Vikipediya Heftenin Secilmis Siyahisi Avqust 2020 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.
Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı — (türk. Türkiye Süper Kupası kazanan teknik direktörler listesi) — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı.
2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — Zlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
ABŞ milli parklarının siyahısı — ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə