Mesopotamiya - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mesopotamiya (qədim yun. Μεσοποταμία – "İkiçayarası") — Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri. Mesopotamiya sivilizasiyanın beşiyi hesab olunur. Çağdaş zamanda bu mədəniyyətin yerləşdiyi ərazi də Mesopotamiya olaraq adlanır.
Qədim şərq ölkələri Afrikanın şimal-şərqindən Asiyanın böyük bir hissəsinə qədər uzanan geniş coğrafi ərazini əhatə edirdi. Ən qədim şərq dövlətləri Misirdə, Aralıq dənizinin şərqində, Kiçik Asiya, İkiçayarası (Mesopotamiya), İran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi.
Tarixi
redaktəƏn qədim zamanlarda Mesopotamiya ərazisində bir neçə dövlətlər olmuşdur. Onların tarixləri ayrıca məqalələrdə verilmişdir:
Dini
redaktə- Ətraflı bax: Qədim Mesopotamiya dini
Qədim Mesopotamiya əhalisi
redaktəMesopotamiyanın şimalında e.ə. 31 minilliyin birinci yarısından başlayaraq, sami mənşəli tayfalar yaşamışdırlar. Onlar müxtəlif ləhçələrdə danışırdılar. Ən yayılmış ləhçələr: akkad, babil, assur ləhçələri olmuşdur.
Mesopotamiyanın cənubunda isə şumer məskunlaşmışdırlar. Onların mənşıyi sami deyil idi. Ancaq sonra, samilər cənuba doğru hərəkət etməyə başladılar. Tədricən akkad dili şumer dilini bütün sahələrdən sıxışdırıb çıxarmış və e.ə. II minilliyin əvvəlində bu dil artıq ölü dil olmuşdur. Ancaq bu dildə bəzi müqəddəs mətnlər yazılırdı. Sami akkadlar şumerlərin zəngin mədəniyyətlərinin varisləri olmuşdurlar. Şumerlərin bir qismi samilərin arasında ərimiş, digər qismi isə Mesopotamiyanı tərk etmişdir.
Eyni zamanda, e.ə. 31 minillikdə Mesopotamiyaya Suriyanın çöllərindən amurilər adlanan sami tayfaları da köçürdülər. Onlar özlərini "suti" (köçərilər) adlandırırdılar. Onlar çeşidli ləhcələrdə danışırdılar. III minilliyin sonu və II minilliyin birinci yarısında amurilər Mesopotamiyada bir neçə dövlət yarada bilmişdirlər.
Qədim zamanlarda Mesopotamiyanın şimalında hurri tayfaları da yaşayırdılar. Orada onlar Mitanni dövlətini yaratmışdılar. Şumerlər və akkadlar bu dövləti Subaru adlandırırdılar. Onların milli mənsubiyyətinə dair müxtəlif fərziyyələr vardır. Bəzi alimlər onların şimali Qafqaz xalqları ilə (vaynahlarla — çeçen və inquşların əcdadları ilə) əlaqəsi olduğunu iddia edirlər. Onlara yaxın olan kuti tayfaları da bu ərazilərdə e.ə. 31 minillikdən başlayaraq yaşamışdırlar və e.ə. XXIII-cü əsrdə bütün Mesopotamiyanı istila etmişdirlər. Ancaq e.ə. XXII-ci əsrdə qeriyə çəkilməyə məcbur oldular.
Mesopotamiya ərazisinə tez-tez hücumlar edən tayfalardan biri də kassilər olmuşdur (akkadca kaşşu). Onlar İranın qərbində dağlıq ərazilərdə yaşamışdırlar. E.ə. XVI yüzillikdə kassilər Babil çarlığını məğlub edərək, onu idarə etmişdirlər.
E.ə. 31-ci minilliyin ikinci yarısında Ərəbistan yarımadasının şimalından Suriyaya və şimali Mesopotamiyaya daha bir sami tayfaları – aramilər köç etməyə başlamışdırlar. Aramilərə mənşə və dil baxımından yaxın olan kəldanilər (rus ədəbiyyatında "xaldey"'lər) isə e.ə. IX-cu əsrdən başlayaraq cənubi Mesopotamiyaya basqınlar təşkil edirdilər. Aramilər və kəldanilər bu ərazilərdə bir neçə kiçik dövlətlər yarada bilmişdilər.
Aramilər e.ə. 31-ci minilliyin əvvəlinə qədər burada hurrilərlə amurilərin çoxusunu öz aralarında əridib, digərlərini isə sıxışdırıb çıxara bilmişdirlər. Bundan sonra Suriya və Mesopotamiyanın şimalında arami dili və yazısı geniş yayılmağa başlamışdı. E.ə. VI əsrdən başlayaraq babillilər də tədricən arami və kəldanilərlə qarışmış, akkad dili isə arami dili ilə əvəz olunmuşdur.
Bundan başqa, Assuriya və Babil çarlıqları dövründə Mesopotamiyaya çeşidli xalqlar köçürülürdü. Bu proses reqionun etnik mənzərəsini daha da zənginləşdirirdi. Yuxarıda adı çəkilən xalqların (xüsusi ilə sami xalqlarının) dini və mədəniyyəti əksər hallarda şumer və akkadlardan alınmışdı və onları təkrarlayırdı.
İstisna hallarda onların bəzi milli tanrıları şumer-akkad tanrılarına əlavə edilirdi. Məsələn, elamlılar baş tanrı İnşuşinaq’dan başqa digər milli tanrılarını Mesopotamiya tanrılarının adları ilə çağırırdılar: İştar, İnanna, Sin, Şamaş və s.
Hurrilərin dini baxışlarında bəzi özünəməxsus məqamları olmuşdur. Onların tanrıları bir çox hallarda Şumer-akkad tanrılarından fərqli olmuşdur: hər vilayətin (Anadolunun, Mitanninin) öz tanrıları var idi. Lakin baş tanrı Teşub (şimşək tanrısı), onun zövcəsi Hebat və bir neçə başqa tanrılar: Qumarbi, Aştabi, Nubidit və s., hamı tərəfindən tanınırdı. Hurrilərin kosmoqonik və teoqonik əsatirləri Mesopotamiya əsatirlərinə bənzər olmuşdur. Bundan başqa hurrilər dünyanı üç təbəqəyə bölürdülər: göy, yer və yeraltı dünya. Göydə gənc tanrılar yaşayırlar, yerdə və yeraltı dünyada qədim tanrılar.
Mədəniyyət və inkişafı
redaktəQədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsini keçmişdir. İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə məhz Qədim Şərqdə baş vermişdir. İlk dəfə Qədim Şərqdə quldarlığın ilkin nümunələri meydana gəlmişdir. "Tarix Şumerdən başlanır" əsərinin müəllifi S, N. Kramer kitabının ayrı-ayrı fəsil və bölmələrini "İlk məktəblər", "İlk tarixçi", "İlk əxlaq ideaları", "İlk kitabxana kataloqu" və s. adlandırmaqla, hər şeyin çıxış nöqtəsi — tarixin başlanğıcı Şərq olduğunu qeyd edir.
Qədim Şərqdə mədəniyyətin inkişafı müxtəlif sahələrdə istiqamət tapmışdır. Əfsanəvi nağıllar janrı, tarixi-əfsanəvi ədəbiyyat nümunələri, təsviri incəsənət, dini dünyagörüşü, elmi istiqamətlər qədim şərq xalqlarının fəaliyyətinin və yaradıcılığının bəhrəsi olmuşdur.
İkiçayarası (Mesopotamiya) ən qədim mədəniyyət ocaqlarından biri hesab edilir. E.ə. V minilliyin sonu — IV minillikdə İkiçayarasında Übeyd (bəzi mənbələrdə əı-Obeyd), Uruk mədəniyyətləri təşəkkül tapmışdır. İkiçayarası münbit və məhsuldar torpaqlara malik idi. Dəclə və Fərat çaylarının arasında yerləşən bu ərazidə qədim cəmiyyət və onun yüksək mədəniyyəti yaranmışdı. E.ə. III minilliyin sonlarında iqtisadiyyat və mədəniyyət mərkəzləri hesab olunan Akkad, Laqaş, Ur, Kiş, Babil kimi şəhərlər meydana gəlmişdi.
