Tofiq Quliyev - Wikipedia
Tofiq Ələkbər oğlu Quliyev (7 noyabr 1917[1][2], Bilgəh, Bakı qəzası – 4 oktyabr 2000[1][2], Bakı) — Azərbaycan bəstəkarı, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.
Tofiq Quliyev | |
---|---|
1990 – 4 oktyabr 2000 | |
Əvvəlki | Aqşin Əlizadə |
Sonrakı | Firəngiz Əlizadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1917[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 2000[1][2] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | dirijor, bəstəkar, pianoçu, film bəstəkarı |
Uşağı | |
|
|
Təltifləri |
|
tofiqquliyev.musigi-dunya.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. Anası Yaxşı xanım Mahmudova Hacı Zeynalabdin Tağıyevin qadın gimnaziyasında oxumuş və ilk azərbaycanlı hakimlərdən biri olmuşdur.
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyasının yanındaki peşə məktəbinə, 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həm İ. S. Aysberqin sinfində fortepiano, həm də S. Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif vətənpərvər mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), Səməd Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[3] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A. Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Xatirəsi
redaktə2022-ci ildə bəstəkarın 105 illik yubileyi Vyanada qeyd olunmuşdur[4]
2003-cü il 7 noyabr tarixində Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev «T. Ə. Quliyevin xatirəsinin əbədiləşdirilməsi» haqqında sərəncam vermişdir. Bu sərəncama əsasən bəstəkarın yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 23) xatirə lövhəsi vurulmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitab nəşr etmişdir («Ecazkar bəstəkar» Z. K. Abdullayeva).
Bakı şəhərinin küçələrindən birinə və 12 saylı musiqi məktəbinə bəstəkarın adı verilmişdir.
2007-ci il noyabr ayının 7-də Tofiq Quliyevin 90 illik yubileyi keçirilmişdir. Yubileylə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş veb-sayt yaradılmışdır.[5]
Ailəsi
redaktəAiləsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – "Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.
- Kinorejissor Eldar Quliyevin atasıdır.
- Ssenarist Nərminə Quliyevanın babasıdır.
Fəxri ad və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 fevral 1959
- Azərbaycan SSR Dövlət mükafatı — 1980
- "İstiqlal" ordeni — 7 noyabr 1997[6]
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 4 noyabr 1977
- "Xalqlar dostluğu" ordeni — 6 noyabr 1987
- "Şərəf nişanı" ordeni — 2 iyul 1971
- "Əmək igidliyinə görə" medalı — 6 mart 1950
- Xəzər Universitetinin fəxri doktoru
Filmoqrafiya
redaktə- İyirminci bahar (film, 1940)
- Səbuhi (film, 1941) - bəstəkar
- Qayğı (film, 1943)
- Bakı döyüşür (film, 1944)
- Qardaşlıq köməyi (film, 1944)
- Şəfa nəğməsi (film, 1944)
- Əbədi odlar ölkəsi (film, 1945)
- İran Azərbaycanının paytaxtında (film, 1945)
- Zəfər bayramı (film, 1945)
- Çağırışa cavab (film, 1947)
- Sovet Azərbaycanı (film, 1948)
- Sovet Azərbaycanı (film, 1950)
- Doğma xalqıma (film, 1954)
- Alagöz yaylağında (film, 1955)
- Bəxtiyar (film, 1955) - bəstəkar
- Görüş (film, 1955)- bəstəkar
- Qızmar günəş altında (film, 1957) - bəstəkar
- Bakı və bakılılar (film, 1957)
- Ögey ana (film, 1958)- bəstəkar
- Onu bağışlamaq olarmı? (film, 1959) - bəstəkar
- Telefonçu qız (film, 1962) - bəstəkar
- Möcüzələr adası (film, 1963) - bəstəkar
- Arabaçı Həsən (Tacikfilm, 1965) - bəstəkar
- Əbədi qardaşıq (film, 1965)
- Sən niyə susursan? (film, 1966) - bəstəkar
- Azərbaycan elmi (film, 1969)
- O qızı tapın (film, 1970) - bəstəkar
- Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
- Mahnı qanadlarında (film, 1972)
- Nəsimi (film, 1973) - bəstəkar
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Dərviş Parisi partladır (film, 1976) - bəstəkar
- Xoşbəxtlik qayğıları (film, 1976) - bəstəkar
- Şir evdən getdi (film, 1977) - bəstəkar
- Qayınana (film, 1978) - bəstəkar
- Əlavə iz (film, 1981) - bəstəkar
- Nəğməkar torpaq (film, 1981)
- Əzablı yollar (film, 1982) - bəstəkar
- Musiqi müəllimi (film, 1983) - bəstəkar
- Damğa (film, 1984)
- Layiqli namizəd (film, 1984)
- Tənha narın nağılı (film, 1984) - bəstəkar
- Cinayətin astanası (film, 1985)
- Sökmək asandır... (film, 1985)
- Xüsusi vəziyyət (film, 1986) - bəstəkar
- Küləyapardı (film, 1986)
- Mən Bakıda yaşayıram (film, 1986)
- Sürəyya (film, 1987) - bəstəkar
- Ürək nəğməsi (film, 1989)
- Nakəs (film, 1991) - bəstəkar
- Özüm və zaman haqqında (film, 1991)
- Qayıdış (film, 1992)
- Hər şey yaxşılığa doğru
- Tikdim ki, izim qala. II film (film, 1997)
- Kədərimiz... Vüqarımız...
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Bakı-Bakı (film, 1998) - bəstəkar
- Məhv olmuş gündəliklər (film, 1999)
- Mirzə Babayev (film, 2001)
- Musiqişünas (film, 2001)
- Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(AzTV) - musiqisindən istifadə edilən bəstəkar
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- Azərbaycan naminə (film, 2005)
- Unudulmuş qəhrəman (film, 2005)
- Ailəm (film, 2006)
- Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
- Bakı bağları. Mərdəkan (film, 2007)
- Bakı bağları. Türkan (film, 2007)
- Qəmbər Hüseynli (film, 2007)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film) - musiqisindən istifadə edilən bəstəkar
- İstanbul reysi (film, 2010)
- Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) - musiqisindən istifadə edilən bəstəkar
Mahnıları
redaktə- Şövkət Ələkbərova — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — Laylay — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — İlk bahar — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — Sən mənimsən, mən sənin — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — İlk bahar — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova & Mirzə Babayev — Qəmgin mahnı — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova — Ağacda alma — sözlər: Ənvər Əlibəyli
- Şövkət Ələkbərova — Rusiya mahnısı — sözlər: Ənvər Əlibəyli
- Şövkət Ələkbərova — Gül oğlum — sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova - Qızların mahnısı - sözlər: Ənvər Əlibəyli [a]
- Rəşid Behbudov — Ağacda alma — sözlər: Ənvər Əlibəyli
- Rəşid Behbudov — Sənə də qalmaz — sözləri: Rəsul Rza
- Rəşid Behbudov — Qızıl üzük — sözləri: Rəsul Rza
- Rəşid Behbudov — Bakı — sözlər: Zeynal Cabbarzadə
- Akif İslamzadə — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
- "Qaya" vokal ansamblı — Toy mahnısı — sözlər: Zeynal Cabbarzadə
- Mirzə Babayev — Sən mənimsən, mən sənin — sözlər: Zeynal Cabbarzadə
- Azər Zeynalov — Bəxtəvər oldum — sözlər: Xaqani Şirvani
- "Qaya" vokal ansamblı - Coş dənizim - sözlər: Nəbi Xəzri
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Tofig Guliyev // Musicalics (fr.).
- ↑ Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
- ↑ AzərTAc. "Vyanada Tofiq Quliyev və Emin Sabitoğlunun xatirə konserti keçirilib" (az.). Youtube.com. 30.11.2022. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
- ↑ "Tofiq Quliyev biorafiyası". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
- ↑ "T. Ə. Quliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 1997-ci il tarixli, 640 nömrəli Fərmanı Arxivləşdirilib 2022-08-02 at the Wayback Machine (az.)
Qeydlər
redaktə- ↑ Qızmar günəş altında (film, 1957) filmində mahnını Şövkət Ələkbərova ifa etmişdir.
Mənbə
redaktə- Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.