Abs Istiqlal Muharibesi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
ABŞ İstiqlal müharibəsi (ing. American Revolutionary War, American War of Independence) — 1775–1783-ci illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə.
ABŞ İstiqlal müharibəsi | |||
---|---|---|---|
Tarix | 19 aprel 1775-ci il — 3 sentyabr 1783-cü il (8 il, 4 ay və 15 gün) | ||
Yeri | ABŞ-nin şərq sahili, Mərkəzi Amerika, Kanadanın şərq sahili, Mərkəzi Kanada, Qudzon dəfnəsi, Atlantik okeanı, Aralıq dənizi, Balear adaları, Karib dənizi, Qibraltar, Hind okeanı | ||
Səbəbi | Britaniya ilə on üç koloniyanın sakinlərinə çox yüksək vergiqoyma, Parlamentdə təmsil olunmaması | ||
Nəticəsi | Paris (Versalda) sülhü (1783) | ||
Münaqişə tərəfləri | |||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə 1775-ci ildə başlandı və bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu, 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Paris sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət burjuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiya ABŞ-ni federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-də ilk prezident seçkiləri keçirildi və mason lideri Corc Vaşinqton prezident seçildi. Ölkədə mütəmadi olaraq etirazlar, qiyamlar, üsyanlar baş qaldırırdı. Buna ən bariz nümunə 1786-87-ci illərdə yoхsul fermerlərin başladığı Şeys üsyanı göstərilə bilər. Üsyan silah gücünə, amansızlıqla yatırıldı. Gəlmələr indi də bir-birlərini qırmağa başlamışdılar. Bir-birlərinə qarşı mübarizə aparsalar da, gəlmələr yerli хalqlara qarşı həmişə həmrəy idilər. Yerli хalqların öldürülməkdən daha azad heç bir hüququ yox idi. Onlar hakimiyyət başına seçə və seçilə bilməzdilər. Onların nəinki yaşayış yerləri, hətta soyadları da dəyişdirilirdi. Corc Vaşinqtonun dövründə ölkə ərazisindəki bütün toponimlər ingilisləşdi, yeni yaranan yaşayış məntəqələrinə də ingilis mənşəli adlar qoyuldu. Vaşinqton "İstiqlal müharibəsi" adlanan müharibə zamanı Kontinental Ordunun Baş komandanı olmuş, böyük rəşadət göstərmişdi. 1790-cı ildə o, Potomak çayı sahilində yeni paytaхt şəhərinin salınmasını qərara aldı. Yeni salınan bu şəhərə Vaşinqtonun öz soyadı verildi və 1800-cü ildə şəhər rəsmən ABŞ-nin paytaхtı elan olundu.
Səbəbləri
redaktəTədricən müstəmləkələrdə metropoliyaya qarşı narazılıq, etiraz və kütləvi aksiyalar başladı. Bütün bunlar təbii və qanunauyğun bir hal idi. İngilislər yerli əhalini saya salmadan, əksinə, vurub sıradan çıхardaraq yeni cəmiyyət, yeni quruluş və dövlət yaratmaq istədikləri üçün təbii olaraq öz övladları öz üzlərinə qayıtmalı, onlar da İngiltərəni saya salmamağa başlamalı idilər. Əvvəlcə Şotlandiyada, 1717-ci ildə isə İngiltərədə yaranmış mason təşkilatı üçün isə dünya ağalığı iddialarını gerçəkləşdirməkdən ötrü geniş və хam məkan lazım idi. Onların təhriki ilə Şimali Amerikadakı ingilis müstəmləkələrində İngiltərə əleyhinə və müstəqilliyə can atan siyasi təşkilatlar yarandı.
Fransa ilə hindular arasındakı müharibədən sonra, Britaniya yeni imperiya tədbiri görməyə ehtiyac duydu, lakin Amerikada dəyişiklik üçün müvafiq şəraitdən başqa nə desən var idi. Uzun müddət ərzində geniş miqyasda müstəqilliyə alışmış koloniyalar indiyə qədər Fransa təhlükəsi məhrum etdiyi azadlıqdan az deyil, daha artıq azadlıq tələb edirdilər. Yeni sistemi həyata uğurlu tətbiq etmək və nəzarəti bir qədər cilovlamaq üçün Parlament kənardan müdaxilələrə dözümsüz olan və özünüidarə sahəsində təcrübəli kolonistlərlə müzakirələrə girişməli idi.
Britaniya görməyə cəhd etdiyi işlərdən biri ölkədaxili təşkilat məsələsi idi. Kanadanın və Ohayo vadisinin zəbt olunması elə bir siyasət yürütməyi zəruri edirdi ki, bu siyasət Fransa və hindular sakinlərində ikrah hissi doğurmasın. Lakin burada Britaniya tacı ilə koloniyaların marağı arasında ziddiyyət yarandı. Əhalisinin sayı sür’ətlə artan və məskunlaşmaq üçün daha geniş torpaqlara ehtiyacı olan müxtəlif koloniyalar tələb edirdilər ki, onlara sərhədlərinin Qərbə Missisipi çayına qədər genişləndirilməsi hüququ verilsin. Yeni torpaqlara köçən mühacirlərin hinduları bir sıra müharibələrə təhrik edəcəyindən qorxan Britaniya hökuməti bu əqidədə idi ki, yeni torpaqlara köçmək ixtiyarı kolonistlərə tədrici əsaslarla verilməlidir. Yeni yerlərdə yaşayış məntəqələri salmağa icazə verməzdən əvvəl mövcud yaşayış məntəqələri üzərində krallıq nəzarəti kimi köçkünlərin gəlişinin məhdudlaşdıniması da rahatlıq tə’min edən yollardan biri idi. 1763-cü ilin Kralliq Bəyannaməsi Allegeni dağlan, Florida, Missisipi çayı ilə Kvebek arasındakı bütün Qərb ərazisini yerli amerikalıların istifadəsi üçün saxladı. Beləliklə, Britaniya tacı cəhd edirdi ki, 13 koloniyanın Qərb torpaqlarına olan hər cür tələbini süpürüb atsın və Qərbə doğru hərəkəti dayandırsın. Effektli şəkildə heç vaxt həyata keçirilmədiyinə baxmayaraq, bu tədbir kolonistlərin nəzərində onların Qərb torpaqlarını tutaraq, orada məskunlaşmaları ilə bağlı ən adi hüquqlanna özbaşınalığı təmsil edən e'tinasızlığın təcəssümü idi. Britaniya tə’sirinin ən ciddi ünsürü Britaniya hökumətinin yeni maliyyə siyasəti idi. Buna görə də, özünün inkişaf etməkdə olan imperiyasını müdafiə üçün Britaniya hökumətinin daha çox pula ehtiyacı var idi. Nə qədər ki, İngiltərədə vergi verənlər koloniyaların müdafiəsi üçün bütün pulları tə’min edə bilmirdilər, bu pullar güclü mərkəzi administrasiya vasitəsilə kolonial özünüidarə hesabına kolonistlərdən alınmalı idi.
Yeni sistemin tətbiqində ilk addım 1733-cü il Mət Qanununun 1764-cü il Şəkər Qanunu ilə əvəz edilməsi oldu. Mət Qanunu qeyri-ingilis bölgələrindən idxal olunan romlara və mətlərə girov və qadağan vergisi qoyurdusa, Şəkər Qanunu xarici rom idxalım tam qadağan etdi; bütün mənbələrdən alman mətlərə çox az girov müəyyən etdi və şərablara, ipəklərə, qəhvələrə və bir sı» ra başqa zövqoxşayan mallara girov qoydu. Ümid edilirdi ki, mətə girovun aşağı salınması onun Hollandiya və Fransa Qərbi Hindusundan alınması həvəsini azaldar, bu da həmin mətdən Yeni İngiltərədə rom hazırlamaq prosesində istifadəyə son qoyar. Şəkər Qanununu həyata keçirmək üçün gömrük işçilərinə daha eneıjili və daha effektli işləmək göstərişi verildi. Amerika sulanndakı Britaniya hərbi gəmilərinə tapşınidı ki, kontrabandistləri tutsunlar və «kömək vəkalətləri» və ya fərmanlar əsasında krallıq rəsmi işçilərinə səlahiyyət verildi ki, şübhə doğuran sənədləri yoxlasınlar. Həm Şəkər Qanunu ilə müəyyən olunmuş girov, həm dəonu həyata keçirmək üçün tədbirlər Yeni İngiltərə tacirləri arasında qorxuya səbəb oldu. Onlar təsdiq edirdilər ki, müəyyən edilmiş hər cür azməbləğli girovun ödənilməsi belə, onlann bizneslərinə vurulan dağıdıcı zərbə olacaqdır. Tacirlər, qanunvericilik orqanlan və kiçik şəhərlərdəki mitinqlər bu qanuna e’tiraz edirdilər. Kolonial hüquqşünaslar isə Şəkər Qanununun giriş hissəsindəki «təqdimsiz vergiqoyma» birləşməsindəki ilk eyhamı müəyyənləşdirdilər ki, bu kəlam ana yurdun əleyhinə olaraq, Amerikaya daha çox faydalıdır. Bir az sonra, 1764-cü ildə Parlament Dönər Pul Qanunu qəbul etdi ki, «Əlahəzrətin hər hansı koloniyalannda olursa-olsun, bundan sonra buraxılan kağız akkreditivlər qanuni ödənc vasitəsi olmaqdan məhrum edilir.» Koloniyalar deflsit ticarət bölgəsi olduğundan və sabit dönər pul burada daim az olduğundan, bu tədbir kolonial iqtisadiyyatın yükünü ciddi şəkildə ağırlaşdırdı. Kolonial baxımdan, 1765-ci ildə qəbul edilmiş Mənzillə Tə'minetmə Qanunu da eyni dərəcədə arzuedilməz idi. Bu qanun koloniyalardan tələb edirdi ki, onlar kralliq alaylannı mənzil və ərzaqla tə’min etsinlər.
Müharibənin gizli siyasəti
redaktə1775-1783-cü illər Amerikada İstiqlal müharibəsi zamanı qəribə bir iqtisadi "oyun" baş verdi. Yun parça istehsalı ilə məşhurlaşan İngiltərə Amerika fermerlərini müflis etmək məqsədi ilə böyük bir iqtisadi tələ qurdu. İngiltərə hakim dairələri "Qərbə səyahət" (West travel) və "Şərq (Ost) kimi nəhəng şirkətlərin əli ilə Amerika fermerlərinə güya gizli yolla pambıq və tütün məmulatlarının satışını təşkil etdi. Qeyd etdiyimiz kimi, İngiltərə yun parça istehsalı üzrə dünyada birinci yerdə gedirdi. Pambıq parça istehsalı yun parçaya nisbətən baha başa gəlirdi və buna görə Amerika fermerlərinin uğur qazanmaq üçün heç bir şansı yox idi. Tütün istehsalına isə İspaniyanın müstəmləkəsi olan Kolumbiya başçılıq edirdi və bu sahədə müvəffəqiyyət qazanmaq mümkün deyildi.
İngiltərə məxfi orqanları adı indi də açıqlanmayan "Qərbə səyahət" şirkətinin məsul şəxsinə bu iqtisadi sazişlə bağlı yalnız bir göstəriş verdilər: Hər necə olursa-olsun Amerika fermerlərinə daha çox xam tütün və pambıq satmaq. Adı açıqlanmayan məsul şəxs bu işin öhdəsindən bacarıqla gəlmiş və Amerika fermerlərinə dünya bazarındakı qiymətlərdən daha ucuz qiymətə tonlarla xam pambıq və tütün satmışdı.
1783-cü ildə yalnız müharibə qurtarandan sonra İngiltərənin məxfi orqanlarının əlinə Corc Vaşinqtonun xam tütün və pambıqdan yüksək keyfiyyətli barıt alınması üçün Amerika fermerlərinə İngiltərədən xam tütün və pambıq idxalına icazə verən sənədin keçməsi "Qərbə səyahət" şirkətinin məsul şəxsinin ürək tutmasından vəfatı ilə nəticələndi. Çünki, bu şəxsin iki oğlu York-taun yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu və düşmənə satdığı pambıqdan hazırlanmış barıtla oğullarının həlak olmasına dözməyən həmin şəxs özünü heç cür bağışlaya bilmirdi.
Zəmin
redaktəBöyük coğrafi kəşflərin ən mühüm nailiyyətlərindən biri də Amerika qitəsinin dünyaya açılmasıdır. Məlum olduğu kimi ispan səyyahı Xristof 1492-ci ildə Amerika qitəsini kəşf etsə də buranı Hindistan hesab etmiş yeni qitə kəşf etdiyini bilməmişdir. Florensiyada dəniz səyyahı Ameriqo Vespuççi 1499-1504-cü illərdə Cənubi Amerikanı kəşf etmiş və buranı Yeni dünya adlandırmışdır. Qitə 1507-ci ildən etibarən onun şərəfinə Amerika adlandırılmağa başlamışdı.
XVI əsrdən etibarən İspaniya, Fransa, İngiltərə və Niderland dövlətləri tərəfindən Şimali Amerikanın məskunlaşmasına, burada koloniyalar yaradılmasına başlandı.
Şimali Amerikada ilk daimi ingilis yaşayış məskəni 1607-ci ildə Ceyms çayı sahillərində meydana gəlmiş gələcək Virciniya ştatı idi. 1620-cı ildə Kod burnunda “May çiçəyi” adlı ingilis gəmisi Ingiltərədən qalmış puritanların ilk qrupunu sahilə çıxardı. Puritanlar Yeni Plimut məskəninin əsasını qoydular.
Tədricən Atlantik okeanı sahillərində 13 ingilis koloniyası meydana gəldi:
1) Şimal koloniyaları (Yeni İngiltərə): Nyu-Hempşir, Massaçusets, Konnektikut, Rod-Aylend;
2) Mərkəzi kolonilayar: Nyu-York, Pensilvaniya, Nyu-Cersi, Delaver;
3) Cənub koloniyaları: Virciniya, Merilend, Şimali Karolina, Cənubi Karolina və Corciya.
Koloniyaçılar özləri ilə buraya burjua münasibətləri gətirmişdilər. Şimal koloniyalarında burjua münasibətləri, cənub koloniyalarında isə feodal münasibətləri aparıcı rol oynayırdı. Amerikanın həqiqi sakinləri olan irokez və alqonkin qəbilələri (cəmi 200 min nəfərə yaxın) sıxışdırılırdı. Ucuz işçi qüvvəsi kimi zənci kölələrdən istifadə olunurdu. Zəncilərin qitəyə gətirilməsi 1619-cu ildən başlanmış və sonralar olduqca sürətlənmişdi.
Koloniyaların idarə edilməsi demək olar ki, ingilis kralı tərəfindən həyata keçirilirdi. O koloniyaların çoxuna qubernatorlar təyin edirdi ki, bütün icra və məhkəmə hakimiyyəti onların əlində olurdu.
Artıq XVIII əsrin ortaları üçün kolonistlərin əksəriyyəti özünü amerikanlı hesab edirdi. Burjua inqilabı ərəfəsində amerikan maarifçiliyi ideyaları geniş yayılmışdı. Bu maarifçilik ingilis və fransız maarifçiliyi ideyalarının təsiri altında formalaşmışdı. Amerikan maarifçiliyinin başlıca postolatı təbbi hüquqlar və ictimai saziş nəzəriyyələri idi ki, bu nəzəriyyələr koloniyaların müstəqillyinə haqq qazandırırdı.
Amerikan maarifçiliyinin görkəmli nümayəndələri Bencamin Franklin (1706-1790), Tomas Cefferson (1743-1826) və Tomas Peyn (1737-1809) idilər. B.Franklin maarifçi – filosof, siyasətçi və iqtisadçı idi. O, yaranmaqda olan cəmiyyətin fərdiyyətçiliyəəsaslanan əxlaq kodeksini əsaslandırmış, qul əməyini pisləmişdi. T.Ceferson və T.Peynin maarifçilik ideyaları isə inqilab illərində parlamışdı.
Müharibə
redaktəXVIII əsrin 60-cı illərində Şimali Amerika koloniyalarında kütləvi azadlıq hərəkatı başlandı. Ingiltərə hökumətinin aqrar və sənaye sahəsində qoyduğu məhdudiyyətlər, 1765-ci ildə verilmiş gerb rüsumu qanunu kolonistlərin səbrini tükəndirmişdi. Koloniyaçılar İngiltərədə gətirilmiş gerbli kağızları məhv etmiş, gerb rüsumu yığanları isə soyunduraraq qatranlamışdılar. İngiltərə hökuməti gerb rüsumunu ləğv etməyə məcbur olsa da koloniyalarının istismarını gücləndirmək üçün müxtəlif vasitələrdən əl çəkməmişdi.
XVIII əsrin ortaları üçün Amerikan maarifçiliyi bazasında formalaşan milli mənlik şüuru, düşüncəsi, milli özünü təsdiq problemi qitədə müstəqillik hərəkatının başlanmasına təkan verdi. Amerikan koloniyalarının milli-azadlıq hərəkatının yüksəlişindəəsası XVIII yüzilliyin ortalarında qoyulmuş “azadliq oğulları” təşkilatının əhəmiyyəti böyük oldu. Bu dövrdə hələ milli müstəqillik ideyası formalaşmamışdı. 1775-ci il üçün 13 ingilis koloniyasında 2,5 mln. nəfərdən yuxarı ingilis, 500 mindən çox zənci-kölə yaşayırdı və ingilis əhalisi bilavasitə ingilis hakimiyyət orqanlarının yaratdıqları maneələr zəminində tədricən müstəqilliyə meyl etməyə başlamış, hətta 1774-cü ilin sentyabrında Filadelfiyada birinci Kontinental Komqresin çağrılmasına nail olmuşlar.
Konqres koloniyada yaşayan insanların təbii hüquqlarını – yaşamaq, azadlıq və mülkiyyət hüquqlarını əsas götürərək xüsusi bəyannamə qəbul etdi ki, burada İngiltərə parlamentində koloniyaların nümayəndəliyinin təsisi olunması tələbi öz əksini tapmışdı ki, bu tələb İngiltərə tərəfindən qəbul edilmədi.
Koloniyaların müxtəlif təbəqələri içərisində seçilmiş I konqresin nümayəndələri ingilislər tərəfindən qovulduqdan sonra 1775-ci ilin mayında Finlandiyada II kontitental konqres fəaliyyətə başladı. Konqresin təşəbbüsi ilə 13 koloniya arasında yaradılmışəlaqələr tezliklə ittifaq sazişlərinə çevrilmiş və bu əlaqələrin sistemləşdirilməsi üçün gizli müxbir komitələri yaradılmışdır. Lakin ilk dövrlərdə koloniyalar İngiltərədən ayrılmaq yox, müxtar hüquqlar əldə etmək uğrunda mübarizə aparırdılar.
Koloniyaların müstəqillik hərəkatı öz başlanğıcını 1776-cı ilin əvvələrində yazılmış və müəllifi Tomas Peyn olan “Sağlam düşüncə” intibahnaməsindən (pamflet) başlanır. İntibahnamədə deyilir: “Artıq müzakirələr dövrü sona çatmışdır. Silah sonuncu vasitə kimi koloniyalarla İngiltərə arasında yaranmış mübahisəni həll etməlidir.” Tomas Peyn çıxış yolunu müstəqil respublikanın yaradılmasında görürdü. Elə bir respublika ki, insanların təbii hüquqlarının müqəddəsliyi üzərində qurulmalı idi. Məhz belə şəraitdə II kontinental konqres 1776-cı il iyulun 4-də Tomas Ceffersonun hazırladığı “İstiqlaliyyət bəyannaməsi”ni elan etdi. Bəyannamə 13 ingilis koloniyasının metropoliyadan ayrılmasını və sərbəst ştatlarda “ABŞ” adı altında vahid respublikada birləşməsini elan edirdi.
Respublikanın ilk günlərindən etibarən xarici siyasət məsələləri ilə kontinental konqresin plenumu məşğul olurdu. Həm I, həm də II kontinental konqres öz plenumu vasitəsilə «gizli müxbir komitələrini» təsis etmişdi. Gizli müxbir komitələri ilk dövrlərdə koloniyaların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayırdı. Bu komitələr Kanadada da meydana gəlmişdi. İngiltərənin Kanadanın ərazisində 30 min nəfərlik hərbi qüvvə saxlaması Kanada ilə 13 koloniya arasında fəaliyyətlərin əlaqələndirilməsinə imkan vermədi.
İstiqlaliyyət müharibəsi dövründə Amerikaya ingilis generallarından Burqoynun, Karnoullisin və Xounun başçılığı altında 90 min nəfərlik hərbi qüvvə daşınmışdı, alman muzdularından ibarət 30 minlik hərbi qüvvvəni də bura daxil etsək, 120 min nəfərlik ordunun Amerika sahillərinə aparıldığı nəticəsini alırıq. Lakin bu ordunun fəaliyyətinin əlaqələndirilməməsi, həm də azadlıq mübarizəsinin vüsəti İngiltərənin planlarını puça çıxardı. Əgər əvvəllər xarici siyasət məsələləri bu sahə ilə o qədər də bağlı olmayan orqanlara həvalə olunsa da, 1777-ci ildə Saratoqa döyüşündən sonra bu məsədlə Dövlət departamenti yaradılmış və Dövlət Katibi postu təsis olunmuşdu. ABŞ-nin ilk Dövlət Katmbi Robert Lvinqston olmuşdu. Lakin Dövlət departementinin XIX yüzilliyin sonlarına qədər cəmi 80-ə qədər əməkdaşı var idi.
Avropa ölkələrinin münasibəti
redaktəABŞ-nin qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini əldə etmək və İngiltərənin təcridinə nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət ərəfəsindəəsas diqqəti Fransaya yönəltməsi aşağıdakı faktorlarla bağlı idi:
- Fransa güclü idi və İngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi;
- Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinəəsaslanan münasibətlərə malik idi. Bu isə Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan yaradırdı;
- Fransanın ABŞ-ni dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-də genişlənmiş maarifçilik ideyalarının inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur;
- Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası İngiltərənin dənizlərində hegemonluğunun qarşısına almaq gücündə idi.
Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə məhz İngiltərədə görüşmüşdü.
Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə nəfəri başqa ölkəyə göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarında ABŞ-dən Avropaya yalnız kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi şəkildə qəbul olunmamışdı.
