Amelius - Wikipedia
Amelius - Haqqında Məlumat
Amelius (yun. Ἀμέλιος, lat. Amelius; III yüzillik) — yeni-platonçuluğun Roma məktəbinin filosofu. O, Plotinin öyrəncisi idi və bir çox zamanımıza çatmayan kitabların müəllifi olmuşdur. Amelius Plotinin irəli sürdüyü bəzi anlayışları üçlükdə təsəvvür edirdi. Belə ki, Amelius Demiurqos (ikinci yaradıcı) kimi təsəvvür edilən Əqli üçlükdə görürdü. Üçlüyün birinci üzvü (hipostasisi) Əqlin özüdür. İkinci hipostasis birincini, üçüncü isə ikincini dərk edir. Bunlar da Platonun "Timeus"unda söhbət açılan üç krallardır (demiurqoslardır): Fanet (varlığın əsası), Uran (hər şeyin sahibi) və Kronos (hər şeyi görən tanrı).
Amelius | |
---|---|
Doğum tarixi | 200[1] |
Doğum yeri | |
Vəfat tarixi | III əsr |
Fəaliyyəti | filosof, yazıçı |
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 263. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Həmçinin bax
redaktə- ↑ Record #52080779, Record #352154380971030291191 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.