Macaristan Kralligi - Wikipedia
Macarıstan krallığı — 1000–1944-cü illər arasında Mərkəzi Avropada mövcud olmuş krallıq. Krallığın ilk hökmdarı Müqəddəs I İştvan, son hökmdarı IV Karl olmuşdur.
Tarixi dövlət | |||||
Macarıstan krallığı | |||||
---|---|---|---|---|---|
mac. Magyar Királyság | |||||
|
|||||
«lat. Regnum Mariae Patronae Hungariae» | |||||
Macarıstan himni | |||||
|
|||||
Paytaxt | Budapeşt | ||||
Dilləri | Macar dili | ||||
Rəsmi dilləri | |||||
Valyuta | Avstriya-Macarıstan kronu | ||||
Kral | |||||
• 1000 - 1038 | Müqəddəs I İştvan | ||||
• 1235 - 1270 | IV Bela | ||||
• 1308 - 1342 | Karl Robert | ||||
• 1458 - 1490 | I Matyaş | ||||
Tarixi | |||||
• 1526 | Mohaç döyüşü | ||||
• 1699 | Karlovitsa müqaviləsi | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəLatın dilində Regnum Hungariae və ya Ungarie (Regnum latınca krallıq deməkdir); Regnum Marianum (Məryəm Krallığı); və ya sadəcə Hungaria, krallığın ilk illərindən 1840-cı illərə qədər Latın dilində rəsmi sənədlərdə istifadə edilən adlar idi.
Almanca adı Königreich Ungarn rəsmi olaraq 1784–1790-cı illərdə və 1849–1860-cı illər arasında istifadə edilmişdir.[1] Macarca adı (Magyar Királyság) 1840-cı illərdə, sonra yenidən 1860-cı illərdən 1946-cı ilə qədər istifadə edilmişdir. Krallığın qeyri-rəsmi macarca adı — hələ də danışıq dilində olan — Magyarország[2] da həmçinin Macarıstanın rəsmi adı idi.
Krallığın digər danışıq dillərində olan adlarl bunlar idi: pol. Królestwo Węgier, rum. Regatul Ungariei, serb. Kraljevina Ugarska, xorv. Kraljevina Ugarska, sloven. Kraljevina Ogrska, slovak. Uhorské kráľovstvo və Fiume şəhərində it. Regno d'Ungheria.
Avstriya-Macarıstanda (1867–1918) qeyri-rəsmi Transleitaniya adı bəzən Macarıstan Krallığının bölgələrini ifadə etmək üçün istifadə olunurdu. Rəsmi olaraq, Müqəddəs İştvan Tacının Torpaqları termini Avstriya-Macarıstanın Macarıstan hissəsi üçün daxil edilmişdir, baxmayaraq ki, bu termin bundan əvvəl də istifadə edilmişdir.
Paytaxt şəhərləri
redaktəAdı | Dövr |
---|---|
Sekeşfexervar | 1000–1543 |
Esterqom | 1000–1256 |
Buda | 1256–1315 |
Temesvár (indiki Timișoara) | 1315–1323 |
Vişeqrad | 1323–1408 |
Buda | 1408–1485 |
Vyana (Bécs) | 1485–1490 |
Buda | 1490–1536 (1541) |
Lippa (indiki Lipova, Rumıniya) – Şərqi Macarıstan krallığı | 1541–1542 |
Gyulafehérvár (indiki Alba Iulia, Rumıniya) – Şərqi Macarıstan krallığı | 1542–1570 |
Pressburq (indiki Bratislava) | 1536–1784 |
Buda | 1784–1849 |
Debretsen | 1849 |
Buda | 1849–1873 |
Budapeşt | 1873–1944 |
Debretsen | 1944 |
Budapeşt | 1944–1946 |
Tarixi
redaktəQuruluşu
redaktəArpadın başçılıq etdiyi macarlar 895-ci ildə Karpat hövzəsində məskunlaşdılar və Macar knyazlığını (896–1000) qurdular.[3] Macarlar, Lexfeld döyüşündə Müqəddəs Roma İmperatoru I Otto tərəfindən dayandırılana qədər Qərbi Avropaya bir neçə uğurlu hücumlar ediblər.
Orta əsrlər
redaktə1000–1526-cı illər arasında müstəqil bir ölkə olan Macarıstan krallığının torpaqlarının böyük bir qismi Mohaç döyüşündən sonra Osmanlı İmperiyasının əlinə keçdi. Torpaqların geri qalan hissəsi Habsburqlar sülaləsinin idarəsi altında muxtar bir krallıq olaraq mövcudluğunu qoruyub saxladı. 1686-cı ildə başda Budin (Budapeşt) olmaqla Macarıstanın böyük bir hissəsi Habsburqların əlinə keçdi.
Yeni tarix
redaktə1867-ci ilə qədər Macarıstan krallığı Avstriya İmperiyasının bir parçası oldu. Bu dönəmdə Macarıstan krallığı öz məclisinə və konstitusiyasına sahib idi, amma məclis üzvləri Habsburqlar sülaləsi tərəfindən təyin edilirdi. 1867-ci ildə Avstriya-Macarıstan İmperiyası quruldu. Bu cüt monarxiya sistemi Birinci dünya müharibəsinin sonuna qədər yaşadı. 1920–1946-cı illər arasında Macarıstan krallığı yenidən müstəqil ölkə oldu. 1946-cı ildə Macarıstan Xalq Respublikasının qurulmasıyla Macarıstan krallığı rəsmən ləğv edildi.
İstinadlar
redaktə- ↑ Hintersteiner, Norbert. Naming and Thinking God in Europe Today: Theology in Global Dialogue. Rodopi. 9 February 2017. ISBN 978-9042022058. 23 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2014 – Google Books vasitəsilə.
- ↑ "Magyarország geográfiai szótára". www.fszek.hu. 19 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2013.
- ↑ Acta orientalia Academiae Scientiarum Hungaricae, Volume 36 Arxivləşdirilib 29 mart 2017 at the Wayback Machine Magyar Tudományos Akadémia (Hungarian Academy of Sciences), 1982, p. 419