1922–1934-cü illərdə arxeoloq Leonard Villinn başçılığı altında ingilis və Amerika ekspedisiyasi tərəfindən Uruk şəhərində aparılan qazıntılar zamanı məbəd sahəsindən qədim piktoqrafik (şəkli yazı) yazılar aşkar edilmışdir. Gil kitabələr üzərində döyülmüş yazılar məbəd təsərrüfatının fəaliyyətini əks etdirirdi. Zaman keçdikcə şumerlər mixi yazı növünü də icad etdilər. "Hammurapi qanunları", "Gilqamış haqqında dastan" (və ya "Bilqamus haqqında dastan"), "Ağa ilə qulun söhbəti", "Müdrik Axikar haqqında" hekayələr Şumer Akkad və Babil mədəniyyətinin bariz nümunələridir.
Təsərrüfat sahəsində görülən işlər riyazi, həndəsi və astronomiya biliklərinin inkişafına səbəb olmuşdu.
İkiçayarasında bağçılıq təsərrüfat sahəsinin inkişfına diqqət verilirdi. Burada müxtəlif meyvə ağacları becərilirdi. Demək olar ki, xurma ağacı hər bir təsərrüfatda əkilirdi. Bu ağac 50–70 il ərzində aramsız məhsul verirdi. Qədim İkiçayarası əhalisinin dini təsəvvüründə xurma ağacı müqəddəs "həyat ağacı" hesab edilirdi. Hələ qədim dövrdə xurmadan 360 cürə məzə hazırlayırdılar.
Xurma şirəsindən bal və sirkə düzəldirdilər. Xürma dənəsi odun əvəzi yandırılırdı, onun suda islanmışı ısə mal-qaraya yem kimi verilirdi. Xurma ağacından inşaatda istifadə edirdilər. Əncir ağacının becərilməsi geniş yayılmışdır. Babilistanda alma, nar və tut ağacları məlum idi. Əhali üzümçülük ilə də məşğul olurdu. Qədimdə əhali soğan, sarımsaq, xiyar, müxtəlif göyərtilər və s. ilə artıq tanış idi. Hamurapi qanunlarında bağçaçılıq ilə əlaqədar müəyyən maddələr nəzərdə tutulmuşdur. Bağça ağaclarının məhv edilməsi cərimə ilə nəticələnirdi.
Maldarlıq Babilistan təsərrüfatının mühüm sahəsini təşkil edirdi. İri və xırda buynuzlu malqara ət, süd, yun, dəri, piy verirdi. İri mal-qara eyni zamanda çöl işlərində istifadə olunurdu. Onu arabaya qoşurdular, yerin şumlanmasında, taxılın döyülməsində istifadə edirdilər.
Şumerlər kənd təsərrüfatını əks etdirən "Əkinçi təqvimi" və "bağçılıq kitabları" əsərləri yaratmışlar. Burada əkin, suvarma və biçinin başlanması, taxılın döyülməsi vaxtı, bağ-bağçanın necə becərilməsi, suvarma kanallarının təmiz saxlanması və s. haqında məlumat verilirdi. Babil, Aşur şəhərlərində məşhur "asma bağlar", heyvanxanalar yaradılmişdır. Burada qəribə, qeyri-adi (ekzotik) bitkilər və heyvanlar saxlanılırdı. İkiçayarasında heyvan, bitki və mineralların təsnifi siyahısı tərtib olunmuşdu.
İkiçayarası əhalisi günəş və su saatlarından istifadə edirdilər. İlk təqvim Babillər tərəfindən icad edilmişdir. İkiçayarasında təhsilin başlıca ocağı məktəb idi. Şumer məktəbi edubba "kitabələr evi" adlanırdı, məktəbə "kitabələr evinin atası" adlanan şəxs başçılıq edirdi. Şumer məktəbində nizam-intizam sərt idi, təlimdə çubuq sistemi tətbiq olunurdu.
Memarlıq
redaktəQədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil- kərpic memarlığı təkminləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər.[1]
İstinadlar
redaktə- ↑ Yusif Yusifov.Qədim Şərq tarixi. Bakı-2007.s. 161.
