Bolnisi Belediyyesi - Wikipedia
Bolnisi bələdiyyəsi[mənbə göstərin], Bolus bələdiyyəsi[6][7] — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir.
Bolnisi bələdiyyəsi | |
---|---|
gürc. ბოლნისის მუნიციპალიტეტი | |
41°26′58″ şm. e. 44°32′31″ ş. u.HGYO |
|
Ölkə | Gürcüstan |
Daxildir | Aşağı Kartli diyarı |
İnzibati mərkəz | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930[1] |
Sahəsi | 804[2] km² |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 54 590[3][4] nəfər (2015) |
Etnik tərkib | Azərbaycanlılar, Gürcülər və s. |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 51 |
Poçt indeksi | 1100[5] |
İnternet domeni | .ge |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır.[1] 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən Dmanisi və Marneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı.[1]
Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi. Bolnisi şəhərinin 90% əhalisinin təşkil edən azərbaycanlılar zorla doğma yurdlarından çıxarıldı.[8]
Coğrafiya
redaktəRayon Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, Sağsağanlıçay və Dələver çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır. Rayonda havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0.0-0.3 °C, iyulda 23.6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir.[9] Rayonun ümumi sahəsi təşkil edildiyi tarixdən günümüzdək cüzi dəyişikliyə məruz qalmışdır. Beləki 1 may 1960-cı ilə olan məlumata əsasən rayon 804.7[10] km² sahəyə sahib olmuşdur. Hazırda isə rayonun ümumi ərazisi 804 km²-dir.[2][11]
İqtisadiyyat
redaktəBolnisi Gürcüstanın aqrar rayonu hesab edilir. Rayonun iqtisadiyyatı əsasən Kazreti qəsəbəsi yaxınlığında yerləşən Madneuli filiz və qızıl yatağına əsaslanır. Gürcüstan Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ildə ölkədə yığılmış yaşıl noxudun 48%-i, yerkökünün 15.8%-i, lobya və kartofun 7.9%-i, tərəvəzin 3%-i, oduncaq tədarükünün 2.6%-i, yumurta və yun istehsalının müvafiq olaraq 6.2%-i və 2.9%-i, diri mal-qaranın isə 1.3%-i Bolnisi rayonunu payına düşmüşdür.
Yerli özünüidarə
redaktəİnzibati-ərazi bölgüsü
redaktəHal-hazırda bələdiyyədə (2006-cı ilədək "rayon") 1 şəhər, 2 qəsəbə və 45 kənd vardır. Bütün kəndlər toplam 11 icma sakrebulosuna daxildir. Kəndlərin 37-sində etnik azərbaycanlılar, 6-sında gürcülər, 2-sində isə ermənilər üstünlük təşkil edir. Rayonun inzibati ərazisinə daxil olan kəndlərdən 2-si (Faxralı və Bolus Kəpənəkçisi) əhalisinin sayına görə respublikanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.
Əhali
redaktə1 yanvar 2014-cü il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.9 min nəfərdir.[12] Əhalinin sıxlığı 1 km²-ə üçün 98.1 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2014-cü ilə ötən 25 il ərzində 2.6 min nəfər (3.19 %) azalmışdır.
1.1.2003 r.t. | 1.1.2004 r.t. | 1.1.2005 r.t. | 1.1.2006 r.t. | 1.1.2007 r.t. | 1.1.2008 r.t. | 1.1.2009 r.t. | 1.1.2010 r.t. | 1.1.2011 r.t. | 1.1.2012 r.t. | 1.1.2013 r.t. | 1.1.2014 r.t. |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
73 700 | 73 300 | 74 000 | 75 100 | 75 600 | 76 977[13] | 76 700 | 77 800 | 78 300 | 78 700 | 78 600 | 78 900 |
Etnik tərkib
redaktə15-30 oktyabr 1941-ci ildə almanların Qazaxıstana sürgün edilməsi və onların yerinə etnik gürcülərin yerləşdirilməsi, eləcə də əhalisinin sıxlığının orta Gürcüstan səviyyəsindən (1 km²-də 63 nəfər) 1.5 dəfə çox olmasına baxmayaraq 1990-cı illərdə Gürcüstanın Svanetiya, İmeretiya və Acarıstan kimi bölgələrindən milliyətcə svanlar, gürcülər (kartvellər) və acarların buraya köçürülməsi prosesinin davam etdirilməsi bələdiyyənin etnik mənzərəsini xeyli dəyişmişdir. 17-24 yanvar 2002-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən bələdiyyə (2006-cı ilədək "rayon") əhalisinin 65.98%-ini azərbaycanlılar, qalan 26.82%-ini gürcülər, 5.81%-ini ermənilər, 0.59%-ini urumlar, 0.56%-ini ruslar, 0.24%-ini isə digər xaqların nümayəndələri təşkil edir.[14]
Etnik qrup | 1939 sa.[15] | % | 1959 sa.[16] | % | 1979 sa.[17] | %[17] | 1989 sa.[18] | %[18] | 2002 sa.[14][19] | %[14] |
---|---|---|---|---|---|---|---|---|---|---|
Cəmi | 34 181 | 100.00 | 45 019 | 100.00 | 68 694 | 100.00 | 81 547 | 100.00 | 74 301 | 100.00 |
azərbaycanlı | 20 703 | 60.57 | 28 545 | 63.41 | 45 914 | 66.84 | 53 808 | 65.98 | 49 026 | 65.98 |
gürcü | 2 574 | 7.53 | 7 803 | 17.33 | 12 032 | 17.52 | 17 688 | 21.69 | 19 926 | 26.82 |
erməni | 4 740 | 13.87 | 6 302 | 14.00 | 6 396 | 9.31 | 5 545 | 6.80 | 4 316 | 5.81 |
urum | 130 | 0.38 | 957 | 2.13 | 2 031 | 2.96 | 2 345 | 2.88 | 438 | 0.59 |
rus | 832[20] | 2.43 | 837 | 1.86 | 1 377 | 2.00 | 1 210 | 1.48 | 414 | 0.56 |
osetin | 19 | 0.06 | 147 | 0.33 | 499 | 0.73 | 516 | 0.63 | 80 | 0.11 |
abxaz | ... | ... | ... | ... | 4 | 0.01 | ... | ... | 35 | 0.05 |
ukraynalı | 129[20] | 0.38 | 143 | 0.32 | 142 | 0.21 | 160 | 0.2 | 14 | 0.02 |
alman | 4 874 | 14.26 | ... | ... | ... | ... | ... | ... | ... | ... |
kürd və yezidi | 4 | 0.01 | 8 | 0.02 | ... | ... | 3 | 0.00 | ... | ... |
yəhudi | 17 | 0.05 | 7 | 0.02 | 24 | 0.03 | ... | ... | ... | ... |
digər | 159 | 0.46 | 270 | 0.58 | 275 | 0.4 | 272 | 0.33 | 52 | 0.06 |
2002-ci il siyahıyaalınmasına əsasən 45 kənddə məskun əhalinin 85.00%-ini azərbaycanlılar, 9.60%-ini gürcülər, 5.00%-ini ermənilər, 0.20%-ini ruslar, 0.10%-ini urumlar, 0.10%-ini isə digərləri təşkil edirdi.[21] 90-cı illərin əvvəllərində Bolnisi və Kazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq 2002-ci ildə rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.20%-ə düşmüşdür.
Gürcücə rəsmi adı | Azərbaycanca əsil adı | Toplam əhali: hər iki cins |
Toplam əhali: kişilər |
Toplam əhali: qadınlar |
Azərbaycanlılar | Gürcülər | Ermənilər |
---|---|---|---|---|---|---|---|
cəmi | cəmi | 56 651 | 28 065 | 28 586 | 85.00% | 9.60% | 5.00% |
ტალავერი (talaveri) | Faxralı | 6 891 | 3 255 | 3 636 | 99% | ||
ქვემო ბოლნისი (kvemo bolnisi) | Kəpənəkçi | 6 766 | 3 387 | 3 379 | 100% | ||
ნახიდური (naxiduri) | Arıxlı | 4 876 | 2 407 | 2 469 | 100% | ||
დარბაზი (darbazi) | Darboğaz | 3 743 | 1 893 | 1 850 | 98% | ||
მამხუტი (mamxuti) | Saraçlı | 2 841 | 1 391 | 1 450 | 100% | ||
ბოლნისი (bolnisi) | Xaçın | 2 333 | 1 103 | 1 230 | 90% | ||
ცურტავი (tsurtavi) | Kolagir | 2 319 | 1 180 | 1 139 | 98% | ||
ძველი ქვეში (dzveli kveşi) | Zol-Göyəç | 2 183 | 1 118 | 1 065 | 98% | ||
სავანეთი (savaneti) | İmirhəsən | 1 717 | 835 | 882 | 98% | ||
ჭაპალა (çapala) | Qoçulu | 1 623 | 788 | 835 | 100% | ||
რატევანი (Ratevani) | ... | 1 582 | 782 | 800 | 96% | ||
ფარიზი (parizi) | Bala Muğanlı | 1 205 | 600 | 605 | 98% | ||
მუშევანი (muşevani) | Dəllər | 1 194 | 607 | 587 | 100% | ||
აკაურთა (akaurta) | Ayorta | 1 174 | 585 | 589 | 85% | ||
ქვემო არქევანი (kvemo arkevani) | Aşağı Qoşakilsə | 1 053 | 514 | 539 | 99% | ||
ბალიჭი (baliçi) | Balıc | 1 023 | 492 | 531 | 96% | ||
მუხრანა (muxrana) | Daşdıqullar | 893 | 445 | 448 | 100% | ||
ხიდისყური (xidisquri) | Hasanxocalı | 846 | 437 | 409 | 99% | ||
ჯავშანიანი (cavşaniani) | Abdallı | 829 | 430 | 399 | 99% | ||
რაჭისუბანი (Raçisubani) | ... | 795 | 367 | 428 | 98% | ||
ძეძვნარიანი (dzedzvnariani) | Aragöl | 779 | 379 | 400 | 98% | ||
ფოცხვერიანი (potsxveriani) | Babakişilər | 724 | 347 | 377 | 98% | ||
გეტა (geta) | Aşağı Güləver | 698 | 339 | 359 | 99% | ||
შუა ბოლნისი (şua bolnisi) | İncəoğlu | 618 | 331 | 287 | 100% | ||
ტანძია (tanzia) | Tağılı | 613 | 290 | 323 | 99% | ||
ზემო არქევანი (zemo arkevani) | Yuxarı Qoşakilsə | 604 | 273 | 331 | 96% | ||
სამტრედო (samtredo) | Cəfərli | 541 | 262 | 279 | 97% | ||
ვანათი (vanati) | Mığırlı | 530 | 278 | 252 | 96% | ||
წიფორი (tsipori) | Yuxarı Güləver | 522 | 259 | 263 | 97% | ||
ბალახაური (balaxauri) | Sisqala | 502 | 261 | 241 | 100% | ||
ზვარეთი (zvareti) | Sarallar | 501 | 248 | 253 | 99% | ||
ფოლადაური (poladauri) | Çatax | 495 | 352 | 143 | 63% | 18% | 16% |
კიანეთი (Kianeti) | 492 | 249 | 243 | 96% | |||
ხატისსოფელი (Xatissopeli) | 480 | 239 | 241 | 98% | |||
ქვეში (Kveşi) | 440 | 231 | 209 | 92% | |||
სამწევრისი (samtsevrisi) | Şəmşiöyü | 361 | 184 | 177 | 90% | ||
ხახალაჯვარი (xaxalacvari) | Dəmirli | 359 | 172 | 187 | 98% | ||
ბერთაკარი (bertakari) | Beytəkər | 289 | 147 | 142 | 100% | ||
მწყნეთი (mtsqneti) | Əsmələr | 286 | 144 | 142 | 100% | ||
იწრია (itsria) | Qaradaşlı | 249 | 131 | 118 | 100% | ||
ხატავეთი (xataveti) | Molla Əhmədli | 192 | 87 | 105 | 100% | ||
ჭრეში (çreşi) | Kipircik | 181 | 87 | 94 | 97% | ||
სენები (senebi) | Sənəb | 157 | 81 | 76 | 96% | ||
საბერეთი (sabereti) | Qaratikan | 112 | 56 | 56 | 100% | ||
პატარა დარბაზი (patara darbazi) | Bala Darbaz | 40 | 22 | 18 | 100% |
Dil
redaktəDin
redaktəNəqliyyat
redaktəMədəniyyət
redaktəHazırda rayonda 57 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 33 kitabxana, 1 teatr, 1 muzey, 3[23] qəzet, 1[23] jurnal və 2[24] teleşirkət fəaliyyət göstərir.
