Buzovna - Wikipedia
Buzovna — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Buzovna | |
---|---|
40°31′ şm. e. 50°07′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xəzər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılmışdır. Qədim yaşayış məntəqələrindən biri olan Buzovna Abşeronun şimali- şərqində yerləşir; ərazisi 8000 kv.km-ə yaxın (yaşayış sahəsi), əhalisi isə 25500 nəfərdən yuxarıdır. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarında əhalisinin sayına görə yarımadada Maştağadan sonra ikinci böyük yaşayış məntəqəsi məhz Buzovna olmuşdur. 1758-1759-cu illərdə burada Bakı xanı I Hacı Mirzə Məhəmməd xan (A.A.Bakıxanovun ulu babası) «Xan bağtında özünə saray tikmişdir. Əhalisinin ənənəvi məşğuliyyəti əkinçilik, o cümlədən tərəvəzçilik, bostançılıq, zəfərançılıq, həmçinin maldarlıq, qismən də balıqçılıq ilə bağlı idi. Əzizbəyov (indiki Xəzər) rayonunun inzibti ərazi vahidlərindən olan Buzovna tarixi - memarlıq abidələri ilə də zəngindir. Bunlardan bürc-qalanı (XV-XVI əsrlər), «Qara paltar piri»ni (1306-cı il), «Xəlifə Əli və Mühəmməd Mömin türbəsi»-ni (1641-ci il), Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri, Sahibəz-Zaman məscidi (XVII əsr), Məşədi Qərib məscidini (XIX əsr), İmam Həsən (ə) məscidini (XIX əsr), Məşhur Həzrət Əli (ə) qədəmgahını (Əli Ayağı), Mehdiqulu bəyin evini (XIX əsr), el hamamlarını (XIX əsr) qeyd etmək olar. Qəsəbə rayonun inkişaf etmiş yaşayış məntəqələrindəndir.
Tarixi memarlıq abidələri
redaktəBuzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq “Hun qəbiristanlığı”dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılmışdır. Buzovnada həmçinin dörd el “Təhməzov”, “Capayev”[1], “Hacı Nurəli” və “Məşədi Veysəl” hamamları mövcud olmuşdur. Təəssüflər olsun ki, hazırda bu hamamların heç biri işləmir. Buzovnada yerləşən "Həzrəti Əli Qədəmgahı" ziyarətgahına isə təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən də gəlirlər.
Əhalisi
redaktə31,7 min nəfər (2020)
Din
redaktəQəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir[2].
Şəxslər
redaktə- Ağaəmi Heybətov — Vətən müharibəsi şəhidi
İstinadlar
redaktə- ↑ "Buzovnada zibilliyi xatırladan Cabayev hamamından FOTOREPORTAJ". 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |