Azadliq Heykeli - Wikipedia
"Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" (ing. Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.
Azadlıq heykəli | |
---|---|
Statue of Liberty | |
40°41′21″ şm. e. 74°02′39″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Şəhər | Azadlıq adası, Manhetten, Nyu-York[1] |
Yerləşir | Nyu-York |
Heykəltaraş | Frederik Ogüst Bartoldi |
Tikilmə tarixi |
İnşası: 28 oktyabr 1886 Bərpası: 1938, 1984–1986, 2011–2012 |
Üslubu | Neoklassisizm |
Texnikası | tökmə |
Hündürlüyü | 46 m[3][4], 47 m |
Material | tunc |
Vəziyyəti | ildə 3.2 milyon ziyarətçi (2009[2]) |
Rəsmi sayt | nps.gov/stli/index.htm |
Tipi | Mədəni |
Kriteriya | i, vi |
Təyin edilib | 1984 |
İstinad nöm. | 307 |
Dövlət | ABŞ |
Region | Avropa və Şimali Amerika |
Təyin edilib | 15 oktyabr, 1924 |
Təyin olunub | Prezident Kalvin Kulic tərəfindən |
Rəsmi adı: Statue of Liberty National Monument, Ellis Island and Liberty Island | |
Təyin edilib | 15 oktyabr 1966 |
İstinad nöm. | 66000058 |
Təyin edilib | 27 may 1971 |
İstinad nöm. | 1535 |
Tipi | Fərdi |
Təyin edilib | 14 sentyabr 1976 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir. Fransadakı qarışıq siyasi vəziyyətlə əlaqədar olaraq heykəl üzərində işlər 1870-ci illərə kimi başlamamışdır. 1875-ci ildə Labule təklif etdi ki, Fransa heykəlin hazırlanmasının maliyyə xərclərini üstlənsin, ABŞ isə heykəl üçün yer ayırsın və postament inşa etsin. Heykəlin tam dizaynının hazırlanmasından əvvəl Bartoldi onun başını və məşəl tutan əlini hazırlamışdı və bu detallar beynəlxalq sərgilərdə göstərilmişdir.
Məşəl tutan əl 1876-cı il Filadelfiya Beynəlxalq Sərgisində, 1876–1882-ci illərdə isə Medison Squeə Parkında göstərilmişdir. Heykəlin hazırlanması üçün maliyyə bəxşişlərinin toplanması xüsusilə, amerikanlar üçün çətin keçmişdir və 1885-ci ildə postamentin inşasının dayandırılması təhlükəsi yaranmışdır. Bundan sonra "New York World" jurnalının naşiri, publisist Cozef Pulitser tərəfindən işlərin tamamlanmasına dəstək olmaq məqsədiylə kompaniya başlanmış və 120,000-dən çox iyanəçi bu işə cəlb olunmuşdu ki, bunların da əksəri 1 dollardan az iyanə vermişdi. Heykəl Fransada hazırlanmış, daha sonra isə ABŞ-yə daşınaraq, əvvəl Bedloe adası adlandırılan adada inşa edilmiş postament üzərində ucaldıılmışdır. Heykəlin tamamlanması birinci Nyu-York "Əsas xətt paradı" ilə qeyd edilmiş və mərasimə ABŞ prezidenti Qrover Klivlend rəhbərlik etmişdi.
1901-ci ilə kimi heykəl ABŞ Mayak Xidmətinin tabeliyində olmuş, daha sonra Müharibə Departamentinin tabeliyinə verilmişdir; 1933-cü ildən sonra heykəl Milli Park Xidmətləri idarəsinin tabeliyinə verilmişdir. 1938-ci ildən sonra heykəl bir neçə dəfə yenilənmə işləri üçün bağlanmışdır. 1980-ci illərin əvvəllərində heykəlin vəziyyətində əmələ gəlmiş pisləşmələr, onun əsaslı təmirinə ehtiyac olduğunu ortaya çıxardı. Beləcə, 1984–1986-cı illərdə heykəlin bağlandığı müddətdə, heykəlin məşəl hissəsi və daxili strukturu yenilənmişdir. 2001-ci il 11 sentyabr terrorundan sonra təhlükəsizliyin təmin edilməsi məqsədi ilə heykəl ziyarətçilər üçün bağlanmışdır; 2004-cü ildə postamenti, 2009-cu ildə taca çıxan ziyarətçilərin sayına limit qoyulması şərti ilə heykəl özü ziyarətçilər üçün açılmışdır. 28 oktyabr 2012-ci ildə heykəl və postamenti bir illik müddətə ziyarətə bağlanmış, bundan sonra ikinci pilləkan və digər təhlükəsizlik qurğuları inşa edilmiş, bindan sonra Azadlıq adası açılmışdır. Lakin açılışdan bir gün sonra, Sendi qasırğası səbəbiylə Azadlıq adası yenidən ziyarətçilərin üzünə qapadılmış, 4 iyul 2013-cü ildə isə yenidən açılmışdır. 1916-cı ildən etibarən təhlükəsizlik səbəbiylə məşəl ətrafındakı eyvana çıxışlar məhdudlaşdırılmışdır.
Dizayn və quraşdırılma
redaktəMənşə
redaktəAzadlıq heykəlinin yaradılması ideyasının mənşəyi fransız hüquq professoru və siyasətçi Eduard Rene de Labulenin 1865-ci ilin ortalarında səsləndirdiyi fikirlərlə əlaqələndirilir. Özünün Versal yaxınlığında yerləşən evində verdiyi nahardan sonra çıxış edən Labule demişdir: "ABŞ-nin müstəqilliyinin elan edilməsinin şərəfinə bir abidə ucaldılacaqsa, məncə bu abidə yalnız amerikan və fransız xalqlarının ortaq işi olduğu zaman təbii olacaq."[5] Milli Park Xidmətləri 2000-ci ildə yaydığı məlumatda qeyd edir ki, əgər bu məlumatın əfsanə olduğu qəbul edilərsə, o zaman, heykəlin yaradılması fikrinin 1870-ci ildə meydana çıxdığını güman etmək olar.[6]
Hadisəni nəql edən heykəltaraş Frederik Bartoldi qeyd edir ki, Labulenin nitqi heykəlin yaradılması üçün əsas olmasa da, onu ilhamlandırmışdır.[5] III Napoleon rejiminin təzyiqçi xüsusiyyətini nəzərə alan Bartoldi heykəlin yaradılması ideyasını Labule ilə daha çox müzakirə etməmişdir. Həmin dövrdə Bartoldi həm də digər layihələrlə məşğul idi; Misir xədivi İsmayıl paşa ona Süveyş Kanalının şimal girişindəki Port-Səiddə kəndli Misir qadını formasında və əlində məşəl tutmuş nəhəng mayak layihəsi hazırlamağı sifariş etmişdi. Eskizlər və modellər əslində həmin layihə üçün hazırlansa da, həyata keçirilməmiş qalmışdı. Süveyş üçün isə klassik bir nümunə təklifi var idi: Rodoslu Koloss – Qədim yunan Günəş tanrısı Heliosun nəhəng bürünc heykəli. 100 fut (30 metr) hündürlüyündə olduğuna inanılan heykəl də liman girişində ucaldılmışdı və əlində tutduğu məşəl gəmilərə işıq salırdı.[7]
Bundan sonra isə Bartoldi Fransa–Prussiya müharibəsində iştirak etmişdi. Müharibə zamanı III Napoleon işğallar həyata keçirir və tutduğu yerləri dağıdırdı. Bartoldinin doğma vilayəti olan Elzas isə müharibədə Prussiyanın əlinə keçmiş və bu vəziyyət III Fransa Respublikası dövrünə kimi davam etmişdi.[5] Həmin dövrdə Bartoldi ABŞ-yə səfər etməyi planlaşdırır, Labule ilə birgə tanınmış amerikanların layihə ilə bağlı fikir və məsləhətlərini almağı düşünürdülər.[8] 1871-ci ildə Bartoldi, Labulenin yazdığı göndəriş məktubu ilə birgə Atlantik okeanını keçdi.[9]
Nyu-York limanına çatan Bartoldinin diqqətini heykəli üçün yer kimi gördüyü Bedloe adası cəlb edir və o, şəhərə gələn bütün gəmilərin bu ada ilə qarşılaşdığına diqqət yetirir. O, öyrənir ki, 1800-cü ildə Nyu-York limanının müdafiəsi üçün Birləşmiş Ştatlar hökuməti adanı özəlləşdirib və Nyu-York Dövlət Qanunvericiliyi ilə idarə edir. Labuleyə yazdığı məktubda o deyir: "torpaq bütün ştat ərazisi ilə bir vahid təşkil edir."[10] Bir çox nüfuzlu Nyu-Yorkerlə görüşdükdən sonra, nəhayət ki, ABŞ prezidenti Uliss Qrant ilə görüşür və prezident ona, heykəl üçün yer təyin etməyin çətin olmayacağını deyir.[11] ABŞ-ni iki dəfə qatarla keçən Bartoldi heykəlin böyük simpatiya doğuracağını hiss edir.[9] Lakin o, Atlantik okeanın hər iki tərəfində kütlənin bu təklifi kifayət qədər dəstəkləmədiyini düşünür və beləcə Labule ilə birgə qərara gəlirlər ki, insanların bu mövzu ilə bağlı daha sərrast düşünəcəyi vaxta kimi gözləsinlər. [12]
Bartoldi heykəlin ilk modelinin layihəsini 1870-ci ildə hazırlamışdı.[13] Bartoldinin dostunun oğlu, ABŞ rəssamı Con LaFarc sonradan qeyd edirdi ki, Bartoldi ilk eskizini ABŞ səfəri zamanı LaFarcın Rod-Aylenddəki studiosunda işləmişdi. Fransaya dönərkən Bartoldi layihəsini bir qədər də inkişaf etdirir.[13] O, eyni zamanda Prussiya üzərində qələbədən sonra fransız patiotizmini əks etdirən bir neçə heykəl üzərində də işləyirdi. Onlardan biri də üç ay Prussiya mühasirəsinə davam gətirmiş Belfort qalasının qarşısında qumdaşından yonulmuş iri monumental heykəltaraşlıq abidəsi olan "Belfort şiri" idi. 73 fut (22 metr) uzunluğunda olan dikbaş şir heykəli Romantizmin emosianal xüsusiyyətlərini əks etdirir və Bartoldi bu xüsusiyyətləri daha sonra Azadlıq heykəlində də tətbiq etmişdi.[14]
-
Böyük Fransa Möhürü (1848).
-
Jül Jozef Lefevr - Həqiqət, Orse muzeyi (1870).
-
Rodoslu Kolossun 1880-ci ilə aid təsviri.
-
Azadlıq heykəli zəncirlərini qırır. (1883).
Dizayn, stil və simvolizm
redaktəBartoldi və Labule Amerikanın azadlığı ideyasının ən yaxşı şəkildə necə təsvir edilə biləcəyi mövzusunda fikir mübadiləsi aparırdılar.[15] Erkən Amerika tarixində iki qadın fiquru xalqın əsas mədəni simvolu kimi istifadə olunurdu.[16] Britaniya obrazının Birləşmiş Krallıq, Marianna obrazının isə Fransa üçün şəxsləndirilmiş simvol olduğu kimi, ABŞ-də istifadə olunan iki qadın heykəlindən biri olan Kolumbiya da ABŞ-nin şəxsləndirilmiş simvolu idi. Kolumbiya obrazı amerikanların qeyri-sivil və alçaldıcı xüsusiyyətlərini təcəssüm etdirən "Hindu şahzadəsi" obrazının yerinə istifadə olunmağa başlamışdı.[16] Digər məşhur qadın obrazı isə, Qədim Romada azadlıq ilahəsi olmuş və əsasən azad edilmiş qulların sevimlisi olan Libertasın şərəfinə yaradılmış və azadlığı simvolizə edən Liberti idi. Liberti obrazını həmin dövrün bir çox ABŞ sikkələrində[15], həmçinin incəsənət nümunələrində, o cümlədən Tomas Krovfordun müəllifi olduğu və Kapitoli binasının qübbəsi üzərində ucalan "Müstəqillik heykəli"ndə (1863) də görmək mümkündür. [15]
XVIII – XIX əsr sənətkarları xüsusilə respublikaçılıq dəyərlərini qabartmağa çalışırdılar və bu məqsədlə də daha çox Liberti obrazından istifadə edilirdi.[15] Liberti obrazının təsviri həmçinin, Böyük Fransa Möhüründə də əks edilmişdir.[15] Lakin, Bartoldi və Labule Ejen Delakruanın məşhur "Xalqı istiqamətləndirən Azadlıq" (1830) əsərindəki inqlabçı azadlıq obrazından qaçmağa çalşırdılar. 1830-cu il Fransız inqlabına həsr edilmiş bu əsərdə yarımçıq geyimli Libertinin cəsədlər üzərində hərəkət edən silahlı əsgərlərə yol göstərməsi təsvir edilib.[16] Labule heç də inqlaba simpatiyası olan bir adam deyildi və buna görə də, Bartoldinin fiquru, Delakruanın obrazından fərqli olaraq tamamilə xalata bürünmüşdür.[16] Delakruanın əsərindəki zorakı görünüş əvəzinə, Bartoldi öz əsərinə daha çox sülhpərvərlik görünüşü verməyə çalışmış və inkişaf simvolu kimi məşəldən istifadə etmişdir.[17]
Kravfoldun "Müstəqillik heykəli" 1850-ci illərdə dizayn edilmişdi. Onun başında Qədim Romada azad edilmiş qulların istifadə etdiyi pilus dəbilqəsi vardır. ABŞ-nin Müharibə Naziri, sonradan Amerika Konfederativ Ştatlarının prezidenti olmuş cənublu Cefferson Devis pilusun abolisionist simvolu kimi qəbul ediləcəyindən narahat olmuşdu. O, göstəriş vermişdi ki, pilus dəbilqə ilə əvəz edilsin.[18] Delakruanın fiqurunun başında da pilus var və Bartoldi də ilk öncə öz fiqurunun başını belə bir örtüklə tamamlamağı düşünmüşdü.[16] Lakin bunun əvəzində heykəlin başı üçün diadem və ya tacdan istifadə etmişdir.[19] Bundan başqa, o, başında pilus olan Mariannaya istinad etməkdən də çəkinmişdir.[20] Heykəlin başındakı diademadan çıxan yeddi şüa sanki nimb formalaşdırır.[21] Günəşin doğması, yeddi dəniz və yeddi kontinenti təmsil edir,[22] məşəldən başqa, Liberti onunla da dünyanı işıqlandırır.[17]
Bartoldinin bütün ilkin modelləri bir-birinə oxşayırdı: neoklassik üslubda işlənmiş, əynində stola və pella (bu cür paltarlarda adətən Roma ilahələri təsvir edilirdi), əlində məşəl tutmuş qadın fiquru azadlığı təmsil edirdi. Heykəlin üz cizgiləri isə, heykəltaraşın anası Şarlotta Beysser Bartoldinin üz cizgiləri əsasında işlənmişdir.[23] O heykəli, güclü, lakin sadə bir siluetə malik formada dizayn etmiş, Nyu-York Körfəzinə girən gəmilərin və gələn qonaqların dəyişən prespektivləri hiss etməsi üçün Manhettenin qarşısında ucaltmışdır. Heykəlin təntənəli məqsədinə baxmayaraq, o, heykələ qalın klassik konturlar vermiş və sadə modelləşdirmə tətbiq etmişdir.[17] Bartoldi öz texnikası haqqında yazır:
"Heykəlin səthi sadə və aydın olmaqla, qalın və düzgün dizaynla vurğulanmışdır. Detalların böyüklüyü və çoxluğu bir qədər hürküdücü idi. Quruluşları müəyyənləşdirərkən, mümkün qədər aydın formalara üstünlük verdik və zənginləşdirici detallardan istifadə etdik ki, bu da işin proporsiyaslarını pozdu. Nəhayət, dizayn kimi modeli də ümumiləşdirməyə çalışdıq. Yalnız buna əmin idim ki, mövzunu yaxşı araşdırmalı və tədqiq etməli idim, bir sənətkar kimi mövzuya ən uyğun formanı seçməklə ən uyğun və anlaşılan obrazı yaratmalı idim."[24]
Bartoldi layihəni və dizaynı daha da inkişah etdirmişdir. Bartoldi əvvəlcə Libertinin əlində zəncir tutmuş olmasını nəzərdə tutsa da, sonradan yaşanmış Vətəndaş müharibəsindən sonra, bunun separatçı detal kimi qəbul edilə bilinəcəyini düşünmüşdür. Əvəzinə zəncirlər sınmış halda onun ayaqları altında yerləşdirilmiş və bir hissəsi də xələtin altında gizlədilmişdir.[19] Bartoldi Libertinin sol əlində nə yerləşdirmək haqqında da dəqiq fikrə malik deyildi[25]; o qanunun aliliyini diqqətə çatdırmaq üçün seçimini tabula ansata üzərində saxlayır.[26] Bartoldi ABŞ Konstitusiyasına üstünlük versə də "JULY IV MDCCLXXVI" yazısına üstünlük vermiş və ABŞ Müstəqillik Bəyannaməsinin tarixi ilə asossasiya edilmişdir. [25]
Gaget, Gauthier & Co metal şirkəti ilə məsləhətləşmələrdən sonra, Bartoldi heykəlin dərisinin repoussé üsulu ilə işlənmiş mis təbəqəsindən hazırlanması qərarına gəlmişdir.[27] Bu seçimin verdiyi əsas üstünlük, heykəlin istənilən ölçüdə hazırlanma imkanının yaranması idi. O, heykəlin hündürlüyünün 151 fut (46 metr) olmasını qərara almışdır ki, bu da eyni üsulla hazırlanmış İtaliyanın Arona şəhərindəki, Sankarlone heykəlindən və Almaniyanın Şərqi Vestfaliya-Lippe ərazisində ucaldılmış Armini heykəlindən iki qat hündürdür.[28] Bartoldi bu məsələ ilə bağlı, müəllimi Ejen Violle le Dyukun fikirlərini də öyrənmişdir. Violle le Dyuk heykəlin möhkəmliyinin təmin edilməsi üçün mərkəzində sütun yerləşdirilməsini təklif etmişdir. [29]
Elanı və ilkin işlər
redaktə1875-ci ildə Fransa siyasi vəziyyətin stabilləşdirilməsinə və müharibədən sonra iqtisadiyyatın bərpasına daha çox diqqət yetirirdi. Filadelfiyada keçirilən Beynəlxalq sərgiyə artan marağı nəzərə alan Labule bu sərgidə iştirakın kütlənin dəstəyinin alınması üçün yaxşı addım olacağını düşünür.[30] 1875-ci ilin sentyabrında o, layihənin başladılmasını elan etdi və heykəlin yaradılması üçün Fransız-Amerikan Birliyi adlı bir təşkilat yaratdı. Elanla yanaşı ucaldılacaq heykələ bir ad da verildi – "Dünyanı işıqlandıran azadlıq".[31] Fransız tərəfi heykəlin yaradılması üçün maddi məsələləri həll etməli, amerikan tərəfi isə heykəlin ucaldılması üçün yer ayırmalı və postament inşa etməli idi.[32] Lakin heykəllə bağlı verilmiş elan, ABŞ-nin Prussiya ilə müharibədə onlara kömək etmədiyini düşünən fransızların narazılığına səbəb oldu.[31] Fransız monarxistləri heykələ qarşı çıxdılar və bunun səbəbi layihənin liberal Labule tərəfindən təklif edilməsi idi.[32] Labule heykəlin təqdimatı üçün zəngin və diqqət çəkən bir neçə mərasim təşkil etdi və 25 aprel 1876-cı ildə Paris Milli Operasının iştirakı ilə keçirilmiş bir mərasimdə həm də məşhur bəstəkar Şarl Qunonun yeni kantatasının təqdimatı olmuşdur. Kantata "La Liberté éclairant le monde" (Dünyanı işıqlandıran azadlıq) adlandırılmışdır.[31]
Elita arasında yaranmış ilkin narazılıqlara baxmayaraq, Birlik heykəlin yaradılması üçün lazım olan məbləği toplaya bildi. Məktəbli uşaqlar da daxil olmaqla 181 fransız bələdiyyəsində sadə vətəndaşlar bu məqsədlə bəxşişlər ödəmişlər. ABŞ İstiqlal müharibəsində iştirak edən fransız kontingentini nəzərə alan Labulenin siyasi müttəfiqləri də bu layihəni dəstəkləyirdilər. Daha bir qrup isə ABŞ-nin, Fransanın Panama kanalının inşası haqqında təşəbbüsünü dəstəkləməsinə ümid edirdi. Heykəlin hazırlanmasında istifadə olunmuş misin müxtəlif mənbələrdən əldə edildiyi bilinir və hər nə qədər testlərdən sonra bu haqqda dəqiq bir söz deyilməsə də[33], istifadə olunmuş misin bir hissəsinin Visnes, Norveçdən gətirildiyi güman edilir.[34] Kara Suterlandın "Nyu-York Şəhər Muzeyi" üçün heykəl haqqında yazdığı kitabda, heykəlin hazırlanması üçün 90,800 kiloqram (200,000 pud) misə ehtiyac olduğunu, fransız mis sənayeçisi Yugen Sekretanın isə yalnıız 58,100 kiloqram (128,000 pud) mis tədarük edə bildiyi qeyd edilir.[35] Tarixçi Yasmin Xanın 2010-cu ildə heykəl haqqında yazdığı kitabda isə qeyd edilir ki, mis ticarəti ilə məşğul olan Japy Frèresin firması 64,000 frank (o zamankı pulla $16,000 , 2013-cü il ekvivalenti ilə $ 351,000) dəyərində mis bəxşiş etmişdir.[36][37]
Lakin heykəl haqqında olan planlar tamamlanmamışdır, çünki, Bartoldi heykəlin başının və məşəl tutmuş sağ əlinin daha əvvəl hazırlanmasını istəmişdir. İşlər Gaget, Gauthier & Co. emalatxanasında başlamışdır.[38] 1876-cı ilin mayında Bartoldi fransız nümayəndə heyətinin tərkibində ABŞ-yə səfər etmiş[39] və heykəlin özü ilə gətirdiyi böyük şəklini Sentennial şənliklərində nümayiş etdirmişdir.[40] Sağ qol avqusta kimi Filadelfiyaya çatdırılmadığından festival kataloquna daxil edilməmiş, bəzi mənbələr heykəlin festivalda sərgilənən bu detalını səhvən "Kolosun qolu" və ya "Bartoldinin Elektrik Dirəyi" adlandırmışlar. Sərgidə müxtəlif monumental incəsənət əsərləri sərgilənirdi ki, bunların da arasında Bartoldi tərəfindən hazırlanmış fəvvarə də vardı.[41] Lakin heykəlin qolu sərgilənən sənət əsərləri arasında daha çox məşhurlaşmış və insanlar sərgini izləmək üçün qoldakı məşəl eyvanına çıxmaqdan ötrü növbəyə durmuşlar.[42] Filadelfiyadakı sərgi bitdikdən sonra, heykəlin qolu Nyu-Yorka aparılmış və bir neçə il Medison Squeə Parkında sərgilənmiş, daha sonra isə heykələ quraşdırılması üçün yenidən Fransaya aparılmışdır. [42]
ABŞ-yə ikinci səfəri zamanı Bartoldi, Frank-Amerikan Birliyinin Amerika komitələrinin yaradılması üçün müxtəlif qruplara müraciətlər etmişdir.[43] Komitələr postamentin inşa edilməsi üçün Nyu-York, Boston və Filadelfiyada bəxşişlər toplamalı idilər.[44] Nyu-York komitəsi daha uğurlu fəaliyyət göstərərək digərləri ilə müqayisədə daha çox bəxşiş toplamağa nail olmuş və buna görə də bəzən "Amerikan Komitəsi" də adlandırılmışdır.[45] Həmin komitənin üzvlərindən biri, sonradan Nyu-York qubernatoru və ABŞ prezidenti olacaq 19 yaşlı Teodor Ruzvelt idi.[43] 3 mart 1877-ci ildə özünün vəzifədəki son günündə Prezident Qrant bir qətnamə imzalayaraq, heykəlin tamamilə hazırlanıb Fransada təqdim edildiyi dövrdə, ABŞ-də onun ucaldılacağı yeri seçmək hüququnun yalnız ABŞ prezidentinə aid olacağını bildirdi. [46]
Fransada quraşdırılması
redaktə1877-ci ildə Parisə qayıdan Bartoldi, 1878-ci ildə Parisdə Dünya Yarmarkasında sərgilənəcək heykəlin başı üzərində işləməyə başladı. Bua arada heykəlin tamamlanması üçün maddi vəsait toplanışı davam etdirilir, Gaget, Gauthier & Co. şirkətində heykəlin hazırlanmasına baxmaq üçün bilet satışı təşkil edilir və heykəl üşün model axtarılırdı.[37] Fransız hökuməti bir lotereya oyunu təşkil edir ki, qalibə gümüş boşqab və heykəlin modelinin verilməsi planlaşdırılır. Beləliklə, 1879-cu ilin sonlarında təxminən 250,000 frank pul toplanılmasına nail olunur. [47]
Baş və qol Viollet-le-Ducın köməyi ilə hazırlanır və 1879-cu ildən o, özünü pis hiss etməyə başlayır. O, tezliklə heykəlin təklif edilən hörgülü sütun hissəsinin mis təbəqə ilə necə örtülməsi haqqında fikrini bildirmədən dünyasını dəyişir.[48] Növbəti ildə, Bartoldi innovativ dizyner və inşşatçı Qüstav Eyfelin xidmətlərindən istifadə etməyə nail olur.[37] Eyfel və onun struktur mühəndisi Mauris Koşlin sütun inşa edilməsi fikrindən imtina edərək, əvəzində içi boş dəmir qüllə şəklində dəstək ucaldılması qərarına gəlirlər. Eyfel, dərinin sərt şəkildə vurğulanmasına və nəticədə bir müddət sonra çatlaqların əmələ gəlməsinə səbəb ola biləcək tamamilə sərt strukturdan istifafə etməməyə üstünlük verir.