Ədəbiyyat
redaktə- Atlas de la Mésopotamie et du Proche-Orient ancien, Brepols, 1996 ISBN|2503500463.
- Benoit, Agnès; 2003. Art et archéologie : les civilisations du Proche-Orient ancien, Manuels de l'Ecole du Louvre.
- Jean Bottéro; 1987.Mésopotamie. L'écriture, la raison et les dieux, Gallimard, coll. " Folio Histoire ", ISBN|2070403084.
- Jean Bottéro; 1992. Mesopotamia: writing, reasoning and the gods. Trans. by Zainab Bahrani and Marc Van de Mieroop, University of Chicago Press: Chicago.
- Edzard, Dietz Otto; 2004. Geschichte Mesopotamiens. Von den Sumerern bis zu Alexander dem Großen, München, ISBN 3-406-51664-5
- Hrouda, Barthel and Rene Pfeilschifter; 2005. Mesopotamien. Die antiken Kulturen zwischen Euphrat und Tigris. München 2005 (4. Aufl.), ISBN 3-406-46530-7
- Joannès, Francis; 2001. Dictionnaire de la civilisation mésopotamienne, Robert Laffont.
- Korn, Wolfgang; 2004. Mesopotamien – Wiege der Zivilisation. 6000 Jahre Hochkulturen an Euphrat und Tigris, Stuttgart, ISBN 3–8062–1851-X
- Kuhrt, Amélie; 1995. The Ancient Near East: c. 3000–330 B. C. 2 Vols. Routledge: London and New York.
- Liverani, Mario; 1991. Antico Oriente: storia, società, economia. Editori Laterza: Roma.
- Matthews, Roger; 2005. The early prehistory of Mesopotamia – 500,000 to 4,500 BC, Turnhout 2005, ISBN 2-503-50729-8
- Oppenheim, A. Leo; 1964. Ancient Mesopotamia: Portrait of a dead civilization. The University of Chicago Press: Chicago and London. Revised edition completed by Erica Reiner, 1977.
- Pollock, Susan; 1999. Ancient Mesopotamia: the Eden that never was. Cambridge University Press: Cambridge.
- Postgate, J. Nicholas; 1992. Early Mesopotamia: Society and Economy at the dawn of history. Routledge: London and New York.
- Roux, Georges; 1964. Ancient Iraq, Penguin Books.
- Silver, Morris; 2007. Redistribution and Markets in the Economy of Ancient Mesopotamia: Updating Polanyi, Antiguo Oriente 5: 89–112.
- Snell, Daniel (ed.); 2005. A Companion to the Ancient Near East. Malden, MA : Blackwell Pub, 2005.
- Van de Mieroop, Marc; 2004. A history of the ancient Near East. ca 3000–323 BC. Oxford: Blackwell Publishing.
Mənbələr
redaktə- Aydın Əlizadə. Şumer və Akkad tarixi // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri — (2. "Qədim Mesopotamiya əhalisi" fəslinin mənbəyi).
- Ancient Mesopotamia — timeline, definition, and articles at Ancient History Encyclopedia
- Mesopotamia — introduction to Mesopotamia from the British Museum
- By Nile and Tigris Arxivləşdirilib 2008-11-21 at the Wayback Machine, a narrative of journeys in Egypt and Mesopotamia on behalf of the British museum between the years 1886 and 1913, by Sir E. A. Wallis Budge, 1920 (a searchable facsimile at the University of Georgia Libraries; DjVu & layered PDF Arxivləşdirilib 2008-11-21 at the Wayback Machine format)
- A Dweller in Mesopotamia Arxivləşdirilib 2005-05-25 at the Wayback Machine, being the adventures of an official artist in the Garden of Eden, by Donald Maxwell, 1921 (a searchable facsimile at the University of Georgia Libraries; DjVu & layered PDFPDF (7.53 MB) format)
- Mesopotamian Archaeology Arxivləşdirilib 2005-02-15 at the Wayback Machine, by Percy S. P. Pillow, 1912 (a searchable facsimile at the University of Georgia Libraries; DjVu & layered PDFPDF (12.8 MB) format)
- Mesopotamia, 1920