Fransa Prussiya Muharibesi - Wikipedia
Fransa–Prussiya müharibəsi (almanca: Deutsch-Französischer Krieg, fransızca: Guerre franco-allemande de 1870) — 19 iyul 1870 – 10 may 1871-ci illər arasında II Fransa imperiyası ilə Prussiya krallığı arasında edilən müharibə. Fransada daha çox 1870-ci il müharibəsi olaraq qeyd olunur.
Fransa-Prussiya müharibəsi | |||
---|---|---|---|
Tarix | 19 iyul 1870 – 10 may 1871 | ||
Yeri | Fransa və Prussiya | ||
Səbəbi | İspaniya taxtının xələfi uğrunda mübahisə | ||
Nəticəsi | Almaniyanın qələbəsi | ||
Ərazi dəyişikliyi | Bavariyanın, Badenin, Vürttenberqin, Cənubi Hessen-Darmştadtın Şimal İttifaqına birləşdirilməsi, Elzas-Lotaringiyanın Almaniya tərəfindən işgalı; II Fransa imperiyasının süqutu; Almaniya imperiyasının və III Fransa respublikasının yaranması. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİkinci Fransa imperiyası və Prussiya arasında olmuşdur. Prussiya üzvü olduğu Şimali Alman Konfederasiyası və cənubi alman dövlətləri olan Baden, Vürtemburq və Bavariya tərəfindən dəstəklənmişdir. Prussiya və alman ittifaqının mütləq zəfəri Prussiya kralı I Vilhelmin rəhbərliyi altında Almaniyanın birləşməsini təmin etdi. Bundan əlavə III Napoleonun devrilməsinə və III Respublikanın qurulmasına səbəb olaraq II Fransız imperiyasının süqutuna yol açdı. Barışığın bir hissəsi olaraq Elzas bölgəsi və Lotaringiya torpaqlarının bir qismi Prussiyaya verildi. Bu torpaqlar I Dünya müharibəsinin sonunda Versal müqaviləsi ilə Fransaya təkrar verilənə qədər Almaniyanın bir parçası olaraq qaldı.
İki dövlət arasındakı toqquşma pik nöqtəsinə II İzabelin 1868-ci ildə hakimiyyətdən devrilməsi zamanı Hohensollerlərin bir şahzadəsinin İspaniya taxtına namizəd olması ilə çatdı. Prussiya kralı və fransız səfiri arasındakı EMS teleqraf danışığı mümkün müharibəyə xalqin dəstəyini təmin etmək üçün hər iki tərəfdə də dəyişdirilərək dəfələrlə yayımlandırıldı. Fransa səfərbərlik elan edərək 19 iyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi, lakin digər alman dövlətləri sürətlə Prussiya tərəfinə keçdi.
Qısa müddət ərzində Prussiya və alman qüvvələrinin qismən dəmiryollarının daha yaxşı olması və Krupp poladından düzəldilmiş daha üstün topları sayəsində üstün olduğu bilindi. Dünyanın ən sıx dəmiryolu sıralamasında Prussiya IV idi. Fransa isə V idi. Prussiya və almanların Şərqi Fransada sürətlə sürətlə qazandığı zəfərlər silsiləsi III napoleonun bütün ordusu ilə ələ keçirildiyi Sedan döyüşündə sonlandırıldı. Müharibə sona çatmadan III Respublika 1870 4 iyulda Parisdə elan edildi. Bundan sonra fransız müqaviməti Milli Müdafiə hökuməti və daha sonra Adolf Tyer liderliyində davam etdi.
Alman orduları Şimali Fransada reallaşan və 5 ay davam edən döyüşlərdən sonra yeni yaradılmış Fransa ordusunu məğlub etdi. Uzun mühasirənin ardından Paris 28 yanvar 1871-ci ildə təslim oldu. Fransız isti hava balonlarını vurmaq üçün xüsusi istehsal edilmiş Krupp istehsalı silahların bu mühasirədə ilk dəfə istifadəsi diqqətə dəyərdir. Bu tarixdən 10 gün əvvəl isə Alman dövlətləri Prussiya kralı himayəsində birləşdiklərini elan etmişdilər, birləşən Almaniya bir ulus-dövlət olmuş, Alman imperiyası (II Reyx) qurulmuşdu. Tarixdəki üçüncü və sonuncu Frankfurt müqaviləsi Paris kommunası hələ yaşarkən 10 may 1871-ci ildə imzalandı.
