Qara Yanvar Qurbanlarinin Siyahisi - Wikipedia
Qara_Yanvar_qurbanlarının_siyahısı - Haqqında Məlumat
Qara Yanvar qurbanlarının siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə ötən gecə SSRİ Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhalini müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirilmişdir.
Qətlə yetirilənlərdən çoxu xüsusi amansızlıqla öldürülmüşdür.
Qara Yanvar nəticəsində 117 nəfər həyatını itirmiş, 744 nəfər yaralanmış, 841 nəfər həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir.
Qətlə yetirilənlər sırasında milislər, fəhlələr, tələbələr, şagirdlər də olmuşdur.
Öldürülənlərdən 106 nəfər azərbaycanlı, 6 nəfər rus, 3 nəfər yəhudi, 2 nəfər isə tatar milliyyətinə mənsub idi.
Qara Yanvar faciəsinin qurbanları
redaktəAbbasov Sabir Rzaqulu oğlu | satıcı | 1968-ci ildə Binə qəsəbəsində anadan olub. Subay idi. Binə hava limanında satıcı işləyib. Axşam saat 22:00-da işdən çıxıb. Yolda əsgərlər tərəfindən güllələnib, gecə saat 23:00 radələrində xəstəxanaya gətirilib. Səhər onun meyidi 26 nömrəli xəstəxanadan tapılıb. Qarın nahiyəsindən yaralanıb, nəticədə ölüb. Binə qəbiristanlığında dəfn olunub. | ||
Abbasov Zöhrab Heydərəli oğlu | işsiz | 1970-ci ildə anadan olub. Subay idi. Vərəm xəstəliyi olduğu üçün heç yerdə işləmirdi. Yanvarın 19-da XI Qızıl Ordu meydanına gedib. Gecə saatlarında tüfəngin qundağı ilə döyülüb, ağır bədən xəsarəti alıb. Elə həmin gün də neyrocərrahiyyə xəstəxanasında ölüb. Xırdalan qəbiristanlığında dəfn olunub. | ||
Abbasova Fəridə Nəriman qızı | evdar | 1952-ci ildə anadan olub. Evdar qadın idi. 2 oğlu, 1 qızı var idi. Yanvarın 19-da axşam saat 00:00 radələrində evinin həyətində paltar sərdiyi yerdə güllələnmişdir. Yanvarın 20-də Nardaran qəbiristanlığında dəfn olunub. | ||
Abdullayev Eyyub Mahmud oğlu | fəhlə | 1967-ci ildə Vedi rayonunda anadan olub. Subay idi. Soyuducular zavodunda fəhlə işləyib. Yanvarın 20-də gecə saat 00.30-da evdən çıxıb. Valideynləri onu itkin hesab edib. "Naxçıvan" mehmanxanasının yanında öldürülmüşdür. Yanvarın 22-də naməlum şəxs olaraq Şəhidlər Xiyabanında dəfn olunub. Martın 11-də isə şəxsiyyəti müəyyənləşdirilmişdir. | ||
Abdullayev Zahid Abdulla oğlu | fəhlə | 1959-cu ildə Xaçmaz rayonunda anadan olub. Maşınqayırma zavodunda fəhlə idi. Həmin zavodda işləyən Z. Abdullayeva ilə evlənmişdi. 2 oğlu, 1 qız var idi. Kirayədə yaşayırdılar. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yanında avtobusun atəşə tutulması nəticəsində Zahid Abdullayev başından aldığı güllədən öldürülmüşdür. Xaçmaz rayonnda dəfn olunub. | ||
Abdullayev Tariyel Oruc oğlu | rəngsaz | 1949-cu ildə Şəmkir rayonunda anadan olub. 4 nömrəli inşaat idarəsində rəngsaz işləyib. 2 övladı var idi. Kirayədə yaşayırdılar. Yanvarın 19-dan 20-nə ötən gecə XI Qızıl Ordu meydanında ağır güllə yarası almışdır. Saat 04:00 radələrində xəstəxanada əməliyyat olunmuşdur. Növbəti dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılmışdır. Bununla belə yanvarın 27-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Ağahüseynov Ağahəsən Yarı oğlu | mantyor | 1957-ci ildə anadan olub. 2 övladı var idi. Xətai rayonunda mantyor işləyib. Yanvarın 19-dan 20-nə ötən gecə qardaşı Tavabil Ağahüseynovla bir yerdə Salyan kazarmasının yanında olmuşdur. Gecə saatlarında güllə yarası almışdır. Xəstəxanaya aparılmış, cərrahiyyə əməliyyatı olunmuş, bədənindən dörd güllə çıxarılmışdır. Bununla belə səhər saat 07:00 radələrində vəfat etmişdir. Əhmədli qəbiristanlığında dəfn olunub. | ||
Ağaverdiyev Aslan Əlikram oğlu | satıcı | 1952-ci ildə anadan olub. Çay evində satıcı işləyib. Üç qızı var idi. Həmin gecə saat 00:00 radələrində güllə səsinə evdən çıxıb. Bütün gecə ailəsi ondan xəbər ala bilməyib. Yanvarın 20-də onun meyidini xəstəxananın ölüxanasından tapıblar. Güllə onun bağırsaqlarını, mədəsini və böyrəyini zədələmişdir. Xəstəxanaya gətirilənə qədər qan itirmiş, nəticədə vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Alimov Ramis Xarisoviç | çilingər | 1958-ci ildə anadan olub. Milliyyətcə tatardır. 1973-cü ildən Boru Kəməri İdarəsində maşın təmiri çilingəri işləyib. Evli idi. Bir qızı var idi. Həmin gecə güllə səsinə evdən çıxıb. Bütün gecə ailəsi ondan xəbər ala bilməyib. Yanvarın 20-də qardaşı onun meyidini xəstəxananın ölüxanasından tapmışdır. Güllə yarasından ölmüşdür. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Allahverdiyev İlham Əjdər oğlu | fəhlə | 1962-ci ildə Ağdam rayonunda anadan olub. Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda fəhlə işləyirdi. 1989-cu il iyunun 30-da Fərizə Allahverdiyeva ilə toyları olmuşdu. Həmin gecə güllə səsinə evdən çıxıb. Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib. Saat 00:30 radələrində yaralanıb. Xəstəxanaya aparılıb və gecə saat 01:00 radələrində cərrahiyyə əməliyyata alınıb. Saat 01:00 radələrində aldığı güllə yarasından vəfat etmişdir. Yanvarın 21-də, saat 06:00 radələrində həyat yoldaşı Fərizə Allahverdiyeva intihar etmişdir. Şəhidlər Xiyabanında yanaşı dəfn olunublar. | ||
Allahverdiyev Nəriman Əmir oğlu | bənna | 1939-cu ildə Laçın rayonunda anadan olub. Bənna işləyirdi. Evli və 6 uşaq atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə güllələnib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Allahverdiyev Ruslan Kamal oğlu | fəhlə | 1967-ci ildə Ucar rayonunda anadan olub. Subay idi. Şampan zavodunda fəhlə işləyirdi. Yanvarın 19-u axşam Salyan Kazarmasının yanında olub. Güllə yarası alıb. Atası onun meyidini Salyan Kazarmasının yanından tapıb. Xırdalanda dəfn olunub. | ||
Allahverdiyeva Fərizə Çoban qızı | tələbə | 1970-ci ildə anadan olub. 1989-cu il iyunun 30-da İlham Allahverdiyev ilə toyları olmuşdu. Yanvarın 20-də gecə güllə səsinə əri evdən çıxıb. Saat 00:30 radələrində yaralanıb və saat 01:00 radələrində aldığı güllə yarasından həyatını itirib. Yanvarın 21-də, saat 06:00 radələrində Fərizə Allahverdiyeva ərinin ölümünə intihar etmişdir. Şəhidlər Xiyabanında yanaşı dəfn olunublar. | ||
Aliməmmədov Teymur Yəhya oğlu | tələbə | 1972-ci ildə Şahbuz rayonunda anadan olub. N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq bölməsinin təhsil alırdı. Subay idi. Birinci imtahan sessiyasını uğurla başa vurmuşdu. Şahbuz rayonuna ailəsinin yanına getməyi düşünürdü. Dostu ilə birgə Naxçıvana bilet alıb, qayıdan zaman başından güllə yarası alıb. Güllə onun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalmışdı. Yeddi gün xəstəxanada qaldıqdan sonra yanvarın 31-i saat 03:45-də vəfat etmişdir. Şahbuz rayonunda dəfn olunub. | ||
Atakişiyev Bəhruz Tofiq oğlu | sürücü | 1961-ci ildə anadan olub. Avtomobil dəstəsində sürücü işləyib. Subay idi. Həmin gecə saat 00:00 radələrində atəş səslərinə evdən çıxıb. "Gənclik" metrosu istiqamətində güllə yarası alıb. 5 nömrəli xəstəxanaya aparılıb və gecə saat 02:00 radələrində cərrahiyyə əməliyyatına alınıb. Səhər saat 06:00 radələrində vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Atakişiyev Şakir Xandadaş oğlu | çilingər | 1961-ci ildə Abşeron rayonunun Sitalçay qəsəbəsində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. 2 oğlu, 1 qızı var idi. Yanvarın 19-da axşam saatlarında Xırdalan pivə zavodunun yanında dostunun "Jiquli" maşınında odlu silahla vurulub. Sinəsində beş güllə yarası olub. Dostu isə yaralanıb. Yanvarın 21-də saat 15:00-da meyidini xəstəxanada tapıblar. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Babayev Əlövsat Hidayət oğlu | Nizami Rayon Məhkəməsinin qərarı ilə 20 yanvar 1990-cı il tarixindən itkin hesab olunur. | |||
