Sokollu Mehmed Pasa - Wikipedia
Sokollu Mehmed Paşa (təq. 1505[1], Sokoloviç[d], Osmanlı imperiyası – 11 oktyabr 1579, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası[2]) — I Süleyman, II Səlim və III Murad dönəmlərində ümumilikdə 14 il 3 ay 13 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.[3][4][5]
Sokollu Mehmed Paşa | |
---|---|
osman. صقللى محمد پاشا | |
28 iyun 1565 – 12 oktyabr 1579 | |
Əvvəlki | Səmiz Əli Paşa |
Sonrakı | Səmiz Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Doğum adı | Бајица Ненадић |
Doğum tarixi | təq. 1505[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 oktyabr 1579 |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, zabit |
Həyat yoldaşı | |
Uşaqları |
Qurd Qasım Paşa Həsən Paşa Sultanzadə İbrahim bəy |
Dini | sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri və ailəsi
redaktə1505-ci ildə Bosniya əyalətinin Vişeqrad nahiyəsinin Sokoloviç kəndində dünyaya gəlmişdir. Atasının adının Dmitri olduğu, olduqca uzun boylu olduğu üçün Osmanlı mənbələrində "Tavil" (yəni, uzun) ləqəbiylə anılır. İlk təhsilini Bosniyadakı bir monastrda rahib olan dayısından aldı. Sultan Süleymanın səltənətinin ilk illərində Bosniyadan dəvşirilərək ailəsindən alınmışdır. Mehmed Paşa şəxsən özü 1576-cı ildə Venesiya elçisi Mark Antonio Tiepoloya ailəsindən alındığı vaxt 18 yaşında olduğunu söyləmişdir.[6][7][8]
Silahdar olduğu illərdə Bosniya əyalətinin vergilərini toplamaqla vəzifələndirilən Əhməd bəyin vastəsilə atasını, ortancıl qardaşını və əmisi oğlunu İstanbula gətirtmişdir. Atası müsəlman olub Cəmaləddin Sənan adını aldı. Ortancıl qardaşı Mustafa vəfat etmiş, ardından anasını və kiçik qardaşını da yanına gətirtmişdir. Ancaq bu qardaşı da uşaq yaşlarında vəfat etmişdir.[9]
Ardından Ədirnəyə gətirilmiş, burada Sultan Süleymana 40 boşnaq uşaqla birlikdə təqdim edilmişdir. Ədirnə sarayında təhsil almağa başladı və burada Mehmed adını aldı. Təhsilini bitirdikdən sonra Dəftərdar İsgəndər Çələbinin himayəsinə girdi. İsgəndər Çələbinin İraqeyn səfərindəki edamından sonra Əndəruna alınmış, bu illər ərzində riqabdar, çuxadar, silahdar, çaşnigir və qapıçıbaşı olaraq padşaha xidmət göstərmişdir.[10]
5 iyul 1546 tarixində Barbaros Xeyrəddin Paşanın vəfatının ardından kaptan-ı dəryalığa gətirildi. Sultan Süleymanın ikinci İran səfəri əsnasında 22 aprel 1549 tarixində Rumeli bəylərbəyi təyin olundu.
İran səfərinin ardından Ərdəldə yaşanan problemlər səbəbilə Rumeli bəylərbəyi rütbəsilə Mehmed Paşanın rəhbərliyi ilə yeni bir səfər təyin olundu. Osmanlı ordusu 7 sentyabr 1551 tarixində Dunay çayını keçdi. Burada bir çox qalanı və limanı ələ keçirən Mehmed Paşa Avstriya-Macar ordusunun əsas mərkəzi hesab olunan Timeşvarı mühasirəyə aldı. Ancaq havaların pis keçməsi və qışın yaxınlaşması səbəbilə 16 noyabrda mühasirə qaldırıldı və Osmanlı ordusu Belqrada çəkildi.[11][12]
Qış boyunca atışmalar davam etdi və Avstriyalılar irəlilədi. Qış bitdikdə isə səfərin sərdarı ikinci vəzir Qara Əhməd Paşa seçildi. 15 may 1552 tarixində Əhməd Paşanın ordusu Mehmed Paşa ilə birləşdi. Əhməd Paşa 28 iyun-26 iyul müddətində Timeşvar qalasını ələ keçirdi. Qələbənin ardından bir neçə qala da işğal edildi və 9 sentyabrda Əyri qalası mühasirəyə alındı. 19 oktyabradək davam edən mühasirə uğursuz oldu və Mehmed Paşa ordu ilə birlikdə Belqrada çəkildi.[13][14][15]
Osmanlı ordusu qərbdə ikən Səfəvilər də şərqi və cənub-şərqi Anadoluya hücum etməyə və Bağdada irəliləməyə başlamışdı. Buna görə də Sultan Süleyman yeni bir şərq səfərinə çıxmadan öncə Rumeli bəylərbəyi Mehmed Paşanı Tokata yolladı. 1553-cü ilin qışını Tokatda keçirən Mehmed Paşa 5 iyun 1554 tarixində padşahın ordusu ilə birləşdi və 30 iyuladək davam edən və Naxçıvan bölgəsinin işğalını hədəfləyən hücumlara qatıldı. Osmanlı ordusu səfərdən dönərkən Şah Təhmasibin yenidən hücum etməsi xəbəri gəldi. Buna görə də Mehmed Paşa Dəməşq və Qaraman bəylərbəyi ilə birlikdə Sədrəzəm Əhməd Paşanın rəhbərliyi ilə 6 sentyabrda geri qayıtdı. Şahın yenidən qaçaraq Mərkəzi İrana çəkilməsi nəticəsində birliklər 21 sentyabrda Ərzuruma döndü. 23 sentyabr 1554 tarixində Mehmed Paşa dördüncü vəzir olaraq divan məclisinə qatıldı. İstanbula döndükdən sonra Sədrəzəm Əhməd Paşanın edamı və ikinci vəzir İbrahim Paşanın yaşıyla bağlı təqaüdə çıxarılması səbəbilə Mehmed Paşa üçüncü vəzirliyə yüksəldi. Bu vəzifədə ikən 1557-ci ildə Serbiya Provaslav Kilsəsini yenidən bərpa etdi və əmisi oğlu Makarijeni patrik olaraq bu kilsənin rəhbərliyinə gətirdi.[16][17][18]
Şahzadə Səlim və Şahzadə Bəyazidin taxt mübarizəsi Sokollu Mehmed Paşa üçün dönüm nöqtəsi oldu. İki oğlu arasındakı bu mübarizəni aradan qaldırmaq üçün Sultan Süleyman Mehmed Paşanı Şahzadə Səlimə, dördüncü vəzir Pərtəv Paşanı da Şahzadə Bəyazidə nəsihətçi olaraq göndərdi. Şahzadə Bəyazidin 1559-cu ilin aprelində ordusuyla Amasiyadan ayrılıb Ankaraya getməsinin ardından Sultan Süleyman Mehmed Paşanı kiçik hərbi dəstə ilə Şahzadə Səlimə yardım üçün göndərdi. Nəticədə 29 may 1559 tarixində şahzadələr arasında baş tutan Konya düzündəki döyüşdə Şahzadə Səlim qalib oldu. Məğlub olan Şahzadə Bəyazidi ələ keçirmək üçün Şahzadə Səlimlə birlikdə Sivasa qədər irəlilədi. Ancaq Şahzadə Bəyazidin övladları ilə birlikdə Səfəvilərə sığınmasının ardından Mehmed Paşa mərkəzdən gələn əmrlə 1559-1560 qışını Hələbdə keçirdi.[19][20]
Rüstəm Paşanın 12 iyul 1561 tarixində vəfat etməsi və yerinə Səmiz Əli Paşanın gətirilməsilə Mehmed Paşa ikinci vəzirliyə yüksəldi. 1562-ci ildə Şahzadə Səlimin qızı Əsməhan Sultanla evlənməsi Mehmed Paşanın nüfuzunu daha da artırdı. Nəhayət 29 iyun 1565 tarixində Səmiz Əli Paşanın vəfatı ilə Sokollu Mehmed Paşa sədrəzəmliyə yüksəldi.[21][22]