Heykəlin daha rahat daşınmasını təmin etmək, Nyu-York Körfəzinin küləyinə davamlı olması və günəşli günlərdə metal genişlənməsindən formasını itirməsinin qarşısını almaq üçün üst mis təbəqəsinin altında armaturlardan dəstək şəbəkəsi quraşdırılmışdır. Çətin əl əməyinin nəticəsində meydana gəlmiş dəstək dəstək şəbəkəsi heykəlin hər hissəsi üçün individual olaraq hazırlanmışdır.[49][50] Mis dəri təbəqə və onun altındakı dəmir dəstək şəbəkəsi arasında meydana gələ biləcək qalvanik korroziyanın qarşısını ala bilmək üçün Eyfel onları şellak hopdurulmuş asbeslə izolə etmişdir.[51] Heykəlin hazırlanacağı materialın adət edildiyi kimi daşdan metala dəyişdirilməsi, Bartoldinin heykəlin yığılması texnikasını da dəyişməyə vadar etmişdir. O qərara almışdır ki, heykəlin üst dəri hissəsi tam olaraq heykəlin ucaldılacağı yerdə, postament üzərində bütün struktur quraşdırıldıqdan sonra ən sonda yığılmalıdır; lakin, sonradan o, heykəlin Fransada quraşdırılmasına və hissələrə ayrılaraq ABŞ-yə daşınmasına qərar vermişdir. [52]
Eyfelin dizaynı heykəli, eksteryerə yük düşmədən karkas kimi interyeri dəstəkləməyə şərait yaradan ən erkən pərdəli divar konstruksiyalarından biri kimi dəyərləndirməyə imkan verir. Ziyarətçilərin tac hissəyə çıxmasını asanlaşdırmaq üçün heykəlin daxilində iki spiralvari pilləkən quraşdırılmışdır.[53] Libertanın əlində tutduğu məşəlin ətrafındakı müşahidə hissəsinə çıxış həmçinin təmin edilmişdir, lakin, bu qol bir qədər dar olduğundan burada yalnız fut (12 m) hündürlüyü olan bir pilləkan quraşdırılmışdır.[54] Heykəlin bu hissəsində qol həm də dirək qüllə xüsusiyyəti daşıdığından Eyfel və Bartoldi onu dizayn edərkən dəri örtüyünün həm də dəstəkləyici qüvvə kimi istifadə edilməsini nəzərə almışlar.[55] Dirək qüllənin detalları Eyfelin Levallua-Perre şəhəri yaxınlığında yerləşən zavodunda hazırlanmışdır.[56]
Simvolik olaraq, heykəlin ilk dəri parçası baş barmaq hissəsinə ABŞ-nin Fransadakı səfiri Levi P. Morton tərəfindən quraşdırılmışdır.[57] Lakin, dəri hissəsi aşağıdan yuxarıya doğru quraşdırılmamışdır; ziyarətçilərin karıxdırılması üçün işlər heykəlin müxtəlif hissələrində aparılmışdır.[58] Bəzi işlər isə podratçılar tərəfindən həyata keçirilmişdir – Bartoldinin tələblərinin dəqiq həyata keçirilməsi üçün barmaqlardan biri Fransanın cənubunda yerləşən Montoban şəhərindəki mis müəssələrindən birində hazırlanmışdır.[59] 1882-ci ildə, artıq heykəl bel hissəsinə qədər hazır idi və Bartoldi jurnalistləri dəvət edərək bu hadisəni qeyd etmişdir.[60] 1883-cü ildə Labule vəfat edir. Fransız komitəsində onun yerini Süveyş kanalını inşa etdirmiş diplomat Ferdinand de Lesseps doldurur. 4 iyul 1884-cü ildə tamamlanmış heykəl Parisdə təntənəli şəkildə Səfir Mortona təqdim edilir və Lesseps Fransa dövlətinin heykəlin Nyu-Yorka çatdırılması xərclərini də ödəyəcəyini bildirir.[61] Postament üzərində işlər tamamlanmadığından, heykəl bir müddət Parisdə saxlanılır; 1885-ci ilin yanvarında isə Nyu-Yorka çatıdırılması üçün heykəl okean səyahətinə başlayır. [62]
-
1885-ci il planlamasında heykəlin armatur kostruksiya planı.
-
Parisdə ilkin emalatxana işləri.
-
Bartoldinin heykəlin sol əlinin hazırlanmasında iştirakı.
-
Heykəlin başı Parisdə emalatxanada.
-
Heykəl Parisin "Chazelles" küçəsindəki "Gaget-Gauthier" emalatxanasında.
-
Heykəlin başı Parisin "Champs-de-Mars" parkında 1878-ci ilin Dünya sərgisində.
Təməlqoyma, tənqidlər və ABŞ-də quraşdırılması
redaktəABŞ-də yaradılmış birliklər heykəlin postamentinin inşası üçün gərəkli məbləğin toplanmasında xeyli çətinliklərlə üzləşmişdilər. 1873-cü il panikası bir neçə on illik ərzində davam edən iqtisadi çöküşün əsasını qoymuşdu. Azadlıq heykəli layihəsi bu cür çətinliklə üzləşən yeganə layihə deyildi: sonradan Vaşinqton monumenti adlandırılan böyük obeliskin inşası da bir neçə il ərzində dayandırılmış və tamamlanması üç il yarım çəkmişdi.[63] Həm heykəlin özü, həm də bu hədiyyənin amerikanlara lazımlığı tənqid hədəfinə çevrilmişdi. Vətəndaş müharibəsindən sonrakı illərdə əksər amerikanlar, Azadlıq heykəli kimi alleqorik sənət nümunələrindən daha çox, müharibənin xatirələrini canlandıran və millətin qəhrəmanlarını təcəssüm etdirən realistik əsərlərə üstünlük verirdilər.[63] Həmçinin, amerikanların özlərinin də Amerikanın ictimai obyektlərini inşa edə və bəzəyə billəcəkləri iddiası ortaya atılmış, italyan mənşəli rəssam Konstantino Brumidinin Kapitoli binasının bəzədilməsi üçün seçilməsi o qədər ciddi etirazlara səbəb olmuşdur ki, rəssama ABŞ vətəndaşlığı verilmişdir.[64] "Harper's Weekly" siyasi jurnalında qeyd edilirdi ki, "yaxşı olardı, M. Bartoldi və bizim fransız kuzenlərimiz bizə heykəli postamenti ilə birgə bir küll şəklində hədiyyə edərdilər."[65] "The New York Times"da isə vurğulanır ki, "heç bir həqiq vətənpərvər bizim indiki vəziyyətimizdə bürünc qadın heykəli üçün bu qədər xərc çəkilməsinə razı olmaz."[66] Üzləşdikləri tənqidlərdən sonra, Amerika birlikləri bir neçə il ərzində sakit və az hərəkət etməyə üstünlük vermişdi.[66]
Bartoldinin heykəlinin özülü 1807–1811-ci illərdə inşa edilmiş və artıq istifadə olunmayan Fort Vud hərbi bazasının içinə salınmışdı. Vətəndaş müharibəsi dövründə komplektləşdirmə məntəqəsi kimi istifadə olunmasına baxmayaraq, artıq 1823-cü ildən etibarən baza nadir hallarda istifadə olunurdu.[67] Bazanın istehkam səddi on bir guşəli ulduz şəklində idi. Heykəlin özünü və postament elə yerləşdirilmişdi ki, gələcəkdə ucaldılacaq heykəl üzü cənub-şərqə baxaraq körfəzə Atlantik okeanından daxil olan gəmiləri salamlasın.[68] 1881-ci ildə Nyu-York birliyi memar Riçard Morris Hanta heykəlin postamentinin dizaynını həvalə etdi. Bir neçə ay sonra Hant inşaat işlərinin detallı planını təqdim etdi və işlərin doqquz ay davam edəcəyini bildirdi.[69] Memar 114 fut (35 m) hündürlükdə postament təklif etsə də, birlik maddi çətinliklər səbəbiylə postamentin 89 fut (27 m) hündürlükdə ucaldılması qərarına gəldi.[70]
Hantın postament dizaynı Dorik portallar da daxil olmaqla, ümumilikdə klassik memarlıq elementlərini ehtiva edir və əsas memarlıq detalları fikri heykəlin özünə yönəldirdi.[70] Postament aşağıda 62 fut (19 m), yuxarıda isə 39,4 fut (12,0 m) kvadrat şəklində olan kəsik piramida formasındadır. Postamentin dörd tərəfdən də görünüşü eynidir. Hər tərəfdəki qapının üstündə 10 disk vardır ki, Bartoldi bu disklərdə Birləşmiş Ştatların hər bir ştatının gerbini (1876–1889-cu illərdə 40 ştat var idi) əks etdirməyi planlaşdırmış, lakin sonradan bu plan həyata keçirilməmişdi. Hər dörd tərəfdə sütunlarla əhatələnmiş eyvanlar var. Bartoldi heykəlin özünün ucaldığı postamentin ən yüksək hissəsində kiçik bir müşahidə meydançası da formalaşdırmışdır.[71] Lui Auçinkloss qeyd edir ki, "Kobud yonulmuş postament daşları sanki Avropanın qədim dövrlərdən süzülüb gələn gücünü təcəssüm etdirir və bu gücün də üzərində Azadlıq heykəlinin özü ucalır."[70] Birlik inşaat işlərinə nəzarət etməsi üçün keçmiş ordu generalı olan Çarlz Pomeroy Stounu muzdla işə təyin edir.[72] 15 fut (4,6 m) dərinlikdə özül inşası işləri 1883-cü ildə başlayır və postamentin kencdaşı 1884-cü ildə qoyulur.[69] Hantın original layihəsində postamentin bərk qranitdən inşa olunması nəzərdə tutulmuşdu. Lakin maddi çətinliklər yenidən onun planının dəyişilməsi ilə nəticələnmiş, yekun layihədə beton divarlar yalnız qranit təbəqə ilə üzlənmişdir.[73][74] İstifadə olunmuş qranit bloklar Brenford, Konnaktikutda yerləşən Bitti Kuarri (Beattie Quarry) adlı yerdən gətirilmişdir.[75] Ümumilikdə, inşa edilmiş beton divarlar o dövrə qədər ən böyük tökmə divarlar idi.[74]
Heykəlin təməlqoyması 1882-ci ildə baş tutmuşdur. Birlik bu məqsədlə çoxsaylı pul aparan mərasimlər təşkil etmişdir.[76] Belə tədbirlərdən biri olan incəsənət əsərləri və əlyazmaları hərracında şairə Emma Lazarusdan heykələ bir əsər həsr etməsi xahiş edildi. Əvvəlcə o imtina edərək, heykəl haqqında şeir yaza bilməyəcəyini bildirdi. Həmin dövrdə o, əsasən Şərqi Avropadakı anti-semitik poqromlardan qaçaraq Nyu-Yorka sığınmış qaçqınlara kömək etməklə məşğul idi. Bu qaçqınlar zəngin Lazarusun heç vaxt təsəvvür edə bilməyəcəyi bir şəraitdə yaşamağa məcbur edilmişdilər. O, heykəlin simasında həmin yəhudi qaçqınlarına olan emtatiyasını ifadə etməyə çalışmışdı.[77] Beləcə şairənin "Yeni Kolos" ("The New Colossus") soneti meydana gəlmişdir.[78]
Bütün bu tədbirlər səbəbiylə təməlqoyma mərasimi xeyli uzanmışdı. Nyu-York qubernatoru olan Qrover Klivlend isə 1884-cü ildə "Azadlıq heykəli layihəsi" üçün $50,000 məbləğin xərclənməsinə veto qoymuşdu. Növbəti il layihənin tamamlanması üçün Konqresin $100,000 ayırmasına nail olmaq təşəbbüsü də Demokratların məsələyə qarşı çıxmasından sonra baş tutmamışdır. Bank hesabında cəmi $3,000 qalan Nyu-York birliyi postamentin inşa işlərini dayandırmağa məcbur olmuşdur. Layihənin təhlükə altında qaldığını görən Boston və Filadelfiya da daxil olmaqla, digər Amerika şəhərləri işlərin tamamlanması və heykəlin ucaldılması üçün tələb olunan məbləğin ödəniləməsini təklif etmişlər.[79]
Publisist Cozef Pulitser "New York World" qəzeti vasitəsiylə çağırış edərək məbləği $100,000 (bugünkü ekvivalenti $2.3 milyon) həddinə çatdırmağı məsləhət görmüşdür. Pulitser bəxşiş etdiyi məbləğin miqdarından asılı olmayaraq qatqıda bulunan hər kəsin adının qəzetində çap olunmasını vəd etmişdir.[80] Bu təhrik Nyu-Yorkerlərin xəyal sərhəddlərini genişlətdi, xüsusilə, Pulitserin "Dünyada yalnız qız"ın "yığdığı 60 senti" bəxşiş etməsi kimi xəbərləri nəşr etməsi insanlara daha çox təsir göstərirdi.[81] Bir qrup uşaq isə "sirkə getmək üçün qənaət etdiyi dollar"ı bəxşiş etmişdi.[82] "Yalnız və çox yaşlı bir qadın"ın da bir dollar bəxşiş etməsi xəbəri yayılmışdı.[81] Nyu-Yorka rəqib şəhər olan Bruklindəki (1898-ci ilə kimi şəhərlər birləşdirilməmişdi) alkoqollar evinin sakinləri isə $15 bəxşiş etmişdi.[83] Ayova ştatında yerləşən Davenport şəhərindəki uşaqbağçası sinfi isə $1.35 məbləğində bəxşiş göndərmişdi. Bəxşişlərin gəlməyə başladığını görən birlik, dayandırılmış postament tikintidi işlərinin davam etdirilməsi qərarına gəlmişdir.[84]
17 iyun 1885-ci ildə Azadlıq heykəli yüklənmiş fransız gəmisi "Isère" sağlam şəkildə Nyu-York limanına yan aldı. İçində sökülmüş heykəlin hissələrini daşıyan gəminin sahilə yan almasından sonra Nyu-Yorkerlər heykələ qarşı entusiazmlarını büruzə verməyə başladılar. Minlərlə insan "Isère" gəmisini qarşılamaq üçün sahilə gəlirdi.[85][86] Beş aylıq gündəlik bəxşiş toplanmasından sonra, 11 avqust 1885-ci ildə "New York World" qəzeti 120,000 donordan $102,000 məbləğ toplandığını, bəxşiş verənlərin 80 faizdən çoxunun isə 1 dollardan az məbləğ bağışladığını açıqladı.[87]
Bəxşiş toplanması işinin uğurla tamamlanmasına baxmayaraq, postamentin inşaat işləri 1886-cı ilin aprelinə kimi tamamlanmadı. Postamentin inşasının tamamlanmasından dərhal sonra isə heykəlin quraşdırılmasına start verildi. Eyfelin polad çərçivələri dəmir dvutavrlar vasitəsiylə postamentə birləşdirildi.[88] Bu hissənin tamamlanmasından sonra, heykəlin dərisinin quraşdırılmasına start verildi.[89] Postamentin kifayət qədər enli olması səbəbiylə eşafotların quraşdırılması çətin olmadı. Həmçinin inşaat işləri zamanı heç kim ölmədi.[90] Bartoldi məşəlin içində işıqlandırma sisteminin quraşdırılmasını planlaşdırsa da, heykəlin quraşdırılmasına başlanmasından bir həftə əvvəl, ABŞ Hərbi Mühəndislər Korpusu bu işığın gəmi pilotlarının gözünü qamaşdırması ehtimalını nəzərə alaraq başqa bir vasitə seçilməsini təklif etdilər. Bundan sonra Bartoldi illüminatorları xaricdən yığışdıraraq, qızıl suyuna çəkilmiş alovun daxilində yerləşdirdi.[91] Məşəlin işıqlandırılması və digər elektrik təminatlarının ödənilməsi üçün adada xüsusi elektrik stansiyası inşa edildi.[92] Dərinin quraşdırılmasının başa çatmasından sonra, Nyu-York Mərkəzi Parkı və Bruklin Prospekt Parkının dizayneri olan məşhur landşaft memarı Frederik Lou Olmsted Bedloe adasının təmizlənərək yaşıllaşdırılması və açılışa hazırlanması üçün işə cəlb olundu. [93]
Açılış
redaktəHeykəlin açılış mərasimi 28 oktyabr 1886-cı ildə günorta vaxtı baş tutmuşdur. Əvvəl Nyu-York qubernatoru olmuş ABŞ prezidenti Qrover Klivlend mərasimə sədrlik etmişdir. Açılış mərasiminin keçiriləcəyi səhər Nyu-York şəhərində parad təşkil olunmuşdur; paradda minlərlə insan iştirak etmişdir.[94] Prezident əvvəlcə şəxsən izdihama rəhbərlik etsə də, sonradan dayanaraq keçən insan dəstələrini seyr etmişdir. General Stoun paradın əsas marşalı olmuşdur. Marşrut Medison Squeədən başlamış, Batteri Park istiqamətində, Cənubi Manhettendən keçməklə Beşinci Avenyu və Brodveylə Rou Parkı yaxınlığındakı "World" binasına qədər davam etmişdir. Daha sonra parad Nyu-York Fond Birjasının qarşısından keçmiş və Nyu-York parad ənənələrinə uyğun olaraq ticarətçilər pəncərələrdən parad iştirakçılarının üstünə bilet atmışlar.[95]
Saat 12:45 p.m-də dəniz paradı başladı və Prezident Qrover Klivlend açılış üçün onu Bedloe adasına aparmalı olan yaxtaya mindi.[96] İlk olaraq Fransa birliyi adından De Lesseps nitq söylədi, ardınca Nyu-York birliyindən Senator Uilyam M. Evarts çıxış etdi. Heykəlin üzünə Fransa bayrağı örtülmüşdü və Evartsın nitqinin sonunda bayrağın götürülməsi ilə heykəlin açılışı gerçəkləşdirilməli idi, lakin, Bartoldi səhvən Evarts çıxışını tamamlamamış bayrağın açılmasına imkan vermişdi.[95] Daha sonra Prezident Klivlend çıxış edərək qeyd etmişdir ki, "bu heykəldən yayılan işıq seli cəhalət qaranlığını parçalayacaq və Dünyanı işıqlandıran Azadlıq insanlığı zülmdən xilas edəcək".[97] Kürsünün yaxınlığında dayanan Bartoldi çıxış üçün dəvət edilsə də, o, bundan imtina etmişdir. Daha sonra Senator Şansi Depyu çıxış edərək hər kəsə təşəkkür etmişdir. [98]
Xalq kütlələrindən isə heç kim adaya buraxılmamış və mərasim müddətində ada insanlar üçün qapalı olmuşdur. Yalnız Bartoldinin həyat yoldaşı və Lessepsin nəvələrinə adaya gəlməyə icazə verilmiş və rəsmilər bunu onunla izah etmişlər ki, xanımlar kütlə arasında əzilə bilərdilər. Lakin bu qadınlarla hüquq bərabərliyi tərəfdarlarının qıcıqlanmasına səbəb olmuş və onlar qayıqlar kirayələyərək, mümkün qədər adaya yaxınlaşmışlar. Qrup rəhbərləri nitq söyləyərək Libertinin azadlığın və qadın haqlarının təcəssümü olduğunu bildirmişlər.[97] Planlaşdırılmış atəşfəşanlıq isə açılış günü baş tutmamış və pis hava şəraitinə görə 1 Noyabra kimi təxirə salınmışdır. [99]
Açılışdan qısa müddət sonra afroamerikalıların qəzeti olan "The Cleveland Gazette" bəyan etmişdir ki, Birləşmiş Ştatlar xalqı "həqiqətən də müstəqil olana kimi" heykəlin məşəli işıqlandırılmayacaq:
"Həqiqətən də, Azadlıq dünyanı işıqlandırır. Bu ifadə bizi kədərləndirir. Çünki bu, hökumətin axmaq bağırışıdır. Çünki, bu hökumət vətəndaşları öz sərhəddləri içərisində qoruya və mühafizə edə bilmir. Nə qədər ki, işgüzar və əməksevər zənci vətəndaş öz ailəsinin və özünün xoşbəxt gələcəyi üçün çalışa, gələcək ku-klukslunun qızını və həyat yoldaşını öldürmək təhlükəsini aradan qaldıra və gələcəyə ümidlə baxa bilmir, Bartoldinin heykəlinin məşəlini və ümumiyyətlə heykəlin özünü okean sularının dərinliklərinə qərq etmək lazımdır. Azadlığın" bu ölkədə "dünyanı işıqlandırması" hələ ki, çox gülünc görünür."[100]
Açılışdan sonrakı tarixi
redaktəMayak İdarəsi və Müharibə Departamenti
redaktəAçılış günü axşam heykəlin məşəli işıqlandırıldıqda məlum oldu ki, məşəlin işığı yalnız Manhettendən çətinliklə görünəcək səviyyədədir və mayak kimi istifadəyə yararlı deyil. "New York World" qəzeti yazırdı ki Heykəlin işığı "mayakdan çox işıqböcəyini xatırladır".[92] Heykəlin işığı əks etdirmə qabiliyyətini artırmaq üçün, Bartoldi, onu tamamilə qızıl suyuna çəkməyi təklif etdi, lakin, bu çox baha başa gəldiyindən imtina edildi. Birləşmiş Ştatlar Mayak İdarəsi 1887-ci ildə heykəli təhvil aldı və məşəlin effektivliyini artırmaq üçün cihazlar quraşdıracağını vəd etdi; lakin, bütün cəhdlərə baxmayaraq, heykəl gecələr faktiki olaraq görünmürdü. 1893-cü ildə Bartoldi ABŞ-yə döndükdə, heykəlin işıqlandırılması ilə bağlı daha bir neçə təklif səsləndirsə də, bu təkliflərin də hamısı nəticəsiz qaldı. Lakin, o müvəffəqiyyətlə heykəlin daxili işıqlandırmasını təkmilləşdirməyə nail oldu və beləliklə də, turistlərin Eyfelin daxili dizaynını görməsinə şərait yaratdı.[92] Heykəlin mayak kimi işə yaramadığını görən Prezident Teodor Ruzvelt 1901-ci ildə onun Müharibə Departamentinə verilməsi qərarına gəldi.[101] Hərbi Siqnal cihazları 1923-cü ilə kimi Bedloe adasında qalmaqda idi və həmin tarixdən sonra da, adanın hərbi yurisdiksiyaya tabe olması səbəbiylə orada hərbi polis qalmaqda davam edirdi. [102]
Heykəl tezliklə Nyu-Yorkun əsas görməli yerlərindən birinə çevrildi. Şəhərə köç edən immiqrantarı birinci qarşılayan bu heykəl olurdu. Heykəli ilk dəfə görən şəxslərin təsəvvürlərini əks etdirən hekayələr yayılmağa başladı. Yunanıstandan köç etmiş bir şəxs deyirdi:
"Mən Azadlıq heykəlini gördüm. Və mən öz-özümə dedim ki, "Xanım, siz necə də gözəlsiniz!" Siz qollarınızı açaraq bütün xariciləri qəbul edirsiniz. Mənə də şans ver ki, özümü yoxlayım, Amerikada kimsə olmağa cəhd edim." Və heykəl həmişəlik mənim yaddaşıma həkk olundu."[103]
