Ronald Reyqan - Wikipedia
Ronald Vilson Reyqan (ing. Ronald Wilson Reagan; 6 fevral 1911[1][2][…] – 5 iyun 2004[1][2][…], Bel-Eyr, Los-Anceles[7]) — Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti (1981–1989).
Ronald Reyqan | |
---|---|
ing. Ronald Wilson Reagan | |
20 yanvar 1981 – 20 yanvar 1989 | |
Vitse-prezident | Corc H. U. Buş |
Əvvəlki | Cimmi Karter |
Sonrakı | Corc H. U. Buş |
Şəxsi məlumatlar | |
Doğum adı | Ronald Wilson Reagan |
Doğum tarixi | 6 fevral 1911[1][2][…] |
Vəfat tarixi | 5 iyun 2004[1][2][…] (93 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[8], Altsheymer xəstəliyi[9] |
Partiya |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, siyasətçi, avtobioqraf[d], xarakter aktyoru[d], ssenarist, zabit, aktyor, sindikatçı[d], diktor, dövlət xadimi, səsləndirmə aktyoru[d], gündəlik yazıçısı[d], oyun şousu aparıcısı[d], rəsm kolleksioneri[d] |
Həyat yoldaşları |
|
Uşaqları | 5, 4 biological child[4], 1 adopted child[4] |
Dini | Presviterianlıq[10] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları[5][6] |
Döyüşlər | |
Rütbəsi | əsgər[6] |
|
|
Təltifləri | |
whitehouse.gov/about-the… | |
Vikianbarda əlaqəli mediafayllar |
Ronald Reyqan idman şərhçisi, kinoaktyor, Kaliforniya ştatının qubernatoru olduqdan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir. Kino karyerası ərzində 54 filmdə çəkilmişdir.
Siyasi karyerası
redaktə1980-ci ilin noyabrında keçirilən prezident seçkiləri demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş verdi. Sağ respublikaçılar dairəsinə mənsub olan, məşhur aktyor, gözəl natiq, hələ 1964-cü ildə Qolduoteri müdafiə etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ tarixində ən populyar prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə seçildi. Reyqanın fəaliyyətində özünə məxsus cəhətlərdən biri onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı bacarması idi. Reyqanın dövründə ABŞ-də universal dövlət yaradılmış oldu. Bütün bunlara görə o tarixə böyük kommuniator kimi daxil oldu. Xalq onu "böyük ünsiyyət ustası" adlandırırdı.
1980-ci il seçkilərində qələbə çalmış Reyqan Ağ Evə iqtisadi problemlərdən narahat və İranla bir il sürən girov böhranına görə özünü alçalmış hiss edən Amerikaya inam və qürurunu qaytarmaq istəyi ilə gəlmişdi. 1981-ci ildə inauqurasiya çıxışında prezident Reyqan federal hökumətin rolunun dəyişməsi də daxil olmaqla, ölkəni yeni istiqamətdə idarə edəcəyini bəyan etdi.
Yeni prezident tez bir zamanda vergiləri ixtisar etməyə və hökumət xərclərini azaltmağa başladı. 1982-ci ildə böyük tənəzzüldən sonra iqtisadi artım müşahidə olundu. Sonralar həmin iqtisadi siyasət "reyqanomika" adı altında məşhurlaşmışdır. Prezident Ronald Reyqan hökuməti iri kapitalın mənafeyinə xidmət edərək inflyasiyanı cilovlamaq və iqtisadiyyatı yenidən qurmaq, ABŞ-nin dünya bazarında rəqabət mövqeyini gücləndirmək siyasəti yeritməyə başladı. Proqram milli gəlirin iri kapitalın və əhalinin varlı təbəqələrinin xeyrinə sonrakı yenidən bölgüsünə və burada fəhlə sinfinin payının azalmasına gətirib çıxardı. Sosial xərclər azaldıldı. Eyni zamanda hərbi təxsisatlar getdikcə artırıldı. ABŞ üçün istehsalın və kapitalın, o cümlədən bank işinin, yüksək dərəcədə təmərküzləşməsi maliyyə oliqarxiyasının təzyiq göstərməsi ilə səciyyələndirdi. 200 iri korporasiya ölkənin sənaye istehsalının təxminən yarısına nəzarət edir. 80-ci illərdə Cənub və Cənub-Qərb ştatlarının sənaye cəhətdən coşğun inkişafı ilə əlaqədar olaraq inhisarçı kapitalın Texas və Kaliforniya qruplarının xüsusi çəkisi artmışdı. Eyni zamanda onların və maliyyə burjuaziyasının köhnə qrupları arasında iqtisadiyyatın və siyasətə nəzarət uğrunda mübarizə kəskinləşmişdi.
1981-ci il martın 30-da psixi xəstə Con Hinkli Ronald Reyqana qarşı sui-qəsdə cəhd etdi. Onun atdığı altı güllədən biri Reyqanın ağciyərində ilişsə də həkimlər onu xilas edə bildilər. Hadisə nəticəsində biri ağır olmaqla daha üç nəfər yaralanmışdı.
İkinci prezidentlik dövrü
redaktə1984-cü ildə Ronald Reyqan yenidən prezident seçildi, amma amerikalılar iqtisadi tərəqqidən bəlkə də daha artıq onun dəst-xəttini bəyənirdilər. Onlar Reyqanın Amerikanın qüdrətini və xaricdə ona inamı bərpa etmək səylərini alqışlayırdılar. Ronald Reyqanın prezidentliyinin birinci dövrünü daha çox daxili siyasət məsələlərinin həllilə bağlayırlarsa, onun ikinci dövr prezidentliyi xarici siyasət meydanında fəaliyyətilə əlaqələndirilir. Reyqanın silahlara nəzarət sahəsində fəaliyyətləri, xüsusilə də 1987-ci ildə Sovet İttifaqı ilə Avropada qısa və orta mənzilli raketlərin ləğvi haqda müqavilə imzalaması əhəmiyyətli hadisə idi.
Ronald Reyqan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovla dörd zirvə görüşü keçirmişdir. Bu görüşlər Amerika Birləşmiş Ştatları və bir zamanlar prezidentin "Şər imperiyası" adlandırdığı ölkə arasında soyuq müharibənin tədricən sona çatması işinə böyük xidmət göstərdi. 12 iyun 1987-ci ildə Berlin şəhərinin 750 illiyində iştirak edən Reyqan Brandenburq qapılarının önündəki çıxışında Sovet rəhbəri Mixail Qorbaçovu Berlin divarını sökməyə çağırdı:
Baş katib Qorbaçov, əgər siz sülh istəyirsinizsə, əgər siz Sovet İttifaqının və Şərqi Avropanın çiçəklənməsini istəyirsinizsə, əgər siz liberallaşma istəyirsinizsə, bura, bu qapıya gəlin! Cənab Qorbaçov, bu qapını açın! Cənab Qorbaçov, bu divarı sökün! |
Reyqanın dövründə silahlanma daha yüksək mərhələsinə qalxdı. Belə ki, onun dövründə hərbi büdcə ölkənin federal büdcəsinin 23%-indən 27%-nə qalxdı. Hərbi sənaye komplekslərinin (bu komplekslərə hərbçilərin yüksək dairəsi, dövlətin müəyyən quluqçuları, Silah istehsal edən korporasiyalar və hərbiləşdirilmiş elm daxildir) fəaliyyəti gücləndi. Onlardan on ikisi ABŞ-nin Müdafiə nazirliyi olan Pentaqonun sifarişlərini həyata keçirirdi. ABŞ-də ən çox inkişaf edən və böhranlı vəziyyət keçirməyən sahə hərbi sahə idi. Çünki bu sahə hökumətin nəzarəti altında idi. Hərbi xərclər 1979–1980-ci illərdəki 134 milyard dollardan 1988-ci ildə 291 milyard dollara qalxdı. Reyqanın xarici siyasəti Cimmi Karterin siyasətinin, demək olar ki, davamı idi. Reyqan da C. Karter kimi NATO-nun hərbi xərclərinin 3% artırılması və Qərbi Avropada orta mənzilli raketlərin yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-cü ildə ABŞ Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta mənzilli raketlərini yerləşdirməyə başladı. O da Əfqanıstan məsələsi ilə əlaqədar SSRİ ilə münasibətləri gərgin şəkildə saxladı. ABŞ Latın Amerikası ölkələrinə qarşı yenidən Böyük dəyənək siyasətinə qayıtdı. Reyqan hökuməti Latın Amerikası ölkələrinə münasibətdə panamerikan həmrəyliyi prinsipini irəli sürdü. Karib hövzəsində öz mövqelərini möhkəmləndirdi, Nikaraquaya qarşı elan edilməmiş müharibə apardı, Salvadorun mühafizəkar dairələrinə hər cür kömək göstərdi. 1982-ci ildə Malvin (Folklend) adaları üstündə İngiltərənin Argentina ilə müharibəsində İngiltərəni müdafiə etdi. İsrail-Ərəb münaqişələrində İsrailin dayağına çevrildi. 1982-ci ildə Yaxın Şərqin əzab çəkmiş xalqları üçün "Amerika sülh təşəbbüsləri"nin irəli sürdü. 1983-cü ildə cəmisi 100 min əhalisi olan Qrenadaya qoşun çıxartdı. Reyqan hökuməti xarici siyasətində Asiya və Sakit okean regionuna xüsusi diqqət yetirirdi. 1986-cı ilin sonunda ABŞ bu regiona 35,7 milyard dollar sərmayə ayırdı. 