Sosial sfera
redaktəKİV
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 ბოლნისის მუნიციპალიტეტი: ბოლნისის შესახებ Arxivləşdirilib 2014-05-16 at the Wayback Machine
- ↑ 1 2 საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები: ტომი I. მთავარი რედაქტორი: თეიმურაზ ბერიძე. თბილისი: საქართველოს სტატისტიკის ეროვნული სამსახური, 2003, გვერდი 53. ISBN 99928-0-768-7
- ↑ National Statistics Office of Georgia. "2014 General Population Census. Main Results. General Information" (PDF) (ingilis). geostat.ge. 2016-04-28. 2016-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-28.
- ↑ Population. — Number of population by municipalities, page 18. // Demographic Situation in Georgia. Statistical Abstract. Author: National Statistics Office of Georgia. Editor: Tsekvava Tengiz; Responsible for the edition: Shavishvili Paata. Tbilisi — 2015, 100 pages. (gürc.) (ing.)
- ↑ http://www.gpost.ge.
- ↑ Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 158.
- ↑ Müşfiq Borçalı. "Bolus (Bolnisi) rayonu" (az.). zim.az. 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
- ↑ ""Gürcü arzusu"nun dəyişməyən antitürk arzusu: nə baş verir? - TƏHLİL". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: общие данные о муниципалитетах[ölü keçid]
- ↑ Отдел по вопросам работы советов президиума верховного совета Грузинской ССР. Грузинская ССР, Административно-территориальное деление на 1 мая 1960 года, Издание второе. Тбилиси. 1960. стр. 30
- ↑ "ბოლნისის ისტორია" (gürcü). ბოლნისის მუნიციპალიტეტი. 2015-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24..
- ↑ 1 2 National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
- ↑ საქართველოსა და სომხეთის საზღვრისპირა რეგიონებში[ölü keçid] მოსახლეობის და არასამთავრობო\სამოქალაქო ორგანიზაციების კვლევა რაოდენობრივი და თვისებრივი კვლევის ანგარიში მომზადებულია ქეა ინთერნეშენალისთვის კავკასიაში პროექტის საქართველოს მხარის პარტნიორი სამოქალაქო განვითარების სააგენტო(CiDA) აგვისტო-ოქტომბერი, 2009 თბილისი, საქართველო
- ↑ 1 2 3 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 2002 (Total/Percentage) Arxivləşdirilib 2013-11-01 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Люксембургский район (1939 г.) Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Болнисский район (1959 г.) Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine
- ↑ 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1979 (Total/Percentage) Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine
- ↑ 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine
- ↑ National İntegration and Tolerance in Georgia: Map: 2002 Census Courtesy of Department of Statistics Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: : Распределение русских и украинцев по административно-территориальным единицам Грузинской ССР (1939 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine (без Абхазской АССР и Юго-Осетинской АО)
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 198
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 198-200
- ↑ 1 2 Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: СМИ и информация: Журналы и газеты[ölü keçid]
- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: СМИ и информация: ТВ компании[ölü keçid]
Xarici keçidlər
redaktə- "ზოგადი ცნობები" (gürcü). ბოლნისის მუნიციპალიტეტი. 2016-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24..