Sədrəzəmlik illəri
redaktəSultan Süleyman səltənəti
redaktəSokollu Mehmed Paşa bu vəzifəyə gətiriləndə Malta adası hələ də mühasirədə idi. Bundan başqa Avstriya-Macarıstan imperatoru Ferdinandın vəfatı və II Maksimilyanın taxta çıxması ilə 1562 tarixli sülh müqaviləsi yenilənməli, Osmanlılara tabe olan Ərdəl kralı Yanoşun ələ keçirdiyi torpaqların qaytarılması ilə bağlı danışıqlar davam edirdi. Yeni sədrəzəm sələfinin əksinə Avstriya ilə sülh bağlamaq niyətində deyildi. Macarıstandakı bütün Osmanlı qüvvələri Ərdələ göndərildi. İki tərəf arasındakı müzakirələr nəticə almadı və Osmanlı ordusu yeni bir səfərə hazırlaşdı.[23][24][25]
Sultan Süleyman 1 may 1566 tarixində son səfərinə çıxarkən Sədrəzəm Sokollu Mehmed Paşa da yanında idi. Səfərdə ikən 7 avqustda başlayan Ziqetvar mühasirəsinə rəhbərlik etmişdir. Padşahın xəstə olması səbəbilə təxminən bir ay davam edən səfərin bütün məsuliyyəti Mehmed Paşaya aid edildi. Nəhayət, 5 sentyabrda Osmanlı ordusu qala divarında açılan bir oyuqdan içəri daxil ola bildi. Qalanın tamamilə ələ keçirilməsindən bir gecə öncə 6 sentyabr gecəsi Sultan Süleyman vəfat etdi. Bu vəziyyətdə padşahın vəfatı xəbərinin orduya elan edilməsi bir aylıq əziyyəti məhv edə bilərdi. Buna görə də bu ölüm Sokollu Mehmed Paşanın əmrilə sirr olaraq saxlanıldı. 7 sentyabr səhər saatlarında qala ələ keçirildi. Mehmed Paşa dərhal fəthnamə ilə birlikdə Sultan Süleymanın ölüm xəbərini Konyadakı Şahzadə Səlimə yolladı. Bundan sonra isə Şahzadə Səlim gələnədək 3 həftə boyunca padşahın yerinə qərarlar alaraq ordunu idarə etdi. Padşahın vəfatını Belqrada çatdıqdan sonra orduya elan edən Mehmed Paşanın belə gərgin vəziyyətdəki hərəkətləri onun olduqca güclü və iradəli bir dövlət adamı olduğunu sübut edir.[26][27]
Sultan Səlim səltənəti
redaktəII Səlim taxta keçdikdən sonra Mehmed Paşanın dövlət üzərindəki nüfuzundan istifadə edərək bütün dövlət işlərini ona təhvil verdi. Hindistanda daha aktiv siyasət yeritmək istəyən Mehmed Paşanın Süveyş kanalı planı irəli sürülsə də, bu plan həyata keçirilmədi. İndiki İndoneziyaya məxsus Sumatra adasının şimal-qərbində yerləşən Açe Sultanlığı bölgədəki sərvətlərə göz dikən portuqalların hədəfinə çevrilmişdi. Gündən günə artan portuqal təzyiqinə dözməyən dönəmin Açe sultanı Əlaüddin şah İstanbula yardım üçün elçi heyəti yolladı. 1569 tarixində Osmanlının Qırmızı dəniz admiralı Qurdoğlu Xeyrəddin Xızır rəis idarəsindəki 22 gəmilik Osmanlı Donanması Hind okeanı üzərindən adaya yardıma gəldi. Rusiyanın 1552 tarixində Qazan xanlığını, 1556 tarixində Həştərxan xanlığını işğal etməsilə şimal sərhədləri ilk dəfə təhlükə altına düşdü. Sokullu Mehmed Paşanın hazırladığı plana görə, Don və Volqa çaylarını bir kanalla birləşdirilərək Qara dəniz və Xəzər dənizi arasında əlaqə yaradılmalı, bununla da həm rusların cənuba irəliləməsinin qarşısı alınacaq, həm də Səfəvilərlə olan döyüşlərdə donanmadan istifadə edilməsi təmin olunacaqdı. Avqust 1569 tarixində Kəfə sancaqbəyi Qasım Paşa tərəfindən başladılan çalışma işləri rusların hücumu, ağır qış şəraiti və Krım xanlığının təxribatları ilə yarım buraxıldı.[28][29]
