Terter Cayi - Wikipedia
Tərtərçay — Kür çayının sağ qoludur. Kəlbəcər, Bərdə və Tərtər rayonları ərazisindən axır.
Tərtərçay | |
---|---|
Ölkə | Azərbaycan |
Rayonlar | |
Mənbəyi | Qonqur, Alaköz və Mıxtökən |
• Yüksəkliyi | 3120 m |
Mənsəbi | Kür |
• Yüksəkliyi | 15 m |
Uzunluğu | 200 km |
Meyilliyi | 19 m/km |
Su sərfi | 23 m³/san |
Su sistemi | Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 2650 km² |
Qolları | Levçay, Ağdavançay, Turağayçay |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəUzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km²-dir. Tərtərçay Kür çayının Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çay Qonqur, Alaköz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir. Başlıca qolları sol dan Levçay (uzunluğu 36 km), Ağdabançay (uzunluğu 19 km), sağdan Turağayçay (uzunluğu 35 km) çaylarıdır.Axımının 14%-i yağış, 28%-i qar, 58%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqınlar əmələ gətirir. Bu zaman illik axımının 65-70%-i keçir. Avqust-sentyabr aylarında çayda su azalır. Oktyabr-noyabr yağışları yenidən çayda kiçik daşqınlar yaradır.
Çayın orta illik su sərfi 22,0 kub m/san, illik axım həcmi isə 693,8mln kub m-dir. Bunun 31%-i yazda, 35%-i yayda, 20%-i payızda, 14%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyun, avqust aylarında) keçən axım illik axım həcminin 18-20%-ni təşkil edir. Orta illik asılı gətirmələr sərfi 7,35 kq/san, orta lillənməsi 334 q/kub m-dir. Aprel-may aylarında asılı gətirmələrin 50-80%-ə qədəri axıdılır. Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Məşhur İstisu kurortu Tərtərçayın yuxarı axım hissəsindədir. Burada səthə çıxan İstisu mineral suyu tərkibinə görə Çexoslovakiyanın Karlovı Varı, Şimali Qafqazın Yessentuki mineral bulaqlarına oxşayır. Müalicə və çimmək üçün geniş istifadə edilir.
Tərtərçay üzərində suvarma, enerji məqsədləri üçün Sərsəng və Suqovuşan su anbarları tikilmişdir.