Corc Vasinqton - Wikipedia
Corc Vaşinqton (ing. George Washington; 22 fevral 1732[1][2][…] – 14 dekabr 1799[3][1][…], , Virciniya[5][6][…]) — ABŞ-nin dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk Prezidenti (1789–1797), ABŞ-nin bani atalarından biri.
Corc Vaşinqton | |
---|---|
ing. George Washington | |
30 aprel 1789 – 4 mart 1797 | |
Vitse-prezident | Con Adams |
Əvvəlki | vəzifə təsis olunub. |
Sonrakı | Con Adams |
Amerika Birləşmiş Ştatları ordusunun generalı | |
Əvvəlki | Ceyms Uilkinson |
Sonrakı | Aleksandr Hamilton |
Kontinental Ordunun Ali Komandiri | |
Əvvəlki | Henri Knoks |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1732[1][2][…] |
Vəfat tarixi | 14 dekabr 1799[3][1][…] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, fermer, xəritəşünas, mühəndis, dövlət xadimi, inqilabçı, yazıçı, ordu zabiti[d] |
Həyat yoldaşı |
|
Uşağı | 1 adopted child |
Dini | episkopal kilsə[d], masonluq |
Hərbi xidmət | |
Qoşun növü | Kontinental Ordu, Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Döyüşlər |
|
Rütbəsi | polkovnik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1753–1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik etmişdir. 1759-cu ildə polkovnik rütbəsində istefaya çıxmış, 1759–1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olmuşdur. 1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlanmış və yeni paytaxtın salınması üçün Potomak çayı sahilindəki yeri Corc Vaşinqton seçmişdir. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı.
Həyatı
redaktəCorc Vaşinqton varlı fermer ailəsində dünyaya gəlmişdir. Onun ailəsi böyük fermer təsərrüfatına və çoxlu qullara sahib idi. Corc mükəmməl təhsil almamışdır. Gənc yaşlarından başlayaraq 3 sahəni sınadı: fermer olmaq, əsgər olmaq və siyasətçi olmaq. 3-cü sahədə daha uğurlu oldu.
Corc Vaşinqton adı Amerika tarixinə böyük hərflərlə yazılmış şəxsiyyətlərdəndir. O, on üç koloniyanın əvvəl suveren respublikalar ittifaqına, sonra dünyada ilk federal dövlətə çevrilməsində mühüm rol oynamışdır. Virciniyada keçirilən ilk Kontinental konqresdə qətiyyətlə İngiltərənin müstəmləkə siyasətinə qarşı çıxanlardan olmuşdur. Amerika hərbi qüvvələrinin Ali Baş Komandanı kimi hərbi müqaviməti təşkil və ona rəhbərlik etmiş, səkkiz il davam edən müharibə Amerikanın tam müstəqilliyi ilə nəticələnmişdir.
1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində Corc Vaşinqton ABŞ-nin ilk prezidenti seçilir. Səslərin sayına görə ikinci yeri tutan Con Adams Konstitusiyanın müvafiq maddəsinə əsasən vitse-prezident olur. Prezident olaraq ilk gördüyü iş hakimiyyətin icraedici orqanlarını yaratmaq olur. Bunun üçün o, ətrafına intellektual və bacarıqlı şəxsləri toplayır. Aleksandr Hamilton maliyyə, Tomas Cefferson beynəlxalq əlaqələr, Henri Noks hərbi məsələlər,Edmund Rendolf ədliyyə naziri təyin edilir. Bu dövrdə federalistlər xalq kütlələrinin təzyiqi altında konstitutsiyaya ilk 10 əlavəni etdilər. (1791) Fransa inqilabı 2 partiya arasında mübarizəni daha da kəskinləşdirdi. Federalistlər əsasən İngiltərə ilə əməkdaşlıq etmək kimi xarici siyasət kursu yeridirdilər.
1794-cü ildə ABŞ ilə İngiltərə arasında bağlanmış ticarət müqaviləsi ölkədə böyük narazılıq yaratdı. Ceffersonun başçılığı altında olan respublikaçılar Fransa inqilabına rəğbətlə yanaşırdılar. 1793-cü ilin aprelində Vaşinqton konqreslə məsləhətləşmədən Avropada Fransaya qarşı aparılan müharibələrdə ABŞ-nin bitərəfliyini elan etdi. Əslində Vaşinqton İngiltərə ilə yaxınlaşmağa meyil edirdi. Mövcud demokratik klublar federalistlərin xarici siyasətini tənqid edirdilər. Antibritaniya hərəkatı elə geniş vüsət alır ki, ABŞ hökuməti 1794-cü ildə İngiltərə ilə ticarət əlaqələrini kəsir, o vaxta kimi ki, İngiltərə öz qoşunlarını 1783-cü il Paris sülhünün şərtlərinə əsasən şimal qərb fortlarından çıxarsın. 1794-cü ildə buğdadan viski düzəltməyə görə əlavə vergi qoyulması Qərbi Pensilvaniyada, Qərbi Virginiyada silahlı hərəkatın başlanmasına səbəb oldu. Cəmiyyətdə olan böyük nüfuzuna baxmayaraq o, ikinci dəfə prezident seçilmək istəmirdi. Vaşinqton, xüsusən T. Ceffersonun ciddi təkidlərindən sonra öz namizədliyini irəli sürür və 1792-ci il seçkilərində ikinci dəfə ABŞ-nin prezidenti seçilir. 1796-cı ilin yazından, Vaşinqton xalqa vida müraciətini hazırlayır. O, 1792-ci ildə yazılmış müraciəti A. Hamiltonun köməyi ilə yenidən işləyir və bu müraciət 1796-cı il 19 sentyabrda qəzetlərdə çap olunur. İstefaya çıxdığı 15 mart 1797-ci il tarixindən sonra Maunt-Vernon malikanəsində yaşamağa başlayır və Filadelfiyaya etdiyi qısamüddətli səfərləri nəzərə almasaq buranı heç vaxt tərk etmir.
Ağ Evi tikdirmək əmri versə də, heç vaxt orada yaşamadı.
Maraqlı faktlar
redaktə- Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri soldan birincidir.
- O, Seçicilər kollegiyasında səslərin 100%-ni qazanmış yeganə ABŞ prezidentidir.
- Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır.
- Corc Vaşiqton öz bağında marixuana yetişdirirmiş.
-
Corc Vaşinqtonun 1 dolların üzərindəki təsviri
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 https://d-nb.info/gnd/11876439X/about/lds (ing.). / German National Library
- ↑ 1 2 http://www.anb.org/articles/02/02-00332.html.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Lundy D. R. George Washington // The Peerage (ing.).
- ↑ 1 2 Societies A. C. o. L., Press O. U., McDonald F. Washington, George (1732-1799), first president of the United States (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.0200332
- ↑ 1 2 http://www.timelines.ws/subjects/Wine.HTML.
- ↑ https://www.mountvernon.org/the-estate-gardens/location/washington-tomb.
- ↑ OpenStreetMap (çd.). 2004.
Xarici keçidlər
redaktə Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |