Zemfira Seferova - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017).[1]
Zemfira Səfərova | |
---|---|
Doğum tarixi | 10 iyun 1937 (87 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Yusif Səfərov (neftçi) |
Təhsili | |
Fəaliyyəti | musiqişünas, universitet müəllimi[d] |
Elmi dərəcəsi | |
Elmi adı | |
Mükafatları |
|
Həyatı
redaktəZemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir.
Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir.
Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır.
Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.
Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır.
Mükafatları
redaktə- Əməkdar incəsənət xadimi(1989)
- Əməkdar elm xadimi(2006)
- "Humay" mükafatı laureatı
- AMEA-nın fəxri fərmanı
- Şöhrət ordeni(2022)
Əsərləri
redaktəKitabları
redaktə- "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998.
- "Музыкально-эстетические взгляды Узеира Гаджибекова". Moskva, 1973.
- "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər".
- "Kapa Kapaeв. Научно публисистическое наследие". Bakı: "Elm", 1988.
- M. M. Nəvvabın "Vüzuhul-ərqam" risaləsi. Bakı: "Elm", 1989.
- Səfiyəddin Urməvi.
- Əbdül Qadir Marağayi.
- Qədim musiqi terminləri lüğəti.
- Ölməzlik.
- Şərq musiqisinin peyğəmbəri[2].
- Azərbaycan musiqi tarixi: I cild. Bakı: "Şərq-Qərb", 2012.
Məqalələri
redaktə- Tehranda Səfiəddin Urməviyə həsr edilmiş beynəlxalq konress. "Musiqi dünyası" jurnalı.
- Fətullah Şirvani və onun "Musiqi məcəlləsi" risaləsi Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine. "Qobustan" jurnalı.
- XV əsr Şirvan aliminin "Musiqi məcəlləsi". "Musiqi dünyası" jurnalı.
- "Musiqi məcəlləsi" (XV əsr) və "Vüzuhul Ərqam" (XIX əsr) risaləsində muğamın və musiqi alətlərinin rolu (dini baxışlar kontekstində). "Musiqi dünyası" jurnalı.
- Şərq musiqisinin peyğəmbəri. C. Qaryağdıoğlunun anadan olmasının 150 illiyi münasibətilə. 525-ci qəzet.- 2011.- 31 mart.- S.7.
- Некоторые проблемы сохранения, издания и исследования азербайджанского музыкального наследия в эпоху глобализации. Международный музыкальный культурологический журнал HARMONY.
- Музыкальные сочинения и стихи Абдулгадира Марагаи. Международный музыкальный культурологический журнал HARMONY.
Xatirəsi
redaktə2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Akademik Zemfira Səfərova adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
redaktə- ↑ Akademik AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası – Zemfira Yusif qızı Səfərova". 2014-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.