Zeynal Cabbarzade - Wikipedia
Zeynal Əliabbas oğlu Cabbarov (31 dekabr 1920, Bakı – 20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972).
Zeynal Cabbarzadə | |
---|---|
Doğum adı | Zeynal Cabbarov |
Doğum tarixi | 31 dekabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1977 (56 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, publisist |
Fəaliyyət illəri | 1941-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | lirika, şeir |
İlk əsəri | "Puşkin" (1937) |
Mükafatları |
|
Həyatı
redaktəZeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940)[1]. 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.
İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
Yaradıcılığı
redaktəKiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.
1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.
Əsərləri
redaktə- Xanıman. Bakı: Azərnəşr, 1946, 56 səh.
- Əfzələddin və şah. Bakı: Uşaqgəncnəşr, 1947, 16 səh.
- Şerlər. Bakı: Uşaqgəncnəşr, 1950, 20 səh.
- Çinar. Bakı: Uşaqgəncnəşr, 1952, 86 səh.
- Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1954, 76 səh.
- Dnepr sahillərində. Bakı: Uşaqgəncnəşr, 1956, 58 səh.
- Arzular. Bakı: Azərnəşr, 1958, 120 səh.
- Yaylaqda. Bakı: Azərnəşr, 1960, 100 səh.
- Sizin səsiniz. Bakı: Azərnəşr, 1963, 86 səh.
- Məni bağışlayın. Bakı: Azərnəşr, 1965, 124 səh.
- Dostum, gəl sözə bax. Bakı: Azərnəşr, 1966, 382 səh.
- Bizim metro. Bakı: Gənclik, 1968, 24 səh.
- Güllər (şeirlər, nəğmələr, poemalar). Bakı: Azərnəşr, 1974, 224 səh.
- Uca dağ başında. Bakı: Gənclik, 1980, 222 səh.
- Bizim dünya. Bakə: Yazıçı, 1985, 160 səh.
- Atasının oğlu (şeirlər və poemalar). Bakə: Gənclik, 1986, 72 səh.
Şeirlərinə yazılmış mahnılar
redaktə- İslam Rzayev — "Ay qız" mahnısı — musiqi: Cahangir Cahangirov
- Rauf Adıgözəlov — "Neyləsin" mahnısı — musiqi: Vasif Adıgözəlov
- Anatollu Qəniyev — Yel əsər ("Yenilməz batalyon" filmindən Teymurun mahnısı) — musiqi: Cahangir Cahangirov
- Rəşid Behbudov — Bakı — musiqi: Tofiq Quliyev
- Akif İslamzadə — Axşam mahnısı — musiqi: Tofiq Quliyev
- Şövkət Ələkbərova — Laylay ("Ögey ana" filmindən) — musiqi: Tofiq Quliyev
- Şövkət Ələkbərova — İlk bahar — musiqi: Tofiq Quliyev
- "Qaya" vokal ansamblı — Toy mahnısı — musiqi: Tofiq Quliyev
- Mirzə Babayev — Sən mənimsən, mən sənin — musiqi: Tofiq Quliyev
- Şövkət Ələkbərova — Çay — musiqi: Emin Sabitoğlu
- Rübabə Muradova — İntizar (Canıma qəsd eyləyən) — musiqi: Səid Rüstəmov
- Rəşid Behbudov — Sürəyya — musiqi: Səid Rüstəmov
- "Çiçəklən, Vətənim" (1964) — musiqi: Xəyyam Mirzəzadə və E. Mahmudov
- "Dostluq Nəğməsi" ("Qardaş olub Hayastan-Azərbaycan" olaraq məşhurdur) (1987) — musiqi: Andrey Babayev
Uşaq mahnılar
- "Canbala" qrupu — Bahar gəlir. Musiqi: Fikrət Əmirov
- Qatar. Musiqi: Fikrət Əmirov
- Quzum. Musiqi: Fikrət Əmirov
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 92. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.