Tiflis Demiryol Stansiyasi - Wikipedia
Tiflis (gürc. თბილისის ცენტრალური სადგური) — Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən dəmir yolu stansiyası.
Tiflis | |
Ölkə | Gürcüstan |
Şəhər | Tiflis |
İstismar ili | 1872[1] |
Sahibi | Gürcüstan dəmir yolları |
Operatoru | Gürcüstan dəmir yolları |
Ekspress 3: | 2.800.001 |
Tarixi
redaktəStansiya 1872-ci ildə açılmışdır. Zestafoni Tiflis dəmir yolunun çəkilişi ilə əlaqədar stansiya inşa edilmişdir. Stansiyada iki terminal mövcud olmuşdur: Mərkəzi və Borjomi.
Stsnsiyanın köhnə vağzalı 1872-ci ildə istifadəyə verilmişdir. Sonradan bu bina sökülmüş və 1952-ci ildə bina yenidən Stalin ampiri stilində inşa edilmişdir[2].
1982-ci ildə stansiya binasının yenidən işa edilməsinə qərar verilmişdir[3]. Bu mıqsədlə bina sökülməli idi. Ancaq binanın təməli güçlü olduğu olduğundan onu partladılmışdır. Bundan sonra binanın yenidən inşasına başlanmışdır. Ancaq bu binanın inşası tam başa çatdırıla bilməmişdir.
1991-ci ildə bina faktiki hazır olsa da SSRİ dövlətinin dağılması və iqtisadi cətinliklər səbəbindən son tamamlamalar başa çatdırılmamış qalmışdır. Gürçü-abxaz münaqişəsi zamanı binaya gürcü qaçınlar gəlmişdir. 2008-ci ildə Tiflis icra başçısı qaçqınları mənzillə təmin etmiş, yarım qalmış işləri tamamlayaraq istifadəyə tam hazır vəziyyətə hətirtmişdir.
Gələcəkdə vağzal üçün yeni binanın inşası planlaşdırılır. Ancaq yeni vağzalın yeri hələ müəyyən edilməmişdir[4].
Bununla bağlı iki variant vartdır:
1. Tiflisin Didube rayonunda yeni sərnişin vağzalı tikilməlidir. Buradan Batumi, Kutaisi, Zuqdidi, Poti, Vale, Qori və Borjomiyə vaqonlar hərəkət etməlidir.
2. Tiflis ətrafında olan əvvəlki xətlər sökülmüşdür. Tiflis dənizi ətrafında olan bir xəttli dəmir yolu üzərində vaqon deposu inşa edilmişdir.
Borjomi vağzalı
redaktəÜzəri bağlı Borjomi vağzal platforması 1979-cu ildə inşa edilmişdir. 2011-ci ildə buradan Tiflis və Qərbi Gürcüstana gedən elektrovaqonlar hərəkət edir[5]. 15 fevral 2011-ci ildə son vaqon bura hərəkət etmişdir. 16 fevral tarixindən isə stansiya tamamən ləğv edilmişdir[6].
Xətt
redaktəQlereya
redaktə-
Tiflis dəmir yol stansiyası. 1870.
-
Platforma.
Mənbə
redaktə- Тбилиси-Пассажирская на wikimapia.org.
İstinadlar
redaktə- ↑ Железнодорожные станции СССР. Справочник. — М.: Транспорт, 1981
- ↑ История станции [ölü keçid]
- ↑ Фото [ölü keçid]
- ↑ "Проект развития вокзалов Дидубе и Навтлуги". 2011-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
- ↑ Фото 2010 года [ölü keçid]
- ↑ "Закрытие Боржомского вокзала". 2011-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.