Lakin Fransa Amerikan koloniyalarında antiingilis əhval-ruhiyyəni düzgün qiymətləndirərək ABŞ-nin dəstəklənməsi üçün lazım olan bir sıra addımları atdı. Ilk növbədə formal şəkildə Amerika ilə ticarət əlaqələrini intensivləşdirmək məqsədi olan saxta «Rodriqo Qortales» ticarət firması təsis olundu. Həmin firmanın vasitəsi ilə qısa müddət ərzində Amerikaya 21 mln. livr dəyərində silah-sursat və hərbi ləvazimat göndərilmişdi. Sonralar C.Vaşinqton Fransanın bu köməyinin Amerikanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdi.
Saylas Din duymuşdu ki, «Rodriqo Qortales» firması hökumət tərəfindən dəstəklənir və istiqamətləndirilir. Lakin bu informasiyanı az sonra Fransaya gələn B.Franklinlə bölüşdürməmişdi. Bu ehtiyatlılıq sonralar İngiltərəyə Fransaya birbaşa müharibə etmə bəhanəsi verməmişdi. Ingilis gəmiləri «Rodriqo Qortales» firmasının bütün gəmilərini ya müsadirə edir, ya da batırırdı. Franklinin başçılığı altında 5 nəfərlik missiyanın Avropaya qədəm qoyması və istiqlaliyyət bəyannaməsinin qəbulundan sonra ABŞ-nin rəsmi nümayəndə kimi tanınması böyük əhəmiyyətə malik idi.
Fransadakı İngiltərə səfiri Stormont B.Franklinin Fransaya buraxılmaması haqqında Fransa Xarici İşlər Nazirliyinə məktub təqdim etmişdi. Lakin XİN Şarl de Ferfe Franklinin Parisə daxil olmasını belə motivləşdirmişdi ki, Franklinə Parisə gəlməməsi haqqında məktub göndərilmişdi. Lakin məktub ləngidiyinə görə Franklin Parisə daxil olmuşdu. Fransa kimi maarifçi dövlətin okeanın o tayından gəlmiş nümayəndəni Parisdən çıxarılması “mədəniyyətsizlık olardı” demiş və bununla da İngiltərənin tələbi yerinə yetirilmədi. Franklinin Fransa missiyasında iki məqsəd güdülürdü:
- Fransa ilə iqtisadi və hərbi sahədə ittifaqa nail olmaq.
- Ingiltərə ilə birbaşa danışıqlara nail olması.
İngiltərə ilə silahlı mübarizənin xüsusilə gərgin olan bu dövründə II məqsədə nail olmaq o qədər də asan deyildi. 1777-ci ildə baş vermiş Saratoqa döyüşü mübarizə meydanında çox şeyi dəyişdi. Təkcə ABŞ yox həm də İngiltərədə birbaşa danışıqlara maraq göstərməyə başlanmışdı. Şarl de Verjenin xəfiyyələri franklinin Parisdəki fəaliyyətini diqqətlə izləyirdi. Franklin isə Parisdə yerləşən bütün dövlətlərin səfirlikləri ilə əlaqələrə malik idi. Onun vaxtı iləİngiltərə parlamentinin üzvü olması İngiltərə nümayəndələri ilə olan danışıqlara da imkan yaradırdı.
B.Franklin Bomarşe tərəfindən Şarl de Verjenə təqdim olunsa da xarici işlər naziri onu XVI Lüdovikə təqdim etməyə tələsmirdi. Bu da Franklini fəaliyyət diapazonunu genişləndirməyə vadar edirdi. Franklinin apardığı danışıqları diqqətlə izləyən Deverjen bu danışıqların birbaşa mərhələyə keçməsini gördükdən sonra Fransanı ABŞ-yə dəstəyinə diplomatik status vermək qərarına gəldi. Çünki, Deverjenin danışıqları uzatması İngiltərə ilə birbaşa əlaqələrin yaradılmasına bununla da vasitəçilikdən götürəcəyi dividentləri əngəlləməsinə səbəb ola bilərdi.
Uzun sürən diplomatik danışıqlar 1778-ci iln fevralında ABŞ ilə Fransa arasında ticarət və hərbi ittifaq müqaviləsinin imzalanmasına səbəb oldu. Müqaviləyə əsasən Fransa donanması ABŞ tərəfində hərbi əməliyyatlara girmək imkanı əldə etdi. Avropa sarayları heç də könüllü şəkildə Franklinin missiyasını qəbul etmək istəmirdi. Onlar baş vrmiş hadisəyə müstəmləkələrin metropoliyaya ağ olması kimi baxırdılar və öz müstəmləkələrinin taleyi üçün narahatlıq keçirirdilər. Avropa monarxlarının heç biri ABŞ istiqlaliyyətini tanımaq istəmirdi. Kəskin mövqedə Rusiya və İspaniya dayanırdı. İngiltərənin Avropa siyasətində yeritdiyi hegemonluq Avropa dövlətlərinin ona qarşı birləşməsini şərtləndirdi.
Əslind əİngiltərə XI əsrdən sonrakı tarix boyu ilk dəfə Avropa dövlətlərinin diplomatik mühasirəsi ilə qarşılaşdı. İstiqlaliyyət bəyannaməsinin elan olunmasına münasibətdə kontinental konqresdə ciddi ziddiyyət yarandı. Konqresin çoxluğu bilirdi ki, müstəqilliyin elan olunması Avropa dövlətləri tərəfindən qəbul olunmayacaq. Lakin ayrı-ayrı siyasi xadimlər İngiltərəyə qarşı Avropa dövlətlərinin mənfi münasibətini əsas götürərək istiqlaliyyətin elan olunmasını tələb edirdilər. Nə Saylas Din, nə də Franklin və onunla birlikdə gələn nümayəndə heyəti heç bir rəsmi sənəd göstərməmişdilər. Franklin isə yalnız istiqlaliyyət bəyannaməsi elan olunandan sonra rəsmi olaraq öz etimadnaməsini təqdim etmişdi.
İngiltərənin təcrid olunması
redaktəFransa-ABŞ ittifaq və ticarət müqaviləsi imzalansa da ABŞ nümayəndə heyətinin başçısı kimi Franklin Fransadakı diplomatik korpusa təqdim olunmadı. Fransa hökuməti ittifaq müqaviləsi imzalandıqdan sonra da gözləmə mövqeyi nümayiş etdirdi. ABŞ diplomatlarından Con Cey, Saylas Din və Franklin Avstriya, İspaniya, Niderland və Rusiya ilə diplomatik danışıqlar apardılar. Ancaq bu dövlətlərin ABŞ-nin istiqlaliyyətinin tanınması üçün qoyduğu şərt o idi ki, ABŞ-nin istiqlaliyyəti əvvəlcə İngiltərə tərəfindən tanınmalıdır.
Təsadüfi deyil ki, Rusiyadakı ABŞ nümayəndələri 1815-ci ilə qədər rus çarına audensiya əldə edə bilməmişdilər. Istiqlaliyyət müharibəsindəki uğursuzluqlarına baxmayaraq İngilis donanması dənizlərdə hegemonluğu saxlayırdı və cox vaxt Avropa dövlətlərinin ticarət gəmiləri bundan ziyan çəkirdi. Rodriqo Qonsales firmasının gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Fransa müdafiə tədbirləri görmüş və bu məqsədlə 8 hərbi gəmi ayrılmışdı. Ispaniya və Hollandiyanı İngiltərəyə qarşı təhrik edən başlıca səbəb hər iki ölkəyə məxsus ticarət gəmilərinin daha çox zərər çəkməsi idi.
Rusiyada yaranmış vəziyyət diqqətlə təhlil edildikdən sonra İngiltərə kralı III Georqun məktublarına baxmayaraq Rusiya dənizlərdə və okeanlarda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün müdafiə tədbirlərinin görülməsi zərurətini Avropa dövlətlərinin və İngiltərənin nəzərinə çatdırdı. 1780-ci ildə Rusiyada bitərəflik bəyannaməsi meydana gəlmişdi. Üç mühüm şərti nəzərdə tuturdu.
- Hərbi əməliyyatlara qoşulmayan bitərəf dövlətlərin gəmiləri hərbi əməliyyatların getdiyi dövrlər istisns olunmaqla bütün limanlara maneyəsiz daxil ola bilərdi.
- Bu gəmilərdə kontrabandadan başqa hər cür mal daşına bilərdi.
- Bitərəf dövlətlərin gəmilərinin təhlükəsizliyi təmin olunmalı idi.
Təsadüfü deyil idi ki, 1780-83-cü illərdə bütün Avropa dövlətləri bəyannamənin şərtlərini qəbul etmiş və bu zəmində silahlı bitərəflik liqası adlanan bütün Avropa dövlətlərini birləşdirən cəmiyyət yaranmışdı. Bununla da İngiltərənin beynəlxalq aləmdən tam təcrid olunması başa çatmışdı. Artıq 1778-ci ildən etibarən İngiltərənin sülh danışıqlarına meyilli olması aydın şəkildə görünürdü.
Fransadakı İngiltərə səfiri Starmont Parisi tərk etdikdən sonra İngiltərə ilə ABŞ arasında diplomatik danışıqlar üçün Hollandiya və Rusiya seçilsədə Franklinin müqaviməti üzündən bu ideya reallaşa bilmədi.
Franklin hesab edirdi ki, İngiltərə ilə sülh müqaviləsi yalnız Fransanın vasitəsi ilə bağlanmalı idi. Gənc amerikan diplomatiyası daha çevik fəaliyyətə meyilli idi.