Əslində heykəl boz mis rəngində idi, lakin, 1900-cü ildən sonra, onun üzəri tədricən bəzən mis pası da adlandırılan patina təbəqəsi ilə örtülməyə başladı və nəm şəraitdə qısa müddətdə bütün heykəli bürüdü. 1902-ci ildə bu haqqda mətbuatda məlumat verildi; 1906-cı ildə isə heykəl tamamilə patina təbəqəsi ilə örtüldü.[104] Bunun müxtəlif səviyyəli korroziyalara səbəb ola biləcəyini nəzərə alan Konqres heykəlin bərpası və həm daxildən, həm də xaricdən rənglənməsi üçün $62,800 məbləğində büdcə ayırdı.[105] Lakin planlaşdırılan eksteryer rənglənməsi ilə bağlı çoxsayı ictimai etiraz aksiyaları baş verdi.[106] Heykəl üzərində əmələ gəlmiş patina təbəqəsini tədqiq edən Hərbi Mühəndislər Korpusu mütəxəssisləri bildirdilər ki, bu təbəqə heykəl üçün heç bir zərərli xassəyə malik deyil, əksinə mis dəri örtüyü üzərində qoruyucu təbəqə əmələ gətirərək onu qoruyur, həmçinin heykəlin "sərt kəsiklərini yumşaldaraq ona gözəl görünüş verir".[107] Bundan sonra heykəlin yalnız daxildən boyanması qərarı verildi. Həmçinin, Mühəndislər korpusu ziyarətçilərin postamentin aşağısından yuxarısına qaldırılması üçün bir lift də quraşdırdı. [107]
Birinci dünya müharibəsi dövründə, 30 iyul 1916-cı ildə Almaniya təxribatçıları hazırda Azadlıq Dövlət Parkının bir hissəsi olan Nyu-Cersi ştatının Cersi şəhərinin Qara Tom yarımadasında böyük partlayış törətdilər. Fransa və Britaniyanın müdafiəsinin təşkil edilməsi üçün göndərilməyə hazırlanmış vaqonlarla dinamit partladıldı və bir neçə insan vəfat etdi. Bu partlayışda heykəl də bəzi zədələr aldı. Əsasən heykəlin məşəl tutan sağ əli zədələndi və bərpa işləri üçün on gün müddətinə qapadıldı. Heykəlin və adadakı binaların bərpası $100,000-a başa gəldi. İnsanların təhlükəsizliyi üçün məşəlin yaxınlığında yerləşən dar keçid bağlandı və həmin keçid bu günə kimi bağlı olaraq qalmaqdadır. [98]
Həmin il, "New York World" nəşriyyatını atasından miras almış Ralf Pulitzer heykəlin gecə işıqlandırılmasını təmin edə bilmək üçün daxili işıqlandırılması sisteminin qurulması məqsədi ilə $30,000 büdcə ayırdı. Həmçinin, 80,000-ə yaxın da ianəçilərdən toplamağa nail oldu, lakin yenə də son məqsədə çatmaqda uğura imza ata bilmədi. Əsas çətinlik zəngin donorlardan birinin verdiyi böyük məbləğdə ianənin meydana çıxması idi ki, bu fakt da 1936-cı ilə kimi aydınlanmamış qaldı. Sualtı elektrik kabelləri vasitəsiylə adaya gətirilən enerji Fort Vud divarları üzərində yerləşdirilmiş böyük işıqlandırma sisteminə çatdırılmalı idi. Daha sonra Raşmor dağı memorialını işləmiş heykəltaraş Qutzon Borqlum heykəlin məşəl hissəsini yenidən dizayn edərək oraya daha çox mis detallar əlavə etdi və büllur hissəciklər yerləşdirdi. 2 dekabr 1916-cı ildə Prezident Vudro Vilson teleqraf göndərərək heykəlin işıqlarının yandırılmasını bildirdi və beləcə heykəl müvəffəqiyyətlə işıqlandırıldı.[108]
1917-ci ildə ABŞ-nin Birinci dünya müharibəsinə girməsindən sonra Azadlıq heykəlinin təsvirləri həm təbliğat posterlərində həm də müharibə dövründə çox məşhur olmuş və ABŞ vətəndaşlarının müharibə xərclərini ödəməyə kömək etməsi üçün nəzərdə tutulmuş Azadlıq istiqrazlarında istifadə olunurdu. Bu xalqa müharibənin və azadlığın dövlətin əsas qayəsi olduğunu təlqin etməklə, həm də sanki, hazırda müharibə vəziyyətində olan Fransanın vaxtilə bu heykəli hədiyyə etdiyini xatırladırdı.[109]
1924-cü ildə Prezident Kalvin Kulic Qədimlik Aktının verdiyi yetkiyə dayanaraq Azadlıq heykəlini Milli Abidə elan etdi.[101] Heykəlin tarixində yeganə sui-qəsd hadisəsi isə beş il sonra baş verdi. Gənc oğlan heykəlin tacındakı pəncərələrdən birindən özünü aşağı ataraq postamentin üstünə düşdü və öldü.[110]
Milli Park Xidmətinin ilk illəri (1933–1982)
redaktə1933-cü ildə Prezident Franklin Ruzvelt heykəlin Milli Park Xidməti (MPX) idarəsinə verilməsi haqqında sərəncam imzalayır.[101] 1937-ci ildə MPX Bedloe adası üzərində hüquq əldə edir. Hərbi qüvvələrin adadan yola salınmasından sonra MPX adanı parka çevirmək qərarı verdi.[111] İşlərin İnkişafı Adminstrasiyası (İİA) (The Works Progress Administration) qısa zamanda adadakı köhnə binaların əksərini sökdü, şərq hissəsinin tamamilə təmizlənməsi və yaşıllaşdırılmasını həyata keçirdi və burada ziyarətçilər üçün xüsusi qranit pilləkən inşa edildi. İİA həmçinin heykəlin daxilində retavrasiya işlərini də həyata keçirdi. Heykəlin daxilində quraşdırılmış müvəqqəti işıq sistemi söküldü və beləliklə onlar üçün quraşdırılmış və artıq paslanmış dəstəklər də heykəlin içərisindən çıxarıldı. Heykəlin postamenti üçün quraşdırılmış və artıq paslanmış dəmir pilləkən də sökülmüş və yerində dəmir-beton konstruksiyalı pilləkən inşa edilmişdir.[112] Postamentin altına çıxacaq yağış suyunun gələcəkdə əmələ gətirəcəyi paslanmanın qarşısının alınması üçün misdən izolyasiya təbəqəsi də yaradılmışdı.[113] 1938-ci ilin may və dekabr ayları ərzində heykəl ziyarətçilər üçün bağlanmışdı.[112]
İkinci dünya müharibəsi dövründə heykəl ziyarətçilər üçün açıq olsa da, müharibə xərcləri səbəbindən gecələr işıqlandırılmırdı. İstisna olaraq 31 dekabr 1943-cü ildə və 6 iyun 1944-cü ildə "Neptun" əməliyyatı günü Morze əlifbası ilə qələbə anlamına gələn V işarəsi şəklində işıqlandırılmışdır. 1944–1945-ci illərdə heykəl üçün yeni və daha güclü işıqlandırma sistemi quraşdırılmış, Avropada qələbənin şərəfinə 8 mayda Avropada qələbənin şərəfinə heykəl yenidən işıqlandırılmışdır.[114] 1946-cı ildə ziyarətçilərin vurduğu zədələrin aradan qaldırılması üçün, heykəlin interyeri xüsusi yuyula bilən plastik təbəqə ilə örtülmüşdür ki, bu da qraffitilərin silinməsinə şərait yaratmışdır.[113]
1956-cı ildə Konqres aktı ilə rəsmən Bedloe adasının adı Azadlıq adası olaraq dəyişdirildi. Aktda həmçinin, adada Amerika İmmiqrasi Muzeyinin də yaradılması nəzərdə tutulmuşdu ki, bu da uzun müzakirələrə və cəmiyyətdə bəzi qüvvələrin narazılığına səbəb olmuşdu.[115] 1965-ci ildə Prezident Lindon Consonun sərəncamı ilə yaxınlıqdakı Ellis adası ilə birgə Azadlıq adası Azadlıq Heykəli Milli Abidəsi elan edildi.[101] 1972-ci ildə uzun sürən etirazlardan sonra, nəhayət ki, heykəlin özülü altında inşa edilmiş İmmiqrasiya Muzeyi Prezident Riçard Niksonun iştirak etdiyi mərasimlə açıq elan edildi. Muzeyin hamiləri onu lazımi iyanələrlə təmin etmirdilər və 1991-ci ildə Ellis adasında İmmiqrasiya Muzeyinin açılmasından sonra Azadlıq adasındakı muzey bağlanıldı.[88]
26 dekabr 1971-ci ildə Vyetnam müharibəsi əlehdarı olan 15 veteran heykəli ələ keçirərək əllərində ABŞ bayrağı ilə tac hissəsindən aşağı uçdular. 28 dekabrda onlar həbs edilərək Federal məhkəməyə təhvil verildilər.[116] Bundan başqa heykəl daha bir neçə dəfə etiraz aksiyalarına şahid olmuş, Puerto-Rikonun azadlığı tərəfdarları, ABŞ-nin Qrenadaya müdaxiləsinin əleyhdarları heykəl ərazisində etiraz aksiyaları keçirə bilmişlər. Milli Park xidməti idarəsinin icazəsi ilə heykəl ərazisində həmçinin, ənənəvi gey-parad rallisi də keçirilməkdədir.[117]
1976-cı ildə ABŞ-nin 200 illik yubileyi münasibətilə heykəl üçün yeni və daha güclü işıqlandırma sistemi quraşdırılmışdır. 4 iyul 1976-cı ildə heykəl "Operation Sail" bayram tədbirlərinin əsas mərkəzi olmuş, dünyanın dörd bir tərəfindən gələn hündür bayram gəmiləri onun ətrafında dövrə vurduqdan sonra Nyu-York limanına daxil olmuşdur.[118] Günün sonunda heykəl yaxınlığında böyük atəşfəşanlıq təşkil edilmişdir.[119]
Yenilənmələr və təmirlər (1982–2000)
redaktə1986-cı ildə heykəl, açılışının yüz illik yubileyi ərəfəsində fransız və amerikan mühəndislər tərəfindən ətraflı tədqiq edilmişdir. Hələ 1982-ci ildə heykəlin ətraflı restavrasiyaya ehtiyacı olması haqqında məlumat yayılmışdı. Diqqətli araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, hələ heykəlin inşası zamanı sağ qol ümumi struktura düzgün montaj edilməmişdir. Güclü külək əsdiyi zaman sağ qol yellənirdi və bu heykəlin özünün davamlığına təhlükə yaradırdı. Bundan başqa baş mərkəzdən 2 fut (0.61 m) kənarda quraşdırılmış və sağ qol tərəfdən şüalardan birində açılmış dəlikdən keçən külək də heykəlin təhlükəsizliyi üçün təhdid yaradırdı. Heykəlin armatur strukturu cissi korroziyaya uğramış, eksteryer lövhələrinin iki faizinin isə dəyişdirilməsinə ehtiyac yaranmışdı. [120]Baxmayaraq ki, armaturlarda baş verən korroziya hələ 1936-cı ildə bəzi dəmir detalların dəyişdirilməsi zamanı aşkarlanmışdı, o zaman yalnızca korroziya başlamış hissələrin rənglənməsi ilə kifayətlənilmişdi. [121]
1982-ci ilin mayında Prezident Ronald Reyqan restavrasiya işləri üçün lazım olan məbləğin toplanması üçün Li İakokkanın rəhbərlik etdiyi "Chrysler Corporation" şirkətinin başçılığı altında "Azadlıq heykəli–Ellis adssı Yüzillik Komissiyası" nın yaradıldığını elan etdi.[122] Qısa müddət ərzində komissiya $350 milyondan artıq ianə toplandı.[123] Azadlıq heykəli həm də tarixdə marketinq kompaniyası nəticəsində ianə toplayan ilk "qadın"lardan biri olmuşdur. 1983-cü il reklam kompaniyasında bildirilirdi ki, American Express kartı ilə edilmiş hər alış verişdən, şirkət Azadlıq heykəlinin restavrasiyası üçün 1 sent ianə edəcək. Təkcə bu layihədən heykəlin restavrasiyası üçün $1.7 milyon toplamaq mümkün olmuşdu.[124]
1984-cü ildə restavrasiya işlərinə start verilməsi üçün heykəl ictimayətə bağlı elan edildi. İşçilər qısa zamanda bütün heykəl üzərində eşafort quraşdırdılar. Maye azotun tətbiq edilməsi ilə, onilliklər ərzində heykəlin mis dəri təbəqəsinin iç hissəsində toplanmış rəng təbəqəsi təmizləndi və beləcə korroziyanın hansı hissədə nə qədər olmasını da tədqiq etmək mümkün olmuşdur. Yemək sodası istifadə edilərək mis lövhələrə zərər vermədən əmələ gəlmiş qudron təbəqəsi də təmizlənmişdir.[125] Restavratorların işini Bartoldi tərəfindən qalvanik karroziyanın qarşısının alınması üçün istifadə edilmiş asbest qarışıqlı maddə (tədqiqatlar bu maddənin tətbiqinin faydalı olmadığını göstərmişdir) yubandırmışdır. Heykəl ərazisində çalışan işçilərin kimyəvi maddələrin zərərindən qorunması üçün "ay kostyumu" adlandırılan xüsusi geyim geyinmələri təmin edilmişdi.[126] Bərpa işləri zamanı heykəlin mis dəri hissəsində nəzərə çarpan böyük dəlik hissələri bərpa edilmiş və ya yeni lövhələrlə əvəzlənmişdir.[127] Heykəlin təmiri üçün istifadə olunmuş mis Bell Labs şirkət binasının damından götürülmüşdür. Çünki damın qapadılmasında istifadə edilmiş mis təbəqəsinin də üstündə Azadlıq heykəlinin mis dəri örtüyündəkinə bənzər patina qatı əmələ gəlmişdi. Əvəzində laboratoriya heykəldən sökülmüş bir neçə mis parçasını tədqiq etmək hüququ əldə etmişdir.[128] 1916-cı ildən bəri heykəllə birləşdiyi yerdən su sızan məşəl, Bartoldinin hazırladığı məşəlin eynisi olan replika məşəllə əvələnmişdir.[129] Heykəlin sağ qol və çiyninin də dəyişdirilməsi iddia edilsə də, MPX həmin hissələrin yalnız restavrasiya edildiyini bildirmişdir. [130]
Qüstav Eyfel tərəfindən işlənmiş bütün armatur hissələrin hamısı dəyişdirilmişdir. Onun əvəzində isə korroziyaya davamlı Ferraliumdan dayaqlar hazırlanmışdır ki, bunlar rahatlıqla əyilmə və əvvəlki vəziyyətinə qayıtma xüsusiyyətinə malikdir ki, bu da küləkli havalarda heykəlin tərpənməsindən sonra, əvvəlki vəziyyətini almasına kömək edir.[131] Şüa və qolun kəsişməsinin arşısını almaq üçün, şüa bir neçə dərəcədə quraşdırılmışdır.[132] Heykəlin işıqlandırılma sistemi də tamamilə yenilənmiş, xüsusi metal-haloiden lampalar quraşdırılmışdır ki, bunların köməkliyi ilə işıq xüsusi şüa şəklində yalnız müəyyən olunmuş yerləri işıqlandırır və beləcə həm heykəldə, həm də postamentdə lazım olan detalları işıqlandırmaq mümkün olmuşdur.[133] Postamentə gəlincə, 1960-cı ildə inşa edilmiş kiçik və diqqət cəlb etməyən kiçik girişi yenilənərək, əvəzində geniş, yenilənmənin simvolikası ilə bəzədilmiş bürünc qapılar yerləşdirilmişdir.[134] Əlillərin də postamentin müşahidə meydançasına qalxmasına imkan verən müasir liftlər quraşdırılmışdır.[135] Həmçinin heykəlin içində, çiyinlər səviyyəsinə qədər qalxan xüsusi təhlükəsizlik lifti də quraşdırılmışdır. [136]
3 – 6 iyul 1986-cı ildə heykəlin yüz illik yubileyinin qeyd edilməsi və açılış mərasimi üçün "Azadlıq Həftəsonu" adlı bayram tədbirləri təşkil olunmuşdur. ABŞ Prezidenti Ronald Reyqan və Fransa Prezidenti Fransua Mitteran bayram tədbirlərinə başçılıq etmişdir. 4 iyulda "Operation Sail" tədbirləri zamanı[137] heykəlin açılışı baş tutmuş və 5 iyuldan[138] heykəl ziyarətçilərin üzünə yenidən açıq elan edilmişdir. Açılış nitqində Reyqan demişdir: "Biz azadlıq atəşinin qoruyucularıyıq və onu elə yüksəkdə tutacıyıq ki, bütün dünya görsün."[137]
Bağlanmalar və açılmalar (2001–bu günə kimi)
redaktə11 sentyabr teraktının baş verməsindən dərhal sonra heykəl və Azadlıq adası ictimayət üçün bağlı elan edildi. Ada 2001-ci ilin sonlarında yenidən açıq elan edildi, heykəl və postament isə bağlı qaldı. 2004-cü ilin avqustunda[138] postament açıq elan edildi, lakin, MPX heykələ girişi açmadı və bunu fövqəladə hal baş verdiyi zaman təxliyyənin çətin olması ilə izah etdi. Buş adminstrasiyasının hakimiyyəti dövründə MPX bu mövqeyində qaldı.[139] Nyu-Yorkdan olan konqresmen Entoni Vener şəxsi yürüşü ilə heykəlin növbəti açılışını gerçəkləşdirdi.[140] 17 may 2009-cu ildə Prezident Barak Obamanın Daxili İşlər Naziri Ken Salazar elan etdi ki, "Amerikaya xüsusi hədiyyə olaraq", 4 iyuldan etibarən heykəl yenidən ziyarətçilər üçün açılacaq, lakin, gündəlik heykəlin tac hissəsinə qalxan ziyarətçilərin sayına limit qoyulacaq.[139]
29 oktyabr 2011-ci ildə (heykəlin 125 illik yubileyinin qeyd edilməsindən bir gün sonra) yeni liftlərin quraşdırılması, pilləkanların təmiri və digər otaqların (qonaq otaqları) bərpası üçün baza və postamenti də daxil olmaqla heykəl yenidən ziyarətçilərin üzünə bağlandı. Heykəl 28 oktyabr 2012-ci ilə kimi bağlı qaldı.[1][141][142] Lakin açılışından bir gün sonra Sendi qasırğasının təsiri ilə heykəl yenidən bağlanıldı.[143] Qasırğa heykələ heç bir zərər vurmasa da, həm Azadlıq, həm də Ellis adalarında xeyli infrastruktur obyektlərini sıradan çıxardı, ziyarətçiləri daşıyan bərələr üçün olan dokları zədələdi. 8 noyabr 2012-ci ildə MPX sözçüsü, hər iki adadakı dağılmış obyektlərin təmir və bərpası üçün adaların bağlandığını elan etdi.[144] Adada elektrik enerjisinin qıtlığını aradan qaldırmaq üçün xüsusi generatorlar quraşdırıldı.[145] 4 iyul 2013-cü ildə Azadlıq adası ziyarətə açılsa da, Ellis adası hələ də bağlı qalmaqdadır.[146] 1 oktyabr 2013-cü ildə digər ictimai muzeylər, parklar, abidələr, inşaat layihələri və binalarla birgə Azadlıq heykəli və adası da ziyarətçilərə bağlı elan edilmişdi.[147]
Yerləşməsi və xüsusiyyətləri
redaktəYerləşmə və səfər
redaktəHeykəl Nyu-York körfəzinin yuxarı hissəsində, Ellis adasının cənubunda yerləşir. Hər iki ada 1800-cü ildən Nyu-York federal hökumətinə tabedir.[148] 1934-cü ildə Nyu-York və Nyu-Cersi ştatları arasında əldə olunmuş sərhəd bölgüsü razılığına əsasən adalar Nyu-York ştatının ərazisi kimi qəbul edilsə də, yerləşmə baxımından ştat sərhəddinin Nyu-Cersi tərəfindədir.[149]
Azadlıq Heykəli Milli Abidəsindən heç bir gəlir güdülməsə də, bəzi xidmətlər var ki, pulludur və istifadəsi bütün ziyarətçilər üçün məcburidir, məsələn, ada sahillərində heç bir şəxsi gəmi və ya qayığın saxlanılmasına icazə verilmir. Bu hüquq 1953-cü ildən "Circle Line" şirkətinə məxsus olsa da, 2007-ci ildən etibarən "Statue Cruises" şirkətinə verilmişdir.[150] Ellis adası ictimayət üçün açıq olduqda Cersi şəhərindəki Azadlıq Dövlət Parkı və Aşağı Manhettendən hərəkət eədn gəmilər də bu adaya yan alaraq kombinasiya edilmiş yol tuta bilirlər.[151] Bütün gəmi kapitanları hərəkətə başlamazdan əvvəl təyyarə pilotlarının keçdiyi yoxlamaya bənzər bir yoxlamadan keçirlər. Postamentə və ya heykələ daxil olmaq istəyən ziyarətçilər gəmi bileti ilə yanaşı muzeylərə giriş bileti də almalıdırlar.[152] Heykəlin içindəki pilləkanla tac hissəsinə qalxmaq istəyənlər isə daha bir əlavə bilet almalıdılar ki, bu bileti də bəzən bir il əvvəldən rezervasiya etməli olurlar.[153] Gün ərzində heykəlin tacına cəmi 240 nəfərin qalxmasına icazə verilir ki, onlar da on nəfərlik qruplarda yarım saatdan bir heykəlin ən yüksək hissəsinə qalxa və buradan açılan möhtəşəm Nyu-York mənzərəsini seyr edə bilirlər. Yuxarı qalxan ziyarətçilərin özləri ilə yalnız tibbi ləvazimat götürməsinə icazə verilir.[154]
Kitabələr, plakatlar və ithaflar
redaktəAzadlıq heykəlinin üzərində və ya yaxınlığında bir neçə palakat və ithaf kitabələri vardır. Mis dəri üzərində yalnız bir palakat vardır ki, həmin plakatda da heykəlin Libertini təmsil etdiyi, Bartoldi tərəfindən dizayn edildiyi və Paris "Gaget" firması Gauthier et Cie (Cie Co.-nun fransız abreviaturasıdır) tərəfindən istehsal olunmasıdır. Təqdimat kitabəsində də həmçinin Bartoldinin adı qeyd edilir, bildirilir ki, heykəl Fransa Respublikası xalqı adından "Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin əldə olunmasında hər iki xalqın birliyinin və dostluğunun simvolu olaraq hədiyyə edilib." Postamentin inşası üçün ianə yığılması xatirəsinə Nyu-York birliyi tərəfindən yerləşdirilmiş bir kitabə də vardır.[155] Heykəlin postamentinin küncdaşında Masonlar tərəfindən yerləşdirilmiş daha bir kitabə vardır.[155]
1903-cü ildə şairə Emma Lazarusun xatirəsinə onun "Yeni Kolos" əsərindən bir parçanın yazıldığı bir kitabə daha heykələ bağışlanmışdır. 1986-cı il restavrasiyasına kimi o postamentin daxilində saxlansa da, hazırda bazada yerləşən Azadlıq heykəli Muzeyində sərgilənir. Həmçinin Emma Lazaruzun həyatına həsr edilmiş və 1977-ci ildə Emma Lazarus Xatirə Komitəsi tərəfindən bağışlanmış kitabə də orada saxlanılır.[155]
Adanın qərb qurtaracağında Azadlıq heykəli ilə bağlı bir neçə heykəl vardır ki, həmin heykəllərdə iki amerikan Pulitzer və Lazarus, həmçinin üç fransız Bartoldi, Labule və Eyfel təsvir olunub. Heykəllərin müəllifi Marilendli heykəltaraş Filipp Ratnerdir.[156]
1984-cü ildə heykəl UNESCO-nun "Ümumdünya irsi" siyahısına daxil edilmişdir. UNESCO-nun "Vaciblik Bəyanatı"nda heykəl "insan ruhunun şah əsəri" adlandırılır və "çox vacib simvollar – ruhlandırıcı təfəkkür, müzakirə, azadlıq, insan haqları, köləliyin aradan qaldırılması, demokratiya və inkişafı təmsil" etdiyi bildirilir.[157]
Fiziki xarakteristikası
redaktəHissə[68] | ABŞ | Metrik |
---|---|---|
Mis heykəlin hündürlüyü | 151 ft 1 in | 46 m |
Postamentin aşağısından (yerüstü hissə) məşəlin ucuna kimi | 305 ft 1 in | 93 m |
Dabandan başa kimi | 111 ft 1 in | 34 m |
Əlin uzunluğu | 16 ft 5 in | 5 m |
Şəhadət barmağı | 8 ft 1 in | 2.44 m |
Oynağın dairəsi | 3 ft 6 in | 1.07 m |
Çiyindən qafatasına kimi baş | 17 ft 3 in | 5.26 m |
Qulaqdan qulağa baş | 10 ft 0 in | 3.05 m |
Gözlər arasındakı məsafə | 2 ft 6 in | 0.76 m |
Burunun uzunluğu | 4 ft 6 in | 1.48 m |
Sağ qolun uzunluğu | 42 ft 0 in | 12.8 m |
Sağ qolun ən qalın hissəsi | 12 ft 0 in | 3.66 m |
Belin qalınlığı | 35 ft 0 in | 10.67 m |
Ağızın genişliyi | 3 ft 0 in | 0.91 m |
Tablet, uzunluğu | 23 ft 7 in | 7.19 m |
Tablet, eni | 13 ft 7 in | 4.14 m |
Tablet, qalınlıq | 2 ft 0 in | 0.61 m |
Postamentin hündürlüyü | 89 ft 0 in | 27.13 m |
Təməlin hündürlüyü | 65 ft 0 in | 19.81 m |
Heykəl üçün istifadə olunmuş misin çəkisi | 60,000 fut | 27.22 ton |
Heykəl üçün istifadə olunmuş poladın çəkisi | 250,000 fut | 113.4 ton |
Heykəlin ümumi çəkisi | 450,000 fut | 204.1 ton |
Mis təbəqənin qalınlığı | 3/32 of an inç | 2.4 mm |
Təsviri
redaktəBütün dünyada Azadlıq heykəlinin yüzlərlə replikaları vardır.[158] Heykəlin orijinal kiçik versiyası amerikanlar tərəfindən Parisə hədiyyə edilmişdir. Həmin heykəl hazırda Qu quşu adasında, okeanın o biri tərəfindəki bacısı ilə üzbəüz ucalmaqdadır.[158] Uzun illər heykəlin Manhettendəki 64-cü Uest küçəsində, Azadlıq anbarı qarşısında ucalan[158] 30 fit (9,1 m) hündürlükdə olan replikası, hazırda Bruklin muzeyində sərgilənməkdədir.[159] 1949–1952-ci illərdə "Boy Scouts of America" təşkilatının vətənpərvərlik tədbirlərinin bir hissəsi olan "Strengthen the Arm of Liberty" kompaniyası çərçivəsində heykəlin 200-dən artıq replikası hazırlanmış, 100 inç (2, 500 mm) hündürlükdə olan bu heykəllər bütün ABŞ ştatlarına paylanmışdır.[160] Hər nə qədər birbaşa replika hesab edilməsə də, 1989-cu il Tianamen meydan hadisələri zamanı Pekinin Tianamen meydanında ucaldılmış "Azadlıq ilahəsi" heykəlinin müəllifləri də fransız heykəltaraşların demokratik ənənəsindən təsirlənmişlər və mümkün qədər "Azadlıq heykəli"nin birbaşa imitasiyasını yaratmamağa çalışmışlar.[161] Nyu-Yorkun digər məşhur tikililəri kimi, "Azadlıq heykəli" də Las-Veqasdakı məşhur "Nyu-York Nyu-York Otel və Kazino Kompleksi"nin bir hissəsidir.[162]
Amerikanın simvollarından biri kimi, heykəl, ölkənin sikkə və poçt markalarında əks edilmişdir. Heykəl 1986-cı ildə keçirilmiş yubiley tədbirləri çərçivəsində buraxılmış xatirə sikkələrində və 2001-ci ilin rüblük sikkələrində təsvir edilmişdir.[163] 1997-ci ildə heykəl "Amerika Qartalı" platin külçələri üzərində əks edilmiş, Prezident dolları seriyasından olan dövriyyə qəpikləri üzərində göstərilmişdir.[22] Heykəlin məşəlinin iki təsviri hazırda on dollarlıq əskinaslarda əks edilməkdədir.[164] Heykəlin 2010-cu ildə nəşr edilmiş poçt markasındakı foto təsvirinin əslində Las-Veqasdakı replikanın təsviri olması iddia edilir.[165]
Heykəlin təsvirləri bir çox regional institutlar tərəfindən istifadə olunmaqdadır. 1986–2000-ci illərdə Nyu-York ştatı üzərində "Azadlıq heykəli"nin təsviri olan dövlət qeydiyyat nişanı istehsal edirdi.[166][167] Milli Qadın Basketbol Assosasiyasının "New York Liberty" komandası həm öz adında, həm də loqosunda "Azadlıq heykəli"ndən istifadə etmişdir.[168] 1997-ci ildən etibarən Milli Hokkey Liqasında yarışan "New York Rangers" komandasının formasında heykəlin başı təsvir edilmişdir.[169] Milli Tələbə İdmançılar Assosasiyasının 1996-cı ildə Nyu-Cersidəki "Izod Center" də keçirdiyi kişilər arasında basketbol yarışmasının rəsmi loqosunda da "Azadlıq heykəli" təsvir edilmişdir.[170] ABŞ Libertarian Partiyasının rəsmi loqosunda da "Azadlıq heykəli"nin təsviri vardır.[171]
Heykəl, həmçinin, populyar mədəniyyətdə də tez-tez istifadə olunan obyektlərdən biridir. Tobi Kitin Amerikan polisinə dəstək üçün yazdığı "Courtesy of the Red, White and Blue (The Angry American)" adlı mahnıda və mahnının "Dead Kennedys" qrupu tərəfindən "Bedtime for Democracy" albomunda oxunmuş versiyada heykəl əsas simvol kimi oxunmuş və bu Reyqan adminstrasiyasının etirazına səbəb olmuşdur.[172] Heykəlin məşəli Alfred Hiçkokun 1942-ci ildə ekranlara çıxmış "Diversant" filmində hadisələrin kuliminasiya yeridir.[173] Kinomatoqrafiyada heykəlin ən məşhur təsvirlərindən biri 1968-ci ildə ekrana çıxmış "Meymunlar planeti" filmindəki yarısı quma batmış vəziyyətdəki təsviridir.[172][174] "Qurtuluş günü", "Sabahdan sonra", "Monstro" filmlərində heykəlin dağılması təsvir edilmişdir.[172] Yazıçı Cek Finneyin "Dəfələrlə" adlı romanında heykəlin sağ qolu 1880-ci illərdə Medison Squeə Parkda təsvir edilir.[175] "Elmi Fantastika Ensiklopediyası"nın məsləhətçi redaktoru Robert Holdstok 1979-cu ildə yazır:
""Azadlıq heykəli" olmadan elmi fantastika necə olardı? Onilliklər ərzində o, gah səhranın ortasında tək qalıb, gah nəhənglər tərəfindən ələ keçirilib, gah yadplanetlilər tərəfindən zəbt edilib…optimizm simvolu olan Azadlıq, elmi fantastikanın əsas pessimist simvollarından birinə çevrilib."[176]
İstinadlar
redaktə- ↑ 1 2 "Statue of Liberty National Monument". National Park Service. 2007-12-31. 2014-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.
- ↑ Schneiderman, R.M. "For tourists, Statue of Liberty is nice, but no Forever 21". The Wall Street Journal. 2010-06-28. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.
- ↑ RAMEAU (fr.). 1987.
- ↑ Structurae (ing.). Ratingen: 1998.
- ↑ 1 2 3 Harris, 1985. səh. 7–9
- ↑ Joseph, Rebecca M. "The Black Statue of Liberty Rumor". National Park Service. September 2000. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-31.
- ↑ Harris, 1985. səh. 7–8
- ↑ Khan, 2010. səh. 60–61
- ↑ 1 2 Moreno, 2000. səh. 39–40
- ↑ Harris, 1985. səh. 12–13
- ↑ Khan, 2010. səh. 102–103
- ↑ Harris, 1985. səh. 16–17
- ↑ 1 2 Khan, 2010. səh. 85
- ↑ Harris, 1985. səh. 10–11
- ↑ 1 2 3 4 5 Sutherland, 2003. səh. 17–19
- ↑ 1 2 3 4 5 Bodnar, John. Monuments and Morals: The Nationalization of Civic Instruction // Warren, Donald R.; Patrick, John J. (redaktorlar ). Civic and Moral Learning in America. New York: Macmillan. 2006. 212–214. ISBN 978-1-4039-7396-2.
- ↑ 1 2 3 Turner, Jane. The Grove Dictionary of Art: From Monet to Cézanne : Late 19th-century French Artists. New York: Oxford University Press US. 2000. səh. 10. ISBN 978-0-312-22971-9.
- ↑ Khan, 2010. səh. 96–97
- ↑ 1 2 Khan, 2010. səh. 105–108
- ↑ Blume, Mary. "The French icon Marianne à la mode". The New York Times. 2004-07-16. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.
- ↑ "Get the Facts (Frequently Asked Questions about the Statue of Liberty)". Statue of Liberty. National Park Service. 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ 1 2 "Lady Liberty Reverse Statue of Liberty (1886)". Presidential $1 coin. United States Mint. 2011-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
- ↑ Moreno, 2000. səh. 52–53, 55, 87
- ↑ Bartholdi, Frédéric. The Statue of Liberty Enlightening the World. North American Review. New York. 1885. səh. 42.
- ↑ 1 2 Khan, 2010. səh. 108–111
- ↑ "Frequently asked questions". Statue of Liberty National Monument. National Park Service. 2017-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-10.
- ↑ Khan, 2010. səh. 118, 125
- ↑ Harris, 1985. səh. 26
- ↑ Khan, 2010. səh. 120
- ↑ Khan, 2010. səh. 121
- ↑ 1 2 3 Khan, 2010. səh. 123–125
- ↑ 1 2 Harris, 1985. səh. 44–45
- ↑ "Answers about the Statue of Liberty, Part 2". The New York Times. 2009-07-02. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.
- ↑ "News of Norway". 1999. 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
- ↑ Sutherland, 2003. səh. 36
- ↑ "Seven Ways to Compute the Relative Value of a U.S. Dollar Amount, 1774 to Present/". MeasuringWorth. 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20. (Consumer price index)
- ↑ 1 2 3 Khan, 2010. səh. 137
- ↑ Khan, 2010. səh. 126–128
- ↑ Bell, Abrams, 1984. səh. 25
- ↑ Bell, Abrams, 1984. səh. 26
- ↑ Khan, 2010. səh. 130
- ↑ 1 2 Harris, 1985. səh. 49
- ↑ 1 2 Khan, 2010. səh. 134
- ↑ Bell, Abrams, 1984. səh. 30
- ↑ Moreno, 2000. səh. 94
- ↑ Khan, 2010. səh. 135
- ↑ Bell, Abrams, 1984. səh. 32
- ↑ Khan, 2010. səh. 136–137
- ↑ Moreno, 2000. səh. 22
- ↑ Khan, 2010. səh. 139–143
- ↑ Harris, 1985. səh. 30
- ↑ Khan, 2010. səh. 144
- ↑ Harris, 1985. səh. 33
- ↑ Harris, 1985. səh. 32
- ↑ Harris, 1985. səh. 34
- ↑ "La tour a vu le jour à Levallois". Le Parisien. 30 April 2004. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
- ↑ "Statue of Liberty". pbs.org. 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ Harris, 1985. səh. 36–38
- ↑ Harris, 1985. səh. 39
- ↑ Harris, 1985. səh. 38
- ↑ Bell, Abrams, 1984. səh. 37
- ↑ Bell, Abrams, 1984. səh. 38
- ↑ 1 2 Khan, 2010. səh. 159–160
- ↑ Khan, 2010. səh. 163
- ↑ Khan, 2010. səh. 161
- ↑ 1 2 Khan, 2010. səh. 160
- ↑ Moreno, 2000. səh. 91
- ↑ 1 2 "Statistics". Statue of Liberty. National Park Service. 2006-08-16. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ 1 2 Khan, 2010. səh. 169
- ↑ 1 2 3 Auchincloss, Louis. "Liberty: Building on the Past". New York. 1986-05-12: 87. İstifadə tarixi: 2011-10-19.
- ↑ Bartholdi, Frédéric. The Statue of Liberty Enlightening the World. North American Review. New York. 1885. səh. 62.
- ↑ Harris, 1985. səh. 71–72
- ↑ Sutherland, 2003. səh. 49–50
- ↑ 1 2 Moreno, 2000. səh. 184–186
- ↑ "Branford's History Is Set in Stone". Connecticut Humanities. 2013-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.
- ↑ Khan, 2010. səh. 163–164
- ↑ Khan, 2010. səh. 165–166
- ↑ Moreno, 2000. səh. 172–175
- ↑ Levine, Benjamin; Story, Isabelle F. "Statue of Liberty". National Park Service. 1961. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ Bell, Abrams, 1984. səh. 40–41
- ↑ 1 2 Harris, 1985. səh. 105
- ↑ Sutherland, 2003. səh. 51
- ↑ Harris, 1985. səh. 107
- ↑ Harris, 1985. səh. 110–111
- ↑ Harris, 1985. səh. 112
- ↑ "The Isere-Bartholdi Gift Reaches the Horsehoe Safely" (PDF). The Evening Post. June 17, 1885. 2021-01-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-11.
- ↑ Harris, 1985. səh. 114
- ↑ 1 2 Moreno, 2000. səh. 19
- ↑ Bell, Abrams, 1984. səh. 49
- ↑ Moreno, 2000. səh. 64
- ↑ Hayden, Despont, 1986. səh. 36
- ↑ 1 2 3 Harris, 1985. səh. 133–134
- ↑ Moreno, 2000. səh. 65
- ↑ Khan, 2010. səh. 176
- ↑ 1 2 Khan, 2010. səh. 177–178
- ↑ Bell, Abrams, 1984. səh. 52
- ↑ 1 2 Harris, 1985. səh. 127
- ↑ 1 2 Moreno, 2000. səh. 71
- ↑ Harris, 1985. səh. 128
- ↑ "Postponing Bartholdi's statue until there is liberty for colored as well". The Cleveland Gazette. Cleveland, Ohio. 1886-11-27. səh. 2.
- ↑ 1 2 3 4 Moreno, 2000. səh. 41
- ↑ Moreno, 2000. səh. 24
- ↑ Sutherland, 2003. səh. 78
- ↑ "Answers about the Statue of Liberty". The New York Times. 2009-07-01. 2011-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ "To paint Miss Liberty". The New York Times. 1906-07-19. səh. 1. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ "How shall "Miss Liberty"'s toilet be made?". The New York Times. 1906-07-29. SM2. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.
- ↑ 1 2 Harris, 1985. səh. 168
- ↑ Harris, 1985. səh. 136–139
- ↑ Moreno, 2000. səh. 148–151
- ↑ Harris, 1985. səh. 147
- ↑ Moreno, 2000. səh. 136
- ↑ 1 2 Moreno, 2000. səh. 202
- ↑ 1 2 Harris, 1985. səh. 169
- ↑ Harris, 1985. səh. 141–143
- ↑ Moreno, 2000. səh. 147–148
- ↑ 1973 World Almanac and Book of Facts, p. 996.
- ↑ Moreno, 2000. səh. 72–73
- ↑ Harris, 1985. səh. 143
- ↑ Moreno, 2000. səh. 20
- ↑ Harris, 1985. səh. 169–171
- ↑ Hayden, Despont, 1986. səh. 38
- ↑ Moreno, 2000. səh. 204–205
- ↑ Moreno, 2000. səh. 216–218
- ↑ Daw, Jocelyne. Cause Marketing for Nonprofits: Partner for Purpose, Passion, and Profits. Hoboken, New Jersey: John Wiley & Sons. March 2006. səh. 4. ISBN 978-0-471-71750-8.
- ↑ Hayden, Despont, 1986. səh. 81
- ↑ Hayden, Despont, 1986. səh. 76
- ↑ Hayden, Despont, 1986. səh. 55
- ↑ Harris, 1985. səh. 172
- ↑ Hayden, Despont, 1986. səh. 153
- ↑ Hayden, Despont, 1986. səh. 75
- ↑ Hayden, Despont, 1986. səh. 74–76
- ↑ Hayden, Despont, 1986. səh. 57
- ↑ Moreno, 2000. səh. 153
- ↑ Hayden, Despont, 1986. səh. 71
- ↑ Hayden, Despont, 1986. səh. 84
- ↑ Hayden, Despont, 1986. səh. 88
- ↑ 1 2 Sutherland, 2003. səh. 106
- ↑ 1 2 "History and Culture". Statue of Liberty. National Park Service. 2014-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ 1 2 Chan, Sewell. "Statue of Liberty's Crown Will Reopen July4". The New York Times. 2009-05-08. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Neuman, William. "Congress to Ask Why Miss Liberty's Crown is Still Closed to Visitors". The New York Times. 2007-07-05. 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Raja, Nina. "Liberty Island to remain open during statue's renovation". CNN. 2010-08-10. 2013-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "Statue of Liberty interior to re-open next month". AP via Sacramento Bee. 2012-09-11. İstifadə tarixi: 2012-09-12.[ölü keçid]
- ↑ Powlowski, A. "Statue of Liberty closed for 'foreseeable future'". NBC News. 2012-11-02. 2013-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-02.
- ↑ "Storm leaves Statue of Liberty and Ellis Island cut off from visitors". The New York Times. 2012-11-08. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-09.
- ↑ Barron, James. "Statue of Liberty was unscathed by hurricane, but its home took a beating". The New York Times. 2012-11-30. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-01.
- ↑ Long, Colleen. "Statue of Liberty reopens as US marks July Fourth". Yahoo! News. 4 July 2013. 21 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2014.
- ↑ Armaghan, Sarah. "Statue of Liberty Closed in Shutdown". Wall Street Journal. 18 yanvar 2014. 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-18.
- ↑ "Early History of Bedloe's Island". Statue of Liberty Historical Handbook. National Park Service. 2010-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "NEW JERSEY v. NEW YORK 523 U.S. 767". Supreme Court of the United States. 1998. 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Ramirez, Anthony. "Circle Line Loses Pact for Ferries to Liberty Island". New York Times. June 29, 2007. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "NPS: Liberty and Ellis Island ferry map". Ferry Map. National Park Service. 2014-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "For Your Safety and Security". Statue of Liberty. National Park Service. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-30.
- ↑ "Frequently Asked Questions". Statue of Liberty. National Park Service. 2014-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "Frequently asked questions: Reserving tickets to visit the crown". Statue of Liberty. National Park Service. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ 1 2 3 Moreno, 2000. səh. 222–223
- ↑ Harris, 1985. səh. 163
- ↑ "Statue of Liberty". World Heritage. UNESCO. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ 1 2 3 Moreno, 2000. səh. 200–201
- ↑ "Collections: American Art: Replica of the Statue of Liberty, from Liberty Storage & Warehouse, 43–47 West 64th Street, NYC". Brooklyn Museum. 2014-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Attoun, Marti. "Little Sisters of Liberty". Scouting. 2007. 2014-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-01.
- ↑ Moreno, 2000. səh. 103–104
- ↑ Goldberger, Paul. "New York-New York, it's a Las Vegas town". The New York Times. 1997-01-15. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "Statue of Liberty postage stamps". Statue of Liberty-Ellis Island Foundation, Inc. 2014-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "The redesigned $10 note". newmoney.gov. Bureau of Engraving and Printing. 2014-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Severson, Kim; Healey, Matthew. "This Lady Liberty is a Las Vegas teenager". The New York Times. 2011-04-14. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "State to start issuing new license plates July1". The New York Times. 1986-01-24. 2014-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "State license plates to get new look". The New York Times. 2000-01-11. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ "'Liberty' for New York club". The New York Times. 1997-02-14. 2014-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Lapointe, Joe. "Lady Liberty laces up at the Garden". The New York Times. 1997-01-12. 2014-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-23.
- ↑ Sandomir, Richard. "Final Four: States put aside their rivalry and try a little cooperation". The New York Times. 1996-03-29. 2014-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Axinn, Mark. "The Statue of Liberty after 125 years - by LPNY Chair Mark Axinn". Libertarian Party of the United States. 2011-10-28. 2014-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-19.
- ↑ 1 2 3 Morris, Tracy S. "The Statue of Liberty in Popular Culture". USA Today. 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Spoto, Donald. The Dark Side of Genius: The Life of Alfred Hitchcock. New York: Ballantine. 1983. 262–263. ISBN 978-0-345-31462-8.
- ↑ Greene, Eric; Slotkin, Richard. Planet of the Apes as American myth: race, politics, and popular culture. Middletown, Connecticut: Wesleyan University Press. 1998. səh. 52. ISBN 978-0-8195-6329-3. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Darrach, Brad. "The spy who came in from 1882". Life. New York. 1970-06-26. səh. 16. 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
- ↑ Nicholls, Peter. The Encyclopedia of Science Fiction. St Albans, Herts, UK: Granada Publishing Ltd. 1979. səh. 14. ISBN 978-0-586-05380-5.
Ədəbiyyat
redaktə- Bell, James B.; Abrams, Richard L. In Search of Liberty: The Story of the Statue of Liberty and Ellis Island. Garden City, New York: Doubleday & Co. 1984. ISBN 978-0-385-19624-6.
- Harris, Jonathan. A Statue for America: The First 100 Years of the Statue of Liberty. New York City: Four Winds Press (a division of Macmillan Publishing Company). 1985. ISBN 978-0-02-742730-1.
- Hayden, Richard Seth; Despont, Thierry W. Restoring the Statue of Liberty. New York City: McGraw-Hill Book Company. 1986. ISBN 978-0-07-027326-9.
- Khan, Yasmin Sabina. Enlightening the World: The Creation of the Statue of Liberty. Ithaca, New York: Cornell University Press. 2010. ISBN 978-0-8014-4851-5.
- Moreno, Barry. The Statue of Liberty Encyclopedia. New York City: Simon & Schuster. 2000. ISBN 978-0-7385-3689-7.
- Sutherland, Cara A. The Statue of Liberty. New York City: Barnes & Noble Books. 2003. ISBN 978-0-7607-3890-0.