Yusif Seferov Neftci - Wikipedia
Yusif Səfərov (Yusif Əliqulu oğlu Səfərov; 15 oktyabr 1907, Şamaxı – 30 dekabr 1963, Bakı) — Azərbaycan neft tarixinə qızıl hərflərlə yazılmış alim, mühəndis, istehsalat təşkilatçısı, ixtiraçı, qazma texnologiyasının, banilərindəndir. Bakı şəhəri Ali Sovetin Deputatı, Əməkdar mühəndis, Qırmızı Əmək Bayrağı, Şərəf nişanı ordenləri, Qafqazın müdafiəsi üçün və 1941—1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə medalları ilə təltif edilmişdir.
Yusif Səfərov | |
---|---|
Yusif Əliqulu oğlu Səfərov | |
Doğum tarixi | 15 oktyabr 1907 |
Doğum yeri | Şamaxı rayonu, Azərbaycan |
Vəfat tarixi | 30 dekabr 1963 (56 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları | |
Atası | Əliqulu Əliyev |
Milliyyəti | azərbaycanlı |
İxtisası | neftçi-geoloq |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Fəaliyyəti | alim |
Elmi dərəcəsi | |
Partiyası | |
Tanınır | geoloq-neftçi |
Mükafatları |
|
Həyatı
redaktə15 oktyabr 1907-ci ildə Şamaxıda anadan olmuşdur. 1963-cü ildə vəfat etmişdir. 1926-cı ildə orta məktəbi, 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsini bitirərək dağ mühəndisi diplomunu almışdır.
Ailəsi
redaktəYusif müəllim nümunəvi ailə başçısı olmuşdur. Qızı Elmira xanım Bakı Muşiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi olmuşdur. Digər qızı Zenfira xanım sənətşünaşlıq doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nm müxbir üzvüdür. Oğlu Çingiz atasının yolunu davam etdirmiş, «Çıraq», «Azəri», «Kəpəz» kimi yataqların kəşfində iştirak etmiş, neft sənayesində bir sıra məsul vəzifələrdə çalışmış, Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində və ARDNŞ-nin qazma üzrə Baş mütəxəssisi işləmişdir. Qızı Zenfira Səfərovanın «Xəzərin neft korifeyi» məqaləsindən: 1952-ci ildə atam «Azərdənizneft» Birliyinin qazma işləri üzrə Baş direktorun müavini işlədiyi vaxt vəzifəsindən kənar olunaraq Sibirə sürgün edilir. Yalmz ona görə ki, nahar edən vaxt (köhnə «İnturist»in restoranında) M.C.Bağırovun şərəfinə qaldırılan sağlığa içməmiş, badəni qırağa qoymuşdur. Maraqlıdır ki, Sibirdə də neft kəşfiyyat kontorunun rəisi vəzifəsində işlərkən atam bir neçə neft yatağımn kəşf edilməsinə nail olmuşdur. Stalinin ölümündən və M.C.Bağırovun həbsindən sonra atam Bakıya qayıtmışdı. O, M.C.Bağırovun məhkəmə prosesinə şahid kimi dəvət olunmuşdu. Həyatı boyu atama hansı vəzifə, hansı iş tapşırılırdısa, onu böyük peşəkarlıqla, vicdanla yerinə yetirirdi. 1945-ci ildə o, Almaniyaya ezamiyyətə göndərilir və uğurlu işinə görə «0pel-olimpiya» markalı maşınla mükafatlandırılır. Atam Sibirdə Kemerova vilayətində işləyəndə onun yanma hələ gənc və heç kimin tanımadığı neftçi Fərman Salmanov gəlmişdir. O, atamın yanında işləmək arzusunda olduğunu bildirmişdir. Onlar söhbət edə-edə həyətə çıxanda görmüşdülər ki, yaşlı bir qadın odun yarır. Bu vaxt atam gənc Fərmana müraciət edib demişdir ki, «bu da sənin üçün ilk iş, götür qadının elindən baltanı, odunu yar». Bu xatirəni Fərman Salmanov özü aldığı ilk həyat dərsi kimi minnətdarlıqla danışırdı. Sonralar Fərman Salmanov məşhur neftçi-alim, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı olmuşdur. Ümumiyyətlə, məlumdur ki, müxtəlif illərdə atamın rəhbərliyi altında Ağa Nemətulla, Məlik Göyçayev, Rüstəm Rüstəmov, usta Pirməhəmməd, Mixail Kaveroçkin, Qurban Abasov və bu kimi məşhur neftçilər işləmişlər.
Fəaliyyəti
redaktəABŞ-da Azərbaycanın görkəmli neftçilərindən olan Yusif Səfərov və Ağaqurban Əliyev «Okeanın ulduzları» muzeyinin qəhrəmanları və ulduzları adlandırılmışlar. ABŞ-da, Hyuston şəhərinin 30-40 kilometrliyində 2004-cü ildən «Ocean Stars», yəni «Okeanın ulduzlan» muzeyi fəaliyyət göstərir. Elə həmin il Hyuston şəhərində dünyanın bir çox qabaqcıl neft kompaniyalarının nümayəndələri «Okeanm ulduzlan» adlı təntənəli tədbirə yığılmışdılar. Bu tədbirdə müxtəlif ölkələrin mütəxəssislərinin, dünya neft sənayesinin pionerlərinin əməyi xüsusi mükafatlarla qeyd olunurdu. Laureatlar arasında görkəmli Qərb mütəxəssisləri - Baretto de Karvalyo, Co Foster, Robert Palmer, Jprj Dias Serrano ilə bərabər Azərbaycan mütəxəssisləri geoloq Ağaqurban Əliyevin və neft mühəndisi, iki dəfə Stalin (Dövlət) mükafatı laureatı Yusif Səfərovun rolu xüsusi vurğulanmışdı. Adıçəkilən neft mütəxəssisləri «Okeanm ulduzlan» muzeyinin qəhrəmanları və ulduzlarıdır.
O, 1931-1936-cı illərdə Azərbaycan neft sənayesinin Puta kəşfiyyat qrupu müdirinin köməkçisi, Lökbatan Qazma Kəşfiyyat Kontorunun rəhbəri işləmişdir. Lökbatan Qazma Kəşfiyyat Kontorunda rəis olduğu zaman Lökbatanda 45 və 62 nömrəli quyuların qazılması bilavasitə onun rəhbərliyi altında həyata keçirilib. Həmin quyuların verdiyi gündəlik hasilat 20 min tondan artıq olmuşdur. Səmərəli məhsulla nəticələnən bu kəşfiyyat quyulan Lökbatanda zəngin neft yataqları olduğunu aşkara çıxarmışdır. 1936-1939-cu illərdə Yusif Səfərov yeni təşkil olunmuş «Kaqanoviçneft» (indiki «Suraxanı» NQÇİ) Qazma İdarəsinin rəhbəri olmuşdur. Burada «Həyat vadisi» adlanan yeni sahədə onun kontorunun qazdığı ilk quyular da gözəl nəticə vermiş və bu quyular ətrafında iki neft mədəni yaradılmışdır. Yusif Səfərov 1939-1943-cü illərdə «Stalin-neft» (indiki «Bibiheybət» NQÇİ) Qazma İdarəsinin direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə qazma idarəsi 1131 nömrəli ilk dəniz neft quyusunu qazıb istismara vermək şərəfinə nail olmuşdur. Sutkada 400-500 ton neft verən bu quyu əsasmda «İliç buxtası»nda yeni neft mədəni əmələ gəlmişdir. Azərbaycanda ilk dəfə 1941-ci ildə Yusif Səfərovun rəhbərliyi altında «İliç buxtası»ndan Krasin adına Mərkəzi Elektrik Stansiyasının altına 1385 sayh maili istiqamətləndirilmiş quyu qazılmışdır. 1943-1944-cü illərdə Yusif Səfərov hərbi zavodlarda xüsusi işlər görüb Avropa ölkələrində işləməli olmuşdur.
O, 1944-1945-ci illərdə «Azəmeft» Birli¬yinin qazma şöbəsinin rəisi işləyir. Yusif Səfərovun şöbə rəisi işlədiyi müddətdə Buzovna və Maştağa rayonlarında apanlan kəşfiyyat işləri gözəl nəticələr verir və Abşeronun bu rayonlarında yeni neft mədənləri salnır. 1945-ci ildə dənizdə kust üsulu ilə qazma işlərinə başlanmışdır. Xəzər dənizində birləşən neft yataqlarını kəşf edib istismara vermək üçün 1945-ci ilin əvvəlində «Azəmeft» Birliyi sistemində Dəniz Qazma Tresti təşkil olunur və Yusif Səfərov trestin baş mühəndisi təyin edilir. Dəniz Qazma Tresti Buzovna və Gürgan (indiki Pirallahı adası) rayonlarında Xəzərdə geniş kəşfiyyat işlərinə başlayır. Dənizdə qurulan ilk buruqlar (7 nömrəli və başqaları) bu sualtı yataqlarda neft olduğunu isbat edir və onların ətrafında böyük dəniz mədənləri yaradılır. 1945-ci ildə dənizdə kust üsulu ilə qazma işlərinə başlanır. 1946-cı ilin əvvəllərində «Azəmeft» Birliyində yeni bir trest - Turbin Qazma Tresti təşkil olunur və trestin rəisi Yusif Səfərov təyin edilir. Turbin Qazma Trestinin ciddi səyi və səmərəli fəaliyyəti sayəsində bu üsul tez bir zamanda Azərbaycan neft mədənlərində müsbət nəticələr verdi. 1946-cı ildə Hövsanda 4000 metr dərinliyində 1308 nömrəli quyu qazıldı ki, bu da Avropada ən dərin quyu hesab olundu. Yusif Səfərov 1947-ci ilin əvvəllərində «Azəmeft» Birliyinin Dəniz Qazma Trestinin müdiri vəzifəsinə irəli çəkilir. 1948-ci ilin noyabrında «Pobeda» kiçik barkasda Ç.A.Orucov, Y.Ə.Səfərov, A.Q.Əliyev və başqaları Bakıdan 100 km aralı Xəzər dənizində yerləşən «Qara Daşlar»a (indiki Neft Daşları) gəlirlər, birinci kəşfiyyat quyusunun yerini təyin edirlər. Qazma 1949-cu ilin 7 noyabrında başa çatır və quyunun gündəlik hasilatı 100 tondan artıq olur. Bu kəşflə Azərbaycan dünyada ilk olaraq açıq dənizdə neft hasilatına nail olur, Yusif Səfərov və onun həmkarları dünya şöhrəti qazanırlar. Yusif Səfərov 1949—1952-ci illərdə «Azərdənizneft» Birliyinin qazma işləri üzrə Baş direktorunun müavini vəzifəsində çalışmışdır. Neft-qaz yataqlarının mənimsənilməsi işinin əsas istiqamətlərindən biri də dəniz neft- mədən hidromexaniki qurğuların konstruksiyalarının yaradılması idi. Bu işlər ada özülləri, üzən qurğular, estakada tikililəri və s. yaradılması istiqamətində aparıldı. Dəniz neft-mədən işlərinin inkişafında mərhələli şərt iribloklu özüllərin S.A.Orucov və I.Ə.Səfərovun «MOS» şifri altında buraxılmış sistemi idi. «MOS», «Dənizneftlayihə» və «QiproMOS» tipli stansionar dəniz özüllərin tətbiq edilməsi nəticəsində «Gürgan-dəniz», «Çilov» adası, «Darvin bankası», «Neft Daşlan», «Palçıq pilpiləsi», «Səngəçal-dəniz», «Qaradağ-dəniz» və digər neft yataqları aşkar edilib kəşf olundu. Bu qurğular dənizin yeni dərinliklərinin mənimsənilməsinə (40 m-dək) imkan yaratdı. Yusif Səfərov Azərbaycanda dəniz qazma işlərinin əsasını qoyanlardan biri olmuşdur. Təsadüfi