Ancaq çox keçmədən padşahın lələsi Mustafa Paşa ilə çəkişmələri gücləndi. Xüsusilə də Kipr səfəri əsnasında səfərə qarşı olan Mehmed Paşanın əksinə Sultan Səlim müsbət cavab verdi. Ancaq nəticədə Mehmed Paşanın dediyi oldu və İnəbaxdı dəniz döyüşündə Osmanlı donanması demək olar ki, məhv edildi. İtaliyada qələbə şənlikləri keçirilən ərəfədə Mehmed Paşa Qılınc Əli ağanı kaptan-ı dəryalığa gətirdi və qısa zamanda donanmanı bərpa etməklə vəzifələndirdi. Osmanlının bütün tərsanələri sürətlə gəmi istehsal etməyə başladı. Doğrudan da, 1571-ci ilin qışında donanma tamamilə bərpa edilmişdi və 1572-ci ilin yayında donanma Aralıq dənizinə buraxıldı. Bu hadisənin ardından Avropa ölkələrinin ittifaqı dağıldı və Venesiya Kipr adasının fəthini qəbul edərək 1573-cü ildə Osmanlılarla sülh müqaviləsi bağladı. 1574-cü ildə bu donanma Qoca Sənan Paşa və Qılınc Əli Paşanın rəhbərliyi ilə Tunisi ispanların əlindən aldı.[30][31][32]
Sultan Murad səltənəti
redaktəSokollu Mehmed Paşa II Səlimin vəfatını da gizlətmiş, saraydakı qardaşlarından birinin taxta keçməsini önləmə istəyən Manisa sancaqbəyi Şahzadə Muradın taxta keçməsinə şərait yaratmışdır. III Murad da taxta keçəndə yaşlı sədrəzəmi vəzifədən almadı. Ancaq Mehmed Paşa Sultan Murad dönəmində öz nüfuzunu qoruya bilmədi. Mehmed Paşanın etirazlarına baxmayaraq sultanın yanındakı Mehmed Paşa əleyhdarları 1578-ci ildə Səfəvilərə müharibə elan etdi. Sokollunun ən yaxın adamlarından Firudin Əhməd bəy 1476-cı ildə nişançılıqdan azad edilmiş, kəndxudası Hüsrəv ağa və qapıçıbaşı Sənan ağa yanından uzaqlaşdırılmışdı. Bundan başqa vaxtilə yanına gətirtdiyi və sonradan Budin bəylərbəyi olan əmisi oğlu Mustafa Paşa 1578-ci ildə edam edilmişdi. Xüsusilə də Lələ Mustafa Paşa ilə Qoca Sənan Paşa arasındakı qızğın mübarizə Mehmed Paşanın nüfuzunu sarsıtdı.[33]
12 oktyabr 1579 tarixində toplanan bir divan məclisi əsnasında qəbula gələn dərviş geyimli bir yeniçəri tərəfindən xəncərlə yaralanmış, yaşlı sədrəzəm elə oradaca vəfat etmişdir. Türbəsi Əyyub Sultan məscidi yaxınlığındadır.[34]
Ailəsi
redaktəSokollu Mehmed Paşa iki dəfə ailə qurmuş, ilk evliliyindən 2 oğlu dünyaya gəlmişdir. Bunlar bəylərbəyi olmuş Qurd Qasım Paşa və Həsən Paşadır. Qasım Paşa atasının sağlığında vəfat etmişdir. İkinci evliliyi isə II Səlimin qızı Əsməhan Sultanla baş tutmuşdur. Bu evlilikdən Sultanzadə İbrahim bəy adlı bir oğlu dünyaya gəlmişdir.[35][36]
Xeyriyyə işləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Library of Congress Library of Congress Name Authority File (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119472449 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ M. Tayyib Gökbilgin, “Kanuni Sultan Süleyman’ın 1566 Szigetvar Seferi Sebepleri ve Hazırlıkları”, TD, sy. 21 (1966), s. 1-14
- ↑ Feridun Emecen - İlhan Şahin, “Osmanlı Taşra Teşkilâtının Kaynaklarından 957-958 (1550-1551) Tarihli Sancak Tevcîh Defteri”, TTK Belgeler, sy. 23 (1998), s. 96
- ↑ G. Veinstein, “Soķollu Meĥmed Paѕћa”, EI² (İng.), IX, 706-711
- ↑ Bostan Çelebi, Süleymannâme, Süleymaniye Ktp., Ayasofya, nr. 3317, vr. 69b-73a
- ↑ Âlî Mustafa Efendi, Künhü’l-ahbâr, İÜ Ktp., TY, nr. 5959, tür.yer.
- ↑ Selânikî, Târih (İpşirli), I, 91-94
- ↑ A. Nimet Kurat, Türkiye ve İdil Boyu, Ankara 1966, tür.yer.
- ↑ Feridun Ahmed Bey, Nüzhetü’l-esrâri’l-ahbâr der Sefer-i Sigetvar, TSMK, Hazine, nr. 1339, tür.yer.
- ↑ Kemal Beydilli, Die Polnischen Königswahlen und Interregnen von 1572 und 1576 im lichte Osmanischer Archivalien, München 1976, tür.yer.
- ↑ Radovan Samarćić, Dünyayı Avuçlarında Tutan Adam: Sokollu Mehmed Paşa (trc. Meral Gaspıralı), İstanbul 1995
- ↑ Yavuz Çelenk, Antakya Sokullu Mehmed Paşa Hanı Restorasyonu, İstanbul 1996
- ↑ Şerafettin Turan, Kanuni Süleyman Dönemi Taht Kavgaları, İstanbul 1998, tür.yer.
- ↑ Halil İnalcık, Osmanlı İmparatorluğu’nun Ekonomik ve Sosyal Tarihi: 1300-1600 (trc. Halil Berktay), İstanbul 2000, I, 388-391
- ↑ a.mlf., “Osmanlı-Rus Rekabetinin Menşei ve Don-Volga Kanalı Teşebbüsü”, TTK Belleten, XII/46 (1948), s. 349-402
- ↑ İsmail Hakkı Göksoy, “Güneydoğu Asya İslâm Ülkelerinde Türk İzleri”, Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, IX, 619-632
- ↑ Abdurrahman Şeref, “Sokollu Mehmed Paşanın Evâil-i Ahvâli ve Ailesi Hakkında Bazı Mâlûmat-Cevâhirü’l-menâkıb”, TOEM, V/29 (1330), s. 257-265
- ↑ a.mlf., “Mehmed Paşa”, İA, VII, 595-605
- ↑ Razaulhak Şah, “Açi Padişahı Sultan Alâeddin’in Kanunî Sultan Süleyman’a Mektubu”, TAD, V/8-9 (1967), s. 373-409
- ↑ O. Ziroyevic, “Mehmed Pascha Sokolli im Lichte Jugoslawvischer Quellen und Überlieferungen”, Osm.Ar., sy. 4 (1984), s. 56-67
- ↑ Tülay Artan, “The Kadirga Palace Shrouded by the Mists of Time”, Turcica, XXVI, Paris 1994, s. 124
- ↑ Lokmân b. Hüseyin, Zübdetü’t-tevârîh, TİEM Ktp., nr. 1973, vr. 71b-95a
- ↑ Peçuylu İbrâhim, Târih, I, tür.yer.
- ↑ Târîh-i Âl-i Osmân (haz. Mustafa Karazeybek, yüksek lisans tezi, 1994), İÜ Sosyal Bilimler Enstitüsü, s. 445-446, 458
- ↑ Hocazade Mehmed Efendi’nin İbtihâcü’t-tevârîh’i (haz. Ahmet Akgün, doktora tezi, 1995), İÜ Sosyal Bilimler Enstitüsü, s. 225-275
- ↑ Hadîkatü’l-vüzerâ, s. 32-34
- ↑ S. Schweigger, Sultanlar Kentine Yolculuk: 1578-1581 (nşr. H. Stein, trc. S. Türkis Noyan), İstanbul 2004, tür.yer.
- ↑ S. Gerlach, Türkiye Günlüğü 1573-1576, 1577-1578 (ed. Kemal Beydilli, trc. T. Noyan), İstanbul 2007, I-II, bk. İndeks
- ↑ Zinkeisen, Geschichte, II, 914-936
- ↑ N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, II, 39-50, 60-64, 219-223
- ↑ Ahmet Refik Altınay, Sokollu (haz. İbrahim Delioğlu), İstanbul 2001
- ↑ O. G. de Busbecg, Türkiye’yi Böyle Gördüm (trc. Aysel Kurutluoğlu), İstanbul, ts. (Tercüman 1001 Temel Eser), s. 80-86
- ↑ Şefik Efendi, Cevâhirü’l-menâkıb, Süleymaniye Ktp., Esad Efendi, nr. 2583, tür.yer.
- ↑ Danişmend, Kronoloji, II, 202-203, 206-209, 217-218, 263-264, 267-277
- ↑ Uzunçarşılı, Osmanlı Tarihi, II, 393-397, 409-420, 549