfəkkür üsulunun mənşəyi haqqında. Ekoloji aspekt. – Ekologiya. Fəlsəfə. Mədəniyyət. – B., 1993. – s. 22–24.
- Adil Əsədov. İnsan ləyaqəti anlayışı ətrafında düşüncələr. – İdrak, 27 noyabr 1993-cü il.
- F. Q. Vahidov, A. İ. Əsədov. "İnformasiya" funksional təfəkkürün aparıcı anlayışı kimi. – Bakı Unversitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 1995, № 1. – s. 65–69.
- Adil Əsədov. Milli təfəkkür və zaman. – Bakının səsi, 15 mart 1995-ci il.
- Adil Əsədov. Ekoloji böhran, və ya, qərb dəyərlərinin böhranı qərb mütəfəkkirlərinin gözü ilə. – Bakının səsi, 26 aprel 1995-ci il.
- Adil Əsədov. Hökmdarın himayə məkanı. – Meydan, 16 noyabr 1995-ci il.
- Adil Əsədov. Adi şüur – Fəlsəfə – Müdriklik – Peyğəmbərlik. – Yeni fikir, 30 noyabr 1995-ci il.
- Adil Əsədov. Ləyaqət aristokratizmin başlıca əxlaqi sərvəti kimi. – Elmi əsərlər, Azərbaycan İnşaat Mühəndisləri Universiteti, 1996, № 1. – s. 158–161.
- Adil Əsədov. Təfəkkürün sosiologiyası: təşəkkülünün müqəddəm şərtləri və ümumi müddəaları. — Ekologiya. Fəlsəfə. Mədəniyyət. 9-cu buraxılış. – B., 1996. – s. 29–32.
- Adil Əsədov. Fəlsəfə nədir, necə yaranmışdır və necə yaşayır? – Qanun, 1996, № 5, s. 16–18.
- Adil Əsədov. Təhsilin sosiologiyası: təmayüllər və istiqamətlər. – Demokratik Azərbaycan, 12 iyul 1996-cı il.
- Adil Əsədov. Müsəlman düşüncə tərzi: mahiyyəti və tarixi təhrif formaları – Qanun, 1996, № 11, s. 54–55.
- Adil Əsədov. Maskulinlik və femininlik, və ya kişi və qadın düşüncə tərzlərinin müxtəlifliyi. – Bakının səsi, 27 – 31 dekabr 1996-cı il.
- Adil Əsədov. Mədəniyyət nədir? – Demokratik Azərbaycan, 14 yanvar 1997-ci il.
- Adil Əsədov. Demokratiya: lehinə və əleyhinə. – Qanun, 1997, № 1, s. 36–42.
- Adil Əsədov. Dünya, Dünya İradəsi və Gözəllik. – Demokratik Azərbaycan, 8 fevral 1997-ci il.
- Adil Əsədov. Nikolay Berdyayev: dövrün zəkası. – Respublika, 04 aprel 1997-ci il.
- Adil Əsədov. Dövlət necə yaranır, və ya Azərbaycan Cümhuriyyətinin banisi kimdir? – Qanun, 1997, № 11, s. 25–27.
- Adil Əsədov. Ekoloji ziddiyyətlər və insan təfəkkürünün təkamülü. – Yaşıl Azərbaycan, 1997, № 6. – s. 7–9.
- Adil Əsədov. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində B.: Qanun, 1997. – 284s.
- Adil Əsədov. Şeydabəy Məmmədov. – Qanun, 1997, № 15, s. 24–25.
- Adil Əsədov. Murad Axundov: məkan və zamanın sirrindən elmin üfüqlərinə doğru. – Qanun, 1997, № 18, s. 43–44.
- Adil Əsədov. Mədəniyyət və mədəniyyət tipləri. Birinci məqalə. – Qanun, 1997, № 19, s. 34–35.
- Adil Əsədov. Siyasi fəlsəfədə köləlik və ya kommunizmdən demokratizmə doğru təkamül. – Azərbaycan XXI əsrin astanasında. Respublika elmi-praktik konfransının materialları. B: Şərq-Qərb, 1997. – s. 793–795.
- Adil Əsədov. Mədəniyyət və mədəniyyət tipləri. İkinci məqalə. – Qanun, 1997, № 20.- s. 40–41.
- Adil Əsədov. Nizami Məmmədov: azərbaycanlı alim elmin ümumbəşəri problemlərinin həlli yollarında. – Qanun, 1997, № 20, s. 51.
- Adil Əsədov. Kommunizm nədir? – Qanun, 1997, № 21, s. 10–11.
- Adil Əsədov. Zahid Orucov: sovet gerçəkliyinin burjualaşması və dialektik məntiq. – Qanun, 1997, № 21, s. 43.
- Adil Əsədov. Siyasi təfəkkür ekoloji kontekstdə. — Ekologiya. Fəlsəfə. Mədəniyyət. 15-ci buraxılış. – B.: Qartal, 1997. – s. 7–11.
- Adil Əsədov. Mədəniyyət-gerçəklik ziddiyyəti və Nikolay Berdyayev. – Qanun, 1997, № 12–13. — s. 22–23.
- Adil Əsədov. Fəlsəfi poeziya: Bəxtiyar Vahabzadə Azərbaycanın XX əsr fikir tarixində hadisə kimi. – Futuroloq, yanvar 1998, № 1.
- Adil Əsədov. Siyasi hakimiyyət: mahiyyəti, tarixi təkamülü, süqutu. – Qanun, 1998, № 1–2. s 8–12.
- Adil Əsədov. Oyun prinsipinin pedaqoji imkanları: XXI əsrin təhsil modeli ətrafında düşüncələr. — Azərbaycan XXI əsrin astanasında. c.2. B.: 1998. – s. 372–374.
- Adil Əsədov. Feminizmə qarşı maskulinlik. — Cender: qadın problemlərinin yeni mərhələsi. I buraxılış. Bakı, 1998. – s. 41–43.
- Firudin Köçərli, Adil Əsədov. Dialektik, yoxsa analitik idrak? Əziz Məmmədovun Dialetik idrak və ümumelmi tədqiqat metodları adlı kitabı ətrafında düşüncələr. – Azərbaycan, 06 iyun 1998-ci il. Demokratiyanın bəraətləndirilməsi. – Futuroloq, aprel 1998-ci il, № 2.
- Adil Əsədov. İdrak və izah: alim və tədqiqatçı fəaliyyəti ətrafında düşüncələr. – Futuroloq, noyabr 1998-ci il, № 6.
- Adil Əsədov. Kosmosentrizm qədim dünyagörüşün başlıca prinsipi kimi. Tədris-metodik vəsait. B.: Futuroloq, 1998. — 35s.
- Adil Əsədov. Xoşbəxtlik idealı və sovet həqiqətləri. // Firdovsiyyə Əhmədova. Nəriman Nərimanov – Ideal və gerçəklik (1920-ci il). B.: Elm və həyat, 1998. – s. 3–5.
- Adil Əsədov. Platon və Aristotel: siyasi instinktlərdə və nəzəriyyələrdə əkslik. – Futuroloq, sentyabr, 1998-ci il, № 4.
- Bəxtiyar Vahabzadə, Adil Əsədov. Poeziya və fəlsəfə: idealın fəlsəfi mənalandırılması ilə mənanın poetik ideallaşdırılması arasında yaxınlaşmalar (xalq şairi Bəxtiyar Vahabzadə ilə dialoq.). – Futuroloq, sentyabr, 1999-cu il, № 1.
- A. İ. Əsədov, H. Q. Cavadova. Dinin sosiologiyası kursunun proqramı. Azərbayjan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurası Sosial-siyasi elmlər bölməsinin 25.09.1998-ci il tarixli 1 saylı protokolu ilə təsdiq edilmişdir. // Ali məktəblərin bakalavr pillələri üçün Proqramlar toplusu. B.: Bakı Dövlət Universitetinin Nəşriyyatı, 1999. – s. 93–105.
- Adil Əsədov. Qədim yunan fəlsəfəsi və onun başlıca istiqamətləri. Birinci məqalə. Deterministik istiqamət . – Qanun, 1999, № 7. s. 55–59.
- Adil Əsədov. Çin fəlsəfəsi və Çin gerçəkliyi. Birinci məqalə: Başlanğıc. – Qanun, 2000. № 2.- s.37–39.
- Adil Əsədov. Maskulinliyin və femininliyin sintez formaları arasında dövlət və ailə paralelləri, — Genderşünaslıq, 2000, № 2. — s.20–21.
- Adil Əsədov. Konfusiçilik və qəhrəmanlıq mifologiyası. İkinci məqalə. — "Qanun", 2000, № 3.- s.39–40.
- Adil Əsədov. Gözəllik nədir? – Sosial bilgilər, 2000, № 1. — c. 66–73.
- A. Əsədov. Eros – özünütəsdiq qüdrətinin tükənmə əlaməti kimi. – Məruzələr // Azərbaycan Elmlər Akademiyası. Cild LYI, 2000, № 4–6. S. 242–245.
- Adil Əsədov. Qələm dostları şair haqqında. // Bəxtiyar Vahabzadə (foto-kitab)// Bakı, Azərbaycan Nəşriyyatı, 2000, s. 130, 135–136.
- Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. – "Ulduz", 2000, № 7. – 8–10.
- Adil Əsədov. Ekoloji fəlsəfə, praktik qlobalistika və elm. – Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 27-ci buraxılış. B.: Elm, 2001, — s. 19–22.
- Adil Əsədov. Elmin ümumi metodologiyasının yaradılması mümkündürmü? — Sosial bilgilər, 2001, № 1. – s. 3–8.
- Adil Əsədov. Sivilizasiya və eros: Dialektik inkarın təzahür formaları arasında paralellər.- Sosial bilgilər, 2001, № 3. – s. 43–54.
