Muhendislik - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər.
VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır.
Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr. mənşəli olub ingenium (döyüş maşını) və ingeniarius (yaradıcı usta, sonra tikinti ustası) mənasını verir) işlədilir. İlk sivil ingenieur termini XVI əsrdə Hollandiyada körpü tikənlərə aid edilərək işlənmişdir. Leonardo da Vinçi o dövrdə italyan forması olan "ingenier" adını daşımışdır.
Ali məktəblər
redaktəAvropada mühəndislik üzrə ilk ali məktəblər XVIII əsrdə meydana çıxıb.[1] Belə ki, mühəndislərin hazırlanması üçün ilk dəfə olaraq XVIII əsrdə Fransada politexnik məktəbləri yaradılır. İlk dəfə fransızlar 1747-ci ildə Parisdə Yol və Körpü Milli Məktəbinin əsasını qoymaqla texniki ali məktəb ideyasını həyata keçiriblər.[1] Bunun ardınca bir çox başqa ölkələrdə də texniki məktəblər açılaraq mühəndislik elminin genişlənməsi üçün dəyərli töhfələr vermişlər. XIX əsrin əvvəllərində texniki universitetlər Praqa (1806-cı il), Vyana (1815-ci il) və Karlsruedə (1824-cü il) açılıb.[1] XX əsrdən başlayaraq bu texniki məktəblərin çoxu inkişaf etdirilərək universitetlərə çevrilmişlər.
İstinadlar
redaktə- ↑ 1 2 3 Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. Varşava Politexnik Universiteti. № 29 (776), 2 avqust 2013, səh. 33. (az.)