Qavriil Ter Mikelov - Wikipedia
Qavriil Mixayloviç Ter-Mikelov (rus. Гавриил Михайлович Тер-Микелов, erm. Գափրիել Տեր-Միքաելյան; 16 aprel 1874, Stavropol – 14 yanvar 1949, Tbilisi) — Sovet memarı, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1937), Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1937), Tiflis İncəsənət Akademiyasının professoru.[1]
Qavriil Ter-Mikelov | |
---|---|
rus. Гавриил Михайлович Тер-Микелов erm. Գափրիել Տեր-Միքաելյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1874 |
Doğum yeri |
|
Vəfat tarixi | 14 yanvar 1949 (74 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri |
Azərbaycan Dövlət Akademik Filarmoniyası; Sadıqov qardaşlarının mədaxil evi |
Mükafatları | Gürcüstan SSR əməkdar incəsənət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQavriil Ter-Mikelov 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləmiş və fəaliyyətlərinə görə tez-tez iş gəzintiləri ilə məşğul olmuşdur. Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində almışdır.[1]
1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirmiş, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçmişdir.[2]
Ter-Mikelov on ildən artıq Bakıda yaşamışdır. 1904-cü ildən 1918-ci ilə qədər o, yaradıcılıq cəmiyyəti yaratmış və bunun vasitəsilə layihələr alaraq onları həyata keçirmişdir. Bu birliyin ən əhəmiyyətli binalarından biri Bakı Filarmoniyasıdır.[3]
İşləri
redaktəBakıda
redaktə- Yüzbaşyanlar məlikanəsi (1900–1901)
- Tiflis Kommersiya Bankının Bakı filialı (1901)
- Bakı Kommersiya məktəbinin binası (1901)
- Adamyan qardaşlarının mədaxil evi (1908–1909)
- Tağıyev qardaşlarının mədaxil evi (1909–1911)
- Sadıqov qardaşlarının mədaxil evi (1909–1912)
- İctimai məclislər üçün yay binası (1910–1912 — daha sonra Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası olaraq adlanmışdır)
- Dövlət bank işçilərinin yaşayış binası (1926)
- Fizioterapiya İnstitutunun binalar kompleksi (1937)
-
Yüzbaşyanlar məlikanəsi
-
Dövlət bank işçilərin yaşayış binası
-
Tağıyev qardaşlarının mədaxil evi
-
Tiflis Kommersiya Bankın Bakı filialı
-
Adamyan qardaşlarının mədaxil evi
-
Bakı kommersiya məktəbi
Tiflisdə
redaktə- Otel "Majestic" (1912–1915, indi — "Tbilisi Marriott", Rustaveli prospekti, 13)
- Dövlət Bank binası
- Tiflis Vağzalı (1952, bina 1982–1991-ci ildə tamamilə yenidən qurulmuşdur)
Yaltada
redaktə- Kilsə
İstinadlar
redaktə- ↑ 1 2 "Тер-Микелов Гавриил Михайлович - архитектор". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
- ↑ "Тер-Микелов Гавриил Михайлович (1874–1949)". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
- ↑ Храм музыкальной культуры