Amerika Konfederativ Statlari - Wikipedia
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861–1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır.
Tanınmamış dövlət | |||||
Amerika Konfederativ Ştatları | |||||
---|---|---|---|---|---|
Confederate States of America | |||||
|
|||||
«lat. Deo Vindice (Tanrı bizim qoruyucumuz)» |
|||||
Himn: (rəsmi olmayıb) "God Save the South" (qeyri-rəsmi) "The Bonnie Blue Flag" (məşhur) "Dixie" (ənənəvi) |
|||||
|
|||||
Paytaxt |
Montqomeri, Alabama (4 fevral 1861 — 29 may 1861) Riçmond, Virciniya (29 may 1861 — 3 aprel 1865) Danvil, Virciniya (3 aprel 1865 — 10 aprel 1865) |
||||
Dilləri | ingilis dili | ||||
Rəsmi dilləri | İngilis | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Konfederasiya | ||||
Dövlət başçıları | |||||
Prezident | |||||
• | Cefferson Devis (1861—1865) | ||||
Vitse-prezident | |||||
• | Aleksandr Stivens (1861—1865) | ||||
Tarixi | |||||
• 8 fevral 1861 | Konfederasiyanın yaranması | ||||
• 12 aprel 1861 | Vətəndaş müharibəsinin başlanması | ||||
• 9 aprel 1865 | Hərbi məğlubiyyət | ||||
• 5 may 1865 | Konfederasiyanın ləğvi | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYaranması
redaktəAmerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi.
AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi.
12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi. İki nəfərin həlak olduğu bu döyüş vətəndaş müharibəsinin əsasını qoydu.
Bu hadisədən sonra Linkoln İttifaqın tərkibində qalan ştatlara müraciət edərək Samter və cənubdakı digər fortlar üzərində nəzarətin bərpa olunması, federal paytaxtın müdafiəsi və İttifaqın qorunması üçün əsgər göndərmələrini istədi. Bu müraciətə cavab olaraq daha dörd ştat (Virciniya, Arkanzas, Tennesi və Şimali Karolina) ABŞ-nin tərkibindən çıxaraq Konfederasiyaya qoşulduqlarını elan etdilər. Kentukki və Missuri ştatlarında isə ikihakimiyyətlilik bərqərar oldu. Onlardan biri ABŞ-ni, digəri isə Konfederasiyanı dəstəkləyirdi. Bu səbəbdən Konfederasiyanın tərkibinə 13 ştatın qatıldığını demək olar. Lakin, quldarlıq tərəfdarı olan bütün ştatlar Konfederasiyanın tərkibinə qatıla bilmədilər. Belə ki, Merilendin ərazisində hərbi vəziyyət elan edildi və ABŞ-nin tərkibindən çıxmasına izin verilmədi, Delaver ştatı isə bitərəf mövqe tutaraq, nə İttifaqı, nə də Konfederasiyanı dəstəkləmədi.
Ştat statusuna malik olmayan ərazilərdən Arizona və Nyu-Meksiko AKŞ-nin tərkibinə qatılmaq üçün müraciət etdilər. Həmçinin, 5 "mədəni" qəbilənin — çeroki, çokto, çikaso, krik və seminolların məskunlaşdığı Hindi ərazisi də Konfederasiyanı dəstəkləyirdi.
Ləğv olunması
redaktəDörd il davam edən müqavimətdən sonra Şimali Virciniya qoşunlarının və Konfederasiya ordusunun baş komandanı Robert Li 9 aprel 1865-ci ildə Virciniyanın Appomattoks qəsəbəsində İttifaq qoşunlarının komandanı Uliss Qrant qarşısında kapitulasiya aktını imzaladı.
Aprelin 3-də AKŞ hökuməti Riçmondu tərk edərək Danvil şəhərciyinə köçmüşdü. Lakin aprelin 10-da hökumət üzvləri buranı da tərk etməyə məcbur oldular. Faktiki olaraq həmin gün Amerika Konfederativ Ştatlarının mövcudluğuna son qoyuldu. Cefferson Devisin nazirlər kabinetinin 2 may 1865-ci il tarixli son iclası isə sesessiya tərəfdarlarının 1860-cı ildə ilk dəfə toplaşdığı Ebbivil şəhərciyində (Cənubi Karolina) keçirildi. Mayın 10-da Cefferson Devis həbs edilərək bir il həbsxanada saxlandı. Daha sonra dövlətə xəyanətdə ittiham olunsa da günahı sübuta yetirilmədi.
Aprel-iyun aylarında Konfederasiyanın tərkibinə daxil olan digər ştatların orduları da təslim oldular. Ən son 6 noyabr 1865-ci ildə "Şenandoa" gəmisi ("Shenandoah") Konfederasiyanın bayrağını endirdi.
Sosial-iqtisadi vəziyyəti
redaktəHökuməti və dövlət rəmzləri
redaktəKonfederasiyada icraedici hakimiyyətə altı illik seçilən prezident rəhbərlik edirdi. AKŞ-nin ilk və yeganə prezidenti Missisipili siyasətçi Cefferson Devis, vitse-prezident isə Aleksandr Stivens olmuşdur.
Konfederasiyanın paytaxtı əvvəlcə Alabama ştatının Montqomeri şəhəri (4 fevral 1861 – 29 may 1861), Virciniyanın Konfederasiyanın tərkibinə qatılmasından sonra Riçmond (29 may 1861 – 3 aprel 1865), müharibənin son günlərində isə həmin ştatın Danvil şəhəri (3 aprel 1865 – 10 aprel 1865) olmuşdur.
Bayraqları
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Amerika Konfederativ Ştatlarının Konstitusiyası Arxivləşdirilib 2010-06-21 at the Wayback Machine və XIX əsr Şimali Amerika tarixinə dair digər məlumatlar (rus.) (ing.)
- Confederate States of Am. Army and Navy Uniforms Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine (ing.), 1861
- The Countryman, 1862–1866 Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine, müharibə dövründə Corciya ştatında dərc olunan həftəlik qəzet
- The Federal and the Confederate Constitution Compared Arxivləşdirilib 2009-01-11 at the Wayback Machine (ing.)
- The Making of the Confederate Constitution, by A. L. Hull Arxivləşdirilib 2009-01-12 at the Wayback Machine, 1905. (ing.)
- Official Journal of the House of Representatives of the State of Louisiana Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine, November, 1861
- Photographic History of the Civil War, 10 vols., 1912. Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine (ing.)
- Photographs of the original Confederate Constitution and other Civil War documents owned by the Hargrett Rare Book and Manuscript Library at the University of Georgia Libraries. (ing.)
- DocSouth: Documenting the American South (ing.) — Cənubun müharibə dövründəki tarixinə dair böyük yazılı, illüstrativ və audio materiallar kolleksiyası.
- Confederate States of America: Heads of State: 1861–1865 Arxivləşdirilib 2005-08-31 at the Wayback Machine (ing.)
- Confederate offices Index of Politicians by Office Held or Sought (ing.)
- Confederate Currency (ing.)
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |