Manhetten Layihesi - Wikipedia
Manhettan layihəsi (ing. Manhattan Project) – Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanadanın iştirakı ilə II Dünya müharibəsi illərində ilk nüvə silahının (atom bombasının) yaradılması məqsədilə həyata keçirilmişdir.
Manhetten layihəsi | |
---|---|
Ölkə | |
Qərargah |
|
Vikianbarda əlaqəli mediafayllar |
Formal adı Manhettan Mühəndisi Zonası (MMZ) olan bu layihə 1942–46-cı illərdə general R. Gruvsun hərbi rəhbərliyi ilə ABŞ Hərbi Mühəndisləri Komandanlığının nəzarəti altında həyata keçirilmişdir. Layihənin elmi-tədqiqat işlərinə amerikalı alim Robert Oppenheymer rəhbərlik etmişdir.
Layihə 1945-ci ildə üç nüvə silahının əldə edilməsi və sınaqdan keçirilməsi ilə nəticələnir. İlk sınaq partlayışı 1945-ci il 16 iyul tarixində Yeni Meksika ştatının Triniti şəhəri yaxınlığında plutonium ilə zənginləşdirilmiş bombanın sınaq partlayışı (Üçlük sınağı) ilə həyata keçirilir. Daha sonra avgust ayının 6-sı uranla zənginləşdirilmiş "Little Boy" adlı bomba Yaponiyanın Hiroşima şəhərində, bundan üç gün sonra isə, avgustun 9-u yenidən Yaponiyada, bu dəfə Naqasakidə "Kök" adlı ikinci plutoniumla zənginləşdirilmiş bomba sınaqdan keçirilir.
Layihə XX əsrin 30-cu illərində almanların nüvə texnologiyaları sahəsində apardıqları tədqiqatlara cavab olaraq 1939-cu ildə əvvəlcə kiçik bir tədqiqat proqramı şəklində yaranır. Tədricən layihə genişlənir və özündə 130 minlik işçi qüvvəsi toplayır. Layihənin ümumi dəyəri 2 miyard ABŞ dolları olaraq qiymətləndirilirdi (2007-ci ilin istehlakçıların qiymət indeksinə əsasən 23 milyard $).