Yucin Viqner - Wikipedia
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[1][2][…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[3][2][…], Prinstom, Nyu-Cersi[7]) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Yucin Viqner | |
---|---|
ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál | |
Doğum tarixi | 17 noyabr 1902[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1995[3][2][…] (92 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[8] |
Dəfn yeri | |
Elm sahəsi | fizika |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu. 1919-cu ildə Bela Kunun kommunist rejimindən qaçmaq üçün Viqner ailəsi Avstriyaya köçsə də, Kunun devrilməsindən sonra Macarıstana geri qayıdır. Orta məktəbi bitirdikdən sonra Yucin 1920-ci ildə Budapeşt Texniki Universitetinə daxil olur. Burada keçirilən dərslərdən razı qalmadığı üçün o, Berlin Texniki Universitetinə sənəd vermiş, burada kimya- mühəndisliyi fakülətsində təhsil almışdı. Yucin Viqner 1936-cı ildə Ameliya Frank ilə ailə həyatı qurur, lakin həyat yoldaşı 1937-ci ildə vəfat edir. Yenidən 1941-ci ildə fizika professoru Meri Viler ilə evlənmiş, bu evilikdən 2 övladı dünyaya gəlmişdir.
Fəaliyyəti
redaktəBundan başqa Berlində Kayzer Vilhelm İnstutunda fiziki- kimya və elektrokimya fakültəsində çalışmağa başlayır. Burada ona Maykl Polani dərs demişdi. Polani sonradan Yucin Viqnerin elmi rəhbəri də olmuşdu. Universitetdə işlədiyi müddətdə o elmi tədqiqatlarına davam etmiş, Ervin Şördingerin kuantum mexanizması ilə bağlı araşdırmaları ilə tanış olmuşdur. 1930-cu illərin sonlarında Viqner atom nüvələrinin tədqiqi və nüvə reaksiyalarının mühüm bir ümumi nəzəriyyəsini inkişaf etdirir. 1936-cı ildə isə Viskonsin Universitetində yeni işə başlayır. 8 yanvar 1937-ci ildə Viqner ABŞ vətəndaşlığı alır və Prinston univeristetinində işə girir. 1942–1945-ci illərdə Viqner İkinci Dünya müharibəsi dövründə Çikaqo Universitetində "Manhattan Layihəsi" üzərində işləmiş və 1946–1947-ci illərdə Klinton Laboratoriyalarının Tədqiqat və İnkişaf Departamentinin direktoru olmuşdur. 1947-ci ildə yaz sonunda o yenidən Prinston Universitetinə qayıdır. Tezliklə 1952-ci ildə Yucin ABŞ Atom erejisi Komissiyasının Baş Məsləhət Şurasının üzvü olur və 1964-cü ilə qədər burada işləyir. 1963-cü ildə o, fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. O bu mükafatı Mariya Göppert-Mayer və Hans Daniyel Jensenlə paylaşır.
Mükafatları
redaktə- 1958 – Enrico Fermi mükafatı
- 1960 – "Sülh" mükafatı
- 1963 – "fizika üzrə Nobel" mükafatı
- 1964 – Amerikan-Macar Etüdler Vəqfi "Corc Vaşinqton" mükafatı, "Maks Plank" medalı
- 1965 – "Semmelveys" medalı
- 1969– "Beynəlxalq Elm" medalı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/643423/Eugene-Paul-Wigner.
- ↑ 1 2 Leidse Hoogleraren (nid.).
- ↑ 1 2 JSTOR. 1995. S. 528.
- ↑ 1 2 3 4 NNDB (ing.). 2002.
- ↑ 1 2 Eugene Wigner (1903-1995) (ing.).
- ↑ https://www.nytimes.com/1995/01/04/obituaries/eugene-wigner-92-quantum-theorist-who-helped-usher-in-atomic-age-dies.html.
- ↑ http://www.cemeteryregister.com/search.asp?id=NJ_PRINCETON.