- Adil Əsədov. İnternet və intellekt// Bülleten, Azərbaycan Milli Elmlər Akademiyası, Ədəbiyyat İnstitutu, 2001, № 1
- Adil Əsədov. Siyasətin fəlsəfəsi: dövlət və onun inkişaf mərhələləri siyasi aristokratizmin təkamül dinamikası işığında. Bakı: Nafta-press, 2001. – 307s.
- Adil Əsədov. Müsəlman təfəkkürü, və ya müsəlman mədəniyyətində başlıca düşüncə axınları. – Şərqin aktual problemləri: Tarix və müasirlik. Akademsik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. B: Nurlan, 2001. – s. 228–230.
- Adil Əsədov. İnkişafın fəlsəfi mənalandırılması və praktik qlobalistika (redaktorun qeydləri). – Ağayar Şükürov. Qlobalistika və ekoloji fəlsəfə. B.: Elm, 2001, — s. I-Y.
- Adil Əsədov. Aristotel. – Təhsil, 23 yanvar 2002-ci il, № 2.
- Adil Əsədov. Platon və Aristotel. Birinci məqalə– Təhsil, 2 fevral 2002-ci il, № 3
- Adil Əsədov. Platon və Aristotel. İkinci məqalə– Təhsil, 13 fevral 2002-ci il, № 4
- Adil Əsədov. Platon və Aristotel. Üçüncü məqalə– Təhsil, 26 fevral 2002-ci il, № 5
- Adil Əsədov. Hikmətli kəlamlar. – Üçüncü yol, 01 mart 2002-ci il.
- Adil Əsədov. Konfusi. – Təhsil, 07 mart 2002-ci il, № 6, s. 7.
- Adil Əsədov. Heraklit. – Təhsil, 19 mart 2002-ci il, № 7, s. 7.
- Adil Əsədov. Demokrit. – Təhsil, 28 mart 2002-ci il, № 8, s. 7.
- Adil Əsədov. Mo-tszı. – Təhsil, 06 aprel 2002-ci il, № 9, s. 7.
- Adil Əsədov. Men-tszı. – Təhsil, 16 aprel 2002-ci il, № 10, s. 7.
- Adil Əsədov. Fəlsəfə dərsi: Bu ümumi ad alğında konkret nə tədris edilmədidir? adlı diskussiyada çıxış – Təhsil, 20 iyun, 2002-ci il, № 16, s. 7.
- Adil Əsədov. İsgəndər, yoxsa, Çingiz xan. Nizaminin İsgəndərnaməsi üzərində düşüncələr – Təhsil, 28 iyun, 2002-ci il, № 17, s. 7.
- Adil Əsədov. Canlı kosmos, yoxsa, ölü materiya: qədim yunan mifologiyasında gözəllik ideyasına dair. – Təhsil, 18 sentyabr, 2002-ci il, № 22, s. 7.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Birinci məqalə. – Təhsil, 25 sentyabr, 2002-ci il, № 23, s. 7.
- Zadəgan kimdir? – Məruzələr // Azərbaycan Milli Elmlər Akademiyası. Cild LYIII, 2002, № 1–2. S. 186–189.
- Adil Əsədov. Puşkin və Qumilyov arasında: Rus təfəkkürünün təkamül meylləri ətrafında düşüncələr.- Sosial bilgilər, 2002, № 2. – s. 49–62.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. İkinci məqalə. – Təhsil, 04 oktyabr, 2002-ci il, № 24, s. 7.
- Adil Əsədov. Demokratiya, oliqarxiya və imperiya: qlobalistika siyasi boşluğa doğru təbii təkamül işığında. – Qlobalistika və Azərbaycan. Respublika elmi-praktik konfransı. B.: Adiloğlu, 2002. – s. 22–30.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Üçüncü məqalə. – Təhsil, 09 oktyabr, 2002-ci il, № 25, s. 7.
- Adil Əsədov. Elmdə kişi və qadın başlanğıcları arasında münasibətlər. – Azərbaycanda cender tədqiqatları. B.: Adiloğlu, 2002. – s. 52–61.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Dördüncü məqalə. – Təhsil, 18 oktyabr, 2002-ci il, № 26, s. 7.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Beşinci məqalə. – Təhsil, 30 oktyabr, 2002-ci il, № 27, s. 7.
- Adil Əsədov. Fəlsəfi poeziya – Bəxtiyar Vahabzadə Azərbaycanın XX əsr fikir tarixində hadisə kimi. – Türk dünyasının Bəxtiyarı. B.: Təfəkkür, 2002. – s. 171–174.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Altıncı məqalə. – Təhsil, 09 noyabr, 2002-ci il, № 28, s. 7.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Yeddinci məqalə. – Təhsil, 19 notyabr, 2002-ci il, № 29, s. 7.
- A. İ. Əsədov, F. H. Nəbiyev. Siyasi təfəkkür sosial ziddiyyətlərin həll forması kimi: siyasət təfəkkürün kontradiktiv konsepsiyası kontekstində. – Məruzələr. /Azərbaycan Milli Elmlər Akademiyası. 2002, № 5–6. S. 295–298.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Səkkizinci məqalə. – Təhsil, 28 notyabr, 2002-ci il, № 30–31, s. 11.