Müharibənin səbəbləri
redaktəFransa-Prussiya müharibəsinin səbəbləri Napoleon müharibələrindən sonra yaranan Avropadakı yeni qüvvələr balansındadır. Fransa və Almaniya döyüşən tərəflər olmuş, Fransa məğlub tərəf olmuş və Napoleon Bonapart Müqəddəs Yelena adasına sürgün edilmişdi.[2] Almaniyada Prussiyanın artan təsiri Fransanın status və geopolitik üstünlük itkisinə səbəb olmuşdu. Baş nazirlikdən istefa verməyə məcbur edildikdən sonra Otto fon Bismark kitabında bunları belə qeyd edir:[3]
Mən birləşmiş Almaniya üçün əvvəlcə Fransa-Prussiya müharibəsinin lazım olduğunu bilirdim. |
İmperator III Napoleon və Baş nazir Emile Ollivierin daxili vəziyyətdəki sıxıntılardan qurtulmaq istəkləri də Prussiyaya yönəlik müharibə elanına köməklik etdi.[4]
Buna əlavə olaraq Otto fon Bismark I Vilhelm tərəfindən göndərilən teleqrafı dəyişdirərək müharibə elan etmək üçün fransızları təhrik etdi, Ems teleqrafı ictimaiyyətə bildirərkən kralın fransız elçiyə alçaldıcı davrandığı əks olundu. Altı gün sonra Fransa Prussiyaya müharibə elan etdi.[5]
Qarşıduran tərəflər
redaktəFransız ordusu bir qismi daha əvvəllər Krım müharibəsində, Əlcəzairdə, İtaliyadakı Fransa-Avstriya müharibələrində iştirak etmiş və Meksikada İkinci Meksika İmperiyasına dəstək üçün göndərilənlər daxil 400 min nizami qüvvədən ibarət idi. Piyadaları o zamanlar dünyanın ən müasir alovlu silahlarından biri olan arxadan doldurulan Chassepot tüfəngləri ilə silahlandırılmışdı.[6] Bir rezin kont halqası və kiçik mərmi ilə doldurulmuş Chassepotdan təxminən 1.500 metr məsafəyə qədər atəş açmaq olurdu. Topçular yivli, ağızdan dolmalı Lahitte "4-libre" ilə silahlandırılmışdı. Buna əlavə olaraq ordu mexanik tüfəngin ən inkişaf etmişlərindən olan bir silaha sahib idi — Mitralyoz. Bu silah topçu arabalarına əlavə edilərək daşınır və toplara bənzər şəkildə batareyalar formasında qruplandırılırdı. Ordunun rəhbərliyində III Napoleon ilə marşal Fransisk Axille Bazain, marşal Patris de Mak-Mahon və marşal Yules Trochu var idi. Prussiya ordusu davamlı olmayan ama təlim görmüş əsgərlərdən ibarət idi. Əsgərlik yaşına çatmış hər bir kişi üçün əsgərlik məcburi idi, bunun sayəsində müharibə zamanı Prussiya ilə Şimali Almaniyadakı müttəfiqləri 1,2 milyon əsgər toplamağa qadir idilər.[7] Mövcud əsgər çoxluğu düşməni mühasirəyə alma və darmadağın etmə avantajını almanlar üçün təmin etdi. Ordu hələ də istehsalı 25 illik olan Köniqqratz müharibəsi ilə şöhrət qazanmış iynə tətikli Dreyse tüfənglərindən istifadə edirdi. İynə atəşləmə sistemi əskikliklərini artıqlaması ilə ödəyən, polad, arxadan yükləməli 6 kalibrlik Krupplar Prussiya topçularının əmrinə verilmişdi.[7]
Qabığa təmasla partladılan toplar və partlayıcılarla atəşlənən Krupp topu 4,500 metr mənzilə və fransızların lülədən yükləməli toplarına görə yüksək atəş gücünə sahib idi. Prussiya ordusuna ferd-marşal Helmuth fon Moltke və Prussiya Baş Qərərgah rəisi tərəfindən komandanlıq edilirdi. Prussiya ordusu vəzifəsi əməliyyat hərəkatını idarə etmək, logistik əlaqəni tənzimləmək və ümumi müharibə strategiyasını müəyyən etmək olan Baş Qərərgah ilə Avropada tayı-bərabəri olmayan idi.[6] Praktikada digər ordulardan fərqli olaraq qitə komandanı Prussiya ordusunda çox daha mühüm fiqur idi, çünki üst vəzifəli şəxsə etiraz haqqı var idi. Bu səbəblə, məsələn, vəliəhd şahzadə atası olan kralın etirazlarından çəinərək general Leonhard Qraf fon Blumenthalın təkliflərinə qarşı çıxa bilməmişdir.[4]
