Yellouston Milli Parki - Wikipedia
Yellouston Milli Parkı (ing. Yellowstone National Park) — ABŞ-nin Aydaho, Montana və Vayominq ştatlarında yerləşən milli park. 1 mart 1872-ci ildə prezident Ulis S. Qrantın imzası ilə yaradılan ABŞ-nin və dünyanın ilk milli parkıdır.
Yellouston Milli Parkı | |
---|---|
Yellowstone National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 8.983,18 km2 ha |
Yaradılma tarixi | 1 mart 1872 |
Ziyarətçi sayı |
|
İdarəetmə orqanı | ABŞ Milli Park Xidməti |
Yerləşməsi | |
44°36′00″ şm. e. 110°30′00″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Vilayət |
Vayominq Montana Aydaho |
Rayon |
Park qraflığı (Montana) Teton qraflığı (Vayominq) Qallatin qraflığı (Montana) Park qraflığı (Vayominq) Fremont qraflığı (Aydaho) |
www.nps.gov | |
|
|
|
|
Rəsmi adı | Yellowstone National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii, ix, x |
Tarixi | 1978 (2-ci sessiya) |
İstinad nöm. | 28 |
Təhlükədə | 1995–2003 |
Vikianbarda əlaqəli mediafayllar |
Yellouston Milli Parkının sahəsi təxminən 8987 km²-dir. ABŞ-nin Aydaho, Vayominq və Montana ştatlarının sərhədlərinin kəsişdiyi sahədə yerləşir. Böyük bir hissəii (96%) Vayominqda, 3%-i Montanada, 1%-i İdaho ştatındadır. Çox böyük qeyzerləri ilə tanınır. Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10 000-dən çoxdur. Yelloustonda 300-dən çox qeyzer, 290-dan çox da irili-xırdalı şəlalə vardır.
Turizm
redaktəYelloustonda olan ən önəmli və ən çox ziyarət olunan yerlər:
Old Feyzful qeyzeri, Böyük Kanyon, Medison, Mamont isti bulağı, Palçıq yanardağı, Norris, Vest sömb qeyzerləri, Yellouston gölü, Fişing körpüsü, Lover-Apper şəlalələri nöqtələridir.
Old Feyzful ən çox ziyarət edilən qeyzerdir. Təqribi olaraq hər 91 dəqiqədə bir, çox yüksək istilik dərəcəsinə çatan isti suyu və buxarını püsgürtməkdir.
Ekosistem
redaktəYellouston Milli Parkı məməlilər, quşlar, balıqlar və sürünənlərin yüzlərlə növünə ev sahibliyi edir.Yelloustonda özəlliklə Şimal Amerika boz ayısı, Amerika Qara ayısı, Kanada maralı, antilop, çakkal və vaşaqlar sıx olaraq olmaqdadır.
1960-cı ilin sonuna doğru Yelloustonda ayı sayı atrmışdır. Ayılar insanlardan qorxmadıqları üçün, park və gəzinti yerlərində zibilləri qarışdıraraq yem tapmağa çalışırlar. Sonunda bunu önləmək üçün parkdakı bütün zibilqabılarını qapalı və ayıların çata bilməyəcəyi formada dizayn etmişdir.
Parkdakı termal fəaliyyətlər də heyvanların yeməklə təmininə böyük kömək göstərir. Qeyzerlərin yaydığı isti otların daha yaxşı yetişməsinə və qışda qarla örtülməsinin qarşısını alır.
Yelloustonda təqribən 1100 növ yerli, 200-dən çox eqzotik bitki növü var.