1985-ci ilə qədər o, SSRİ-ni "Şər imperiyası" elan edərək onu iqtisadi cəhətdən zəiflətməyi ABŞ-nin əsas məqsədi olduğunu bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail Sergeyiviç Qorbaçov gəldikdən sonra ABŞ ilə SSRİ arasındakı münasibətlərdə mülayimləşmə baş verdi. Reyqan sosializmi "zibilliyə" atmaq planını həyata keçirməyə başladı. Qorbaçovla Reyqan 1985-ci ildə Cenevrədə, 1986-cı ilin oktyabrında isə İslandiyanın paytaxtı Reykyavikdə görüşdülər. 1987-ci ilin dekabrın 7–8-də M. S. Qorbaçov Vaşinqotonda oldu. Vaşinqtonda "Qısa mənzilli raketlərin məhv edilməsi haqqında" iki dövlət arasında saziş bağlandı. Bu tarixdə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan bu sazişi bağlayarkən etdiyi çıxışlarında göstərdi ki, biz SSRİ ilə saziş bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək istəyirəm: "İnan, lakin yoxla". 1988-ci ilin mayında Reyqan Moskvaya gəldi. Danışıqlar mehribanlıq şəraitində keçdi. Reyqan Moskvadan qayıdarkən bildirdi ki, onun sosializm cəmiyyəti haqqında təsəvvürlərində yanlışlıqlar var və sosializmdən də çox şey öyrənmək olar.[11]
Reyqanın 1983-cü ilin oktyabrında Qrenadadakı dövlət çevrilişindən sonra ABŞ-nin müdaxiləsi haqda qərar verməsi çoxları tərəfindən onun administrasiyasının uğuru kimi qiymətləndirildi, lakin bu müdaxilə Reyqanın xarici siyasətində ən böyük uğursuzluq hesab edilən Livandakı ABŞ hərbi dəniz qüvvələri bazasına hücumdan iki gün sonraya təsadüf etmişdi. Amerika hərbi qüvvələrinin Livandan çıxarılması ilə nəticələnmiş terror aktı zamanı 241 Amerika əsgəri həlak olmuşdu.
İran-Kontras qalmaqalı
redaktəBirləşmiş Ştatlar Konqresindəki mühafizəkarlar 1980-ci illərdə Reyqanın Nikaraquada kontras hərbi birləşmələrinə dəstəyini alqışlamışdılar, lakin 1986-cı ildə Amerikalı girovları azad etmək üçün İrana gizli silah satışından əldə edilən gəlirlərin Mərkəzi Amerikada kontras döyüşçülərinə ötürülməsi ilə əlaqədar İran-Kontras qalmaqalı zamanı Reyqan administrasiyası kəskin tənqidlərlə qarşılaşdı. Qalmaqaldan sonra Ronald Reyqanın populyarlığı azaldı. Bununla belə, 1989-cu ildə Ağ Evi tərk edən zaman Reyqanın reytinqinin yenidən artdığı müşahidə olundu. O, İkinci dünya müharibəsindən sonra müddətini başa vuran prezidentlər arasında amerikalıların ən böyük rəğbətini qazana bilmiş prezident olmuşdur.
Özəl həyatı
redaktə26 yanvar 1940 da aktrisa U. Ceyn ilə evləndi.9 il davam edən evlilik boşanmayla nəticələndi. İkinci evliliyi 4 mart 1952 də yenə bir aktrisa Nansi Devis ilə oldu. İki evliliyindən biri ögey olmaqla 5 uşağı oldu.
Son illəri
redaktə1994-cü ildə Ronald Reyqan Amerika xalqına yazdığı məktubda Alzheymer xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Sabiq prezident ofisi tərk etdikdən sonra ictimaiyyət qarşısında tez-tez çıxışlar etməsə də, bəzən prezidentlik dövrünə nəzər salaraq vətənə xidmət etdiyinə görə qürur duyduğunu deyirdi.
Elə anlar var ki, onlar heç vaxt yaddan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə tanrıya şükür deyirəm. |
Ronald Reyqan 2004-cü il iyunun 5-də 93 yaşında vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Ronald Reagan // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 https://www.reaganlibrary.gov/reagans/ronald-reagan/ronald-reagans-family.
- ↑ 1 2 3 https://www.politico.com/story/2012/05/reagan-transfers-to-us-army-air-force-076273.
- ↑ 1 2 3 4 5 https://www.reaganlibrary.gov/sreference/military-service-of-ronald-reagan.
- ↑ 1 2 https://www.cnn.com/2004/ALLPOLITICS/06/05/reagan.health/index.html.
- ↑ https://www.cbsnews.com/news/ronald-reagan-dead-at-93/.
- ↑ https://governors.library.ca.gov/33-Reagan.html.
- ↑ Facts about Ronald Reagan.
- ↑ Səmayə Mustafayeva. ABŞ və Böyük Britaniyanın ən yeni tarixi (1918–2007), Bakı-2009, ADPU-nun nəşriyyatı. 350 səh.