Babayev Fuad Yavər oğlu | tələbə | 1967-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat bölməsinin tələbəsi idi. Həmin gecə güllə səsi evdən çıxıb. XI Qızıl Ordu meydanı yaxınlığında güllələnib. Yanvarın 20-də səhər saat 07:00 radələrində onun meyidini xəstəxananın meyidxanasından tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Babayev Rahim Vaqif oğlu | tələbə | 1970-ci ildə Ordubad şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun tələbəsi idi. Yanvarın 19-da gecə saat 00:00-da evdən çıxıb. Beş gün barəsində xəbər olmayıb. Yanvarın 25-də meyidi xəstəxananın meyidxanasında tapılıb. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Babayeva Sürəyyə Lətif qızı | evdar | 1913-cü ildə anadan olub. Biləcəri qəsəbəsində oğlunun yanında yaşayıb. Yanvarın 22-də saat 17:25 dəqiqədə Biləcəri şosesində hərbi zirehli maşınlardan binalar atəşə tutulmuş, mətbəxdə axşam yeməyi hazırlayan Sürəyya Babayeva aldığı güllə yarasından yerindəcə ölmüşdür. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, daha bir qonşu isə yaralanmışdır. İmişlidə dəfn olunub. | ||
Bağırov Baloğlan Həbib oğlu | baytar | 1966-cı ildə Maştağa qəsəbəsində anadan olub. 3 övladı var idi. Azərquşsənaye birliyinin baytarlıq laboratoriyasında işləyib. Yanvarın 23-də Baloğlan Bağırov qaynanasını Gürcüstana yola salmaq üçün qardaşı Atamoğlanla birgə şəhərə gəliblər. Həmin gün təxminən saat 16:00-da Tbilisi pr. yaxınlığında benzindoldurma məntəqəsinin yaxınlığında hərbçilər heç bir səbəb olmadan onların getdiyi maşını atəşə tutmuşlar. Baloğlan Bağırov döş qəfəsindən və qarın boşluğundan yaralanmış, onu xəstəxanaya aparmışlar. Həmin gün vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Bağırov Telman Malik oğlu | milis | 1960-cı ildə anadan olub. Milis şöbəsində serjant vəzifəsində işləyirdi. Yanvarın 20-də təxminən saat 20:00 radələrində evə gəlib, şam edib və yenidən işə qayıdacağını bildirib. Təxminən saat 22:30 radələrində naməlum şəxs evə zəng edib və ailə üzvündən Telman Bağırov adlı qohumunun olub-olmadığını soruşub və onu xəstəxanaya apardığını bildirib. Telman Bağırov "Dostluq" Kinoteatrının yaxınlığında telefon danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Baxşəliyev Elçin Mirzə oğlu | sürücü | 1965-ci ildə anadan olub. Avtobus sürücü işləyirdi. Subay idi. 19-dan 20-nə ötən gecə 2 nömrəli maşınlar dayanacağının yanında yaralılara yardım edirdi. Bu vaxt hərbçilər onu da atəşə tutmuş, nəticədə qarın nahiyəsindən güllə yarası almışdır. Elçin Baxşəliyev xəstəxanada ölmüşdür. Qohumları onun meyidini yanvarın 20-də həmin xəstəxananın ölüxanasından tapıblar. Abşeron rayonunda dəfn edilib. | ||
Bayramov İsabala Əli oğlu | işsiz | 1967-ci ildə anadan olub. 2 övladı var idi. Günəmuzd işləyirdi. Yanvarın 19-da əmisi oğlu Mübariz Bayramovla XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00:30 radələrində yaralanmış, aparıldığı xəstəxanada ölmüşdür. Güllə baş nahiyəsindən dəymişdir. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Bessantina Vera Lvovna | şagird | 1973-cü ildə anadan olub. Milliyyətcə yəhudidir. 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi idi. Salyan Kazarması ilə üzbəüz binada yaşamışdır. Yanvarın 20-də gecə saatlarında binanın atəşə tutulması nəticəsində Vera Bessantina qarın nahiyəsindən yaralandı, qısa müddətdə qanaxmadan həyatını itirdi. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Boqdanov Valeri Zakiroviç | milis | 1958-ci ildə Gəncə şəhərində anadan olub. Milis leytenantı idi. Yanvarın 19-da səhər tezdən işə çağırılıb. Yanvarın 20-də səhər saat 07:15-də onların maşını Tbilisi pr. yaxınlığında atəşə tutulmuşdur. Nəticədə Valeri Boqdanov güllə yarası almış, 4 saatdan sonra isə xəstəxanada vəfat etmişdir. Gəncə şəhər qəbiristanlığında dəfn olunub. | ||
Bünyadzadə Ülvi Yusif oğlu | tələbə | 1969-cu ildə Vardenis rayonunun anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili bölməsinin tələbəsi idi. Tərcümələr edir, şeirlər yazırdı. Həmin gecə XI Qızıl Ordu meydanında güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Cavanşirov İlkin Zülqədər oğlu | sürücü | 1933-cü ildə 28-də anadan olub. 2 nömrəli maşınlar dayanacağında sürücü işləyirdi. 9 övladı var idi. Yanvarın 20-də gecə saatlarında güllə səsləri eşidəndə evdən çıxıb. Avtovağzal yaxınlığında qolundan və başından güllə yarası almışdır. Yanvarın 23-də təcili yardım xəstəxanasında vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Durdıyev Anagəldi | Nizami Rayon Məhkəməsinin qərarı ilə 20 yanvar 1990-cı il tarixindən itkin hesab olunur. | |||
Eminov Vəfadar Osman oğlu | fəhlə | 1966-cı ildə Borçalı mahalında anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq bölməsində axşam şöbəsində oxuyurdu, paralel olaraq fəhlə işləyirdi. Yanvarın 21-də imtahandan çıxandan sonra təxminən saat 13:00 radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralılara vurulmaq üçün qan verib. Xəstəxanadan çıxıb "Olimp" mağazasına tərəf piyada düşən zaman hərbçilər tərəfindən güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Əbilhəsənov İlqar Yusif oğlu | milis | 1967-ci ildə anadan olub. Yasamal Rayon Daxili İşlər Şöbəsində serjant işləyirdi. Həmin gecə xidməti növbədə idi. Təxminən saat 00:00 radələrində "Naxçıvan" mehmanxanasının yanında özünəməxsus QAZ-24 maşınından enən zaman avtomatdan atəşə tutulmuş, sonra xəstəxanaya aparılmışdır. Beş saatlıq cərrahiyyə əməliyyat olunsa da, yanvarın 22-də səhər saat 11:00 radələrində vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Əbülfətov Mircamal Mirsaleh oğlu | fəhlə | 1958-ci ildə Lənkəranda anadan olub. Lənkəran şəhərlərarası daşıma idarəsində fəhlə işləyib. 1 qızı var idi. Həmin gecə XI Qızıl Ordu meydanında yaralıların xəstəxanalara aparılmasına yardım edib. Gecə saatlarında güllələnib. Qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılan zaman saat 03:30 radələrində həyatını itirib. Lənkəranda dəfn edilib. | ||
Əhmədov İlqar Hümbət oğlu | tələbə | 1965-ci ildə Borçalı mahalında anadan olub. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun tələbəsi idi. Yanvarın 19-dan 20-nə ötən gecə dostları ilə birgə Salyan Kazarmasının yanında olub. Gecə saat 02:30 radələrində hərbçilər tərəfindən güllələnib. Sol gözündən güllə yarası alan İlqar Əhmədov hadisə yerindəcə həyatını itirmişdir. Borçalı mahalında dəfn olunub. | ||
Ələkbərov Azər Nəsib oğlu | tələbə | 1967-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq bölməsinin tələbəsi idi. Yanvarın 19-dan 20-nə ötən gecə boynundan aldığı güllə yarasından həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Əsgərov Novruz Faiq oğlu | fəhlə | 1968-ci ildə anadan olub. İnşaat Kooperativində işləyirdi. Yanvarın 20-də gecə saatlarında Əzizbəyov metrostansiyasının yaxınlığında güllələnmişdir. Səhər saatlarında meyidini Caparidze adına xəstəxananın meyidxanasından tapıblar. Əhmədli qəbiristanlığında dəfn olunub. | ||
Ələsgərov Zaur Rasim oğlu | işsiz | 1969-cu ildə anadan olub. Yanvarın 20-də gecə saatlarında dostları ilə birgə XI Qızıl Ordu meydanına gedib. Yanvarın 21-də meyidini təcili yardım maşını xəstəxananın meyidxanasına gətirib. Haradan gətirildiyi bəlli deyil. Üç yerdən — başından, ürəyindən və ayağından güllə yarası alıb. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Əliyev Əruz Əhmədəli oğlu | ? | barəsində ətraflı məlumat yoxdur | ||
Əliyev Bayram Mədət oğlu | icraçı | 1950-ci il ildə Kalinino rayonunda anadan olub. 2 nömrəli Ev İnşaatı Kombinatında icraçı işləyib. Ailəli idi. Həmin gecə hərbçilər tərəfindən öldürülmüşdür. Rəsmi diaqnoza əsasən döş qəfəsinin alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara qeydə alınmışdır. "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. | ||
Əliyev Xəlqan Yusif oğlu | dülgər | 1969-cu ildə anadan olub. Subay idi. "İskra" zavodunda dülgər işləyirdi. Zavodun qarşısında hərbçilər tərəfindən güllələnib. Qarın nahiyəsindən aldığı güllə yarası nəticəsində yanvarın 20-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Əliyev Namiq Kamil oğlu | aşpaz | 1965-ci ildə anadan olub. "Zümrüd" restoranında aşpaz işləyib. Subay idi. Yanvarın 19-da səhər işə gedib və geri qayıtmayıb. "Olimp" mağazasının yaxınlığında yuxarı çıxmağa çalışan zaman atəşə məruz qalmış, ürəyinə və gicgahına dəyən 2 güllədən hadisə yerindəcə həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Əliyev Rüstəm Şahvələd oğlu | sürücü | 1965-ci ildə anadan olub. Subay idi. 2 nömrəli avtobus dayanacağında sürücü işləyirdi. Yanvarın 19-da axşam dostu Elmanla Salyan Kazarmasının yanına gedib. Hərbçilər dinc əhaliyə atəş açan zaman yaralıları avtobusla xəstəxanaya daşıyıb. Sonra yolda Rüstəm Əliyevin avtobusunu da atəşə tutublar. O, döş qəfəsindən, qarın boşluğundan bir neçə odlu güllə yarası alıb. Gecə saat 03:30 radələrində xəstəxanaya gətirilib. Yanvarın 25-də, saat 13:00 radələrində həyatını itirib. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Əliyev Zahid Bayram oğlu | satıcı | 1963-cü ildə Vedi rayonunda anadan olub. Bir qızı var idi. Mağazada satıcı işləyib. Yanvarın 19-da işdən evə gəlib. Axşam saatlarında, Azadlıq hərəkatının iştirakçılarının yanına gedib. Həmin gün evə qayıtmayıb. Suraxanı döngəsində yaxınlığında hərbçilər tərəfindən güllələnib. Suraxanı xəstəxanasına çatdırılanda vəfat edib. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Əliyev Zəbbulla Xeyrulla oğlu | sürücü | 1946-cı ildə Sabirabad rayonunda anadan olub. Sürücü işləyib. Beş uşaq atası idi. XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də xəstəxanada vəfat etmişdir. Sabirabad rayonunda dəfn olunub. | ||
Əlizadə Faiq Əbdülhüseyn oğlu | fəhlə | 1953-cü ildə Ağcabədi şəhərində anadan olub. Binəqədi rayon təmir-inşaat idarəsində fəhlə işləyib. Üç övladı var idi. Yanvarın 19-u gecə saatlarında güllə səslərinə evdən çıxıb. "Gənclik" metrosunun yaxınlığında güllələnib. Yanvarın 20-də səhər saatlarında 5 nömrəli xəstəxanada həyatını itirib. Şəhidlər Xiyabanında dəfn edilib. | ||
Əsədullayev Asif Kamil oğlu | fəhlə | 1952-ci ildə Lənkəranda anadan olub. 2 övladı var idi. Maşınqayırma zavodunda fəhlə işləyib. Yanvarın 19-dan 20-nə ötən gecə Əmircan qəsəbəsində qohumlarının evindən "Jiquli" maşını ilə Sabunçu qəsəbəsinə qayıdan zaman Ramana yaxınlığında güllələnmişdir. Lənkəranda dəfn olunub. | ||
Əşrəfov Rəhman İsmixan oğlu | işsiz | 1955-ci ildə Binə qəsəbəsində anadan olub. Evli idi. İdarə etdiyi maşınında təxminən saat 23:00 radələrində güllələnmişdir, nəticədə ağır yaralanmışdır. Vəziyyəti ağır olduğu üçün yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına yerləşdirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir. Nardaran qəbiristanlığında dəfn edilib. | ||
Əzizov Habil Komunar oğlu | tələbə | 1968-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tələbəsi idi. Yanvarın 19-da, təxminən saat 00:00 radələrində güllə səsləri gəlməyə başlayanda dostları ilə Salyan Kazarmasının yanına getmişdilər. Gecə saatlarında güllələnib. Ertəsi gün ailəsi onun meyidini xəstəxananın ölüxanasından tapdılar. Qazax rayonunda dəfn olunub. | ||
Hacıyev Mübariz Məhəmməd oğlu | sürücü | 1952-ci ildə Ucar rayonunda anadan olub. Dörd övladı var idi. 5 nömrəli maşın dayanacağında sürücü işləmişdir. Yanvarın 19-dan 20-nə ötən gecə XI Qızıl Ordu meydanında sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən ağır yaralanmışdır. Xeyli qan itirən xəstəyə qan vurulmuş, amma bunun da yardımı olmamışdır. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Həmidov İzzət Atakişi oğlu | laborant | 1930-cu ildə anadan olub. Yer Quruluşu Layihə İnstitutunda işləyib. Üç övladı var idi. Yanvarın 20-də, saat 00:00 radələrində Salyan Kazarmasının yaxınlığında yaralanmışdır. 2 gün reanimasiya şöbəsində qaldıqdan sonra yanvarın 22-də həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Həmzəyev Balahüseyn Mirqəzəb oğlu | sürücü | 1929-cu ildə anadan olub. 2704 nömrəli avtomobil xəttində sürücü işləyib. Beş övladı var idi. Yanvarın 19-da, axşam saatlarında Yeni Suraxanı dairəvi yolunda güllələnmişdir. Caparidze adına xəstəxanaya aparılsa da, martın 24-də müalicə aldığı xəstəxanada vəfat edib. Yeni Suraxanı qəbiristanlığında dəfn edilib. | ||
Həsənov Əli Xudaverdi oğlu | sürücü | 1957-ci ildə anadan olub. Meliorasiya Su İnşaat İdarəsində sürücü işləyib. 2 övladı var idi. Yanvarın 20-də, gecə saat 00:00 radələrində güllə səslərinə evdən çıxıb. Səhər ailə üzvləri onun meyidini xəstəxananın meyidxanasına tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Həsənov Mehman İbrahim oğlu | dövlət qulluqçuqu | 1964-cü ildə anadan olub. Ailənin yeganə övladı idi. İnşaat Materialları Sənayesi Nazirliyinin məlumat-hesablama şöbəsində işləmişdir. Yanvarın 19-da evdən iş adıyla çıxıb. Səhər evə gəlməyib. Yanvarın 21-də meyidini ölüxanadan tapıblar. XI Qızıl Ordu meydanında güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Həsənov Müzəffər Qəzənfər oğlu | sürücü | 1939-cu il anadan olub. İnşaat-quraşdırma trestinin avtobazasında sürücü işləmişdir. Dörd övladı var idi. Yanvarın 19-u gecə oğlu Zahid evə gec gəlib. Övladını axtarmağa gedib. Gecə saat 04:00–05:00 radələrində Salyan Kazarmasının yanında olub, yaralı və ölüləri xəstəxanaya daşıyıb. Üzərinə tank sürülmüş, rezin dəyənəklə döyülmüş, başına dəymiş zərbədən beyninə qan sızmışdır. Bir müddət ölü hesab edilmiş, sonradan xəstəxanaya aparılmış və qohumları tərəfindən xəstəxanada tapılmışdır. Yanvarın 29-u gecə saat 2-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Həsənov Sahib Nəsib oğlu | satıcı | 1949-cu ildə Gədəbəy rayonunda anadan olub. Məşədi Əzizbəyovun abidəsinin yaxınlığında qəzet satışı məntəqəsində satıcısı idi. Üç övladı var idi. Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt İnşaatçılar pr. yaxınlığında yanğınsöndürmə məntəqəsinin qarşısında əsgərlər maşını atəşə tutmuş, güllələrdən biri onun alnına dəymiş, nəticədə vəfat etmişdir. Bədənində 8 güllə yarası olub. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Həşimov İsrafil Ağababa oğlu | satıcı | 1964-cü ildə anadan olub. Azərittifaq sistemində satıcı işləyib. 2 qızı var idi. Həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib. Səhər meyidini xəstəxanadan tapıblar. Döş qəfəsindən güllə yarası alıb. Ehtimala görə hadisə XI Qızıl Ordu meydanında olub. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Hüseynov Əlimərdan Əbil oğlu | montyor | 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. Montyor işləmişdir. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yanında olmuşdur. Yanvarın 21-də onu meyidxanadan tapıblar. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub. Biləsuvar rayonunda dəfn olunub. | ||
Hüseynov Nəriman Vəli oğlu | şagird | 1976-cı ildə Tovuz rayonunda anadan olub. VIII sinif şagirdi idi. Nəriman Hüseynov güllə səslərinə evdən çıxıb, Salyan Kazarmasının yaxınlığında döş qəfəsindən yaralanıb. Səhər tezdən onun meyidini xəstəxananın meyidxanasından tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Xammədov Baba Məmməd oğlu | müəllim | 1939-cu ildə Biləsuvar rayonunda anadan olub. Evli və 2 uşaq atası idi. Müəllim olaraq çalışırdı. Həmin gecə saat 00:00 radələrində güllə səslərinə evdən çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onun onu dəmiryol xəstəxanasına aparıblar. Güllə ona boğazının sağ tərəfindən dəymişdi. Cərrahiyyə əməliyyatı aparılsa da yanvarın 21-də həyatını itirib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu | fəhlə | 1939-cu ildə Suraxanı rayonunda anadan olub. Kanalizasiya İdarəsində fəhlə çalışırdı. Həmin gecə saat 00:00 radələrində güllə səslərinə evdən çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onu Caparidze adına xəstəxanaya aparıblar. Ona yardım göstərilsə də, yanvarın 21-də gecə saat 04:00 radələrində həyatını itirib. Yeni Suraxanı qəbiristanlığında dəfn olunub. | ||
İbrahimov İlqar Rəşid oğlu | şagird | 1976-cı ildə anadan olub. VII sinif şagirdi idi. Qonşusunun "Zaporojets" maşınında XI Qızıl Ordu meydanına odun aparan zaman avtomobil PDM altında qalmış, maşından uğurla çıxsa da, əsgərlər tərəfindən atılan pulemyot gülləsi nəticəsində həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
İmanov Elçin Beydulla oğlu | tələbə | 1967-ci ildə anadan olub. N. Nərimanov adına Tibb Universitetinin stomatologiya bölməsində təhsil alırdı. Yanvarın 19-dan 20-nə ötən gecə Elçin İmanov tələbə yoldaşları ilə Şmidt adına zavodun mədəniyyət evinin qarşısında olub. Hərbçilərin atəşə nəticəsində yaralanıb, yoldaşları onu 4 nömrəli xəstəxanaya aparıblar. Elçin İmanov cərrahiyyə stoluna çatmamış həyatını itirib. Salyanda dəfn olunub. | ||
İsayev Fəxrəddin Xudu oğlu | sürücü | 1963-cü ildə Biləcəri qəsəbəsində anadan olub. Cənub geologiya idarəsində sürücü işləyirdi. Nişanlı idi. Yanvarın 19-dan 20-nə ötən gecə təxminən saat 00:00 radələrində evdən çıxıb, XI Qızıl Ordu meydanına gedib. Əsgərlər əhaliyə atəş açanda yaralananları təcili yardım maşını ilə xəstəxanalara daşıyıb. Belə daşımaların birində təcili tibbi yardım maşını XI Qızıl Ordu meydanında atəşə məruz qalıb, Fəxrəddin İsayev baş, sinə və qarın nahiyəsindən güllə yarası alıb. Səhər saatlarında onun meyidi xəstəxananın meyidxanasından tapılıb. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
İsayev Müşviq Ağaəli oğlu | işçi | 1968-ci ildə anadan olub. "Sağlamlıq" Kooperativində işləyirdi. Yanvarın 19-dan 20-nə ötən gecə "Gənclik" metrostansiyası yaxınlığında əsgərlər tərəfindən güllələnib, güllə ürəyinin üstündən dəyib, sağ çiynindən çıxıb. Hadisə yerindəcə vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
İsayev Rauf Sultanməcid oğlu | çilingər | 1968-ci ildə Göyçayda anadan olub. Məişət Kondisioneri Zavodunda çilingər işləmişdir. Evli və 2 qız atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə təxminən saat 00:00 radələrində evdən çıxıb, Salyan Kazarmasının yaxınlığında əsgərlər tərəfindən güllələnib. Güllə onun baş-beyin nahiyəsini tamamilə dağıdıb. Göyçay rayonunda dəfn olunub. | ||
İsmayılov Cavad Yunus oğlu | fəhlə | 1962-ci ildə anadan olub. Şüşə zavodunda fəhlə işləmişdir. Evli və 2 qız atası idi. Yanvarın 19-da Cavad İsmayılov üçüncü növbə işə gedib. Yanvarın 20-də səhər saatlarında evə zəng edib ailəsinə, onun xəstəxanada olduğunu bildirdilər. XI Qızıl Ordu meydanından çıxan zaman əsgərlər tərəfindən güllələnib, sağ tərəfdə sinəsindən yaralanmışdı. Yanvarın 22-də gecə saatlarında üzərində cərrahiyyə əməliyyat aparılmış, amma səhər saat 08:00 radələrində vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
İsmayılov Rəşid İslam oğlu | dispetçer | 1949-cu ildə Qardabani rayonunda anadan olub. Evli və 2 uşaq atası idi. Azərbaycan Dəmiryol İdarəsində dispetçer vəzifəsində işləmişdir. Yanvarın 20-də, gecə işdən evə qayıdan zaman Biləcəri qəsəbəsində qarın nahiyəsindən yaralanmış, 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra 3 gün xəstəxanada qalmış və yanvarın 23-də saat 05:00 radələrində həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
İsmayılov Tofiq Babaxan oğlu | ocaqçı | 1956-cı ildə anadan olub. Nəsimi Rayon Kommunal Təsərrüfat İdarəsində ocaqçı işləyib. Evli və 2 uşaq atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə güllə səslərinə evdən çıxıb. Tbilisi pr. yaxınlığında güllələnib. Səhər saatlarında onun meyidini xəstəxananın ölüxanasından tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
İsrayılov Ağanəzər Araz oğlu | milis | 1960-cı ildə Şamaxı rayonunda anadan olub. Milis leytenantı idi. Yanvarın 19-da səhər tezdən işə çağırılıb. Yanvarın 20-də səhər saat 07:15-də onların maşını Tbilisi pr. yaxınlığında atəşə tutulmuşdur. Nəticədə Ağanəzər İsrayılov güllə yarası almış, 4 saatdan sonra isə xəstəxanada vəfat etmişdir. Şamaxı rayonunda dəfn olunub. | ||
Kazımov Əflatun Həşim oğlu | fəhlə | 1959-cu ildə Lənkəranda anadan olub. 28 nömrəli inşaat idarəsində fəhlə işləyib. Evli və 4 övladı var idi. Yanvarın 20-də saat 04:00 radələrində hərbçilər tərəfindən öldürülmüşdür. Bədənində 14 güllə yarası olub. Dostları meyidini yanvarın 20-i səhər saatlarında ölüxanadan tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Kərimov Aleksandr Ramazan oğlu | 1970-ci ildə anadan olub. Subay idi. Yanvarın 20-də gecə saatlarında dostları ilə "KAMAZ" maşınında yaralıları və ölənləri daşımağa başlayıblar. Papanin yaxınlığında, təxminən saat 06:00 radələrində maşın əsgərlər tərəfindən atəşə tutulub. Əvvəlcə Mahir Mustafayev, sonra isə Aleksandr Kərimov qarın nahiyəsindən və sol buddan yaralanıb. Yaralılar xəstəxanaya aparılsa da, Mahir Mustafayev yanvarın 20-də, Aleksandr Kərimov isə fevralın 5-də ölüb. Şəhidlər Xiyabanında dəfn olunub. | |||
Kərimov İlqar İsa oğlu | işçi | 1962-ci ildə Goranboy rayonunda anadan olub. Subay idi. Abşeron rayonunda broyler zavodunda işləyirdi. Yanvarın 20-də gecə saatlarında işdən çıxıb evə qayıdan zaman Biləcəridə dəmiryolu xəstəxanasının yanında güllələnib. Goranboy rayonunda dəfn olunub. | ||
Kərimov Oqtay Ayvaz oğlu | fəhlə | 1964-cü ildə Krasnoselo rayonunda anadan olub. 28 nömrəli Təmir-İnşaat idarəsində fəhlə işləyib. Subay idi. "Gənclik" metrosunun yaxınlığında güllələnib. Onun meyidini yanvarın 21-də ölüxanadan tapılıb. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Qayıbov Ələsgər Yusif oğlu | tələbə | 1966-cı ildə Qaraçöp mahalında anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idi. Subay idi. Yanvarın 20-də gecə saatlarında V. İ. Lenin adına stadionun yaxınlığında güllələnmiş, güllə sol qolunu qıraraq qarnını yaralamışdır. Üzərində üç cərrahiyyə əməliyyatı aparılsa da, aldığı xəsarətdən yanvarın 21-də saat 07:00 radələrində vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Qasımov Abbas Şəmməd oğlu | fəhlə | 1966-cı ildə Amasiya rayonunda anadan olub. Günəmuzd çalışırdı. Subay idi. Yanvarın 20-də saat 00:00 radələrində bibisi oğlu ilə evdən çıxıb. XI Qızıl Ordu meydanına güllələnmiş, təxminən saat 03:00 radələrində xəstəxanaya gətirilmiş, əməliyyata alınmışdır. Dörd saatdan sonra xəstəxanada vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Qasımov Yusif İbrahim oğlu | işçi | 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. "Şərur" Kafesinin sahibi olub. Yanvarın 19-da saat 23:00-da dostunun maşınında qızı Nigarın rəfiqəsigilə gedib. "Xəzər" Kinoteatrının yanında heç bir səbəb olmadan maşın atəşə tutulmuş, Yusif Qasımov sağ qulaq nahiyəsindən yara almış, 2 gündən sonra qohumları meyidi meyidxanadan tapmışdır. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Qeybullayev Elçin Suyəddin oğlu | fəhlə | 1968-ci ildə Quba rayonunda anadan olub. 20 №-li inşaat idarəsində fəhlə işləyib. Yanvarın 19-da saat 23:00 radələrində evdən çıxıb, Salyan Kazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyidini ölüxanadan tapıb. Quba rayonunda dəfn olunub. | ||
Qəniyev Mirzə Rzabala oğlu | çilingər | 1958-ci ildə anadan olub. Su Kəmərləri İdarəsində çilingər işləyib. Evli və 1 uşaq atası idi. Yanvarın 19-da gecə evdən çıxıb. Şəhərdə hərbçilər tərəfindən güllələnib, nəticədə ağır yaralanıb. Hadisədənə sonra Mirzə Qəniyev 1 ay müalicə olunub. 19 fevralda xəstəxanada vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Qocamanov Əliyusif Bilal oğlu | satıcı | 1933-cü ildə anadan olub. Naxçıvan mehmanxanasında qəzet məntəqəsində satıcı işləyib. Evli və üç uşaq atası idi. Yanvarın 20-də güllə səsinə evdən çıxıb. "Xəzər" Kinoteatrının yanında güllələnib, ürəyindən güllə yarası alıb. Qohumları meyidini yanvarın 20-də ölüxanadan tapıb. Pirşağıda dəfn olunub. | ||
Quliyev Səxavət Balay oğlu | mağaza müdiri | 1940-cı ildə Cəbrayıl rayonunda anadan olub. Nəsimi rayonunda mağaza müdiri işləmişdir. Evli və 4 uşaq atası idi. Yanvarın 19-da güllə səsi evdən çıxıb. Şəhərdə hərbçilər tərəfindən güllələnib. Kürəyində bir güllə yarası olub. 5 nömrəli xəstəxanada həyatını itirib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Marxevka Alekandr Vitalyeviç | tibb işçisi | 1958-ci ildə anadan olub. Milliyyətcə yəhudi idi. Buzovna da təcili yardım məntəqəsində işləyirdi. Evli və 1 uşaq atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə peşə fəaliyyətini yerinə yetirən zaman güllələnib, döş qəfəsindən yaralanıb. Xəstəxanaya çatdırılsa da, artıq həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Meyeroviç Yan Maksoviç | mağaza müdiri | 1955-ci ildə anadan olub. Milliyyətcə yəhudidir. "Molodyojnıy" Looperativi filialının rəhbəri idi. Evli və 2 uşaq atası idi. Yanvarın 19-da qonşusu, 78 yaşlı qadın Qreytman R. D. ondan axşam onu aeroporta çatdırmasını xahiş edib. Yan Meyeroviç də digər qonşusu Elçin Mirzəyevdən onları aeroporta aparmasını xahiş edib. Axşam saat 23:00 radələrində qonşular yola çıxıblar. Suraxanı qəsəbəsində əsgərlər maşını avtomat atəşinə tutmuş, nəticədə Meyeroviç və Mirzəyev ölmüş, Qreytman isə sağ qalmışdır. Səhər saatlarında Yan Meyeroviç və Elçin Mirzəyevin meyidini Caparidze adına xəstəxananın meyidxanasından tapıblar. Onun bədənində 15 yerdən güllə yarası müəyyən olunub. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Məmmədov Eldar Zeynal oğlu | fəhlə | 1966-cı ildə anadan olub. 5 nömrəli zavodunda fəhlə işləyib. Subay idi. Yanvarın 19-da Eldar Məmmədov qonşuları ilə birgə "Olimp" mağazasının yaxınlığında güllələnmişdir. Güllə Eldar Məmmədovun boğazından dəymiş və bel hissəsindən çıxmışdır. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Məmmədov İbiş Behbud oğlu | fəhlə | 1961-ci ildə Qafan şəhərində anadan olub. Fəhlə işləyirdi. Evli və 1 uşaq atası idi. Yanvarın 20-də gecə saatlarında Salyan Kazarmasının yaxınlığında güllələnib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Məmmədov Kamal Seyidqurban oğlu | anbardar | 1955-ci ildə anadan olub. Sabunçu rayonunda mətbəx zavodunda anbardar olaraq çalışmışdır. Yanvarın 19-da axşam saatlarında Sabunçu rayonundan Suraxanı rayonuna benzindoldurma məntəqəsinə gedən zaman Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Onun bədənində çoxsaylı güllə yarası olmuş, qanitirmədən ölmüşdür. Maştağa qəsəbəsində dəfn olunub. | ||
Məmmədov Mehman Sahibəli oğlu | qaynaqçısı | 1971-ci ildə Sabirabad rayonunda anadan olub. Evli və 1 övlad atası idi. Qaynaqçı olaraq çalışmışdır. Yanvarın 19-dan 20-nə ötən gecə hərbçilər tərəfindən öldürülmüşdür. Sabirabad rayonunda dəfn olunub. | ||
Məmmədov Məmməd Yarməmməd oğlu | sürücü | 1959-cu ildə anadan olub. 2 nömrəli avtobus dayanacağında sürücü işləyib. Evli və bir qız atası idi. Yanvarın 19-da saat 21:00 radələrində evdən çıxıb. Leytenant Şmidt adına zavodun yaxınlığında avtobusun içində olub. Hərbçilər tərəfindən həmin avtubus gülləbaran edilib. Məmməd Məmmədovun bədənində 35 güllə yarası olub. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Məmmədov Səxavət Heydər Əli oğlu | sürücü | 1958-ci ildə anadan olub. 4 №-li avtonəqliyyat dəstəsində sürücü işləmişdir. Evli və 2 uşaq atası idi. Yanvarın 19-da saat 23:00-da evə gəlib. Səhər onun idarə etdiyi maşını Qədirli adına xəstəxananın yanından, "Xəzər" Kinoteatrından "Olimp" mağazasına düşən yolda ölüb. Onun meyidi də Qədirli adına xəstəxanadan tapılıb. Güllələrdən biri böyründən daxil olaraq qarnını parçalamış, digəri isə arxaya baxmağa çalışan zaman ağzından dəymiş və dişlərini parçalamışdır. Xəstəxanaya gətiriləndə artıq o, ölmüşdü. Digah qəsəbə qəbiristanlığında dəfn olunub. | ||
Məmmədov Vidadi Üzeyir oğlu | baş mühəndis | 1949-cu ildə Şamaxı şəhərində anadan olub. Cənubi Xəzər Balıqçılıq hövzəsi idarəsində baş mühəndis işləmişdir. Evli və 2 uşaq atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə XI Qızıl Ordu meydanında güllələnib. Yanvarın 21-də xəstəxanadan meyidi tapılıb. Şamaxı şəhərində dəfn olunub. | ||
Məmmədova Larisa Fərman qızı | şagird | 1977-ci ildə anadan olub. Şagird idi. Yanvarın 19-dan 20-nə ötən gecə Larisa atası Fərman Məmmədov ilə birgə atasının işlədiyi Şmidt adına zavoda getmişdir. Şmidt adına zavodun yanında avtobusda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa güllə yarası almış, nəticədə hadisə yerindəcə vəfat etmişdir. Atası Fərman Məmmədov isə ağır yaralanmışdır. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Mirzəyev Azad Əliheydər oğlu | fəhlə | 1961-ci ildə Lənkəranda anadan olub. Nəsimi Rayon İctimai İaşə İdarəsində fəhlə işləmişdir. Yanvarın 19-dan 20-nə ötən gecə yaşadığı mənzilin eyvanına çıxan zaman güllələrdən birinin ona dəyməsi nəticəsində həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Mirzəyev Elçin Hüseynqulu oğlu | müfəttiş | 1961-ci ildə anadan olub. Səhiyyə İdarəsində müfəttiş iləyirdi. Evli və bir qız atası idi. Yanvarın 19-da qonşusu Yan Meyeroviç ondan digər qonşuları — 78 yaşlı qadın Qreytman R. D. axşam aeroporta çatdırmasını xahiş edib. Axşam saat 23:00 radələrində qonşular yola çıxıblar. Suraxanı qəsəbəsində əsgərlər maşını avtomat atəşinə tutmuş, nəticədə Meyeroviç və Mirzəyev ölmüş, Qreytman isə sağ qalmışdır. Səhər saatlarında Yan Meyeroviç və Elçin Mirzəyevin meyidini Caparidze adına xəstəxananın meyidxanasından tapıblar. Onun bədənində 19 yerdən güllə yarası müəyyən olunub. Köhnə qəbiristanlıqda dəfn olunub. | ||
Mirzəyev Vaqif Səməd oğlu | montyor | 1959-cu ildə anadan olub. Binə qəsəbəsində montyor işləyirdi. Evli idi. Yanvarın 19-dan 20-nə ötən gecə qəsəbənin yaxınlığında — Binə yolunda saat 22:00 radələrində əvvəl süngü ilə, sonra isə avtomatla vurulmuş, saat 23:05 dəqiqədə 26 nömrəli xəstəxanaya gətirilmişdir. Həmin gecə 26 nömrəli xəstəxanada həyatını itirmişdir. Binə qəsəbəsində dəfn olunub. | ||
Mövludov Fuad Fərhad oğlu | yanğınsöndürən | 1968-ci ildə anadan olub. 39 nömrəli Yanğından Mühafizə İdarəsində işləyirdi. Subay idi. Yanvarın 19-dan 20-nə ötən gecə "Şimal" DRES-in yanında yaralanmış, yaralandığı yerdə uzun müddət qaldıqdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır. Yanvarın 25-də müalicə aldığı xəstəxanada vəfat etmişdir. Şüvəlan qəbiristanlığında dəfn olunub. | ||
Muradov Mehman Əsəd oğlu | fəhlə | 1961-ci ildə Göyçay rayonunda anadan olub. Fəhlə işləyirdi. Evli idi. Yanvarın 20-də, saat 15:00 radələrində Mehman Muradov avtovağzaldan Salyan Kazarması istiqamətinə, gedən zaman Salyan Kazarmasının giriş qapısının yaxınlığında güllələnib. Bir neçə saatdan sonra onu xəstəxanaya gətirsələr də, həmin gün həyatını itirib. | ||
Musayev Tofiq Ayvaz oğlu | Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 20 yanvar 1990-cı il tarixindən itkin hesab olunur. | |||
Kərimov Aleksandr Ramazan oğlu | sürücü | 1968-ci ildə anadan olub. Avtobus sürücüsü işləyirdi. Nişanlı idi. Yanvarın 20-də gecə saatlarında dostları ilə "KAMAZ" maşınında yaralıları və ölənləri daşımağa başlayıblar. Papanin yaxınlığında, təxminən saat 06:00 radələrində maşın əsgərlər tərəfindən atəşə tutulub. Əvvəlcə Aleksandr Kərimov qarın nahiyəsindən və sol buddan, sonra isə Mahir Mustafayev yaralanıb. Yaralılar xəstəxanaya aparılsa da, Mahir Mustafayev yanvarın 20-də, Aleksandr Kərimov isə fevralın 5-də ölüb. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Nəsibov Allahyar İsgəndər oğlu | 1952-ci ildə Amasiya rayonunda anadan olub. Evli və 4 uşaq atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə XI Qızıl Ordu meydanından güllələnib, boğazından güllə yarası alıb. Xəstəxanaya aparılsa da, orada həyatını itirib. Şəhidlər Xiyabanında dəfn olunub. | |||
Nəsirov Yanvar Şirəli oğlu | fəhlə | 1957-ci ildə Ağdam rayonunda anadan olub. "Sərin" Kooperativində işləyib. Evli və 1 oğul atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə "Olimp" mağazası yaxınlığında güllələnib, aparıldığı xəstəxanada həyatını itirib. | ||
Nikolayenko Alla Alekseyevna | 1972-ci ildə anadan olub. Milliyyətcə rus idi. Salyan Kazarmasının yaxınlığındakı "Qırmızı Şərq" hərbi şəhərciyində atası ilə birgə yaşayırdı. Atası hərbçi idi və yanvarın 20-də hərbi xidməti ilə əlaqədar olaraq onların ailəsi ilə birgə Şərqi Almaniyaya getməliydi. Yanvarın 19-da axşam saatlarında atası bununla bağlı hazırlıq görürdü. Sovet Ordusunun əsgərlərinin hərbi şəhərciyi atəşə tutması nəticəsində mənzilə beş güllə dəymişdir. Onlardan dördü divara dəysə də, biri Alla Nikolayenkoya dəymişdi və bu onun ölümünə səbəb olmuşdur. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. | |||
Nişşenko Andrey Aleksandroviç | 1972-ci ildə anadan olub. Milliyyətcə rus idi. Yanvarın 19-dan 20-nə ötən gecə "Xəzər" Kinoteatrının yaxınlığında güllələnib. Şəhidlər Xiyababında dəfn olunub. | |||
Nuriyev Zahir Zəbi oğlu | tələbə | 1971-ci ildə Borçalı mahalında anadan olub. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun tələbəsi idi. Yanvarın 19-dan 20-nə ötən gecə evdən çıxıb və bir daha geri qayıtmayıb. 2000-ci ildə şəhid elan edilib. | ||
Poladi Saleh Əliqulu oğlu | işçi | 1968-ci ildə anadan olub. Sənaye malları Kooperativində işləyirdi. Ailənin yeganə övladı idi. Subay idi. Yanvarın 20-də gecə saatlarında XI Qızıl Ordu meydanına güllələnib. Şəhidlər xiyabanında dəfn olunub. | ||
Rəhmanov İslam Oqtay oğlu | fəhlə | 1968-ci ildə Ramana qəsəbəsində anadan olub. 1 nömrəli inşaat-quraşdırma idarəsində fəhlə işləyib. Yanvarın 19-da saat 02:00 radələrində güllə səsinə evdən çıxıb. Hərbçilər tərəfindən güllələnib, nəticədə ayağından və sağ qolumdan ağır güllə yaraları alıb. Yanvarın 29-u xəstəxanada vəfat edib. Ramana qəbiristanlığında dəfn olunub. | ||
Rüstəmov Rövşən Məmməd oğlu | fəhlə | 1961-ci ildə anadan olub. 204 nömrəli inşaat-quraşdırma idarəsində fəhlə işləyib. Evli və üç uşaq atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə Əzizbəyov metrosu istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə idarə etdiyi "Tatra" maşınında çoxsaylı avtomat atəşlərinə məruz qalmışdır. Saat 03:40-da Caparadze adına xəstəxanaya çatdırılsa da, sinəsinin sağ tərəfində çoxsaylı güllə yaraları almışdır və nəticədə səhər saat 09:20-də xəstəxanada həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Rzayev Azad Allahverdi oğlu | fəhlə | 1961-ci ildə anadan olub. Dərin Dəniz Özülləri zavodunda işləyirdi. Evli və 2 qız atası idi. Yanvarın 20-də saat 00:04-də "Kamaz" maşınında Ələt qəsəbəsi istiqamətində hərbçilər tərəfindən maşın gülləbaran edilib, özü isə ağır yaralanıb. Xəstəxanaya çatdırılsa da, aldığı güllə yaralarından vəfat edib. Qobustan qəbirstanlığında dəfn olunub. | ||
Sadıqov Yusif Allahverdi oğlu | aspirant | 1964-cü ildə Krasnoselo rayonunda anadan olub. Aspirant idi. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yaxınlığında naməlum şəraitdə öldürülüb. Meyidi hissələr halında idi. Fevralın 4-də meyidini xəstəxananın ölüxanasından tapıblar. Bədəni yox idi, sadəcə sağ qolu var idi. Bədən hissələri Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Salahov Şərafəddin Müzəffər oğlu | işçi | 1963-cü ildə anadan olub. Nəşriyyatda işləyirdi. Subay idi. Yanvarın 19-dan 20-nə ötən gecə saat 00:00 radələrində güllə səslərinə evdən çıxıb. Hərbçilər tərəfindən güllələnib. Xəstəxanaya aparılsa da, vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Salayeva Sevda Məmmədağa qızı | telefonçu | Şəhərlərarası Telefon Stansiyasında telefonçu işləyirdi. | ||
Semyonov Vladimir Aleksandroviç | telefonçu | 1947-ci ildə Zabrat qəsəbəsində anadan olub. Milliyyətcə rus idi. Evli və bir övlad atası idi. Yanvarın 20-də saat 20:00-da Tbilisi pr. istiqamətində idarə etdiyi QAZ-24 maşınında güllələnib. Odlu silahla vurulduqdan sonra əsgərlər onu başqa maşına qoyub hərbi hospitala göndəriblər. Yanvarın 25-də xəstəxanada həyatını itirib. Zabrat qəsəbəsində dəfn olunub. | ||
Səfərov Bafadar Ağamirzə oğlu | 1923-cü ildə Xızı rayonunda anadan olub. İdarə etdiyi maşınla Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedən zaman yolda hərbçilər tərəfindən güllələnmiş, aldığı güllə yarasından hadisə yerindəcə vəfat etmişdir. | |||
Şərifov Mürvət Rəhim oğlu | 1932-ci ildə ildə Qafan rayonunda anadan olub. Uzun illər Zəngəzur Mis-molibden Kombinatında işləmişdir. Evli və 6 uşaq atası idi. Yanvarın 19-da hərbçilər tərəfindən güllələnib. Xəstəxanaya aparılsa da, yolda həyatını itirib. Şəhidlər Xiyabanında dəfn olunub. | |||
Tokarev Vladimir İvanoviç | sürücü | 1954-cü ildə anadan olub. Milliyyətcə rus idi. Sürücü işləyib. Evli və 3 uşaq atası idi. Yanvarın 19-da saat 00:00 radələrində arvadının qohumlarından olan Valentina İvanovnanın oğlunu aeroporta aparmaq istəyirdi. Yolda hərbçilər tərəfindən güllələnib. Balaxanıda dəfn edilib. | ||
Tuxtamışov Fərqat Şərifullaeviç | çilingər | 1958-ci ildə anadan olub. Milliyyətcə tatar idi. Maşınqayırma zavodunda yığıcı çilingər işləmişdir. Subay idi. Yanvarın 19-dan 20-nə ötən gecə iş yoldaşları ilə birgə Salyan Kazarmasının yanında olub. Hərbçilər tərəfindən gecə saatlarında güllələnib. Yanvarın 20-dən başlayaraq onun valideynləri onu axtarmağa başlamış, amma şəhərin heç bir xəstəxanasından və meyidxanasında tapa bilməmişlər. Valideynləri yanvarın 26-da onun meyidini xəstəxanadan təhvil alıb, bir gün sonra Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Turabov Tengiz Məmməd oğlu | fəhlə | 1966-cı ildə Bolnisi rayonunda anadan olub. Rusiyada inşaatda işləyirdi. Məzuniyyət götürüb Rusiyadan Azərbaycana gəlmişdi. Yanvarın 20-də gecə saatlarında Şmidt adına zavodun qarşısında güllələnib. Aldığı güllə yarası nəticəsində vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Yaqubov Nüsrət İsmayıl oğlu | operator | 1958-ci ildə Zirə qəsəbəsində anadan olub. Dübəndi neftboşalma bazasında operator işləmişdir. Evli və 4 uşaq atası idi. Yanvarın 19-da saat 22:00 radələrində Qala qəsəbəsində öz şəxsi "Jiquli" maşınında evə gedən zaman hərbi hissənin yanında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Nüsrət Yaqubov bir müddət burada yardımsız vəziyyətdə qalmış, nəticədə xeyli qan itirmişdir. Saat 23:30 radələrində 26 nömrəli xəstəxanaya aparılmışdır. Aparılan cərrahiyyə əməliyyatı da yardım etməmiş, nəticədə yanvarın 22-si vəfat etmişdir. Zirə qəbiristanlığında dəfn olunub. | ||
Yefimiçev Boris Vasilyeviç | operator | 1945-ci ildə anadan olub. Milliyyətcə rus idi. Gözdən əlil olub. Azərbaycan Korlar Cəmiyyətinin nəznində zavodda işləyirdi. Yanvarın 20-də saat 22:00-da evdən çıxıb. Saat 23:00-da 2 nəfər onu yaralı halda evə gətirib. Gətirənlərin sözlərinə görə onu əvvəl süngü ilə, sonra avtomatla vurublar. Ailəsi onu xəstəxanaya aparsa da, daxili orqanlarının tamamilə zədələnməsi səbəbilə yanvarın 21-də saat 19:00-da vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Yusupov Oleq Kərimoviç | sürücü | 1944-cü ildə anadan olub. Milliyyətcə rus idi. 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü işləyib. Evli və bir oğul atası idi. Yanvarın 20-də saat 00:38-də Azərbaycan nəşriyyatına çağırışa gediblər. Onunla birgə daha dörd nəfər olub. Saat 01:10-də yanğınsöndürmə maşını Naxçıvan mehmanxanasının yanından olan zaman maşın atəşə tutulmuş, Oleq Yusupov sinəsindən ağır güllə yarası almış, nəticədə vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Zülalov İsbəndiyar Adil oğlu | fəhlə | 1963-cü ildə anadan olub. Geoloji Kəşfiyyat İdarəsində fəhlə işləyib. Evli və bir qız atası idi. Yanvarın 19-dan 20-nə ötən gecə 1 nömrəli maşınlar dayanacağının yanında hərbçilər tərəfindən atəşə tutulmuş, aldığı yaralardan hadicə yerindəcə vəfat etmişdir. Onun meyidi yanvarın 20-də ölüxanadan tapılıb. Şəhidlər Xiyabanında dəfn olunub. |
20 Yanvar günündən sonra qətlə yetirilənlər
redaktəOrucov Şəmsəddin Əbilhəsən oğlu | mühəndis | 1950-ci ildə Sabirabad rayonunda anadan olub. İdman malları zavodunda mühəndis işləyirdi. Evli və 2 uşaq atası idi. Yanvarın 23-də saat 14:00–14:20 radələrində hərbçilər tərəfindən evinin pəncərəsindən atılan güllə nəticəsində həyatını itirib. Neftçala rayonunda dəfn olunub. | |||
İbrahimov İbrahim İsmayıl oğlu | professor | 1928-ci ildə Naxçıvan şəhərində anadan olub. 1974-cü ildən Azərbaycan EA Polimer Materialları İnstitutunun "Karbonil birləşmələr" laboratoriyasının rəhbəri idi. 1984-cü ildə professor elmi adı almışdı. | 1990-cı il yanvarın 24-də Azərbaycan EA Polimer Materialları İnstitutunun beş aliminin olduğu 05–10 AQU nömrəli "Jiquli" avtomobili Sumqayıt yaxınlığında nasazlığı səbəbi ilə dayanmışdı. Bu zaman Sovet Ordusuna məxsus Piyadanın Döyüş Maşını (PDM) qəsdən avtomobilin üstündən keçmişdir. Bu zaman professor İbrahim İbrahimov, professor Svetlena Məmmədova hadisə yerindəcə həyatını itirmiş, professor İbrahim Mursaqulov müalicə aldığı xəstəxanada fevralın 2-də vəfat etmiş, digər alimlər Parlaq Mustafayeva və İdris Əhmədov isə ağır yaralanmışdır. Hər üç professor Şəhidlər Xiyabanında dəfn olunub. | ||
Məmmədova Svetlana Həmid qızı | professor | ||||
Mursaqulov İsmayıl Həsən oğlu | professor | ||||
Ağahüseynov Nurəddin Aslan oğlu | aşpaz | 1951-ci ildə Neftçala rayonunda anadan olub. Aşpaz işləyirdi. Yanvarın 25-də axşam saatlarında idarə etdiyi oturduğu "Zaporojets"də işdən evə gələn zaman Neftçala univermağının qarşısında güllələnmişdir. Güllə boynundan dəyib alnından çıxmış, aldığı xəsarətdən xəstəxanada həyatını itirmişdir. Neftçala rayonunda dəfn olunub. | |||
Cəfərov Əbülfəz Böyükağa oğlu | balıqçı | 1966-cı ildə Neftçala rayonunda anadan olub. Balıq ovlayan gəmilərin birində işləyirdi. Yanvarın 25-də axşam saatlarında Neftçala univermağının yaxınlığında güllələnmişdir. Əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaralanmışdır. Neftçala rayonunda dəfn olunub. | |||
Abdullayev Tariyel Hacıbala oğlu | fəhlə | 1965-ci ildə Lənkəranda anadan olub. Kalinin adına cihazqayırma zavodunda fəhlə işləmişdir. Subay idi. Yanvarın 26-da Haftoni meşəsində hərbçilər Azərbaycan Xalq Cəbhəsinin 5 üzvünü güllələmiş, 46 adamı saxlayaraq vertolyotla Bakıya göndərmişlər. Tariyel Abdullayev də saxlanılanlar arasında olmuşdur. Hərbçilər vertolyotda tutulan adamları üzü üstə yıxıb məftillə qollarını və ayaqlarını və arxadan boğazlarını bağlamışdır. Tariyel Abdullayev həmin dəqiqələrdə vertolyotda boğulmuşdur. Bir gün sonra onun meyidi ölüxanaya təhvil verilib. Yanvarın 31-də Şəhidlər Xiyabanında dəfn olunub. Valideynləri onun ölümündən ancaq fevralın 12-də xəbər tutmuşdur. | |||
Baxşıyev Salman Babaxan oğlu | işçi | 1949-cu ildə Lənkəranda anadan olub. Evli və 4 uşaq atası idi. Qarışıq mallar ticarəti idarəsində işləyib. Yanvarın 26-da vertolyotlardan şəhərə desant atmağa başlanıldı. Daha sonra hərbçilər insanları güllələməyə və saxlamağa başladı. Haftoni meşəsinə qaçan Azərbaycan Xalq Cəbhəsi üzvləri, o cümlədən Salman Baxşıyev meşədə güllələndi. Lənkəranda dəfn olunub. | |||
Bədəlov Rövşən Seyfulla oğlu | 1965-ci ildə Lənkəranda anadan olub. Subay idi. Yanvarın 26-da dostları ilə birgə Haftonidən Kirova gedən yolda, Haftoni meşəsinin yaxınlığında hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutub. Nəticədə Rövşən Bədəlov vəfat edib. Lənkəranda dəfn olunub. | ||||
Məmmədov Vaqif Məmməd oğlu | fəhlə | 1960-cı ildə Lənkəranda anadan olub. İnşaat idarələrində fəhlə işləyib. Evli və 3 uşaq atası idi. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. Yanvarın 26-da vertolyotlardan şəhərə desant atmağa başlanıldı. Daha sonra hərbçilər insanları güllələməyə və saxlamağa başladı. Haftoni meşəsinə qaçan Azərbaycan Xalq Cəbhəsi üzvləri, o cümlədən Vaqif Məmmədov meşədə güllələndi. Lənkəranda dəfn olunub. | |||
Məmmədov Rahim Vəliağa oğlu | fəhlə | 1960-cı ildə Lənkəranda anadan olub. "Arzu" Kooperativində fəhlə işləyirdi. Subay idi. Yanvarın 26-da vertolyotlardan şəhərə desant atmağa başlanıldı. Daha sonra hərbçilər insanları güllələməyə və saxlamağa başladı. Haftoni meşəsinə qaçan Azərbaycan Xalq Cəbhəsi üzvləri, o cümlədən Rahim Məmmədov meşədə güllələndi. Lənkəranda dəfn olunub. | |||
Məmmədov Şahin Zahid oğlu | şagird | 1972-ci ildə Lənkəranda anadan olub. Subay idi. Yanvarın 26-da dostları ilə birgə Haftonidən Kirova gedən yolda, Haftoni meşəsinin yaxınlığında hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutmuşlar. Nəticədə Şahin Məmmədov həyatını itirmişdi. Lənkəranda dəfn olunub. | |||
Xaritonov Vladimir Aleksandroviç | mayor | 1949-cu ildə Saratov şəhərində anadan olub. Milliyyətcə rus idi. Mayor işləyirdi. Evli idi. Fevralın 8-də saat 00:00-da radələrində maşınla işdən evə qayıdan zaman Dərnəgül yaxınlığında hərbçilər tərəfindən güllələnmiş, başından aldığı güllə yarası nəticəsində hadisə yerindəcə həyatını itirmişdir. Saratov şəhərində dəfn olunub. | |||
İsmayılov Məmmədəli Novruz oğlu | sürücü | 1946-cı ildə anadan olub. Sürücü işləyirdi. Evli və 3 uşaq atası idi. Fevralın 8-dən 9-na ötən gecə yoxa çıxmışdır. İdarə etdiyi AQB 34–03 nömrəli maşın bir gün sonra Qala yaxınlığında 28001 nömrəli hərbi hissənin həyətindən, meyidi isə martın 16-sı Xəzər rayonunun çöllüyündə tapılmışdır. Meyidin üzərində süngü zərbələri və üç güllə yarası olmuşdur. | |||
Hüseynov Rahib Məmməd oğlu | ticarət işçisi | 1939-cu ildə Quba rayonunda anadan olunub. Ticarət işçisi idi. Evli idi. Fevralın 12-də saat 16:30 radələrində "Xəzər" Kinoteatrının yaxınlığında əyləşdiyi və Salyan qışlasının yaxınlığında düşdüyü avtomobildə güllələnmiş, xəstəxanaya aparılsa da həyatını itirmişdir. Quba rayonunda dəfn olunub. | |||
Muxtarov Rasim Mustafa oğlu | çilingər | 1958-ci ildə anadan olunub. Məişət Kondisionerləri zavodunda çilingər işləmişdir. Evli və 2 qız atası idi. Fevralın 25-dən 26-na ötən gecə Papanin istiqamətində sovet əsgərləri tərəfindən güllələnib. Şəhidlər Xiyabanında dəfn olunub. |
20 Yanvar səbəbilə intihar edənlər
redaktəNovruzbəyli Ağabəy Oqtay oğlu | tələbə | 1971-ci ildə anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun tələbəsi idi. Məlumata əsasən 20 yanvar hadisələrinə mənəvi-psixoloji olaraq tab gətirməməsi səbəbindən 19 may 1990-cı ildə saat 16:00 radələrində intihar məqsədilə zəhər içib, 7 gün xəstəxanada müalicə aldıqdan sonra 27 may 1990-cı ildə həyatını itirib. Pirşağı qəsəbə qəbiristanlığında dəfn olunub. 17 yanvar 2000-ci ildə şəhid elan edilib. | ||
Allahverdiyeva Fərizə Çoban qızı | tələbə | Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. 1989-cu il iyunun 30-da İlham Allahverdiyev ilə toyları olmuşdu. Fərizə Allahverdiyeva həyat yoldaşı İlham Allahverdiyevin qətlə yetirildiyi gün, yanvarın 21-də, saat 06:00 radələrində intihar etmişdir. Şəhidlər Xiyabanında yanaşı dəfn olunublar. |
Barəsində məlumat olmayanlar və sonradan şəhid elan edilənlər
redaktəƏliyev Çingiz Mirzəhüseyn oğlu | ? | Barəsində heç bir məlumat yoxdur. 17 yanvar 2000-ci ildə şəhid elan edilib. | |||
Həsənov Fuad Əvəz oğlu | ? | 11.07.1971-ci ildə anadan olub. 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. Şəhidlər Xiyabanında dəfn olunub. 28 yanvar 2002-ci ildə şəhid elan edilib. | |||
Hüseynov Bəxtiyar Məmməd oğlu | ? | 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 28 yanvar 2002-ci ildə şəhid elan edilib. | |||
Orucov Rafiq Ümid oğlu | şagird | 1974-cü ildə anadan olub. 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 27 sentyabr 2003-cü ildə şəhid elan edilib. | |||
Orucov Rəfael Ümid oğlu | şagird | 1975-ci ildə anadan olub. 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 27 sentyabr 2003-cü ildə şəhid elan edilib. | |||
Cabbarov Firuz Vəli oğlu | ? | 05.05.1972-ci ildə Kəlbəcər rayonunda anadan olub. 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 6 fevral 2008-ci ildə şəhid elan edilib. | |||
Hüseynov Nizami Polad oğlu | ? | 01.04.1957-ci ildə Laçın rayonunda anadan olub. Evli və 3 uşaq atası idi. Yanvarın 20-də işdən evə qayıdan zaman piyadanın döyüş maşınının (PDM) avtomobillə toqquşması nəticəsində ölüb. Şəhidlər Xiyabanında dəfn olunub. 6 fevral 2008-ci ildə şəhid elan edilib. | |||
İbadzadə Ağamehdi Seyfulla oğlu | ? | 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 6 fevral 2008-ci ildə şəhid elan edilib. | |||
Məmmədov İlham İslam oğlu | ? | 30.12.1951-ci ildə anadan olub. Evli və 2 uşaq atası idi. 19 yanvar 1990-cı ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. Məlumatlara görə hərbçilər tərəfindən döyülmüşdür, nəticədə aparıldığı xəstəxanada yanvarın 20-də səhər saatlarında həyatını itirmişdir. Şəhər qəbiristanlığında dəfn olunub. 6 fevral 2008-ci ildə şəhid elan edilib. | |||
Novruzov Tofiq Heydər oğlu | ? | 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 6 fevral 2008-ci ildə şəhid elan edilib. | |||
Rəhimov Rəhim İsmayıl oğlu | ? | 20 yanvar 1990-cı ildən bu tərəfə barəsində heç bir məlumat yoxdur. 6 fevral 2008-ci ildə şəhid elan edilib. | |||
Adilov Musa Ramazan oğlu | ? | 20 yanvar 1990-cı il hadisələri nəticəsində aldığı xəsarətdən vəfat etmişdir. 16 may 2017-ci ildə şəhid elan edilib. | |||
Məmmədova Rəna Təyyar qızı | ? | 20 yanvar 1990-cı il hadisələri nəticəsində aldığı xəsarətdən vəfat etmişdir. 16 may 2017-ci ildə şəhid elan edilib. | |||
Ağayev Şövkət Həsənoviç | hüquqşünas | 14.12.1936-cı ildə anadan olub. Zavodda hüquqşünas olaraq çalışıb. Evli və 1 övlad atası idi. 19 yanvar 1990-cı ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. 2 avqust 2017-ci ildə şəhid elan edilib. |
Naməlum meyidlər
redaktənaməlum | Alın nahiyəsindən alınan güllə yarası nəticəsində ölüb. | ||
naməlum | Üstündən PDM keçmiş, sol ayağından başqa heç nə qalmamışdır. Sol ayağında uzunluğu 6–7 mm., eni 1 mm. çapıq var idi. |
Biblioqrafiya
redaktə- Черный январь. Баку — 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s.
- Rafiq Səməndər. Şəhidlər. Bakı: Gənclik, 1990.- 448 s.
- Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s.
- 20 Yanvar faciəsi və rabitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
- Çapay Sultanov. The Last Blow from the Empire: Baku, 20 January, 1990.- Baku: Qismət, 2008.- 520 s.
- Vahid Məhərrəmov. Qanlı gecə — Qanlı tarix. Bakı: Hərbi Nəşriyyat, 2011.- 96 s.
- Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocaman. Azadlıq Carçıları. Bakı: "Zərdabi Nəşr" MMC, 2021.- 240 s.