Sah - Wikipedia
Şah - Haqqında Məlumat
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi.
Şahbanu — şah arvadı, padşahın xanımı
Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri
Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.