deyil ki, turbin, rotor, maili istiqamətləndirilmiş və elektrik qazma kimi qazmanın bütün proqressiv metodları müxtəlif vaxtlarda dərin biliyə, heyretedici işgüzarlığa malik və çox hünərli Yusif Səfərovun eməyi sayəsində Azərbaycanın neft sənayesinə vəsiqə almışdır. Yusif Səfərov 1953-1963-cü illərdə Eksperimental Elektroqazma idarəsinin rəisi, Azərbaycan Neftqazma Elmi-Tədqiqat İnstitutunda «yeni qazma üsulu» laboratoriyasın müdiri işləmişdir. Onun yeni turbin qazmasıma, maili və elektroqazma üsullarının tətbiq edilməsində böyük xidmətləri olmuşdur. Zəngin dəniz neft yataqlarını kütləvi surətdə kəşf edib istismara vermək Azərbaycan neft sənayesinin qarşısında duran mühüm vəzifələrdən biri idi. O da bütün qüvvə və bacarığını, elm və istedadını bu şərəfli vəzifənin namusla yerinə yetirilməsi uğrunda qızğın mübarizəyə sərf etmişdir. Onun bütün heyatı bu mühüm işlə bağlı, bütün fəaliyyəti bu nəcib vəzifə ilə əlaqədar olubdur. O, hər yerdə, hər işdə - zəngin yaradıcılığının bütün sahələrində yalnız bir məqsədə xidmət etmişdir - xalqın etimadım doğrultmaq, vətənin qüdrətini artırmaq.
Elmi fəaliyyəti
redaktəYusif Səfərovun qazmada ixtira etdiyi yeni üsullar müxtəlif illərdə həyata keçirilərək respublikanın neft sənayesini xeyli zənginləşdirmişdir. O özünün fəal istehsalat təcrübəsini elmi-tədqiqat və pedaqoji işi ilə üzvü surətdə birləşdirə bilmişdir. «Dənizdə dərin qazma» mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsini almışdır. Yusif Səfərov Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) qazma kafedrasında dosent işləyərək gənc kadrların hazırlanmasına da böyük əhəmiyyət verirdi və bir sıra elmi əsərlərin - «Dənizdə neft buruqlanmn qurulması», «Turbin qazma», «Qazmada gilli məhlul», «Elektroqazma», «Dənizdə dərin qazma» və s. əsərlərin müəllifi idi. Yusif Səfərov adı Azərbaycan neft tarixinə qızıl hərflərlə yazılmış alim, mühəndis, istehsalat təşkilatçısı, ixtiraçı, qazma texnologiyasının banilərindəndir. Yusif Səfərovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Mükafatları
redaktəO, 1946-cı ildə dəniz qazması üçün stansionar özüllərə, 1951-ci ildə dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə SSRİ Dövlət mükafatlarına, Azərbaycan SSR-nin «Əməkdar mühəndisi» adına layiq görülmüşdür. Azərbaycan SSR Ali Sovetinin, Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. O, həmçinin «Qırmızı Əmək Bayrağı», «Şərəf nişam» ordenləri, «Qafqazın müdafiəsi üçün» və «1941—1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə» medalları ilə təltif edilmişdir. Görkəmli neftçinin yaşadığı evin divarında onun xatirə lövhəsi, barelyefi vurulmuşdur. Xəzərdə vaxtilə üzən gəmilərdən birinin adı da «Yusif Səfərov» idi. Bakı şəhərinin küçələrindən birinə Yusif Səfərovun adı verilmişdir.[1]
İstinadlar
redaktə- ↑ Bayram Bayramov. Neft Daşları - tufanlar qoynunda həyat