Fransızlar güclü orduya sahib olduğundan, Prussiya və digər alman dövlətlərinin ordu ehtiyatlarını səfərbər edə bilmələri həftələr alacağından, sayı və təcrübə üstünlüyü olan fransız əsgərləri bu avantajlarını qoruyurdu. Chassepot tüfənglərindən istifadə edən fransız ordusu səngər döyüşünü üstün tutaraq, müdafiəyə meyilli strategiya tədbiq edərkən, almanlar taktikalarını hücuma meyilli mühasirə döyüşünü mümkün edən topçularına əsaslandırdı.[4]
Hərbi hərəkatın xülasəsi
redaktəAlman səfərbərliyi fransızların qarışıqlıq və gecikmələr içindəki vəziyyətinə tamam əks idi. Bir çox fransız birlikləri gec və ya kifayət qədər olmayan sursat ilə cəbhəyə çatarkən, Almaniya 14 iyulda başlayan səfərbərlik işləri ilə 18 gün içində irəli bölgəyə 380,000 əsgər daşımağı bacardı. Qarşı-qarşıya gələn alman və fransız orduları sağ və sol qanadlar olaraq qruplandırıldı.[2] 6 avqust 1870-ci il tarixində Vörth döyüşündə mövqeyini itirincə fransız sağ qanaq komandanı marşal Patris de Mak-Maqon qərbə doğru geri çəkildi. Eyni gün 64 km şimal-qərbdə olan fransız sol qanad komandanı marşal Axille Bazain Saarbrükke yaxınlarından Metz qalasının qərbinə atıldı.[5] Fransız ordusunun daha çox gerilərə çəkilməsi 16 və 18 avqustda reallaşan iki toqquşma ilə (sıra ilə Mars-la-Tour və Grevelotte döyüşləri) alman sağ qanadı tərəfindən əngəlləndi, nəticədə imperator 29 oktyabrda ac qalan ordusunu təslim etmək məcburiyyətində qalana qədər Metz müdafiə xəttinin arxasına sığınmağa məcbur qaldı.[4]
MakMahon tərəfindən komandanlıq edilən və Napoleonun da olduğu fransız sağ qanadı Bazaini qurtarmaq üçün hərəkata keçdi, amma 31 avqustda Sedan döyüşündə almanlar tərəfindən tələyə düşürülərək mühasirəyə alındı. Dairə formasında mühasirəyə alınan III Napoleon və Makmahon əmrindəki 83.000 fransız əsgəri ilə 2 sentyabrda təslim oldular. Bu təslimiyyət hələ Metzdə olan Bazainin müharibənin sonunu müəyyən edən həyati qərarı verməsinə səbəb oldu. Fransız müqavimətini davam etdirən, milli müdafiənin yeni rəhbərliyi imperatorun taxtını itirdiyini və III Respublikanın qurulduğunu 4 sentyabr 1870-ci ildə elan etdi. 19 sentyabrda almanlar Parisi mühasirəyə aldı. Yeni hökumətin Xarici İşlər naziri Yules Favre Bismark ilə görüşü almanların Elzas və Lotaringiyanı istəməsi ilədayandırıldı. Müvəqqəti hökumətin məşhur şəxslərindən Leon Qambetta balon vasitəsilə Parisdən qaçaraq, yeni fransız ordusunun təşkilinə başladı. Bu cəhd alman ordularını məğlub etməyə bəs etmədi. Bazain 27 oktyabrda dağılmamış 140.000 əsgəri ilə Metzdə təslim oldu, Paris isə 28 yanvar 1871-ci il tarixində təslim oldu.[8]
Fransız ordusunun hücumu
redaktə8 iyulda 1870-ci ildə III Napoleon güclü və davam edən səfərbərliklə böyüməsi gözlənilən yeni adı ilə Resn Ordusunu komandanlığına aldı. Marşal MakMahon Vissemburq yaxınlığında 4 piyada tümənindən ibarət I Ordu korpusunu komandanlığına keçdi. Marşal Fransisk Kankorbert ehtiyat olaraq Belçikadan gələn Prussiyalılara qarşı döyüşməyə görə VI Ordu korpusunu Şimali Fransadakı Kalons-sur-Marneyə gətirdi.
Müharibənin başlanması
redaktəHər iki tərəf çoxdan müharibəyə hazırlaşırdı. Fransa-Prussiya müharibəsi 1870-ci il iyul ayının 19-da başlandı.Napoleon hökuməti həm də qalib gələcəyi təqdirdə öz mövqelərini möhkəmləndirmək ümidində idi. Müharibəyə alman dövlətləri daha yaxşı hazırlaşmışdılar. Müharibəni Fransanın elan etməsi isə alman xalqında milli hisslərin güclənməsinə təkan vermişdi. Müharibənin ilk günündən fransız ordusunda vahid komandanlığın yaradılmaması bəlli oldu. Orduda özbaşınalıq baş alıb gedirdi. Hərbi birləşmələr komplektləşdirilməmişdi. Təchizatda təminat aşağı səviyyədə idi. Bu amillər Prussiya üçün üstünlük yaradırdı. İlk döyüşlərdən alman orduları təşəbbüsü ələ aldılar. Mets qalasına sığınan fransızlar Prussiya ordusu tərəfindən mühasirəyə alındı. III Napoleon başda olmaqla mühasirəyə alınanlara köməyə gedən qüvvələr Sedan ətrafında çökəklik bir yerdə dincəlmək istəyərkən, Prussiya komandanlığı düşmənin buraxdığı bu səhvindən istifadə etdi və Sedan ətrafında hündür yerləri tutaraq fransızları mühasirəyə aldı. Fransız əsgərləri artilleriya atəşi altında mərdliklə vuruşsalar da, mühasirədən çıxa bilmədilər.III Napoleon 1870-ci il sentyabr ayının 2-də təslim olmağı əmr etdi. Fransız ordusu, imperator başda olmaqla, 82 min nəfər əsgər və zabit ilə birlikdə almanlara təslim oldu.
Fransanın biabırçılıqla məğlub olması Paris əhalisini küçələrə çıxartdı. 1870-ci sentyabr ayının 4-də xalq kütlələri imperator III Napoleonun taxtdan uzaqlaşdırılmasına nail oldular. Əhalinin tələbi ilə Fransa respublika elan edildi. İkinci imperiyaya son qoyuldu. Xalqa demokratik azadlıqlar verildi. Burjua siyasi xadimləri təşəbbüsü ələ alaraq müvəqqəti hökumət təşkil etdilər. Müvəqqəti hökumət yaranmış vəziyyətdə "Milli Müdafiə Hökuməti" qurulduğunu elan etdi, lakin Milli müdafiə hökuməti sərəncamında xeyli hərbi qüvvənin və vətənpərvər könüllülərin olmasına baxmayaraq, alman ordusuna qarşı müqaviməti təşkil edə bilmədi. Bundan istifadə edən alman qoşunları Fransanın içərisinə irəliləyərək Parisi mühasirəyə aldılar. Müvəqqəti hökumətin milli müdafiə haqqında deyil, Bismarkla danışıqlar aparması xəbərini eşidən inqilabi vətənpərvər qüvvələr "sayıqlıq komitələri" qurur və hökuməti devirmək planları hazırlayırdılar. Bir neçə ay davam edən mühasirədən sonra almanlar Parisi ələ keçirdilər. 1871-ci il yanvar ayının 18-də Versal sarayında alman dövlətləri birləşmiş Almaniya imperiyasının qurulduğunu elan etdilər. I Vilhelm imperiyanı təmsil edirdi. Fevral ayında Almaniya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Nəticədə Almaniya Elzas və Lotaringiya vilayətlərini Fransadan aldı. Fransa 5 milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər Fransanın xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Michael Clodfelter: Warfare and armed conflicts: a statistical reference to casualty and other figures, 1500—2000. Mc Farland, Jefferson NC, 2002, ISBN 0-7864-1204-6, p. 210.
- ↑ 1 2 Britannica: Franco-German War
- ↑ von Bismarck, 1899. səh. 58
- ↑ 1 2 3 4 Howard, 1991
- ↑ 1 2 Milza, Pierre, "L'année terrible, s. 57–59
- ↑ 1 2 Wawro, 2002
- ↑ 1 2 McElwee, 1974
- ↑ Von Poschinger, Heinrich, Conversations With Prince Bismarck, Harper and Brothers, London, 1900