- Adil Əsədov. İdeal əxlaqi tiplər və mədəniyyət. Doqquzuncu məqalə. – Təhsil, 10 dekabr, 2002-ci il, № 32, s. 7
- Adil Əsədov. Maarifçilik və onun tarixi taleyi. – Təhsil, 24 dekabr, 2002-ci il, № 33–34, s. 7.
- Adil Əsədov. Rasional fəlsəfə və irrasional fəlsəfi yaşantı.- Sosial bilgilər, 2002, № 4.
- Adil Əsədov. Metafizika "birinci fəlsəfə" kimi. – Azərbaycan Milli Elmlər Akademiyası. Xəbərlər/ Humatitar və ictimai elmlər seriyası. 2002, № 30–38
- Adil Əsədov. İdeal və reallıq arasında: Sənətkar taleyi və faciəsi – Struktur-semiotik araşdırmalar. Bakı: Səda, 2002, № 2. – s. 7–10.
- Adil Əsədov. Çin fəlsəfəsi Çin mədəniyyətinin özünüdərk forması kimi. – Şərq fəlsəfəsi problemləri. Beynəlxalq elmi-nəzəri jurnal. – Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002. – s. 7–14.
- Adil Əsədov. Fəlsəfi diskussiyalar klubu: baxışlar, mülahizələr, müzakirələr. – Təhsil, 11 noyabr 2003-cü il. S. 2–5.
- Adil Əsədov. Ön söz. – Fikrət Nəbiyev. Siyasi təfəkkür cəmiyyətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində. B.: Nafta-press, 2003, — s. 3.
- Adil Əsədov. Azərbaycan Cümhuriyyəti ətrafında düşüncələr: Siyasətin fəlsəfəsi konkret tarixi hadisənin izah metodologiyası kimi. — Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı: Təfəkkür, 2003, — s. 84–93.
- Adil Əsədov. Ç. H. Nəbiyev. Ölüm bir fəlsəfi hadisə kimi. — Ekologiya. Fəlsəfə. Mədəniyyət. 34-cü buraxılış. – B., 2003. – s. 19–22
- Adil Əsədov. Başlıca siyasi doktrinalar: Tiranik və kommunistik siyasi doktrinalar.- Sosial bilgilər, 2003, № 2.
- Adil Əsədov. Rənglərin fəlsəfəsi: təsviri sənət fəlsəfənin təqdimatında – Məruzələr // Azərbaycan Milli Elmlər Akademiyası. Cild, 2003, № 5–6. S. 273–279.
- Adil Əsədov. Başlıca siyasi doktrinalar: Demokratik və aristokratik siyasi doktrinalar.- Sosial bilgilər, 2003, № 3. – s. 59–68.
- Adil Əsədov. Mahiyyətin gerçəkləşdirilmədən təqdimatı: musiqi. – YUNESKO-nun ümumdünya Fəlsəfə gününə həsr edilmiş respublika elmi konfransının materialları. B., Şəms, 2004, s. 82–86.
- Poeziya — Elm və həyat, 2004, № 1–2, s. 29–31.
- Adil Əsədov. Gözəlliyin fəlsəfəsi: mahiyyət və onun cismani təcəssümü spiritualist aristokratizm işığında. B.: Nurlan, 2005. – 500s.
- Adil Əsədov. Gözəllik mahiyyətin gerçək təzahürüdür. — // Fəlsəfə. Elmi-nəzəri jurnal. B., 2005. № 1. c. 56–67.
- Adil Əsədov. İncəsənət və onun ekspressionalist fəlsəfəsi. Birinci məqalə. İncəsənət – mahiyyətin ifadəçisi kimi // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Əsərləri, 2005, № 1–2. c. 57–77.
- Adil Əsədov. Sənətin fəlsəfəsi. – Azərbaycan. Ədəbi-bədii jurnal, 2005, № 19. c. 183–191.
- Adil Əsədov, Nailə Əsədova. Qədim yunan fəlsəfəsində intellektual varislik prinsipinə dair: Sokrat və onun ardıcılları. – Renessans Rüblük elmi-kütləvi jurnal, 2005, № 2. c. 39–41.
- Adil Əsədov, Nailə Əsədova. İrreal məzmum və onun rasional ifadəsi. – Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnistutunun 60 illiti və YUNESKO-nun "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş elmi konfuransın materialları. Bakı: Elm, 2005, c. 203–206.
- Adil Əsədov, Nailə Əsədova. Gözəlliyin ontoloji əsasları ətrafında düşüncələr. – Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnistutunun 60 illiti və YUNESKO-nun "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş elmi konfuransın materialları. Bakı: Elm, 2005, c. 266–273.
- Adil Əsədov. Rafiq Qurbanov: klassik elmin və klassik azərbaycanlılıgın ifadəçisi. // Rəfiq Sarıvəlli. . B.: Nurlan, 2005. – s. 55–57.
- Adil Əsədov. Müdriklik fəlsəfəsi və ya istedadın sərhəddi olmur. – Xalq qəzeti, 7 dekabr 2005-ci il, № 283 (25 153).
- Adil Əsədov. Təfəkkür və onun təyinatı. – Fəlsəfə və dünyanın dərki. Bakı: Səda, 2005. — s. 46–65.
- Adil Əsədov., Ə. Kazımov. İslam və cəngavər ruhunun fəlsəfəsi – Məruzələr // Azərbaycan Milli Elmlər Akademiyası. Cild LYIII, 2005, № 5. S. 122–127.
- Adil Əsədov. Təbiətin gözəlləyi – mahiyyətə ilahi qayıdış forması kimi. – Fəlsəfə. // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnistutu. Azərbaycan Fəlsəfə Cəmiyyəti. Bakı, 2006, c. 55–64.
- Adil Əsədov. İncəsənət və onun ekspressionalist fəlsəfəsi. İkirinci məqalə. Mahiyyətin deformasion ifadəçiləri: proza // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Əsərləri, 2006, № 2(4). c. 20–25.
- Adil Əsədov, Nailə Əsədova. Alman fəlsəfəsi nədən belə sxolastikdir? –YUNESKO-nun təsis etdiyi "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş elmi konfuransın materialları. B., 2006, c. 52–56.
- Adil Əsədov. Alman estetikasından bir epizod. – Renessans Rüblük elmi-kütləvi jurnal, 2006, № 5. c. 26–28.
- Adil Əsədov. Filosof və Hökmdar: Təfəkkürün təsəvvüf xəyalprvərliyindən siyasət reallığına doğru təbii inkişafı. – Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın materialları. B., 2006. – s. 53–59.
- Adil Əsədov. İdeal və reallıq arasında: estetik və ontoloji prinsiplərdə uygunsuzluq və müvazinət məqamlarına dair (fəlsəfi dialoq). Bakı: Təknur, 2006. – 225s.
- Adil Əsədov. Fəlsəfə və onun hekayətləri: Dünya fəlsəfəsini Dürantla birgə və Dürant olmadan vərəqləyərkən. – Uill Dürant. Fəlsəfi hekayətlər: Dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Bakı: "Zəkioğlu" nəşriyyatı, 2007. s. 505–562.
- Adil Əsədov. O, məsumluq nümunəsi idi. – Kamal Talıbzadə. Kübarlıq məktəbi. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2007. s. 225–226.
- Adil Əsədov. Ruhid Əkbərov. Hüququn və siyasətin ontoloji əsaslarına dair. Fəlsəfə və din. Birinci məqalə. // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Əsərləri, 2007, № 2–3(9). c. 3–14.
- Adil Əsədov. İncəsənət və onun ekspressionalist fəlsəfəsi. Üçüncü məqalə. Mahiyyətin deformasion ifadəçiləri: təsviri sənət // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Fəlsəfi Araşdırmalar İctimai Birliyi. Fəlsəfə Elmi Əsərləri, Elmi-nəzəri jurnal 2007, № 4(9). c. 36–43.
- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
- Adil Əsədov. Direktor // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor Yusif İman oğlu Rüstəmovun anadan olmasının 75 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: Təknur, 2008. –s.112–113.
- Adil Əsədov. Ruhid Əkbərov. Hüququn və siyasətin ontoloji əsaslarına dair. Fəlsəfə və din. İkinci məqalə. // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Əsərləri, 2008, № 1(11). c. 5–10.
- Adil Əsədov. Hegel: immanent mahiyyətin mənalandırılmasından təsdiqinə kimi. // Azərbaycan bu gün və sabah, № 10(17) Oktyabr, 2008. – ss. 66–72.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. – 92s.
- Adil Əsədov. Bir daha "təfəkkür" anlayışının fəlsəfi statusu haqqında. // Azərbaycan bu gün və sabah, № 11(18) Noyabr, 2008. – ss. 54–59.
- Adil Əsədov. Anqlo-amerikan fəlsəfəsiindən etüdlər: Anqlo-amerikan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. – 52s.
- Adil Əsədov. Qədim yunan fəlsəfəsinə yeni baxış: mifin və fəlsəfənin sosial dayaqlarına dair. – Məruzələr // Azərbaycan Milli Elmlər Akademiyası. Cild LXIY, 2008, № 6. S. 144–148.
- Adil Əsədov. İngilis fəlsəfəsinin doğuluğuna dair: ideal və reallıq arasındakı ziddiyyət fəlsəfi təfəkkürün əsası kimi. — // Fəlsəfə. Elmi-nəzəri jurnal. B., 2008. № 2–3(11). c. 10–18.
- Adil Əsədov. Hakimiyyət və elm: referendum kontekstində düçüncələr. – Elm qəzeti, 2009, 17 mart, səh. 5.
- Adil Əsədov. Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri. Metodik vəsait. // Metodik vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunmuşdur. Bakı, 2009. – 24s.
- Adil Əsədov. Poeziya və fəlsəfə: idealın fəlsəfi mənalandırılması ilə mənanın poetik ideallaşdırılması arasında yaxınlaşmalar, Fəlsəfə dünyası – N 1, 2009.