Təsadüfi deyildi ki, İngiltərə ilə danışıqlar sonralar xəyanətkar olması məlum olan Eduard Bankroft tərəfindən aparılmalı idi. Sonra bu işi Con Cey reallaşdırdı. ABŞ gələcək gərginliklərə yol verməmək üçün yalnız istiqlaliyyətin tanınması və İngiltərə ilə normal münasibətlərin yaranmasını şərt kimi irəli sürürdü. 1783-cü il Paris müqaviləsinin I bəndi də məhz bundan ibarət idi. Ingiltərə Amerika koloniyalarının istiqlaliyyətini tanıyırdı. Müqavilənin sonrakı bəndlərində ticarət, iqtisadiyyat sahəsində münasibətlər qaydaya salınır, siyasi baxımdan aktual olan bir sıra məsələlər nizamlanırdı.
ABŞ-nin istiqlaliyyətinin tanınmasından az sonra Avropada baş verən hadisələr ABŞ liderlərini ölkənin strateji inkişaf yolları haqqında düşünməyə vadar etdi. Ilk ABŞ prezidenti Vaşinqton ABŞ-nin Avropa işlərindən kənarda qalması haqqında tövsiyə vermiş və sonralar panamerikanizm adını almış siyasi cərəyan bu zəmində köklənmişdi.
Məlum olduğu kimi, 1778-ci il müqaviləsinəəsasən Fransa ilə müttəfiqlik münasibətləri quran ABŞ Fransaya qarşı Avropa dövlətlərinin koalisiyasına qarşı mübarizədə iştirak etməli idi. Buna isə Amerikanın nə hərbi, nə də iqtisadi gücü çatmırdı.
Belə bir şəraitdən çıxmaq üçün 1791-ci ildə ABŞ-nin bitərəfliyi ilə bağlı ilk sənəd meydana gəldi. 1793-cü il bəyannaməsi isə həmin bitərəfliyə hüquqi status verdi. Təsadüfü deyil ki, Fransa inqilabının nümayəndəsi Edmond Jenenenin ABŞ missiyası məhz bununla əlaqədar olaraq uğursuzluqla nəticələnmişdi. ABŞ-nin götürdüyü siyasi kurs XIX əsrin 20-ci illərində Monro doktirinası ilə təsbit olundu və ABŞ bu strateji kursa 1939-cu ilin 14 noyabrına qədər sadiq qaldı. Monro doktrinası ilk dəfə olaraq dünyanın iki sistemə bölünməsini bəyan edirdi. “Panamerikanizm, Amerika amerikalılar üçün” şüarları və Amerikaarası konfranslar ideyası formalaşmış, Amerika dövlət təşkilatı II dünya müharibəsindən sonra buna əsasən yaradılmışdı.
Ədəbiyyat
redaktə- Аптекер Г. Американская революция. М., 1962
- БолоховитвиновН.Н. Росия и войнаСШАза независимость (1775-1783). М., 1976
- БолоховитвиновН.Н. Становлениерусско -американских отношении. 1775-1815. М., 1996
- Война за независимость и образование США. М., 1976
- Ефимов А.В. Очерки истории США. От открытия Америки до окончания гражданской войны. (1492-1870). М., 1958
- Историявнешней политики и дипломатииСША. 1775-1867 / Отв. ред. Г.П.Куропятник. М., 1997
- ИсторияСШАв 4.т. Т.1-2. М., 1983-1985.
- Краснов Н.А. США и Франция: дипломатические отношения. 1775-1801 гг. М., 2000
- Куропятник Г.П. Американская революция, М., 1961
- Новая история стран Европы и Америки. Первый период. М., 1986.
- Севастьянов Г.Н. Томас Джефферсон. М., 1976
- Согрин В.В. Идейные течение в Американской революции XVIII в. М., 1980
- Согрин В.В. Джефферсон. Человек, мыслитель, политик. М., 1989
- Согрин В.В. Основатели США: исторические портреты. М., 1983
- Степанова О.Л. 4 июля 1776. М., 1976
- Франклин Б.Избранные произведения. М., 1956
- Фурсенко А.А.. Американская револьюция и оброзованияСША. Л., 1978
- Яковлев Н.Н. Вашингтон. М., 1976
- Рявкин А.В. История международных отнашений в новое время. М., 2004
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- AMERİKA TARİXİNİN ƏSAS CƏHƏTLƏRİ Arxivləşdirilib 2019-04-19 at the Wayback Machine
- 1775-1783-cü illər burjua inqilabı dövründə ABŞ - kayzen.az