Texnika Elmleri Namizedi - Wikipedia
Texnika_elmləri_namizədi - Haqqında Məlumat
Elmlər namizədi (rus. кандидат наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində verilən, fəlsəfə doktoru elmi dərəcəsinə ekvivalent elmi dərəcə.[1][2]
Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi ikipilləli elmi dərəcələndirmə prosesinin birinci hissəsi kimi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Adətən elmlər namizədi dərəcəsi verən ölkələrdə ikinci və daha yüksək elmi pillə olaraq elmlər doktoru dərəcəsi professor elmi adı almaq üçün tələb olunur.
Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Elmlər namizədi // Rasim Əliquliyev, Sədaqət Şükürlü, Sevda Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. — Bakı: "İnformasiya Texnologiyaları", 2009. — səh. 56.
- ↑ Елмләр намизәди // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 51–52.
- ↑ Fəlsəfə doktoru // İsgəndər Səklikov. Pedaqoji terminlər lüğəti. — Bakı: "Azəri" nəşriyyatı, 2021. — səh. 135.