- Adil Əsədov. Ərəb-islam fəlsəfəsi: mahiyyət duyumundan doğan əzəmət və realliqla şirniklənmə arasinda ziddiyyətdən onun yaranişi və sonraki taleyi, Fəlsəfə dünyası – N 1, 2009.
- Adil Əsədov. Azərbaycanlı alim elmin ümumbəşəri problemlərinin həlli yollarında – Qürbətdə ömür sürən Azərbaycan filosofu Nizami Məmmədov haqqında düşüncələr, Fəlsəfə dünyası – N 1, 2009.
- Adil Əsədov. İdrak və izah: elmdə fəlsəfi və eksperimental başlanğıcların münasibətlərinə dair. — "Ümumvəhdət fəlsəfəsi və müasir elm". . // Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu. – Elmi-nəzəri seminar, 30 – 31 mart 2010-cu il, Bakı, Azərbaycan. B., 2010. – s. 31–32.
- Adil Əsədov. Gözəlliyin fəlsəfəsi, estetika və sənətşünaslıq. — // Fəlsəfə və sənətşünaslıq: fənnlərarası qarşılıqlı təsirin metodologiyası. Beynəlxalq elmi konfransın tezisləri. Bakı: Təknur, 2010. – 90–92.
- Adil Əsədov. Təxəyyül: Fəlsəfi qeydlər. — "Fəlsəfə və sosial-siyasi elmlər". B., 2010. N 1 – s. 143–146.
- Adil Əsədov. Siyasətin fəlsəfəsi: mahiyyətin gerçəkləşməsinə yönələn iradə və onun tarixi taleyi spiritualist aristokratizm fəlsəfəsi işığında. Bakı: Təknur, 2010. – 416s.
- Adil Əsədov. Alman fəlsəfəsinin tarixi təkamülü və Artur Şopenhauer. // Artur Şopenhauer. Dünya iradə və təsəvvür kimi. Bakı: Təknur, 2011. – s. 3–23.
- Adil Əsədov, Nailə Əsədova. Azərbaycan mədəniyyətinin inkişafında regional resursların əhəmiyyəti. Bakı: Fəlsəfi Maarifçilik Assosiasiyasının nəşri, 2012. — 40s.
Rusca
redaktə- А.И.Асадов. Формирование разумных экологических потребностей. – В кн.: Возвышение потребностей и формирование разумных потребностей. Тезисы выступлений участников Всесоюзной научной конференции по проблеме социальных потребностей, Белгород, 2–4 октября 1985 года. М.: Издание Института философии АН СССР, 1985. – с. 41–42.
- А.И.Асадов. Экологическая проблема и инженерная деятельность. — В кн.: Труды конференции молодых ученых Академии наук Азербайджанской ССР. Баку, 18–19 ноября 1987 года. Баку: Элм, 1988. – с. 4–6.
- А.И.Асадов, Н.М.Мамедов. Способ мышления эпохи и инженерная деятельность: опыт постановки проблемы. Депонирована в ИНИОН СССР, № 32058 от 10 декабря 1987 года. – Библ. Указатель: Новая советская литература по общественным наукам. Философские науки. 1988, № 4. – 30с.
- А.И.Асадов. О философском статусе понятия "мышление". — В кн.: Материалы научной конференции аспирантов Академии наук Азербайджанской ССР. Баку, май 1988 года. Кн. II. Баку: Элм, 1988. – с. 55–56.
- А.И.Асадов. О взаимоотношении способа мышления эпохи и инженерной деятельности. — В кн.: Феномен научно-технического прогресса с философской точки зрения. Тезисы выступлений слушателей YII Всесоюзной школы молодых ученых. Минск, октябрь 1988 года. М.: Издание Института философии АН СССР, 1988. – с. 123–124.
- А.И.Асадов. Потребность как чувствуемое противоречие. — В кн.: Новое мышление и проблемы общественных наук. Баку: Элм, 1989. – с. 109–117.
- А.И.Асадов, Н.М.Мамедов. Способ мышления и инженерная деятельность. — В кн.: Научно-технический прогресс: методология, идеология, практика. М.: Центр. совет философских (методологических) семинаров при Президиуме АН СССР, 1989. – с. 171–178.
- А.И.Асадов. Исторические типы мышления и инженерная деятельность. Автореферат диссертации на соискание ученой степени кандидата философских наук. Баку, 1989. – 21с.
- А.И.Асадов. Проблема способа мышления: формальное описание и предметная предпосылка. – В кн.: Философия и практика. Научно-теоретическая конференция молодых философов республики, Баку, 03 июня 1988 года. – Баку: Элм, 1990. – с. 5–7.
- А.И.Асадов. Инженерная деятельность и эволюция человеческого мышления. – Известия Академии наук Азербайджана. Серия истории, философии и права, 1991, № 1. – с. 116–123.
- А.И.Асадов. Динамика типов мышления в контексте системы "общество и природа". Автореферат диссертации на соискание ученой степени доктора философских наук. Баку, 1993. – 88с.
- А.И.Асадов. Аналитический тип мышления и наука. – В кн.: Новое мышление и философия. Баку: Элм, 1994. – с. 133–137.
- А.И.Асадов, Д.Л.Кулиева. Познание и предпознание: экологические основания когнитивной деятельности. – В кн.: Проблемы теории познания и методологии науки. Сборник статей. Баку, 1996. – с. 227–233.
- А.И.Асадов, Г.Г.Джавадова. Программа по курсу Социология религии. Утверждена отделом Социально-политические науки научно-методического Совета Министерства образования Азербайджанской Республики протоколом 1 от 25.09.1998г. – В кн.: Сборник программ ступеней для бакалавра высших учебных заведений. Баку: Издательство Бакинского Университета, 1999. – сс. 53–66.
- А.И.Асадов. От отчужденного труда к утверждению естественного предназначения: марксизм как промежуточное звено между детерминизмом и аристократизмом. — В кн.: Экология. Философия. Культура. Выпуск 24. Баку: Элм, 2000.
- А.И.Асадов. Об онтологических основаниях технической эволюции.- В кн: Международная научная конференция по философии техники, Тбилиси, 26–27 октября 2000 года (Материалы). Тбилиси, 2000.- с. 23–25.
- А.И.Асадов. Исторические парадигмы знания и классическая наука. // Социальные науки, Баку, 2001, № 4. – с. 41–46.
- Адиль Асадов. Типы мышления и техника: роль инженерной деятельности в генезисе способов мышления. Баку: Нафта-пресс, 2002. – 130с.
- А.И.Асадов. Мышление и воля: теоретические основания проблемы. – Известия Национальной Академии наук Азербайджана, 2003, № 1–4, с. 133–142.
- Адиль Асадов. Реформы и обществе необходимо осмыслять философски, считают сотрудники Института философии и политико-правовых исследований Национальной Академии наук Азербайджана. – "Бакинский рабочий", 28 апреля 2005 года. (совместно с др.)
- Адиль Асадов. Мышление. Творчество. Эпоха: мыслительная и предметная формы деятельности, их взаимообусловленность и исторические типы в контексте общей теории потребностей. Баку: Издательство "Текнур", 2009. — 159c.
- А.И.Асадов. Заметки о философском статусе понятия "мышление". Москва, журнал "Вопросы философии", 2011. — № 6.- с. 169–172.
Almanca
redaktə- Adil Asadov. Die Chinesische Kultur: Die Eigentümlichkeit einer orientalischen Philosophie — Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 30-cu buraxılış. Bakı.: Elm, 2002. — s. 7–8.
İngiliscə
redaktə- Adil Asadov. Ecological Contradictions and Evolution of Human Thinking. – Green Azerbaijan, 1997, № 6.- p. 7–9.
- Asadov Adil İskerder Oglu. Moslem World and Europe — İn: Europe: Expectations and Reality. The Challenge for the Social Sciences. CONCLUSIONS AND RECOMMENDATIONS of the Second European Social Science conference. Bratislava, 13–18 June, 1998. Institute for Sociology, Slovak Academy of Sciences/ Published with the support of UNESCO, Paris, 1999. — pp. 318–327.
- Adil Asadov. Parallels between the Senthesis Forms of Masculinity and Femininity. – Genderology, 2000, 2. – pp. 18–19.
- Adil Asadov. Analytic Thinking in Historical Development: psychological experience and logical construction of determinism. – Social Sciences, 2000, № 2. – pp. 92–96.
- Adil Asadov. Moslem Spirit and its Social Embodiment. Baku. 2003.
- Adil Asadov. Hegel: from explanation of immanece core to its confirmation. // Today & Tomorrow. Azerbaijan in Focus / № 10(17) October, 2008. – pp. 66–72.
- Adil Asadov. Once again on the philosophical status of the "thinking" concept. // Today & Tomorrow. Azerbaijan in Focus / № 11(18) October, 2008. – pp. 55–59.
Tərcümələri
redaktə- Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Bakı: Zəkioğlu, 2006. — 576s.
- Gunnar Skirbekk. Nils Gilye. Fəlsəfə tarixi. Bakı: Zəkioğlu, 2007. — 749s.
- Artur Şopenhauer. Dünya iradə və təsəvvür kimi (əsər). Bakı: Təknur, 2011. — 367s.
Çıxışları
redaktə- AzTV Adil Əsədov Dahilər seriyasından Sokratla bağlı çıxış etmişdir 1. 2. 3. 4. 5.
- AzTV Adil Əsədov Dahilər seriyasından Platonla bağlı çıxış etmişdir 1. 2. 3.
- Filosoflar İctimai Televiziyanın qonağı oldular (Aleksandr Çumakov (Rusiya), İsmayıl Yakıt (Türkiyə), Adil Əsədov (Azərbaycan), İlham Məmmədzadə (Azərbaycan), Andrey Smirnov (Rusiya), Kənan Gürsoy (Türkiyə), Andrey Malıç (Sloveniya)) 1 2
- Layihə rəhbəri Adil Əsədov konsepsiya ilə bağlı cıxış etmişdir 1 2
- Adil Asadov (Azerbaijan). Manifestation of realized and unrealized essence: beauty and ugliness // 23rd World Congress of Philosophy, Athens, Greece, 4 – 10 August 2013 Arxivləşdirilib 8 oktyabr 2013 at the Wayback Machine
- Azərbaycan filosoflarının apardıqları diskussiya postsovet məkanının ən nüfuzlu fəlsəfi jurnalı olan "Вопросы философии"(2013, N 10) jurnalında çap olundu.
- Adil Əsədov "Zəka nuru" proqramı üzrə "Dahilər" seriyasından Epikürlə bağlı çıxış etmişdir 1.2.*3.*4.*5.*6.
- Adil Əsədov "Zəka nuru" proqramı üzrə "Dahilər" seriyasından Şopenhauerlə bağlı çıxış etmişdir 1. 23 4 5 6
- Adil Əsədov "Zəka nuru" proqramı üzrə "Dahilər" seriyasından Frensis Bekonla bağlı çıxış etmişdir 1. 23 4 5 67
- Adil Əsədov "Zəka nuru" proqramı üzrə "Dahilər" seriyasından İmmanuel Kantla bağlı çıxış etmişdir 1. 2. 3. 4. 5.6.
- Adil Əsədov Amerika Birləşmiş Ştatlarında, Harvard Universitetində Dünya Fenomenologiya İnstitutu tərəfindən keçirilən beynəlxalq konfransında çıxış edib. Arxivləşdirilib 2015-07-10 at the Wayback Machine
Müsahibələri
redaktə- Fəlsəfə elmləri doktoru Adil Əsədovun İnternews-Azərbaycan televiziyasına müsahibəsi: 1, 2, 3, 4, 5.
- Adil Əsədovun Xəyal televiziyasına müsahibəsi: 1, 2, 3, 4, 5, 6a, 6b, 7, 8.
- Adil Əsədovun Qütb televiziyasına müsahibəsi: 1, 2, 3, 4, 5, 6, 7, 8.
- Fəlsəfi Maarifçilik Assosiasiyasının Prezidenti Adil Əsədovun Vətəndaş cəmiyyəti jurnalına müsahibəsi: 28. iyul 2011 [ölü keçid].
- Layihə rəhbəri Adil Əsədovun Xəyal televiziyasına müsahibəsi
İstinadlar
redaktə- ↑ fəlsəfə elmləri doktoru, professor Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı. science.gov.az Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine (az.)
- ↑ Fəlsəfi Maarifçilik Assosiasiyasının rəsmi saytı: philosophy.az Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine (az.)
Xarici keçidlər
redaktə- akademik Firudin KÖÇƏRLİ. Fəlsəfəmizdə yeni bir səhifə. – Adil Əsədov. Siyasətin fəlsəfəsi B., 2001. s. 4–6 Arxivləşdirilib 2015-09-20 at the Wayback Machine
- akademik Firudin KÖÇƏRLİ. Daha bir uğurlu addım. – "Azərbaycan" qəzeti, 24 fevral 2002-ci il
- akademik Ömər ELDAROV. Sənət gözəlliyin fəlsəfəsinin işığında. Fəlsəfə elmləri doktoru Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsəri ilə bağlı mülahizələrim. – "525-ci qəzet", 04 may 2005-ci il.
- akademik Kamal TALIBZADƏ. Filosof sözü: Adil Əsədovun yeni monoqrafiyası — "Gözəlliyin fəlsəfəsi" haqqında. // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Əsərləri, 2006, № 2(4). c. 193–195.
- professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev: Adil Əsədovun Gözəlliyin fəlsəfəsi monoqrafiyasının təqdimat mərasimidə çıxış
- Adil Əsədovun Gözəlliyin fəlsəfəsi monoqrafiyasının təqdimat mərasimi 1. 2. 3. 4. 5. 6. 7.
- Fəlsəfə elmləri doktoru Adil Əsədov və əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova İctimai Televiziyanın Yeni gün səhər proqramında gözəllik mövzusunda söhbətə qoşuldular. 1. 2. 3. 4. 5.
- Azərbaycan Milli Ensiklopediyası
- Əsərlərinin Azərbaycan Milli kitabxanasında saxlanılan nüsxələri
- Əsərlərinin Amerika Birləşmış Ştatlarının Konqres Kitabxanasında saxlanılan nüsxələri
- Əsərlərinin Rusiya Dövlət Kitabxanasında saxlanılan nüsxələri
- Əsərlərinin Ukraina Milli kitabxanasında saxlanılan nüsxələri
- Əsərlərinin Gürcüstan Milli Elm Kitabxanasında saxlanılan nüsxələri
- Əsərlərinin Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Kitabxanasında saxlanılan nüsxələri
- Джейла ИБРАГИМОВА. Красота спасет мир — о книге Адиля Асадова "Философия красоты: сущность и ее воплощение в свете спиритуалистического аристократизма" [ölü keçid]