Kitiyali Zenon - Wikipedia
Zenon (yun. Ζήνων, m. ö. 336 – 264) — antik dövrün filosofu, stoa fəlsəfi məktəbinin yaradıcısı.
Zenon | |
---|---|
Ζήνων | |
Doğum tarixi | təq. e.ə. 334 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 263 |
Vəfat yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | stoaçılıq |
Əsas maraqları | məntiq, etika |
Təsirlənib | Kinik məktəbi, Sokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəlsəfəsi
redaktəZenon Kipr adasının Kitiya şəhərindən idi. 315-ci ildə ticarət məqsədilə Afinaya gəlmiş, orada məskunlaşmışdır. Orada fəlsəfəyə böyük maraq göstərmiş və bir müddət kinik məktəbin nümayəndəsi olan Kratesin, daha sonra akademik məktəbin təmsilçiləri olan Stilpon və Ksenokratesin öyrəncisi olmuşdur. Zenon Afinada "Stoa Poykile" (yun. στοά ποικίλη – naxışlı portikus) adlı portikusda (binaya bitişik olan sütünlu açıq tikilidir) öyrəncilər üçün dərslər keçmişdir[1]. Buna görə də məktəbin ardıcıllarını "stoaçılar" adlandırmışdırlar.
Diogenes Laertiusa görə, bəlkə də məhz Zenon "İnsan təbiəti haqında" əsərində ilk dəfə təbiətin qanunlarına uyğun ərdəmli həyat sürmək fikrini dilə gətirmişdir. Bununla da o, stoaçılığı etik problemlərin çözülmənsə yönəltmiş oldu. Həmçinin Zenon hesab edirdi ki, fəlsəfə üç tərkib hissədən: məntiq, fizika və etikadan ibarətdir və onlar vahid bir sistemdə birləşdirilməlidirlər[2]. Bu prinsipləri o özü həyatı boyu tətbiq etmiş, sonda isə intihar etmişdir.
Roma filosofu Sisero yazırdı ki, Zenon təbii qanunu tanrı sayırdı[3]. Onun fikrincə tanrının sifəti və şəxsiyyəti yoxdur. O bu dünyanın qanunauyğunluğudur ya da bir Əqldir. Buna görə də ona ibadət edilməz. Zenonun öyrəncilərindən bəziləri hesab edirdilər ki, bəzi ərdəmli insanları gələcəkdə tanrılaşdırmışdırlar. Həm də Zenona görə kainat canlı və diri varlıqdır. Hər şeyin əsasını isə "yaradıcı od" təşkil edir[4]. Bu fikrin ifadə edilməsi ilə Zenon Heraklitin baxışlarını təkrarlamış olurdu.
Zenon və onun öyrənciləri Xeyir anlayışına önəm verirdilər. Bunu edərkən onlar Platonu təkrarlayırdılar. Zenonun fikrincə həyatın gözəlliyi vahid bir xeyirdədir, xoşbəxtliyə isə yalnız müdrik insan çatır[5]. Eyni zamanda, nəfslər və mənfi ehtiraslar düşüncəyə qarşı duran və təbiətə zidd olan şeylərdir[6].
İstinadlar
redaktə- ↑ Diogenes Laertius.Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 259–260.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 274.
- ↑ Marcus Tullius Cicero. On the Nature of the Gods Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine / Translated by F. Brooks. London: Methuen, 1896, p. 30.
- ↑ Marcus Tullius Cicero. On the Nature of the Gods Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine / Translated by F. Brooks. London: Methuen, 1896, p. 109.
- ↑ Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 271.
- ↑ Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 202.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 162-163. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 162-163. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Hunt, Harold. A Physical Interpretation of the Universe. The Doctrines of Zeno the Stoic. Melbourne: Melbourne University Press, 1976.
- Long, Anthony A., Sedley, David N. The Hellenistic Philosophers, Volume 1. Cambridge: Cambridge University Press, 1987.
- Pearson, Alfred C. Fragments of Zeno and Cleanthes, (1891). Greek/Latin fragments with English commentary.
- Scaltsas Theodore, and Mason Andrew S. (eds.), The philosophy of Zeno. Larnaca: The Municipality of Larnaca, 2002.
- Schofield, Malcolm. The Stoic Idea of the City. cambridge: Cambridge University Press, 1991.