Qranit - Wikipedia
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.[3]
Qranit | |
---|---|
Minerallar | kvars[1], Plaqioklazlar[1], aydaşı[1], Mikalar, Uran[2], Torium[2] |
Sərtlik | 6 ± 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Qranit qatı
redaktəYer qabığının, seysmik məlumatlara görə, ayrılan qatlarından birinin şərti adı. Qranit qatı süxurları sedimentasion hövzələrin bünövrəsini təşkil edir, kristalik qalxanlarda və qırışıqlıq vilayətlərin mərkəzi zonalarında üzə çıxır. Qranit qatı aşağı sərhədinin Konrad sərhədinə uyğun gəldiyi qəbul edilmişdir. Qranit qatı qitə qabığı üçün səciyyəvidir və burada onun qalınlığı 5–15 km-ə çatır. Okean tipli qabıqda qranit qatı yoxdur. Qranit qatı metamorfik süxurlardan, əsasən, qneyslərdən və qranitlərdən ibarətdir.
Qranit müvazinəti, Rankama, 1955
redaktəQranitofil elementlərin (Si, Al, qələvilər) müəyyən konsentrasiyası; temperatur və təzyiqdən asılı olmayaraq müəyyən dərinlikdə əmələ gələn (formalaşan) qranitlərin kimyəvi tərkibinə uyğundur; qravitasion amilin təsiri altında qranitofil elementlərin miqrasiyasının kəmiyyət göstəricisinə görə müəyyən edilir. Bu zaman qranitofob elementlər (Mg, Ca, Fe) qranit müvazinəti zonasından aşağıya, yaxud yuxarıya çıxarılır. Bu proseslər nəticəsində müxtəlif tərkibli çökmə süxurlar bircins qranitlərə çevrilir.
Qranitəmələgəlmə
redaktəLitosferin qranit qatının formalaşmasını müəyyən edən və qranitoidlərin əmələ gəlməsi ilə ifadə olunan geoloji hadisə. Bu qranitoidlərin tərkibi geoloji, geokimyəvi və fiziki-kimyəvi amillərin məcmusu ilə müəyyən olunur və bütövlükdə litogenezin sialik və simatik qranitəmələgəlmə sıralarına ayırmağa imkan verir. 1. Qranitəmələgəlmə sialik (qabıq) sırası Yer qabığının qranit qatında metamorfizm, metasomatizm və ultrametamorfizm proseslərinin inkişafı ilə müəyyən olunur. Bu proseslər nəticəsində litosferdə qranitoidlərinin əsas kütləsi və həmçinin qranitoidlərin batolit formaları əmələ gəlir. Qranitəmələgəlmə aşağıdakılara bölünür: 1) aparıcı prosesin səciyyəsinə görə üç genetik tipə – metasomatik, metamorfogen və ultrametamorfogen; 2) prosesin istiqamətlənməsinə görə – qranitləşmə prosesində qranitəmələgəlmə (metasomatik, poligen-metasomatik qranitəmələgəlmə , deqranitləşməyə bax), süxurların metamorfogen dəyişmə prosesində qranitəmələgəlmə süxurların ərimə prosesində qranitəmələgəlmə; 3) məhsulların məkanca paylanma xüsusiyyətinə görə – regional- sahəvi qranitəmələgəlmə, regional yarıqlar zonaları və ekzokontakt. Qranitəmələgəlmə hər bir genetik tipinin məhsulları müəyyən formasion-genetik sıraya uyğun gəlir. 2. Qranitəmələgəlmə simatik (bazaltoid) litogenez sırası aşağıdakı proseslərin: a) ilkin bazalt maqmasının fraksiyalar üzrə diferensasiyası, b) qranit tərkibli qədim süxurların bazalt tərkibli maqma tərəfindən assimilyasiyası, c) üst mantiya maddəsinin suyun iştirakı ilə fraksion əriməsi və ç) mantiyaya batan eklogitlərin fraksion əriməsinin təsiri nəticəsində əmələ gəlir.
Qranitləşmə
redaktəSüxurların (ərintinin) kimyəvi və mineral tərkibini dəyişdirərək qranit tərkibə və quruluşa uyğunlaşdıran prosess. Qranitləşmə ümumi xüsusiyyətləri: 1) Qranitləşmə məruz qalmış süxurlara kənardan silisiumun, qələvilərin (əsasən kalium və b.) gətirilməsi, o biri tərəfdən, Mg, Fe, Ca, və b. komponentlərin isə aşınıb çıxarılması; 2) qələvi elementlərin yüksək aktivliyi, suyun və karbon turşusunun fəal iştirakı, temperatur və təzyiqin aşağı enməsi ilə əlaqədar K nisbətən Na daha aktiv olması. Ərintinin iştirakından və rolundan asılı olaraq, qranitləşmə üç genetik tipə ayrılır: metasomatik, paligen-metasomatik və infiltrasion-anatektik. Geoloji ədəbiyyatda qranitləşmə prosesinin ümumi qəbul edilmiş izahı yoxdur. Sinonim: Bazifikasiya, Qranitəmələgəlmə, Qranitsizləşmə, Miqmatitləşmə, Silisium-qələvi matasomatozu.
İstinadlar
redaktə- ↑ 1 2 3 Streckeisen A. Classification and Nomenclature of Plutonic Rocks. Recommendations of the IUGS Subcommission on the Systematics of Igneous Rocks (ing.). // International Journal of Earth Sciences Springer Science+Business Media, 1974. ISSN 1437-3254; 1437-3262 doi:10.1007/BF01820841
- ↑ 1 2 https://www.epa.gov/radiation/granite-countertops-and-radiation (ing.). / United States Environmental Protection Agency
- ↑ "Dünya şəhərlərinin memarlığında qranit istifadə". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
redaktə- Qranit, BSE
- Qranitin yaranması haqqında Arxivləşdirilib 2007-06-28 at the Wayback Machine (ing.)