Quldarliq - Wikipedia
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi.
Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı.
Qul əməyi
redaktəQul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir. Bəzi hallarda xidmətçi də kölə mənasını verərdi. Qadın kölələrə cariyə deyilir. Qədim zamanlardan bəri döyüşdə əsir düşənlər , ağır cinayət işləyənlər , borcunu ödəyə bilməyənlər, quldurlar tərəfindən qaçırılanlar qul qəbul edilir və qul bazarlarında satılırdı . Kişi qulların uşaqları da qul olardi. Nökərlərin ağalarından oğulları Yahudi və Ərəb cəmiyyətləri kimi bəzi cəmiyyətlərdə kölə qəbul edilməmişlər . Əkinçilik və ticarətlə məşğul olan bütün cəmiyyətlərdə köləliyin müxtəlif şəkillərinə rast gəlinməkdədir. Mesopotamiyada , qədim Misirdə Yunanıstanda, Romada , İslam əvvəli İran , Orta Asiya və Anadoluda yaşayan qövmlərə qul son dərəcə təbii ictimai bir fakt olaraq qəbul edilərdi.
Qul əməyinin ləğv edilməsi
redaktəİlk qanunlar İngiltərədə və ABŞ-də 19-cu əsrin ilk rübündə , 1807-ci ildə çıxarılmış , daha sonra digər Avropa dövlətləri onları izləmişdi. Avropada İngiltərədən sonra köləliyi ilk ləğv edən Osmanlıdır . Osmanlıda qul əməyi Sultan Abdülməcid dövründə 1847-ci ildə bir fərmanla qadağan edilmişdir. 1926-cı ildə Millətlər Cəmiyyəti bütün dünyada qul əməyini qadağan etmiş, daha sonra Birləşmiş Millətlər də bu hökmü qeyid etmişdir.
Qərb cəmiyyətlərində qul
redaktəQul əməyi Orta Əsrlərin bitiminə qədər Qərb cəmiyyətinin iqtisadi və ictimai baxımdan ayrılmaz bir hissəsi olmuşdur. Qərb dünyasında feodalizmin tarix səhnəsindən çəkilərək yerini burjua iqtisadi sisteminə buraxmağa başladığı ana qədər qul əməyi əmək səmərəsinin aşağı və texniki imkanların son dərəcə məhdud olması səbəbiylə ən əhəmiyyətli istehsal vasitəsi olmuşdur. Son dərəcə ağır şərtləri sahib olan qul həyatında ancaq 19-cu əsrin sonlarından etibarən bir miqdar düzəlmə meydana gəlmişdir.
İslamda qul əməyindən istifadə
redaktəİslamiyyətdən əvvəl də Ərəb Yarımadasında əsrlərdir mövcud olan qul sisteminin şəkli İslamiyyətin var olması ilə daha çox hərbi və dini bir ölçü qazanmışdır. Quran kölələrin haqq və hüququ ilə əlaqədar bir çox xüsusu açıqlığa qovuşdurub qəti hökmlərə bağlamışdır. İslamiyyət köləliyi qadağan etməmişdir. Bununla birlikdə kölə əldə etməyi çətinləşdirmiş və kölələrin azad edilməsini təşviq etmişdir. Məsələn səhvliklə bir müsəlmanı öldürən kimsənin müsəlman bir kölə azad etməsi əmr edilmişdir. Yalan yerə and içənlərə 10 yoxsulu yedirtmək və geyindirmək, yaxud da bir kölə azad etmək əmr edilmişdir. Buna gücü çatmayan isə 3 gün oruc tutması lazımlıdır . Ayrıca Məhəmməd bir hədisində belə demişdir: "Kim köləsini döyür , onun cəzası köləsini azad etməklə yerinə yetirilir " . Ayrıca Sahibindən uşağı olan bir kölə , sahibinin ölümü ilə azad vəziyyətə gəlir. İslama görə bir müsəlman sonsuz sayıda nökərə, digər bir deyişlə qadın kölələrə sahib ola bilər və Müsəlman bir kişinin bu cariyələrlə əlaqələri halal sayılar . Məsələn bir nökərin fahişəlik etməsi halında cəza olaraq nökərlərin , azad qadınlara tətbiq olunan cəzaların yarısı tətbiq olunur. İslam hüququna görə bir kölə və ya kəniz , ağasına müəyyən bir azadlıq əvəzi ödəmək şərtiylə azad qala bilər. Kölə və ya nökərin ağasına ödəniş ödəməsi ilə azad qalmasına mükatebe deyilir və Quran-ı Kərimdə Nur surəsinin 33-cü ayəsində bu xüsus qismən detaylandırılmıştır . İslamla birlikdə borc və ya zərurət səbəbiylə birini kölələşdirmək ortadan qalxmış , qul əldə etmə üsulları yalnız döyüşə indirgenmiştir .
Qula çevrilmə prosesi
redaktəQədim zamanlardan başlayaraq, müharibədə əsir düşən əsirlər, ağır cinayət törədənlər, borclu olduğu şəxsə borcunu ödəyə bilməyənlər və Dəniz quldurluğuu ilə məşğul olan şəxslər qula çevrilirdilər. Kişi qullara üstünlük verirlirdi. Onların övladarıda qul hesab edilir və heç bir hüquqa malik deyildilər. Lakin qadın qulların övladları bəzi ölkələrdə qul sayılmırdı. Bəzi xalqlarda dini baxımdan qul anlayışı qadağan edilirdi. Ərəb xilafətində isanların qullara Qədim Yunanıstanda olduğu kimi qəddar münasibət göstərmək qadağan edilmişdir. Qədim Yunanıstanda qullardan bir çox sahələrdə istifadə edilirdi. Mülkədarlar öz təsərrüfatlarına yeni-yeni qullar əlavə etmək üçün borç daşından istifadə edirdilər. Borç daşı mülkədar tərəfindən kəndlinin torpaq sahəsinə qoyulurdu. Orada mülkədarın kəndliyə nə qədər borç verdiyi və borçun hansı müddətə qaytarılması haqqında məlumatlar göstərilirdi. Kəndlilər quraqlıq aylarında mülkədarların borçlarını ödəyə bilmir və bununla da qula çevrilirdilər. Yunan-İran müharibələri zamanı yunanlar çoxlu sayda düşməni sağ formada tutmuşdular. Tarixi məbələrdə həmin əsirlərin az bir qisminin öldürüldüyü qeyd edilirdi. Əsirlər əsasən Yunanıstanda binaların tikilməsi işlərinə cəlb edilir və ya xarici dövlətlərə satılırdı. Tarixi mənbələrdə Qədim Yunanıstanda yerləşən qul bazarları haqqında məlumat verilir. Ən böyük qul bazarlarından biri Xios adasında yerləşird. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında, ev qulluqçuluğunda istifadə olunurdu. Quldarlar qulları İnsan ayaqlı adlandırırdılar.
İstinadlar
redaktəMənbə
redaktə- Böyük Larousse Eksiklopediyası. 14-cü cild.(Koru-Lord)