Terter - Wikipedia
Bu məqalə Tərtər şəhəri haqqındadır. Tərtər rayonu üçün Tərtər rayonu səhifəsinə baxın. |
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır.[3]
Şəhər | |
Tərtər | |
---|---|
40°20′07″ şm. e. 46°55′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 255 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir.
Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar.
IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin]. Bəzi tədqiqatçılara görə Tərtərçay hidronomi tərtərlilərlə bağlıdır.
Cənubi Uralda Tərtəroba adlı yaşayış məskəni olmuş və indi də qalmaqdadır.
Rus mənbələrinə görə "Terter" oba adlanır, bu da "Tərtər" etnonimindən və oba sözündən götürülmüşdür. Türk şairi Mahmud Kaşkarlının "Divani-lüğət-it-türk" əsərində isə Tərtər qumruya bənzər gözəl səslə oxuyan quş kimi verilib.Tərtərlilər tayfasının başqa bir hissəsi isə Səfəvi şahlarının dövründə yenidən Azərbaycana qayıtmışdır. Azərbaycan tarixində tərtərlilər bəzən qıpçaq adı ilə də göstərilir. Ancaq tərtərlilər bir türk tayfası olub qıpçaqlarla birləşmişlər. Onlar Tərtər çayının sahilində yaşamışlar.
Ərdəbil mənbələrində Tərtər etnik adı "Sur-sur" kimi yazılmışdır. Tarixdə qeyd olunur ki, Nadir şahın əmri ilə Sərdar xan sur-sur tayfasını Dərbənddə oturtmuş və onların Azərbaycanda qalan bir hissəsi özlərinə ərəb ləhcəsilə "Sor-sor" yox, Tərtər demişlər.
Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamışdır, əhali əkinçilik, maldarlıqla yanaşı ticarətlə də məşğul olmuşdur. Qədim Gəncənin adı 1804-cü ildə dəyişdirilərək çar Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol qoyulmuş və 1824-cü ildə rəsmən ona şəhər adı verilmişdir. Yelizavetpol quberniyasının Cavanşir qəzasının mərkəzi Tərtər olmuşdur. İnzibati bölgüdə Bərdə də bu qəzanın tərkibində idi. Tərtərin qəzanın mərkəzində olması onun inkişafında da mühüm rol oynamışdır.
1757–1759-cu illərdə məşhur azərbaycan şairi M.P.Vaqifin Tərtərdə məktəblərdə dərs deməsi buranın mədəni inkişafı haqqında xəbər verir.
Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində (indiki musiqi məktəbi) 1911-ci ildə, ilk ambulatoriya-tibb məntəqəsi 1903-cü ildə Hacı İbrahimin evində (indiki Şuşa Rayon Polis Şöbəsinin yerləşdiyi bina), ilk apteki isə 1905-ci ildə Hacı İbrahim, 1917-ci ildə Haqnəzərovlar açıb.
1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə Tərtərin Azad Qaraqoyunlu kəndindən olan Azad Ağanın oğlu Behbud xan Cavanşir Milli Hökumətin Daxili İşlər Naziri olub.
Tərtərdə şəhər əhalisinin ehtiyaclarını ödəmək üçün 5 su dəyirmanı, 3 günbəzli hamam olmuşdur.
1920-ci ilin aprel ayında Cavanşir qəzası təşkil edilmişdir. Həmin ildə Tərtər sahəsi yaradılmışdır və 1920–22-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuşdur. 1922-ci ildə onun adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılmışdır. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur.
1940-cı ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur. 1947–49-cu illərdə rayonun mərkəzi şəhər tipli qəsəbəyə çevrilmişdir. 1963-cü ildə rayon statusu ləğv edilərək ərazisi Bərdə rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil olmuşdur.
Vaxtilə Tərtər çayının sol sahilində Tərtər neft yatağı vardır, I–III Qazanbulaq horizontlarında aşkar edilmişdir. Sahənin neft qazlılıq perspektivliyi güman ki, Paleogen və Mezozey çöküntüləri ilə əlaqədardır.
Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqillik qazanmış, 1991-ci ilin fevral ayında rayonun tarixi adı-Tərtər özünə qaytarılmışdır.
Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
Rayonun ərazisində Tərtərçay, İncəçay, cənub sərhəddindən isə Xaçınçay axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Yuxarı Qarabağ iqtisadi rayonuna daxildir.
Tərtər şəhərinin girişində Tərtər çayı üzərində tikilmiş ilk əzəmətli körpü "Kukuşka" körpüsü olub. Bu körpü çar Rusiyasının dövründə, I Dünya müharibəsi ərəfəsində — 1914–1916-cı illərdə salınıb. Strateji əhəmiyyəti olan bu körpü, Bakı-Yevlax yolunun uzantısı olub Tərtərdən keçərək Ağdama çatdırılıb. Yolun və körpünün fəaliyyəti 1930-cu illərdə dayandırılıb. Hazırda körpünün qalıqları daş sütunlar-tarixi abidə kimi qalır.
1918-ci ildə türk qoşunlarının komandanı Nuru paşa Tərtərə gələrkən çayın körpüsündən şəhərin mərkəzində yerləşən Cümə məscidinə qədər əslən Şuşa qalasından olan Məşədi Əliş yol boyu xalı döşətdirib və qonağı təmtəraqla qəbul edib. Keçmişdə rayonun sakinləri maldarlıq, əkinçilik, pambıqçılıq, üzümçülük, bostançılıq, sənətlə məşğul olmuşlar.
Tarixi abidələri
redaktəTərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. 1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilmişdir. İlk tunc dövrünə aid olan bu abidələrdən biri 15 kvadratmetr sahədə gil daşdan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst mərtəbədə bir insan skeleti, ikinci mərtəbədə səkkiz, üçüncüdə isə on insan skeleti aşkar olunmuşdur. Həmin yerdən tapılan və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir aşkar edilmişdir. Qəbrin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metr olmuşdur. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir. Tabutun mıxları əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar ki, rast gəlinməmişdir. Tabuta tayfa başçısının döyüş silahları, nizə və ox ucları, döyüş təbərzini, mərmər toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla işlənmiş bəzək əşyaları, qızıl düymələr, başlığı fil sümüyündən qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılmışdır.
Qəbrin bir tərəfində qul və kənizlər dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olmuşlar.
Coğrafiyası və iqlimi
redaktəTərtər rayonu Kür—Araz ovalığının qərb hissəsindədir. Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Tərtər rayonu Qərbdən Şərqə doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir.
Qışı quraq keçən mülayim isti və yarımsəhra quru çöl iqlimi var. Orta temperatur illik 11,2 °C dərəcədir rayonda indiyə qədər qeydə alınmış ən yüksək temperatur 42 °C dərəcə olub.
Torpağı şabalıdı, boz və çəmən-boz qrupuna aiddir. Ərazisindən Tərtər və İncə çayları, cənub sərhəddindən isə Xaçın çayı axır.
Əhalisi
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İstinadlar
redaktə- ↑ 1 2 SSRİ əhalisinin siyahıya alınması (1989).
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1926).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
Həmçinin bax
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |