Qadin Huquqlari - Wikipedia
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosial-iqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır.[1] Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq.[2]
Tarixi
redaktəQədim dövr
redaktəMesopotamiya
redaktəE.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər.
Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər. Onların ticarətdə iştirak etmək və şahid kimi məhkəmədə ifadə vermək hüquqları da var idi .[3] Kişi qadının icazə olmadan ailə əmlakını sata bilməzdi. Bundan başqa ailə borclarını ödəmək hər iki tərəfin öhdəliyində idi. Buna baxmayaraq, həyat yoldaşları onları ən kiçik anlaşmazlıqda boşaya və boşanmış ər həyat yoldaşının uşağı olmamasını səbəb gətirərək yenidən evlənə bilərdi.
Daha sonra Mesopotamiyanın babillər tərəfindən ələ keçirilməsi ilə e.ə 1970-ci ildə ölkə Hamurappi qanunları ilə idarə edilməyə başladı. Babil qanunları olaraq tanınan bu qanunlarda qadın hüquqları məsələsi xüsusi vurğulanmışdır. Qədim Babil qanunları kişilərə öz həyat yoldaşlarını bəzi şərtlərlə boşamağa icazə verirdi, lakin qarşılığında qadına müəyyən miqdarda pul ödənilməli idi. Lakin şumer qanunlarından fərqli olaraq bu qanunlar kişiyə bir yox bir neçə qadınla ailə həyatı qurmağa icazə verirdi. Şumer qanunları qadına boşanması üçün hüquqlar vermirdi və boşanmaq tələb edən qadın zina etmiş qadınlarla eyni dərəcədə cəzalandırılırdı.[4] Buna baxmayaraq bəzi babil və assur qanunları qadınlar da kişilər kimi öz yoldaşlarından boşana bilərdi, təbii ki, kişilər də olduğu kimi qadınlar da qarşı tərəfə müəyyən qədər pul ödəməli idi. Assuriyada evlilikdən əvvəl qadınlar üzərində atanın hakimiyyəti, evlilikdən sonra həyat yoldaşının əlinə keçir və bununla boşanma və kompensasiya məsələləri ailədə kişinin ixtiyarına verilirdi.
Akkad şahı Sarqonun qızı şahzadə Enxeduanna dünya tarixində ilk şair hesab edilir.[5]
Misir
redaktəQədim Misirdə qadınlar kişilərlə eyni hüquqlara malik idi. Lakin burada sosial sinifilər üzrə bəzi fərqliliklər ortaya çıxırdı. Torpaq mirası anadan qızına ötürülürdü və qadınların öz əmlaklarını idarə etmək hüquq var idi. Qədim Misirdə qadınlar alqı-satqı ilə məşğul ola, qanuni müqavilələrdə tərəflərdən biri kimi iştirak edə bilərdilər. Qadınların məhkəmələrdə şahidlik etmək və övladlığa uşaq götürmək kimi hüquqları da var idi.[6]
Hindistan
redaktəHindistanda Vedalar dövründə qadınlar həyatın bütün sahələrində kişilərlə bərabər statusu əldə etmişdilər.[7][8] Patanjali və Katyayana kimi qədim hind yazarları əsərlərində qadının erkən Veda dövründə təhsil aldığı haqqında məlumat verirlər. Riqvedada qadınların yetkin yaşda evləndiyi və Svayamvar ya da Qandharva nikahı adlanan nikahla öz ərlərini seçməkdə sərbəst olduqlarından bəhs olunur.[9]
Qədim Yunanistan
redaktəArxaikaya qədər Yunanistanda yaşayan qadınlar kişilərlə bərabər hüquqlara malik idi.[10] Mənbələr göstərir ki, Qədim Delfi, Qortina, Fessaliya, Meqara və Spartada qadınlar əmlak sahibi idilər.[11] Buna baxmayaraq Arxaikadan sonra yeni qanunvericiliklə cinsi ayrı-seçkiliyi dəstəkləyən qanunlar hazırlandı. Nəticədə Qədim Yunanistanda qadınların hüquqları azaldıldı. Qədim Afinada qadınlar heç bir hüquqi şəxsiyyətə malik deyildilər və kişi kiryosların (evin rəisi) rəhbərliyindəki oikosun (yəni ailənin) bir hissəsi hesab edilirdilər.[12] Evlənənə qədər qadınlar atalarının və ya digər kişi qohumlarının qəyyumluğu altında idi. Evlilikdən sonra isə qadın kiryosun xanımı statusuna sahib olurdu. Qadınların məhkəmə işlərində iştirakına qadağa qoyulduğu üçün kiryoslar bunu onların yerinə icra edirdi. Afinalı qadınlar sadəcə hədiyyə, miras və cehiz vasitəsilə əmlak sahibi ola bilərdilər.[13] Buna baxmayaraq kiryosların qadının əlindəki mülkü almaq hüququ var idi. Afinalı qadınlar kiçik bir miqdar taxıldan daha az dəyərə sahib müqavilələr ilə alqı-satqı işləri apara bilərdilər. Qədim Yunanistanda qadınlar Afina demokratiyasından həm prisipdə həm də nəzəri olaraq xaric edilmişdilər. Hətta kölələr belə azad edildikdən sonra vətəndaş sayılsalar da, Afinada qadınaların belə bir hüququ yoxidi.[14] Klassik Afinada qadınlara şair, filosof, siyasətçi və ya sənətçi kimi peşələrə yiyələnmək qadağan edilmişdi.[15] Ellinizm dövrü filosoflarından Aristotel düşünürdü ki, qadınlar xəstəlik və pislik gətirdiyi üçün onları cəmiyyətin digər hissəsindən uzaq tutmaq lazımdır. Hətta qadınlar üçün evin içində qinekey adlı otaqlar ayrılmışdı. Onlar gündəlik işlərini burada icra edir və burada yaşayırdılar. Afinada qadınların ən əsas vəzifəsi dünyaya uşaq gətirmək idi. Spartalı qadınlar Afinalı qadınlardan fərqli olaraq siyasi və hərbi həyatdan təcrid edilsələrdə, Sparta əsgərlərinin "anası" olduqlarına görə daha böyük statusa malik idilər. Spartalı kişilər hərbi işlərlə məşğul olduğundan burada evlərin və əmlakların idarə edilməsi qadınların öhdəliyində idi. E.ə IV əsrdə baş verən uzun müddətli müharibələr zamanı Sparta qadınları buradakı mülklərin 35–40 %-nin sahibləri idilər. Ellinizm dövründə ən varlı spartalıların bəziləri məhz qadınlar idi. Spartadakı qadınlar sadəcə öz əmlaklarını deyil döyüşlərdə olan digər kişi qohumlarının əmlaklarını da idarə edirdilər. Spartada qızlar da oğlanlar ilə bərabər hüquqlu təhsil alırdılar. Bütün bu azadlıqlara baxmayaraq Spartada da qadınlar Afinadakı kimi eyni siyasi rola malik idilər. Yunan filosofu Platon qəbul edirdi ki, qadınlara mədəni və siyasi hüquqların verilməsi cəmiyyət və dövlət həyatına əsaslı təsir göstərə bilər.[16] Platonun tələbəsi Aristotel də "qadın və kölənin eyniləşdirilməsi" fikrinə qarşı çıxır və onların təbiətlərinin fərqli olduğunu bildirirdi.[17]
Stoaçılıq məktəbinin ardıcılları düşünürdü ki, cinsi bərabərsizlik təbiət qanunlarına ziddir. Onlar Kiniklərin fikrinə qoşularaq qadınların kişilərlə eyni paltarları geyinib, eyni hüquqlara sahib olmalı olduğunu müdafiə edirdilər.[18] Stoaçılar evliliyin bioloji və ya sosial zərurətdən daha çox bərabər hüquqlular arasında əxlaqi bir razılıq olduğu qənaətində idilər. Onlar bu fikirlərini sadəcə nəzəriyyədə deyil öz həyatlarında da tətbiq edirdilər. Kiniklərlə eyni fikirləri müdafiə edən Stoaçılar insan təbiəti ilə bağlı olan bu nəzəriyyələri qəbul edərək cinsi bərabərliyin ilk fəlsəfi əsaslarını yaratdılar.[18]
Qədim Roma
redaktəNikah məsələlərində
Qədim Romada da qadınlar Afinadakı kimi kişilərin mənafelərinə xidmət edən qanunlarla idarə edilirdi. Romada "peter familias" öz qızını müəyyən dəyər qarşılığında şifahi bir müqavilə ilə gələcək həyat yoldaşına satırdı.[19] Yeni evində 1 il yaşayan qadın "manus" adlanan üsulla həyat yoldaşının ailəsinə daxil edilirdi. "Manus" üsulu 10 şahidin qarşısında Yupiter məbədinin rahibi tərəfindən Yupiterə həsr edilmiş bulğur çörəyinin tərəflər arasında bölünməsi ilə həyata keçirilirdi. Yeni ailə quran qadının əvvəlki ailəsi ilə bütün əlaqələri kəsilirdi. Buna səbəb Romadakı dini qanunlar idi.[20] Romada hər ailənin fərqli dini və ibadətləri olduğu üçün qadın hər iki dinə eyni zamanda sitayiş edə bilməzdi. Evlənən qadının əmlakı da həyat yoldaşına keçirdi.[21][22] Roma qanunlarına əsasən ailə və nəsil qadın yolu ilə davam etdirilə bilməzdi. Roma hüququna əsasən evli qadın əvvəlki haqq və hərəkətlərindən məhrum edilirdi. Lakin, ailə və cəmiyyət həyatında qadının yeri fərqli idi. Beləki, qadınlar həyat yoldaşları ilə birlikdə məclislərə, əyləncələrə, yığıncaqlara gedə bilərdi.[23] Qadınlar yoldaşları ilə birlikdə yemək yeyə bilər, o cümlədən evdəki məclislərə başçılıq edə bilərdi. Evdə olduğu kimi qadınlar küçədə də azad idilər. Romada yaşayan qadınlar teatra, arenaya, hamamlara rahatlıqla gedə bilirdi. İstədiyi vaxt küçəyə çıxan qadınlara küçədə kişilər yol verməli və qətiyyən toxunmamalı idilər.[24]
Romada boşanmaq hər iki tərəf üçün sərbəst idi. Bu proses "divortium" adlanırdı və hüquqi bir proses deyil dini qanunlarla həyata keçirilə bilərdi.
Yunan tarixçisi Plutarx yazır ki, Romada boşanma haqqı ailənin rəhbəri olan ataya məxsus idi. Lakin kişi ancaq müəyyən hallarda (zina, şərab içmək, uşaq salma) bu addımı ata bilərdi.[25] Əyər kişi heç bir əsas gətirmədən boşanırdısa onda əmlakının yarısını kompensasiya olaraq qadına digər yarısını isə Seres məbədinə verməli idi. Daha sonra "12 cədvəl qanunları" qadın və kişinin əsassız boşanmasını qadağan etmişdir.
Romada Respublika dövründə Qrakx qardaşları və Sezarın anaları övladlarının böyük yerlərə gəlməsində olan səylərinə görə nümunəvi qadınlar adlandırılırdılar. İmperiya dövründə imperator ailəsindən olan xanımlar siyasi gücə malik olub, sikkələrin üzərində rəsm edilirdilər.[26]
Hüquqi prosedurda
Qədim Romada qadınlar hüquqi işlərdə məhdudiyyətlərlə üzləşirdilər. Atalarının himayəsindən çıxan amma hər hansı bir "manus"un himayəsində olmayan qadınlar "sui iuris" adlanırdı və neçə yaşından olmasından asılı olmayaraq onlara qəyyum təyin edilmişdi.[27] Lakin bu qəyyumluğun uşaqlar üzərində olan qəyyumluqdan bəzi fərqləri varidi. Beləki, bu qadınlar əmlaklarını özləri idarə edirdi və alqı-satqı işlərində müstəqil idi. Bundan başqa onlar bir sıra hüquqi proseslərdə də tək iştirak edə bilərdilər. Eramızın 46-cı ilində qəbul edilmiş qərara əsasən qadınlara borc məsələlərində zamin olmaq qadağan edilmişdi. Qərarda göstərilirdi ki, qadınlar banklarda işləyə bilməz və şahid ola bilməzdilər.[28] Lakin bu məhdudiyyətlər Respublika dövründə aradan qalxmağa başladı və qadınlara hüquqi məsələlərdə bir sıra azadlıqlar verildi. Bu dövrdə qadınlar ölkənin siyasi və iqtisadi həyatında da yaxından iştirak etməyə başladılar. Tezliklə imperiya dövründə 3 uşaqlı azad qadınlara və 4 uşaqlı qadınlara qəyyum təyin edilməsi aradan qaldırıldı. Artıq imperiya dövründə "İus Civile", "İus Gentium" ilə əvəz edildiyindən eramızın III əsrində qadınlar üzərində qəyyumluq ənənəsi tamamilə ləğv edildi.
Ticarətdə
Romada qadınlar ticarətlə məşğul olmağa Respublika dövründən sonra başlamışdır. Buna səbəb, Roma cəmiyyətiin qadının çalışmasını qadağan etməməsi və tam əksinə dəstəkləməsi olmuşdur.[29] Beləki, sadəcə oğlan uşaqlarına yox qız uşaqlarına da dərzilik, toxumaçılıq kimi sənətlərlə məşğul ola bilməsi üçün "pecilium" adlanan maddi yardım ayrılırdı. Hətta Roma dövrü mənbələrində gəmiçilik şirkəti olan bəzi qadınların adları çəkilmişdir.
İctimai həyatda
Roma dövlətində qadın ailə daxilində vəzifə və öhdəliklər verilsə də, cəmiyyət həyatında bu vəziyyət tərsinə idi. Qadınlar siyasi və ictimai vəzifələri tuta və icra edə bilməzdi. Qadınların xalq məclislərində, seçkilərdə iştirakı, imperator, məhkəmə hakimi və ya vəkil vəzifəsi icra etməsi qadağan idi.[30] Çünki bu işlər "kişilərə məxsus" idi və qadınlar kişilərlə eyni işləri icra edə bilməzdilər. Bu qərar sadəcə Vesta rahibələri üçün istisna idi. Romanın ən köklü ailələrindən olan 16 qız uşağı 10 yaşından etibarən bu vəzifə üçün seçilir və 30 il müddətində özlərini dini həyata həsr edirdilər.[31]
Qadınların Romada ilk üsyanı "Oppia qanunu"nun qəbul edilməsinə qarşı olmuşdur. E.ə 215-ci ildə Hannibala qarşı müharibədə ordunun ehtiyaclarını qarşılamaq üçün qadınların zinət əşyaları, geyimləri müsadirə edilmiş, küçələrdə arabadan istifadə etmələri və üzərlərində 15 qr-dan artıq qızıl gəzdirmələri qadağan edilmişdi. 14 il davam edən müharibələrdən təngə gələn qadınlar bütün Roma küçələrini və şəhər meydanına gedən yolları tutmuşdular. Nəticədə üsyançıların istəkləri yerinə yetirildi və "Oppia qanunu" ləğv edildi.
Bizans İmperiyası
redaktəBizans hüququ Roma hüququna əsaslanırdı. Bizansda qadınların hüququ vəziyyəti VI əsrdə belə o qədər də dəyişikliklərə məruz qalmamışdı. Cəmiyyətdə qadının azad olmasına qarşı ənənəvi düşmənçilik hissi hakim idi.[32] Qədim yunan ənənəsinin də təsiri ilə qadınlar ictimai vəzifələr tuta bilmirdilər. Lakin qadınların əvvəlki Roma hüququnda da olduğu kimi torpaq sahibi olma və miras alma hüquqları var idi. Lakin onlar şahid ola bilməz, ictimai vəzifə tuta bilməzdilər. Cəmiyyətdə kilsənin hakim olmasından sonra qadınların da həyatında bəzi dəyişikliklər baş verdi. Uşaqsız və subay qadınlar üzərində olan bəzi məhdudiyyətlər aradan qaldırıldı. Evlilik üçün lazım olan bəzi şərtlər yumşaldıldı. Kilsə həmçinin, ona dostluqla yanaşanları da mükafatlandırırdı. İmperator I Yustinianın əmri ilə artıq analar və nənələr müəllimə kimi təyin edilə bilərdilər. İmperator Konstantin senatorların və digər yüksək rütbəli kişilərin aşağı təbəqədən olan qadınlarla evlənməsini qadağan etmişdi. Bu qanun imperator I Yustinianın dövründə ləğv edilmişdi. İkinci evliliklər isə dəstəklənmirdi. Çünki bu zaman dul qadına yenidən evlənmədiyi halda mülk verilməli idi. IX əsrdə Leonine qanunları ilə üçüncü dəfə evlənmək qadağan edilirdi. Evlilik mərasimi zamanı rahibin xeyir-duasını da bu qanunlar zəruri etmişdir.[33]
Çin
redaktəQədim Çin imperiyasında "Üç itaət" adlı bir anlayış varidi: ataya itaət, həyat yoldaşına itaət, oğula itaət. Çində qadınların ticarətlə məşğul olmağa və əmlak sahibi olmağa icazələri yox idi.[34] Ata bu kimi məsələləri həll etmək üçün övladlığa oğlan uşağı götürməli idi. İmperiya qanunlarına görə Çində 7 növ boşanma var idi. Əgər qadın uşağını salarsa, zina edərsə, həyat yoldaşının valideynlərinə itaət etməzsə, çox danışarsa, qısqanclıq edərsə və ya sağalmaz bir xəstəlikdən əziyyət çəkərsə kişinin qadını boşamaq hüququ var idi. Buna baxmayaraq kişilər üçün də bəzi məhdudiyətlər qoyulmuşdu. Məsələn, əgər qadının valideyləri vəfat etmişdisə və ya geri dönəcək bir ailəsi yoxidisə kişi həyat yoldaşını boşaya bilməzdi.
Qədim Çin cəmiyyətində qadınların statusları aşağı idi. Bunun səbəbi qədimdən gələn ayaq bağlama adətidi. Bu adət "Zambaq ayaq" və ya "Lotus ayaqlar" adlanırdı. XIX əsrdə çinli qadınların 45%-inin, yuxarı təbəqədən olan qadınların isə 100 %-inin ayaqları uşaqlıqdan bağlanırdı. 1912-ci ildə Çin hökuməti bu adəti qadağan etdi. 3–5 yaşlarından ayaqları sındırılaraq bağlanan qadınların hərəkət qabiliyyətləri azalır bəzən isə tamamilə itirdi. Bu da qadınların ictimai həyatda iştirakına mənfi təsir göstərirdi. Bir digər qanuna əsasən çinli qadın və kişilərin yanaşı gəzməsi qadağan idi. Buna görə çinli qadınlar qərbli həkimlər tərəfindən müayinə edilirdilər. Qanun Çində qərb həkimlərinə olan ehtiyacı artırmışdı. Nəticə də amerikalı qadın həkim Meri H. Fulton (1854–1927) Çində ilk qadın tibb məktəbi açmaq məqsədilə ABŞ hökuməti tərəfindən bura göndərilmişdi.[35][36] Haket Tibb Məktəbi adlanan bu məktəb Çinin Quançjou əyalətində yerləşir. Məktəbin əsas məqsədi Çində xristianlığın və müasir tibbin yayılması, cəmiyyət həyatında qadının statusunun yüksəldilməsi idi.
Çində respublika dövründə (1912–1949) qadınlar qanuni olaraq alınıb, satıla və ya kölə olaraq bağışlana bilərdi. Bu qadınlar "Mui Tsai" adlandırılırdı. Onların həyatından amerikalı feminist yazıçı Aqnes Smedlinin kitabında "Çindən qadın portretləri" bölməsində bəhs edilmişdir. Çox keçmədən 1949-cu ildə Çin hökuməti Mao Tszedunun rəhbərliyi ilə devrildi və eyni il Çin Xalq Respublikası yaradıldı. Yeni yaranan hökumət 1950-ci ildə Qadınların kölə kimi satılmasının qarşısını almaq üçün bir sıra tədbirlər gördü. Bundan başqa hökumət tərəfindən "yeni evlilik" qanunu qabul edildi. Qanuna əsasən rəsmi nikah yaşı kişilər üçün 20, qadınlar üçün 18 yaşa qədər qaldırıldı. Yeni hökumətin şüarı isə bu idi: "Kişilər və qadınlar bərabərdir!"[37]
Orta əsrlər
redaktəQərbi Avropa
redaktəErkən orta əsrlərdə Avropada qadın hüquqları xristian kilsəsi tərəfindən qorunurdu. Avropada ilk dəfə qadın hüquqlarının rəsmi qanunla qorunması 506-cı ildə Adge şurası tərəfindən həyata keçirilmişdir. Kanon XVI da göstərilirdi ki, əgər evli kişi vəzifəyə qalxmaq istiyirdisə bu işdə onun həyat yoldaşının razılığı olmalı idi.[38] İngilis kilsəsi və orta əsr ənənələri qadını günaha meyilli, zəif, məntiqsiz və idarə altında saxlanılmalı bir varlıq kimi görürdü. Bu baxış xristian inancına öz təsirini göstərmişdi. Adəm və Həvvanın əfsanəsinə görə Adəmi Şeytana qulaq asmağa sövq edən məhz Həvva idi.[39] Müqəddəs Paul inanışına görə doğum sancısı qadınlara məhz Həvvanın bu əməlinə görə cəza kimi verilmişdi. Qadına olan bu mənfi baxış orta əsrlərdə yaşamış bir sıra yazıçıların əsərlərində də özünü göstərmişdi. Məsələn 1200-ci illərdə yaşamış ilahiyyatçı Jak de Vitri əsərlərində qadınları güvənilməz, aldadıcı, zəif və tərs kimi qələmə verir və bildirirdi ki, qadınlar kişilərə tabe olmalıdılar.[39]
Kilsə qadınlar üçün Bakirə Məryəmi nümunə göstərir və onları evlənib, ana olmağa təşviq edirdi. Bu fikir orta əsrlərdə həm dini həm də mədəni cəhətdən qadınların ən əsas amalı qəbul edilirdi.[39]
Təcavüz orta əsr Avropasında ataya və ya ərə qarşı edilən böyük günah hesab edilirdi. Bu dövrdə qadının kimliyini əsasən onun kimin qızı və ya kimin həyat yoldaşı olması müəyyən edirdi. Bütün bunlara baxmyaraq, kilsə hələ də evlilikdə sevginin və qarşılıqdı hörmətin önəmini vurğulayır və boşanmanın hər növünü qadağan edirdi.
Orta əsr qadınları bir kişidən stutusuna görə daha aşağıdaydı. Onlar məhkəmələrdə iştirak edə bilməzdi və qadının qanuni işlərini həyat yoldaşı həyata keçirməli idi. Qadınlar hüquqi baxımdan kişinin mülkiyyəti hesab edilirdi və kişi qadını cəzalandırmaq hüququna malik idi.[40]
İrland hüququ qadının məhkəmədə şahid qismində çıxış etməsini qadağan etmişdi. Qall hüququna görə isə qadının şahidliyi ancaq başqa bir qadına qarşı qəbul edilə bilərdi. Qadınlar kişilər əleyhinə şahidlik edə bilməzdilər.[41] Fransada qadının bəyanı başqa şahidlər tərəfindən dəstəklənməli əks halda qəbul edilməməli idi. Qadınların məkhəmlərdə izləyici qismində çıxış etməsi qadağan edilsə də, qadınlar bəzən bu qadağaya əməl etmirdilər. İzləyici qismində iştirak edən qadınlara məhkəmədə vəkillik, münsif və hakim olmağa icazə verilmirdi. Qadın öz həyat yoldaşının cinayətindən başqa heç bir insanı cinayətdə təqsirləndirə bilməzdi.[41]
İsveç qanunları qadın üzərində həyat yoldaşının səlahiyyətlərini onun əlindən alıb qadının kişi qohumlarına vermişdi.[42] Beləki, atasının və ya qardaşının icazəsi olmadan ər həyat yoldaşının mülkünü, əmlakını müsadirə edə bilməzdi. Bu o demək idi ki, qadın da ailəsinin icazəsi olmadan mal varlığını öz ərinə verə bilməzdi. İsveç qanunlarında göstərilirdi ki, ailənin qız övladı, qardaşına çatan mirasın yarısı miqdarında miras ala bilərdi. Digər Avropa dövlətləri ilə müqayisədə İsveç qanunları qadınlara qarşı daha mülayim və irəlidə idi.
Orta əsrdə oliqarxlar arasında nikah münasibətləri ailələrin mənafelərinə cavab verəcək şəkildə təşkil edilirdi. Nikah zamanı qadının razılığı əsas idi və bu razılıq kilsədə and içmə mərasimi ilə baş tuturdu. Bu dövrdə qızlar üçün minimal evlilik yaşı 12, oğlanlar üçün isə 14 yaş hesab edilirdi.
Bu dövrdə Avropada da, şərqdəki kimi, qadın cəmiyyətləri vardı. Bu cəmiyyətlərdən ən məşhuru Beginler idi.[41]
Qadınlar, Beginler cəmiyyətinə bakirə olaraq qatılar, evlənmək istədikdə isə cəmiyyətdən ayrıldı. Cəmiyyətlərin fəaliyyəti günümüzdə qadın təşkilatlarının fəaliyyətlərinə bənzəyirdi. Onlar həm də xristianlığın dini yaymaq məqsədi daşıyardı. Ehtiyacı olan qadınlara kömək edərən cəmiyyətlər həm dini, həm də siyasi həyatda qadının rolunun yüksəlməsinə xidmət göstərirdi. Toxuculuq, tədris, tibb bacısı və s. kimi işləri yerinə yetirən qadınlar ictimaiyyətin hörmət və sevgisini qazanmışdılar.
Müasir tarix
redaktəXVI və XVII əsrlərdə Avropa
redaktə1450–1750-ci illər ərzində Avropada həyata keçirilən çoxsaylı "cadugər ovları" nəticəsində minlərlə insan edam edilmişdi. Onların 75–95%-ni qadınlar təşkil edirdi.[43] Cədugər ovları əsasən alman dilli ölkələrdə geniş vüsət almışdı. Beləki XV əsrdə "cadu" və "qadın" sözləri məna etibarilə eyniləşmişdi. Malleus Malefikarum və Sammis Desiderantes əlyazmalarında cadugərləri şeytana ibadət edən və qadınlardan ibarət olan fitnəçi qruplar kimi təsvir edilirdilər. Bu dövrdə kilsənin də təsiri ilə qanyaşan mənəvi çaxnaşma daha da böyümüşdü.[43]
Cadugər ovçularının İncili sayılan əsər "Malleus Malefikarum" (1487) bu barədə ən mühüm mənbə kimi qarşımıza çıxmışdır. İki inkivizisiya keşişi, Henrix Institoris (1430–1505) və Yakob Sprencer tərəfindən (1436–1495) qələmə alınan bu kitabda,cadugər qadınların necə müəyyən və mühakimə edilməsi barədə məlumatlar əks olunmuşdu.[44]
Alman tarixçi Vulfqanq Behrincer yazır ki, cəzalandırılan qadınlar adətən yaşlı və ya da görkəmcə gözəl olmayan qadınlardan seçilirdi. O qeyd edir: "1590-cı ildə həyata keçirilən ilk böyük cadugər ovunda ələ keçirilən insanların 90 %-ni qadınlar təşkil edirdi. Bu qadınların 70 %-i yaşı 22-dən aşağı olan gənc qızlar idi."
Orta əsrlərdə bir qadının cadugər olduğunu sübut etmək üçün müxtəlif yollardan istifadə edilirdi. Bunlar: su, atəş, qan, iynə və qantar testləri idi.[44] Cadugərliyi sübut edilən qadınlar tək və ya qrup halında xalq meydanlarında yandırılırdı. Mənbələrdə Tuluza parlamentinin bir dəfədə 400 qadını bu formada cəzalandırdığı haqqında məlumatlar var.
Həyatın istənilən sahəsində məhdudiyyətlər məruz qalmış qadınlar tezliklə gizli cəmiyyətlər yaratmağa başladılar. Onlardan biri Templierlər cəmiyyəti idi. Cəmiyyətin əsas özəlliyi üzvlərinin sayının 12 olması idi. Cəmiyyətə üzv olan qadınlar məşhur qadın şəxsiyyətlərin həyatlarını araşdırır, elmin müxtəlif sahələri ilə məşğul olurdular. Artıq XVI əsrdə münzəvi olmayan, yəni dini həyatı seçməyən qadınların yaratdığı birliklər İtaliyanın bütün qəsəbələrində fəaliyyət göstərirdi. Birliklərə orta sinifdən olan istənilən qadınlar qoşula bilərdilər. Bu qadınlar kilsə tərəfindən müxtəlif adlarla adlandırılmışdılar: mulires religiosae, mulieres de penitenta, sorores və s. Birliklərin əsas məqsədi qadınları kişilərin basqısından kənar, bir-birinə dəstək olmağa təşviq edərək, həyatlarını müstəqil şəkildə davam etdirməyə kömək etmək idi.
1500-cü ildə Avropada iki cür dünyəvi hüquq mövcud idi. Bunlardan biri Fransanın şimalında, İngiltərə və Skandinav ölkələrində hökm sürən ənənəvi hüquq, digəri isə Roma hüququna əsaslanan və Portuqaliya, İtaliya və İspaniyada üstünlük təşkil edən yazılı qanunlaridi.[45] Ənənəvi hüquqda kişilər qadınlardan statusuna görə daha üstün idilər. Məsələn İtaliya, İngiltərə, Skandinaviya və Fransada miras ailədə ən böyük oğula verilirdi. Bu qanunlar bütün bölgələrdə kişilərə həyatları, mülkləri və həyat yoldaşları üzərində geniş hüquqlar verirdi. Buna baxmayaraq qadınlara köhnə hüquqa nisbətən daha geniş imkanlar tanınırdı. Qardaşı olmayan qadın mirasa sahib ola bilərdi.[45] O cümlədən dul qadınlar bəzi hüquqi prosedurları özləri yerinə yetirə bilərdilər. Roma əsaslı hüquq ilə idarə olunan ərazilərdə isə qadınlar kişilərin mülki və hüquqi öhdəliyi altında idilər. Beləki ataların qızları üzərində, kişilərin həyat yoldaşları üzərində, kişi qohumların isə dul qadınlar üzərində qəyyumluğu mövcud idi.[45]
Bütün Avropada qadınların hüquqi statusu onun ailə vəziyyətinin mərkəzində olsa da, evlilik özü qadınların muxtariyyətini məhdudlaşdıran ən böyük amil idi. Ənənələr, status və həyata keçirilən qanunlar nəinki qadınların hüquq və azadlıqlarını məhdudlaşdırmış, tək və dul qadınların bir gün evlənəcəkləri ehtimalına qarşı dövlət işlərində çalışmasına icazə verilmirdi.
XII əsrdən hazırlanıb təkmilləşdirilən İngilis hüququna əsasən qadının bütün mülkiyyəti evlilikdən sonra həyat yoldaşına keçirdi. Lakin tezliklə ingilis məhkəmələri kişinin torpaq üzərində hüquqlarını saxlamaq şərtilə qadının icazə olmadan satılmasına və ya bağışlanmasına qadağa qoydu. Fransa da evli qadınlara qoyulan məhdudiyyətlər isə yalnız 1965-ci il qanunvericiliyi ilə aradan qalxmışdı.[46]
İngilis və amerikanlı kvakerlər inanırdılar ki, qadınlar və kişilər bərabərdilər. Bir çox qadın kvaker vaiz idi. Bu dövrdə anqlo-sakson qadınlar daha geniş hüquqlara malik olsalar da, XIX əsrdə qədər patriarxat rejimin həmişə mövcud olacaq, təbii bir nizam olduğuna inanılırdı.[46] Bu baxış XVIII əsrdə Yezuit missionerləri Şimali Amerika xalqlarında arasındakı matriarxat cəmiyyəti aşkar edənə qədər sarsılmaz olaraq qalmışdı. İngilis filosof Con Lokk bu dövrdə ailə daxili bərabərsizliyə və qadınlarla edilən pis rəftara qarşı çıxmışdır. O, XVII əsrdə əsərlərində cinsiyyətlər arasında mədəni bərabərliyi müdafiə etməsi ilə tanınırdı.[47] Amerika Sosial və Bəşəri Elmlər jurnalının apardığı bir araşdırmada Lokun yaşadığı dövrdə qadınların vəziyyəti aşağıdakı təsvir edilmişdi:
- 1923-cü ilə qədər qadınlar kişilər kimi istənilən səbəbdən boşana bilməzdi.
- 1870 və 1882-ci il qəbul edilmiş "Evli Qadınların Mülkiyyət qanunu"a qədər evlilikdən sonra qadının mülkiyyəti həyat yoldaşına keçirdi.
- Uşaqlar da kişinin mülkiyyəti hesab edilirdi.
XVIII və XIX əsrlərdə Avropa
redaktəXVIII əsrin sonları XIX əsrin əvvəllərində Avropada "insan hüquqları" anlayışı yeni bir mövzu və tələb olaraq siyasi, sosial və fəlsəfi bir əhəmiyyət daşımağa başlamışdı. Bu dövrdə dini azadlıq, qadın azadlığı, köləliyin ləğvi, əmlakı olmayan şəxslərin haqları ilə bağlı hərəkatlar meydana çıxmağa başlamışdı.[48] XVIII əsrin sonlarında qadın hüquqları məsələsi Fransa və Britaniyada müzakirələrin özəyinə çevrilmişdi. Demokratik bərabərliyi müdafiə edən və cəmiyyətin kiçik bir hissəsinin böyük əksəriyyəti idarə etməsi fikrinə inanan maarifçiliyin bir çox məşhur nümayəndəsi bu üstünlüklərin sadəcə öz cinslərinə tanınmalı olduğunu müdafiə edirdi. Məsələn məşhur filosof Jan Jak Russo düşünürdü ki, qadının kişiyə itaət etməsi onun təbiətinin tərkib hissəsidir. O yazırdı: " Qadınlar kişilərin yaratdığı qanunların bərabərsizliyindən şikayət etməməlidir".[49] Dorota Erksleben 1754-cü ildə tarixdə tibb universitetinə daxil olmuş ilk alman qadın hesab olunur. 1791-ci ildə fransız yazıçı və siyasi aktivist Olimpiya de Quj "Qadın və vətəndaş hüquqları bəyannamə" yayımladı. Bəyanəmə tərtibcə ironiyalı idi və Fransa Burjua İnqilabının qüsurlarını ortaya çıxarırdı. Olimpiya de Quj yazırdı: "Bu inqilab o zaman öz təsirini göstərəcək ki, bütün qadınlar cəmiyyətdəki vəziyyətlərinin və itirdikləri haqların fərqinə varacaqlar" Bəyannamə "İnsan və Vətəndaş hüquqları bəyənnaməsi"nin 17-ci maddəsi əsasında hazırlanmışdı. Belə ki, "İnsan və Vətəndaş hüquqları bəyannaməsi"nin 1-ci bəndində göstərilir ki, kişilər azad doğulub və elədə qalacaqlar. Sosial fərqlər sadəcə ortaq mənafelərə xidmət etməlidir.[50] "Qadın və vətəndaş hüquqları bəyannaməsi"nin də ilk cümələsi belədir :"Qadınlar azad doğulub və kişilərlə bərabər hüquqlara malikdirlər. Sosial fərqlər sadəcə ortaq mənafelərə xidmət etməlidir". Olimpiya de Qujla yanaşı bir digər ingilis filosof və yazıçı Meri Volstonkraft qadınların kişilərdən təbiət etibarilə daha dəyərsiz olmadığını ancaq təhsilsiz olduqları üçün daha dəyərsiz göründükləri fikirini müdafiə edirdi. O, 1792-ci ildə Qadın Hüquqlarının Müdafiəsi (A Vindication of the Rights of Woman) adlı kitabını nəşr etdirmişdir. Kitabda həm kişilərin, həm də qadınların ağıl və mühakimə sahibi varlıqlar olduğuna diqqət çəkən yazıçı, məntiq üzərində qurulmuş bir ictimai quruluşu təxəyyül edir.[51]
Volstonkraft ingilis müasirləri Damaris Kudvorz və Katrin Makulay ilə birlikdə qadın hüquqlarının müdafiəsinə başladı. Onlar qadınların kişilər kimi əxlaqi və rasional varlıq olduğu fikrini irəli sürür və onlara da kişilərə tanınan imkanların tanınmasını tələb edirdilər.
1831, 1848-ci inqilabları zamanı qadınların seçmə və seçilmə hüququ tələb etdiyi Fransadan fərqli olaraq İngiltərədə "qadın hüquqları"nın müdafiəsi uğrunda ilk çıxışlar 1832-ci illərə təsadüf edirdi. Bundan başqa Skandinav ölkələrində qadınlar 1880-ci illərdən sonra öz siyasi hüquqlarını elan etmişdirlər. Avropada bu tələblər 1900-cü illərdən sonra, Aralıq dənizi ölkələrində I Dünya müharibəsi zamanı səslənməyə başlamışdır.
1849-cu ildə Londonda ilk qadın kolleci yaradılmış və 1870–1894-cü illər ərzində bütün Avropada qadınların təhsil alması sahəsində öz fəaliyyətini davam etdirmişdir.
Avropada qadın hüquqları hərəkatının başlamasının əsas 3 səbəbi varidi:
- Sadəcə kişilərin mənafelərinə xidmət edən və qadınları gözardı edən seçki hüquqları tənzimləmələri
- İngiltərə və Avstriyada olduğu kimi qadınların imtiyazlı azlığının hüquqlarını tənzimləyən seçki qanunu
- Sadəcə vətəndaş hüquqlarının deyil, eyni zamanda siyasi hüquqlarını əldə etməyə çalışan qadın hərəkatlarının gücləndirilməsi
Rusiya
redaktəHəm qanunlara həm də ənənələrə əsasən Moskva knyazlığında patriarxat bir quruluş mövcud idi. Belə ki, qadınlar kişilərə, gənc qızlar isə böyüklərinə tabe idi.[52] I Pyotrun dövründə ikinci ənənə biraz zəifləsə də, qadınların tabeliyi hələ də qüvvədə idi. 1722-ci ildə qəbul edilən qanunnaməyə əsasən məcburi evliliklər ləğv edilmiş, qadınların da kişilər kimi razılığı vacib hesab edilmişdi. Buna baxmayaraq valideyn icazəsi mütləq sayılırdı. Pyotrun hakimiyyəti illərində kişi öz yoldaşını monastra yerləşdirərək ondan ayrıla bilərdi.
Rusiyada qanunlar qadınlar üçün ikili standartlar daşıyırdı. Beləki, xəyanətkar qadınlar ağır işlərdə çalışdırılsa da, yoldaşını öldürən kişilər sadəcə qamçılanmaq ilə cəzalandırılırdı. Pyotrun ölümündən sonra ailədaxili məsələlərdə kişilərin hüquqlarını genişləndirən yeni qanun və ənənələr meydana gəlməyə başladı. 1782-ci il mülki qanuna əsasən kişinin qadın üzərində səlahiyyəti gücləndirildi.[52]
1818-ci ilə qədər Rusiya Senatı boşanmanı qadağan etmişdi.
1861-ci ildən sonra qadınlar fəhlə sinifinin nümayəndəsi kimi müstəqillik əldə etməyə başladılar. Lakin burada da məhdudiyyətlər nəzərə çarpacaq qədər idi. Bir qadın kişinin qazandığının 1/5-ni qazansa da, çalışma saatları eyni idi. Hamilə qadınlar uşaqları dünyaya gələnə qədər işləməyə davam etməli idi. Bu səbəbdən Rusiyada XIX əsrdə uşaq ölümləri artmışdı.
Bu dövrdə qadınlar öz daxillərində təşkilatlanmağa başlamış və iş, təhsil hüquqları uğrunda mübarizələrini gücləndirmişdilər. Bu məqsədlə Rusiyada bir çox qadın kollektivləri yaradılmışdı. XIX əsrin sonlarında bir çox qız uşaqları məktəblərdə təhsil almağa başlamışdı. Çar III Aleksandrın hakimiyyəti illərində ilk dəfə "qadın məsələsi" gündəmə gəlmişdir.[52]
Qadınlar arasında ilk çıxışlar 1870 və 1879-cu illərdə toxucular tərəfindən başlamış, onlar 170 dəfə tətil etmişdilər. 1894-cü ildə II Nikolayın keçmiş çar III Aleksandrın həyata keçirdiyi tədbirləri ləğv edərək fəhlə sinifinə etdiyi təzyiqlər 1890-cı illərdə əksərən qadınların rəhbərlik etdiyi daha böyük çıxışlara yol açmışdır.
1905-ci ildə baş verən Rus inqilabı, Yaponiya ilə aparılan müharibəni protest edən kəndli qadınlar tərəfindən daha da alovlandırılmışdı. Qadınlar üsyan edir, anbarları yandırırıdılar. Bu çıxışlar tezliklə Peterburq kimi böyük şəhərlərə sıçarayaraq inqilabın başlanmasına səbəb olmuşdur. İnqilab ərəfəsində Rusiyada ilk rəsmi qadın hərəkatı yaradılmışdı. Bu hərəkat, qadın hüquqları və təhsil məsələsi ilə bağlı qadın işçilərin gördüyü işlərlə, İngiltərə və Almaniyada səs vermə hüququ uğrunda mübarizə aparan orta sinif qadınların tələblərini bir araya gətirmişdi.[53]
I Dünya müharibəsi zamanı uşaqların qayğısına qalmaq özlərini təmin edə bilməyən və yoldaşlarını itirən qadınlar üçün çətin idi. Bir çox qadın övladlarını uşaq evlərinə vermək məcburiyyətində qaldı.[53] Bu uşaq evləri qeyri-rəsmi olaraq "mələk fabrikləri" adlandırılırdı.
1917-ci ildə Peterburqdakı işçi sinifinin yarısını qadınlar təşkil edirdi. Qadınlar oktyabr inqilabının əsası sayılan fəhlə sinifinin mərkəzində idi. Artıq may ayında maaş və iş şəraitinə qarşı qadınlar tərəfindən bir çox tətillər keçirilmişdi. Bu tətillərin siyasi tərəfi də var idi. İnqilabdan sonra bolşeviklər Moika kanalı yaxınlığındakı "mələk fabriki"ni bağladılar. Yerinə isə "Analar və övladları üçün məkan" adlı doğum evi inşa edildi. Ümumiyyətlə bolşeviklərin hakimiyyəti altındakı Sovet İttifaqında qadın hüquqları genişləndirilmişdi. Bu dövrdə Rusiya dövlət xəstəxanalarında çalışan qadınlara pulsuz abort imkanı verən ilk ölkə olmuşdur.[54]
Kanada
redaktəKanadada XIX əsrin sonu XX əsrin əvvəllərində qadın hüquqları uğrunda gedən mübarizənin əsas məqsədi qadınların gündəlik və ictimai həyatdakı rolunun , mülkiyyət hüquqlarının artırılması, təhsil hüququ əldə etməsi və senata təyin edilə bilmək üçün rəsmi olaraq "şəxs" kimi tanınmaq idi.[55] "Məşhur 5-lik" olaraq bilinən 5 kanadalı qadın- Emili Mörfi, Ayrin Maryat Parlbi, Nelli Moni Makklanq, Luiz Krammi Makkini və Henrieta Mur Edvards bu dövrün aktivistlərindən idi.[56] Emili Mörfi 1916-cı ildə Kanadada ilk qadın hakim olmuşdur. Onun apardığı ilk məhkəməm prosesində aldığı qərar başqa bir vəkilin müdafiəsinə əsasən hökmsüz hesab edilmişdi. Buna səbəb qadınların rəsmi olaraq "şəxs" sayılmaması idi. Beləliklə Emili Mörfi vəzifəsindən kənarlaşdırılmışdı.[57] Bu hadisədən sonra "İnsanların Davası" adı ilə açılan məhkəmə işi ölkə miqyasında böyük sensassiyaya səbəb oldu. 1929-cu ilin oktyabr ayında "Məşvərət şurası" tərəfindən qadınlar rəsmi olaraq "şəxs" sayıldı və Mörfi vəzifəsinə geri qayıtdı.
ABŞ
redaktəAmerikada 1776-cı ildə Nyu-Cersi Konstitutsiyasına əsasən vergi ödəyən qadınlara seçki hüququ verilmiş, lakin çox keçmədən onların bu hüquqları əllərindən alınmışdır. 1807-ci ildə buna səbəb olaraq qadınların doğru namizədə səs verməməsi göstərilmişdir. 1869-cu ildə Vayominq və Utah əyalətlərində yaşayan qadınlara yenidən seçki hüquq verilsə də, onlar mütəmadi olaraq səs vermələrdə iştirak edə bilməmişdilər.[58] ABŞ-də ilk qadın hüquqları müdafiə konqresi 1848-ci ildə Nyu-Yorkda təşkil olunub. Yığıncaqda 300-dən çox qadın və kişi iştirak etmiş, sonda isə 68 qadın və 32 kişi tərəfindən deklarasiya imzalanmışdır. Deklarasiyada qadınlara da kişilərlə bərabər hüquqların tanınması, seçki hüququnun verilməsi kimi 12 tələb qeyd edilmişdi. Deklarasiyanın layihəsini isə Elizabet Stanton hazırlamışdır. ABŞ-də qadın hüquqları uğrunda mübarizə sonralar akademik sahədə də davam edir. 1850-ci ildə Pensilvaniyada ilk tibb kolleci fəaliyyətə başlamışdır. Həmin il ABŞ-də Milli Qadın Hüquqları Konqresinə mindən çox insan toplaşmışdı. 1869-cu ildə feminist aktivistlərdən Susan Antoni və Elizabet Stanton "Milli Qadın Seçki Dərnəyi"nin təşkilatçılığı ilə qadınlara seçki hüququnun verilməsi məqsədilə konstutsiya dəyişikliyi təklifi irəli sürdülər.[59] 1890-cı ildə "Milli Qadın Seçki Dərnəyi", "Amerikan Qadınları Seçki Dərnəyi" ilə birləşərək ABŞ-nin qadın haqları tarixində əhəmiyyətli quruluşlarından biri olan "Milli Amerikan Qadınları Seçki Dərnəyi" yaradılmışdır. 1893-cü ildə nəhayət qadınlar istəklərinə nail olmuş və Kolorado əyalətində ilk dəfə qadınlara seçki hüququ verilmişdir. Daha sonra 1910-cu ildə Vaşinqton, 1911-ci ildə Kaliforniya, 1912-ci ildə Oreqon, Kanzas, Arizona, 1913-cü ildə Alyaska və İllinoys, 1914-cü ildə Nevada və Montano, 1917-ci ildə Nyu-York, 1918-ci ildə isə Miçiqan, Cənubi Dakota və Oklahomada da qadınların bu hüququnu tanımışdır.
Yaponiya
redaktəYapon cəmiyyətində qadının rolu onun yaşadığı zamandan və aid olduğu sinifdən asılı olaraq dəyişirdi. VIII əsrdə Yaponiya qadın imperatorlar tərəfindən idarə edilirdi. XII əsrdə qadınlar kişilərin tabeliyində olmasına baxmayaraq yüksək statuslu vəzifələrə yiyələnə bilirdilər. Edo dövrünün sonlarına doğru qadınların cəmiyyət həyatındakı rolu azaldı. Meydzi dövründə sənayeləşmə və şəhərləşmə kişilərin, o cümlədən ataların ailədəki nüfuzunu azaltsa da 1898-ci ildə qəbul edilmiş "Meydzi Mülki məcəlləsi" qadınların qanuni hüquqlarını rədd edərək onları ailə baçşılarının iradəsinə tabe etmişdir.[60] XX əsr Yaponiyasında qadının statusunda böyük irəliləyiş baş verdi. 1911-ci ildə yapon yazıçı Hiratsuka Raiçi rəhbərliyində bir qrup qadın toplaşaraq "Mavi corab cəmiyyəti"ni yaratdı. Cəmiyyətin əsas məqsədi qadınlara azadlıq verilməsi idi. Lakin onlar istədikləri nəticəni əldə edə bilmədilər. 1919-cu ildə İçikava Fusae rəhbərliyinidə başqa bir qadın birliyi quruldu. Birlik digər qadın topluluğları ilə birgə "təhsil və sənaye cəmiyyətinin tərkibində biz də yer almaq istəyirik!" şüarları səsləndirdi. 1925-ci ildə yapon qadınların da seçkilərdə iştirak etməsini tələb eədn yeni bir dərnək- "Qadının seçki hüququ" dərnəyi yaradıldı. Nəhayət ikinci dünya müharibəsi başa çatdıqdan sonra qadınlar seçki hüququ əldə etməyə nail oldular. 1975-ci ildə sənayenin müxtəlif sahələrində çalışan qadınlar əhalinin 32%-ni təşkil edirdilər. Bu müddət ərzində daha çox sayda qadın, xüsusilə xidmət və yeyinti sənayelərində, topdan və pərakəndə satış məntəqələrində və elektrik avadanlıq istehsalında işlə təmin edildi.[61] 1986-cı ildə qadınların iş həyatında daha çox iştirak etmək tələbi nəticə vermiş və dövlət tərəfindən "Bərabər Məşğulluq Qanunu" qəbul edilmişdir.
Mərkəzi Asiya
redaktəMərkəzi Asiya cəmiyyətləri günümüzdə də patriarxat olaraq qalmaqdadır. Buna baxmayaraq Sovet İttifaqının süqutu ilə qadın cəmiyyətdəki rolu daha da güclənmişdi.[62] Bu dövrdə Monqolustanda universitetə daxil olan və yüksək dərəcələr əldə edən qadınların sayı kişilərdən daha çox idi.[63] Qız qaçırma ənənəsi ilə ailə həyatı qurmaq regionda ciddi problemlərdən biri olaraq qalmışdır. Bu ənənə günümüzdə Qırğızıstanda, Qazaxıstanda, Türkmənistan və Özbəkistanın muxtar bir vilayəti olan Qoraqalpaqıstanda hələ də davam etməkdədir.[64]
Dini kitablarda qadın hüquqları
redaktəİncildə qadın hüquqları
İncildən əvvəl və incilin ilk göndərildiyi günlərdə qadınların cəmiyyətdə rolu məhdud vəziyyətdə idi.[65] Buna baxmayaraq İncil qadınlara bir sıra hüquqlar vermişdir. Belə ki qadınlar özlərini məhkəmədə təmsil etmək (56–62)[66], müqavilə imzalamaq (63–67), alqı-satqı ilə məşğul olmaq və miras almaq (63–80) hüquqlarına sahib olmuşdur. Bunun qarşılığında qadınlar həyat yoldaşını doyurmalı, onun paltarlarını yumalı, ona xidmət etməli idi.[67][68]
Əhdi-Ətiqə görə "əgər kişi başqa bir qadınla evlənərsə, ilk həyat yoldaşının yeməyini, geyimini və nikah hüquqlarını təmin etməli idi. Kişi bunları təmin edə bilməzsə, qadın çıxıb getməkdə azad idi və bunun qarşılığında heç bir miqdar ödəmirdi".
Quranda qadın hüquqları
İnsan hüquqları
redaktəBMT-nin konvensiyaları
1946–1948-ci illərdə hazırlanan və 1948-ci ildə qəbul edilən "Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi" qadın hüquqlarının müdafiəsi tarixində dönüş nöqtələrindən biri hesab edilir.[69] Bəyənnamənin ilk maddəsi belədir: "Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar." Qadın hüquqlarının müdafiəsinə yönəldilmiş beynəlxalq sənədlər içərisində "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" BMT Konvensiyası xüsusi əhəmiyyətə malikdir.[70] Keçən əsrin 70–80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975–1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxartdı və BMT Baş Məclisi 18 dekabr 1979-cu il tarixdə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanı qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minmişdir.
BMT-ə üzv olan dövlətlərdən- İran, Palau, Somali, Sudan, Tonqa, və ABŞ, eləcə də BMT-nin üzvü olamayan dövlətlərdən- Vatikan və Niue dövlətləri konvensiyanı imzalamadı.[71]
"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiya qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd hesab olunur. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən "bərabərlik" deyil, "ayrı-seçkiliyin ləğv olunması" durur ki, bu çox vacib məqamdır. Konvensiyanın məqsədi qadınların bütün növ ayrı-seçkilikdən həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etməsi üçün bərabər imkanlar yaradılmasından ibarətdir.
Evlilik, boşanma və ailə qanunu
Ümumdünya İnsan hüquqları bəyannaməsinin 16-cı maddəsində qeyd olunur:
- Yetkinlik yaşına çatmıs kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər.
- Nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər.
- Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.
"Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın 16-cı maddəsi də ailə hüququ sahəsində qadına qarşı ayrı-seçkiliyin aradan qaldırımasına yönəlmişdir. Qadınlara qarşı ayrı-seçkiliyin böyük bir hissəsi onların öz evlərində ərləri, digər ailə üzvləri və mənsub olduqları cəmiyyət tərəfindən həyata keçirilir. Dünyanın bir çox ölkələrində ailəli qadınlar neçə uşaq doğacaqlarına, uşaqları necə böyüdəcəklərinə, işləyib-işləməyəcəklərinə dair özləri qərar verə bilmirlər. Qadınların bərabər hüquqlarının qanunlarda əks olunduğu ölkələrdə belə, qadına ev qadını olaraq baxılması stereotipləri qadınların təhsil və karyera sahəsində irəliləmək imkanlarını məhdudlaşdırır.
Poliginik evliliklər dünyanın bəzi yerlərində geniş yayılmış mübahisəli bir tətbiqdir. "Qadınlara Qarşı Ayrıseçkiliyin Aradan Qaldırılması Komitəsi" tərəfindən hazırlanan "Ümumi Müddəalar"ın 21-ci bəndi olan "evlilik və ailə münasibətlərində bərabərlik"- bəndində qeyd edilir: "Çoxarvadlı evliliklər qadın və kişinin bərabərlik hüququna ziddir və qadının özü eləcə də himayəsində olanlar üçün ciddi emosional və maddi nəticələr doğura bilər. Bu səbəbdən belə evlilikləri dəstəkləməmək və qadağan etmək lazımdır."
Vyana Bəyannəməsi və Fəaliyyət Proqramı
1993-cü il iyun ayının 25-də Vyana şəhərində keçirilən İnsan hüquqları üzrə Ümumdünya Konfransında qəbul edilmiş Fəaliyyət proqramı üzrə Bəyannamədə qadın və qızların hüquqları insan hüquqlarının ayrılmaz bir hissəsi kimi müəyyən edilmişdi. Bunu əsas götürərək, milli, regional və beynəlxalq səviyyədə qadınların tam və bərabər siyasi, sosial, mədəni, iqtisadi, ictimai həyatda iştirakı və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi beynəlxalq birliyin birinci növbəli prinsipi kimi bəyan edilmişdi.
Pekin Bəyannaməsi və Fəaliyyət Platforması
1995-ci ilin sentyabr ayının 4–15-də Pekində Qadınların IV Ümumdünya Konfransı keçirildi. Həmin Konfrans qadın və kişilərin hüquq və insani bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan etmişdir. Konfrans qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması uğrunda fəaliyyət göstərmək istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Konfransda bir daha qəbul edilmişdir ki, insan hüquqları tərkibində qadın hüquqlarına riayət olunmalı, qadınların imkanları daha da genişləndirilməli, qərar qəbul etmək və dövlətlərin idarə olunmasında iştirak etmək hüquqları da daxil olmaqla, onların ictimai həyatın bütün sahələrində bərabər iştirakı təmin edilməlidir.
Əsas konsepsiyalar
redaktəTəbii Hüquqlar
XVII əsrdə Britaniya və Amerikada yaşamış təbii hüquq məktəbinin müridlərindən Tomas Hobbs, Jan Jak Russo və Con Lokk qədim yunan filosofları Aristotel və Akvinalı Fomadan təsirlənərək təbii hüquq nəzəriyyəsini yaratmışdırlar. XVII əsr təbii hüquq nəzəiryyəçiləri köləliyi və qadınların aşağı hüquqi statusunu dəstəkliyir və yunan filosoflarına əsaslanaraq təbii hüququn qaynağını tanrı yox təbiət olaraq görürdülər.[72] Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.[73]
Aristotelə görə insan əslində "rasional heyvan"dır və onun təbiətdən gələn gücləri var.[74] O daha da irəli gedərək rasionalizm ideyasını ortaya qoyur. Qədim Yunanıstanda insan təbiəti anlayışı cinsi, etnik və digər ünsürlərə bağlı idi və XVII əsr filosofları qadınları, uşaqları, kölələri və ağ dərili olmayan insanları "rasioanal" və ya "mədəni" olaraq qiymətləndirmirdilər.[75] Onlar qadının aşağı statusunu təbiət və daxili dünyası ilə bağlayır və qadının yaradılış etibarilə kişi ilə bərabər ola bilməyəcəyi fikrini müdafiə edirdilər. XVII əsr filosoflarından fərqli olaraq XVIII, XIX əsr filosoflarından Vilyam Uilberfors və Çarls Sparjon köləliyin lə]vi və qadın kişi haqlarının bərabərliyi fikri irəli sürmüşdürlər. Müasir təbii hüquq nəzəriyyəçiləri və təbii hüquq vəkillərinə görə bütün insanların cinsiyyətindən, etnik mənsubiyyətindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq təbii hüquqları vardır.
İş yerində bərabərlik
Qadınların əmək hüquqları dedikdə iş yerində ayrıseçkiliyə məruz qalmamaq və kişilərlə bərabər əmək haqqı nəzərdə tutulur. Qadın və kişilər üçün bərabər əmək haqqı və güzəştlər Britaniyanın müstəmləkəsi olan Honq Konq hökuməti tərəfindən 1970-ci ildə rədd edilmişdir.[76] Honq Konq Çin Dövlət Qulluqçuları Birliyinin prezidenti, Lezli Vah-Lunq Çanq evli qadınların daimi işlə təmin edilmə hüququ da daxil olmaqla bərabər əmək haqqı uğrunda mübarizə aparmış bu məsələdə öz töhfələrini vermişdirlər. Bundan əvvəl bir qadın evləndikdən sonra onun iş yerindəki statusu daimi işçidən müvəqqəti işçi olaraq dəyişir və təqaüdə alma hüququnu itirirdi. Hətta bəziləri işdən çıxarılırdı. Bu dövrdə tibb bacıları çoxluq təşkil etdiyindən evli qadınların hüquqlarının əlindən alınması onlara öz təsirini göstərmişdi.[77][78]
Bəzi Avropa dövlətlərində qadınlar evləndikdən sonra həyat yoldaşlarının icazəsi olmadan işləyə bilməzdilər. Bu vəziyyət Fransada 1965, İspaniyada isə 1975-ci ilə qədər belə davam etmişdir.[79]
Bundan başqa XIX əsrin sonlarından 1975-ci ilə qədər Avstriya, İrlandiya, Kanada, İsveçrə və Avstraliya kimi bir çox ölkədə evli qadınların müxtəlif peşə sahələrində çalışmasına qadağalar qoyulmuşdur.[80]
Qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənədlərdən biri olan "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın 11-ci maddəsi iştirakçı-dövlətlərin üzərinə qadınların əmək sahəsində bərabər hüquqlarının, imkanlarının, seçimlərinin və müavinətlərinin olmasını təmin etmək öhdəliyi qoyur. Konvensiya əmək qanunvericiliyində cinsinə, ailə vəziyyətinə, əlilliyinə, hamiləliyinə, cinsi oriyentasiyasına və İİÇV daşıyıcısı olduğuna görə sanksiya nəzərdə tutan ayrı-seçkiliyə yol verilməməsi müddəasının olmasını vacib hesab edir, işdə qadınların irəliləməsi üçün xüsusi tədbirlərin müəyyənləşdirilməsinin qanunvericilikdə əks olunmasını tövsiyə edir. Eləcə də, Konvensiya qadınlar üçün qanunvericilikdə bərabər əmək şəraiti şərtləri, bərabər əmək haqqı, eyni dəyərli iş üçün bərabər əmək haqqı və eyni təqaüd yaşının nəzərdə tutulmasını zəruri hesab edir.[81]
Seçki hüququ
19-cu əsrin sonlarına qədər Finlandiya, İslandiya, İsveç, Avstraliyadakı bəzi koloniyalar və ABŞ-nin bir sıra qərb əyalətlərində qadınlar məhdud seçki hüququ əldə etmişdilər. Bu dövrdən etibarən, qadın hərəkatları çərçivəsində qadınların səsvermə hüququnu əldə etməsi və qadınlara kişilərlə bərabər mədəni hüquqlar tanınması üçün aparılan mübarizəni koordinasiya etmək məqsədilə milli və beynəlxalq miqyasda təşkilatlar yaradılmışdır. Bunların arasında ən öndə gələnlərdən biri 1904-cü ildə yaradılan Beynəlxalq Qadınlara Səsvermə Hüququ İttifaqıdır.[82]
1881-ci ildə Men Adası əmlak sahibi olan qadınlara seçki hüququ verdi. Həmin dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Yeni Zellandiya 1893-cü ildə qadınların bu hüququnu tanıyan ilk dövlət oldu.[83] 1902-ci ildə bütün Avstraliya koloniyalarının federasiya altında birləşməsi nəticəsində ölkə miqyasında qadınların seçki hüququ tanındı.
20-ci əsrin əvvəlində Amerika Birləşmiş Ştatlarında seçki hüququ tələb edən hərəkatlar geniş vüsət alsa da, 1848-ci ildən bəri səsvermə hüququ tələb edən qadınlar yalnız yetmiş iki il sonra, 1920-ci ildə məqsədlərinə nail ola bildilər. Avropada qadınlara ilk seçki hüququnu verən ölkələr sırasında ilk yerləri Finlandiya (1907), Norveç (1913) və İslandiya tutur. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.[84]
Britaniyada bu, uzun sürən bir proses olmuşdur və yalnız Birinci Dünya müharibəsi ərəfəsində qadınların əhəmiyyətli rolu dövlətə imkan verdi ki, bu məsələnin gündəmə gətirilməsi güclü seçki hüququ hərəkatına təslim olmaq kimi təqdim edilməsin. Qadın hüquqları məsələsinin ilk dəfə hələ Fransa İnqilabi dövründə Olimpiya de Quj tərəfindən səsləndirilməsinə və məhz Fransanın qadınların cəmiyyətdə ikinci dərəcəli rol oynamasının radikal tənqidçisi olmasına baxmayaraq bu ölkə Avropada qadınlara seçki hüququ verən son ölkələrdən biri oldu.
1934-cü il dekabr ayının 5-də Türkiyədə bu hərəkata qoşuldu.[85][86]
II. Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı qadınların səsvermə hüququnun tanınmasını təşviq etdi. 1979-ci ildə qəbul edilən və 189 ölkənin tərəf olduğu "Qadına Qarşı Hər Cür Ayrı-seçkiliyin ləğv Edilməsi" Konvensiyası, səsvermə hüququnu təməl hüquqlardan biri olaraq saydı.
Qadınların seçki hüququnun tanınması:
- Ekvador-1929
- Brazilya-1932
- Salvador-1939
- Dominikan Respublikası-1942
- Argentina-1946
- Hindistan-1935
- Yaponiya-1945
- Çin-1947
- İndoneziya-1955
- Liberiya-1947
- Uqanda-1958
- Nigeriya-1960[87]
Son olaraq 2015-ci ildə Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə seçkilərdə iştirak etdilər.
Mülkiyyət hüququ
XIX əsrdə ABŞ və İngiltərədə yaşayan bir neçə qadın, məsələn Ernestin Rouz, Paulina Vrayt Devis, Elizabet Kedi Stanton və başqaları evləndikdən sonra əmlak hüququndan məhrum edən bir sıra qanunlara öz etirazlarını bildirdilər. 1840-cı illərdən başlayaraq ABŞ-nin əyalət qanunverici orqanları və Britaniya Parlamenti qadının əmlakını onu həyat yoldaşından və yoldaşının kreditorlarından qoruyan qanunlar qəbul etməyə başladılar.[88] Bu qanun toplusu evli qadınların mülkiyyət aktları adlanırdı.[89][90] XIX əsr ABŞ məhkəmələrində əmlakının satmaq istəyən evli qadınlar müəyyən bir sınağa tabe tutulurdular. Sınağın əsas məqsədi qadının əmlakını könüllü şəkildə yoxsa həyat yoldaşının basqısı ilə satmasını hakimlər tərəfindən müəyyən etmək idi. 1960–1970-ci illərə qədər qadınların mülkiyyət hüquqları birçox Avropa dövlətində məhdudlaşdırılmışdı.[91] Bir neçə il əvvələ qədər ABŞ-də da qadının müllkü üzərində kişiyə təkbaşına idarəçilik verən qanunlar geniş yayılmışdı. Lakin bu qanunlar 1981-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edildi.[92]
"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiyanın 15-ci maddəsinə görə iştirakçı-dövlətlər qadınların qanun qarşısında kişilərlə bərabərliyini tanımalı, qadınlara kişilərlə bərabər mülki hüquq qabiliyyəti və onu həyata keçirmək üçün bərabər imkanlar verməlidirlər. Məlumdur ki, hələ də bir sıra ölkələrdə qadınlar kişilərlə bərabər mülkiyyət hüquqlarına malik deyil. Qadınların müqavilə bağlamaq, daşınmaz əmlaka sahib olmaq üçün bərabər hüquqları yoxdur. Xüsusilə nikaha daxil olduqdan sonra bu hüquqlar avtomatik olaraq qadının ərinə keçir. Buna görə də, Konvensiya iştirakçı-dövlətlərdən müqavilə bağlanması və əmlakın idarə olunması sahəsində qadınların bərabər hüquqlarının, həmçinin bütün məhkəmə instansiyalarında qadınlara bərabər münasibətin təmin olunmasını tələb edir.
Hərəkət azadlığı
"Qadınlara qarşı ayrı-sekiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın 5(4)-cü maddəsi şəxslərin yer dəyişməsinə,yaşamaq və daimi yaşayış yerini azad surətdə seçməsinə dair qanunvericiliyə münasibətdə kişilərə və qadınlara (evli qadınlar da daxil olmaqla) eyni hüquqlar verilməsini nəzərdə tutur.[93] Dünyanın bir çox ölkəsində qadınların bu hüquqları rəsmi olaraq məhdudulaşdırılmışdır. Məsələn bəzi ölkələrdə qadınlar yanlarında kişi olmadan və ya həyat yoldaşlarının icazəsi olmadan evlərini tərk edə bilməzlər. Yəmən qanunları qadının həyat yoldaşının icazəsi olmadan evdən çıxmasını qadağan edir.[94] Qanunla məhdudlaşdırılmayan ölkələrdə belə qadının hərəkət azadlığı dini qaydalarla məhdudlaşır. Qadınların səyahət etməsini qadağan edən qanunlar yaxln keçmişə qədər bəzi Qərbi Avropa dövlətlərində hələ də mövcud olaraq qalmaqda idi. 1983-cü ilə qədər Avstraliyada qadınlar xarici pasport alarkənhəyat yoldaşının rəsmi razılığına ehtiyac duyulurdu.[95] Bəzi Orta Şərq dövlətlərində kişi qəyyumluğu günümüzdə də mövcuddur. Beləki, 2019-cu ilə qədər Səudiyyə Ərəbistanında qadınlar qanuna əsasən başqa ölkələrə səyahət edə bilmək üçün həyat yoldaşlarının və ya ailələrindən digər kşilərin icazəsini almalı idi.[96]
Sağlamlıq hüququ Dünya Səhiyyə təşkilatının tərifinə görə, sağlamlıq "yalnız xəstəlik və əlilliyin olmaması deyil, fiziki və sosial cəhətdən tam bir bütünlük halıdır". Qadınlar baxımından düşündükdə bu tərifin böyük əhəmiyyəti vardır.[97] Dünyanın bəzi yerlərində qadınların evə həbs edilməsi, səhiyyə işçilərinin laqeyd yanaşması, qadınların müstəqilliyinin olmaması, maddi qaynaqlarının azlığı kimi faktorlar qadınların sağlamlıqlarına ciddi formada təsir etməktədir.[98] Qadınlra qarşı edilən ayrı-seçkiliyin bir növü də qadının sadəcə qadınların ehtiyac duyduğu tibbi xidmətlərdən məhrum edilməsidir. Bu səbəbdən doğuş zamanı hər il dünyada 300 mindən çox qadın həyatını itirir. Qadın sünnətləri kimi ənənələr qadınların sağlamlığına ciddi zərər vuran amillərdən biridir. Dünyada HİV və AİDS-dən ən çox əziyyət çəkənlər qadın və qızlardır.[99]
Təhsil hüququ Təhsil hüququ beynəlxalq hüquqlardan biridir. Təhsildə ayrı-seçkiliyə qarşı kenvensiya təhsildə ayrı-seçkiliyi qadağan edir və onun tərifini "irqi, rəngi, cinsi, dili, dini, siyasi və ya digər fikri, milli və ya sosial mənşəli, hər hansı bir fərqləndirmə, kənarlaşdırma, məhdudlaşdırma " olaraq verir. İqtisadi, Sosial və Mədəni Hüquqların Beynəlxalq Konvensiyasının 3-cü maddəsində göstərilir: "Bu Konvensiyanın iştirakçısı olan dövlətlər bu Konvensiyada yer alan bütün iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsində kişi və qadınlara bərabər hüquqlar təmin etməyi öz öhdələrinə götürürlər."[100] Konvensiyanın 13-cü maddəsinə əsasən "Bu Konvensiyaya qoşulan tərəflər hərkəsin təhsil hüququnu tanıyır. Bu dölətlər təhsilin insan şəxsiyyəti və layəqətinin inkişafına, insan hüquq və azadlıqlarına hörmətin gücləndirilməsinə yönəlik həyata keçiliməsində həm fikirdirlər. Dövlətlər həmçinin hər kəsin sülhsüvər cəmiyyətlərdə yaşamasını təmin edəcək, bütün millətlərdə, bütün irqi, etnik və dini qruplar arasında razılığı, dostluğu və dözümlülüyü ,eləcədə BMT-nin sülhün qorunması sahəsində apardığı fəaliyyətləri inkişaf etdirəcək bir təhsil sistemi yaradılması barədə razılığa gəlirlər."[101]
Reproduktiv hüquqlar Qadınların və qızların reproduktiv hüquqları beynəlxalq hüquqda və milli qanunvericilikdə tənzimlənir. Reproduktiv hüquqlar ilk dəfə 1968-ci ildə BMT-nin İnsan hüquqlarına dair beynəlxalq konfransında müzakirə edilmişdir.[102] Həmin konfransda cinsi reproduktivlik və reproduktiv sağlamlıq sözlərinin tərifi müzakirə edilmişdi və sahədə olan problemlərin qarşısının alınması istiqamətində BMT tərəfindən layihələrin həyata keçirilməsi gərara alınmışdı. "Repreduksiya" latın sözü olub, özünə bənzər orqanizmin yaradılması deməkdir. Reproduktiv sağlamlıq – fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Yəni hər bir gənc ailədə qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər. İnsan təbiətin məhsuldur. İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı ilk növbədə reproduktivliyi, nəsil artırmaq qabiliyyəti yaxşılaşır və formalaşır.[103] Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub saxlanılır. İlk dəfə 1994-ci ildə Qahirədə keçirilmiş Beynəlxalq Əhali və İnkişaf Konfransında (International Conference on Population and Develepmentıcpd) reproduktiv sağlamlıq anlayışının tərifinə belə yer verilir: "Çoxalma sistemi funksiyaları və prosesi yalnız xəstəlik və əlilliyin olmaması deyil, bütün bunlara münasibətin fiziki, mənəvi və sosial cəhətdən tam bir bütünlük halının olmasıdır". Həmçinin bu tərifdə, insanların qənaətbəxş və etibarlı bir cinsi həyatlarının olması, çoxalma qabiliyyətinə malik olmaqları, çoxalma qabiliyyətlərini istifadə etmədə qərar vermək azadlığına sahib olmaqları da nəzərdə tutulur.[104]
Reproduktiv hüquqlara aşağıdakılar daxildir:
- Qanuni və etibarlı abort
- Kontrasepsiya
- Keyfiyyətli reproduktiv sağlamlıq xidmətindən istifadə etmək və s.
Reprotuktiv sağlamlıq və reproduktiv hüquqlar ilə bağlı böyük əhəmiyyət daşıyan beynəlxalq sənədlər:
- Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)
- "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiya (CEDAW) (1979)
- "Uşaq Hüquqları" Konvensiyası (1989)
- Dünya İnsan Hüquqları Konfransı Bəyannaməsi (1993)
- Birləşmiş Millətlər Beynəlxalq Əhali və İnkişaf Konfransı (Qahirə 1994)
- IV Beynəlxalq Qadın Konfransı (Pekin 1995)
- Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizəyə dair Konvensiyası (İstanbul Konvensiyası) (2011)
- Davamlı İnkişaf Hədəfləri (SDGS) (2015).
Abort və Kontrasepsiya
Abort XX əsrin ikinci yarısında qanuni status almışdır. Hələ dünya müharibələri döründə transformasiyalı anlayış kimi istifadə edilən abort hüququ müharibələrdən sonra cinsi azadlıq konteksində müzakirə edilməyə başlamışdır.[105] 1953-cü ildə Qreqori Pinkus tərəfindən doğuşa nəzarət məqsədilə dərman kəşf edilmişdi. Birinci dünya müharibəsi illərində əhalinin sayına nəzarət etmək məqsədilə hazırlanılması planlaşdırılmış bu həblər artıq II dünya müharibəsi illərində istifadə edilməyə başlamışdı. 60-cı illərdə vüsət alan gənclik hərəkatları cinsi azadlıq mövzusu ilə bağlı mübahisələri daha da alovlandırmışdır.[106] 1971-ci ildə "343-lər bəyanatı" adlı sənəd dövrün bir sıra ədib və sənətkarları tərəfindən imzalanmış və onlar Fransada abortun leqallaşdırılmasını tələb etmişdilər. 1970-ci illər feminist təşkilatların qadın hüquqları uğrunda mübarizəsinin məlumatlandırma dövrü kimi xarakterizə olunur. Bu dövrdə bir çox ölkədə abort və konrtasepsiya üsulları qanuniləşdirilmişdir.
Qadınlara qarşı zorakılıq
redaktəQadına qarşı zorakılıqla mübarizədə əhəmiyyətli addımlardan biri BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiyasının şərtlərini təftiş edən "CEDAW" komit'sinin 1992-ci ildə qəbul edilmiş 19 N-li qərarıdır. Qərara əsasən dövlətlər zorakılığın qarşısının alınması qarşısında məsuliyyət daşıyırlar.[107][108]
Beynəlxalq hüquqda qadına yönəldilən şiddətlə mübarizədə bir digər mühüm addım isə "Qadınlara qarşı zorakılığın qarşısının alınması" Deklarasiyası hesab olunur.[109]
"Qadınlara qarşı zorakılığın qarşısının alınması" Deklarasiyası
1993-cü ilin dekabr ayında BMT-nin Baş Məclisi tərəfindən "Qadına qarşı zorakılığın qarşısının alınması" Deklarasiyası qəbul edilmişdir.[110] Bu deklarasiya qadınlara edilən zorakılğa qarşı ilk beynəlxalq sənəddir və bundan sonra qəbul edilən bəyannamələr üçün əsas rolunu oynamışdır. Deklarasiyada qeyd edilən "Qadına qarşı zorakılıq" termini beynəlxalq aləmdə qəbul edilmiş bir termindir. Bu sənədə əsasən "qadınlara qarşı zorakılıq" dedikdə nəzərdə tutulur:" İstər ictimai, istərsə də şəxsi həyatda meydana gələn, qadınlara fiziki, cinsi və ya psixoloji ağrı və ya əzab verən və ya verə biləcək olan, cinsiyyətə söykənən bir akt və ya bu cür aksiyalarla təhdid etmə, zorlama və ya özbaşına olaraq azadlıqdan məhrum etmə"
1995-ci ildə keçirilən IV Dünya Qadın Konferansının sonunda qəbul edilən Pekin Bəyannaməsi və Fəaliyyət platformasında qadın hüquqlarının insan hüquqları olduğu bildirilmiş, qadının inkişafı və qadın-kişi bərabərliyinin sosial ədalətin əsas şərti olduğu vurğulanmışdır.[111] Qadına qarşı zorakılıq isə qadının inkişafı, hüquq bərabərliyi sahəsində maneə törədən və dərhal qarşısı alınmalı olan 12 kritik problemdən biri olaraq göstərilmişdir. Konfransda Şiddətin qarşısının alınmasında dövlətin öhdəliklərinə geniş yer verilmişdir.
İstanbul Konvensiyası
Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizəyə dair Konvensiyası (İstanbul Konvensiyası) 11 may 2011-ci il tarixində qəbul edilmiş və 1 avqust 2014-cü il tarixində qüvvəyə minmişdir.[112] Azərbaycan Respublikası hələ bu Konvensiyanı imzalamamışdır. İstanbul Konvensiyası qadına qarşı zorakılığın bütün formalarının qarşısının alınması və qadağan olunması sahəsində qəbul edilmiş ən hərtərəfli beynəlxalq müqavilədir. Konvensiyanın əsas hədəfi zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, zorakılıq törədənlərin məsuliyyətə cəlb olunması və milli səviyyədə inteqrasiya olunmuş siyasətin formalaşmasıdır. İstanbul Konvensiyası iştirakçı dövlətlər tərəfindən Konvensiyanın implementasiyasını qiymətləndirmək və təkmilləşdirmək məqsədi ilə iki monitorinq mexanizmi müəyyən edir: Qadına qarşı zorakılığa və məişət zorakılığına qarşı müstəqil Ekspertlər Qrupu (GREVİO) və Tərəflər Komitəsi.
Azərbaycanda qadın hüquqları
redaktəTarixi
redaktəXX əsrin əvvəllərində
XX əsrin başlanğıcında Azərbaycan qadın hüquqları problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi.[113] Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu.
XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də "Kaspi" qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi:
Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir. |
Maarifçi ziyalıların səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran "İşıq" kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. "İşıq" qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çap edilmişdir.[114] 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. "İşıq" qəzeti maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.[115]
Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı mübarizə nəticəsiz qalmadı.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə
Azərbaycanda milli qadın siyasəti ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət statusu almışdır. Hələ 1918-ci il qurultayında Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi.[115] Məhəmməd Əmin Rəsulzadə deyirdi:
Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır |
Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz namizədlərini irəli sürməkdən imtina etmişdilər. Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamədə təsbiti oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən "Müəssislər Məclisinə seçkilər haqqında" Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci fəslində deyilirdi: "Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir". 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə "səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər". Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.
Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu.
İclasda qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün qəbul еdilmiş qanunda aşağıdakılar göstərilmişdir:
- hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);
- həftədə bir dəfə istirahət günü (maddə 29);
- 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan еdilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);
- Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad еdilir (maddə 43);
- Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün tərbiyəxanalar təsis olunmalıdır. Sahibkarların hеsabına xəstələnmiş fəhlələrə müftə dərman vеrilməli və xəstə olduqları müddətdə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);
- Bu qanunlara əməl еtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb еdiləcəklər.
Xalq Maarif Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4 kişi, 3 qadın kurslarının açılması qərara alınmış, qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi qəbul edilmişdi.[116] Dövlətin təhsilə və yaradıcılıq sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdı.[117] 1918–1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra "Zəhmətkeş qadınların yolu" və"Qafqaziya zəhmətkeş qadınların yolu" adlı qəzetlərin nəşrini qərara almışdır. Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspralı, Ş.Axundzadə, E.Yusifbəyli, Ü.Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi, milli-mənəvi problemləri öz dolğun ifadəsini tapmışdır.[118]
Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məşhur ziyalı xanımları – Şəfiqə xanım Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdı.
Sovet hakimiyyəti illərində
Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi.[119] 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.[120] Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.
Müstəqillikdən sonra
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin inkişafında, müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlamışdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit olunur. Ali hüquqi sənəd olan Konstitusiyada yazılır ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Azərbaycan beynəlxalq təşkilatlara üzv olduqdan sonra gender məsələləri və qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq etməyə başlamışdır.[121] Ölkə "Qadınların siyasi hüquqları haqqında" BMT Konvensiyasına (1992-ci il, 4 avqust), "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına (1996-cı il 31 may), BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız həyat" Regional Məlumatlandırma Kampaniyasına (2001-ci il), 2001–2002-ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına,"Qadınlara qarşı ayrı — seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-cu il tarixli BMT Konvensiyasına (1995-ci il 30 iyun) qoşulmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzaladı və eyni vaxtda Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı, bu da qender siyasətinin dövlətin ən vacib strategiyalarından biri olduğu demək idi. Qadın problemlərinin həllinin vacibliyi 1998-ci il sentyabrın 25-də Azərbaycan Qadınlarının I Qurultayı — gənc və müstəqil respublikanın qadınlarının birinci forumunda vurğulanmışdır.[119]
1995-ci ildə Azərbaycan "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanı (CEDAW), 2001-ci ildə isə bu Konvensiyaya Əlavə protokolu ratifikasiya etdi. 1997–2000-ci illərdə Hökumət və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda "Qender İnkişafda" layihəsi üzrə birgə fəaliyyətə başladı. Bu layihə çərçivəsində qenderlə bağlı institutlaşdırma üzrə təşkilati işlər haqqında məlumatların yayılması, həmçinin yenicə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinə və qadın qeyri-hökumət təşkilatlarına texniki yardımın göstərilməsi həyata keçirildi. Kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə onların dövlət idarəçiliyinin müəyyən səviyyələrində təmsil olunmasının praktiki olaraq təmin edilməsi məqsədilə 6 mart 2000-ci il tarixdə Prezident "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzaladı. Bu fərman qender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasını qoydu. Fərman, kişilərlə yanaşı qadınların da respublikanın bütün dövlət strukturlarında bərabər səviyyədə təmsil olunmasını, həmçinin qanunvericiliyin qender ekspertizasının keçirilməsini nəzərdə tutur. Bu Fərmanın icrasına nəzarət etmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi sözügedən Fərmanın həyata keçirilməsi ilə bağlı əldə edilən nailiyyətlər haqqında müvafiq nazirliklər və idarələrdən alınmış informasiyaya əsaslanan hesabatı hər il Nazirlər Kabinetinə təqdim edir. 6 mart 2000-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000–2005-ci illər üçün Qadın problemləri üzrə Milli Fəaliyyət Planını təsdiq etdi. Bu Plan ölkədəki mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla, Pekin Fəaliyyət Platformasının strategiyalarına əsasən işlənib hazırlanmışdır. Milli Fəaliyyət Planı nazirliklərin, komitələrin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə qender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. Bu sənəd dövlət proqramlarının hazırlanması, eləcə də qadın problemləri ilə bağlı dəqiq və təcili tədbirlərin görülməsini nəzərdə tutur. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması,qadın hüquqlarının daha geniş müstəvidə təmin olunması, dövlətin idarə olunmasında qdınların iştirakının artırılması məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında" (2006-cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur.[119] Respublikada rayon icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı 78-ə çatıb, qadın hakimlərin sayı isə 65-ə kimi yüksəlib. Diplomat qadınların sayı isə 181 nəfərdir.
Qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericiliyi
redaktəBərabərlik hüququ və ayrı-seçkiliyə yol verilməməsi
Qadınların konstitusion-hüquqi statusu ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının "bərabərlik hüququ" adlı 25-ci maddəsi ilə müəyyən olunur. Həmin maddəyə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir; kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitisiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir, insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Qadınların konstitusion-hüquqi statusu 10 oktyabr 2006-cı ildə qəbul edilmiş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə daha da konkretləşdirilir və dəqiqləşdirilir. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi kimi təsbit olunur.
Qadınların siyasi hüquqları
Siyasi hüquqlar və azadlıqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi onların həyata keçirilməsinə münasibətdə cinsi əlamətə görə kişi ilə qadın arasında heç bir fərq, ayrı-seçkilik, güzəşt və imtiyaz müəyyən etmir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi cinsi əlamətlər üzrə fərq qoymadan ümumi və bərabər seçki hüququnu təsbit edir, yəni həm aktiv, həm də passiv seçki hüququna munasibətdə cinsi mənsubiyyət əlaməti baxımından heç bir məhdudiyyət, ayrı-seçkilik, imtiyaz və üstünluk nəzərdə tutmur. Seçki Məcəlləsinə əsasən digər əlamətlərlə yanaşı cinsindən asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır (maddə 3); vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər; hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır: vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.
Siyasi hüquqlar və azadlıqlar haqqında ayrı-ayrı qanunlarda qadınların kişilərlə hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş bir sıra təminatlar müəyyən edilir. Məsələn "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu da cinsi əlamətlər üzrə fərq qoymadan vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyini (maddə 4.1.8), digər əlamətlərlə yanaşı cinsindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyini (maddə 4.1.9) dövlət qulluğunun prinsipləri kimi təsbit edir.
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanunu siyasi partiyaların yaradılma və fəaliyyət prinsiplərindən biri kimi üzvlərinin hüquq bərabərliyini nəzərdə tutur (maddə 3). Qanun həmçinin müəyyən edir ki, siyasi partiyaya üzvlük peşə, irqi, cinsi, etnik və dini əlamətlərə görə məhdudlaşdırıla bilməz.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatları istisna olmaqla, qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır (maddə 8.4); qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir.
"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanunu müəyyən edir ki, həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
Qadınların əmək hüquqları
Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində digər əlamətlərlə yanaşı, cinsi əlamət üzrə qadınların ayrı-seçkiliyini qadağan edir. Məcəllənin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun 7-ci maddəsinə əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. Bu məqsədlə işəgötürənin üzərinə bir sıra vəzifələr qoyulur. Qanunun həmin maddəsinə və Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etmək üçün işəgötürənə aşağıdakı bir sıra vəzifələr həvalə edilir:
- İşə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq.
- Cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək.
- Əməyin ödənilməsində kişi ilə qadının bərabərliyini təmin etmək. Qüvvədə olan qanunvericilik bütün şərtlər eyni olduqda kişi ilə qadının əməyinin fərqli ödənilməsini qadağan edir.
Əmək Məcəlləsində "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları" adlı ayrıca fəsil nəzərdə tutulmuşdur. Bu fəsildə qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərin dairəsi müəyyən olunur, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmamasını, habelə ezamiyyətlərinin məhdudlaşdırılmaması nəzərdə tutulur, hamilə və uşaqlı qadınlar üçün bir sıra digər imtiyazlar nəzərdə tutulur. Əmək Məcəlləsinin 241-ci maddəsi qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərini və işləri müəyyən edir. Həmin maddəyə əsasən qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərinə əmək şəraiti ağır, zərərli olan iş yerləri, habelə yeraltı tunellər, şaxtalar və digər yeraltı işlər aid edilir.
Əmək Məcəlləsi hamilə və 3 yaşına çatmamış uşaqlı qadınlar üçün bir sıra güzəşt və imtiyazlar müəyyən edir.
Qadınların təhsil hüquqları
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi cinsi əlamət üzrə heç bir fərq qoymadan, imtiyaz və güzəştlər müəyyən etmədən hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun və "Təhsil haqqında" Qanun təhsil sahəsində qadınların kişilərlə hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş mühüm təminatlar müəyyən edir. "Təhsil haqqında" Qanun əsasən bərabərlik, yəni bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulur (maddə 3.0.3).
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun təhsil sahəsində qadınların kişilərlə hüquq bərabərliyinin müdafiəsinə dair aşağıdakı təminatları nəzərdə tutur (maddə 13):
- dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir;
- işəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır;
- dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir;
- dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır.
Cinayət, cinayət-prosessual və cəza-icra hüququnda qadın hüquqları
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6-cı maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər. Bununla belə, Cinayət Məcəlləsində qadınların hüquqlarının müdafiəsinə yönəldilmiş bəzi xüsusi təminatlar da nəzərdə tutulur. Müəyyən olunur ki, ictimai işlər növündə cəza hamilə qadınlara, himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadınlara tətbiq oluna bilməz (maddə 47); ömürlük azadlıqdan məhrum etmə qadınlara təyin edilmir. Cinayət Məcəlləsi bilavasitə qadınların hüquqlarına qarşı yönəlmiş aşağıdaki əməlləri cinayət hesab edir və onların cəzalandırılmalı olduğunu müəyyən edir: cinsi zorakılıq, (maddə 108); məcburi hamiləlik (108–1); təqib (maddə 109)) zorlama (maddə 149), seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150) seksual xarakterli hərəkətlərə məcbur etmə (maddə 151), on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (maddə 152), qadını nikaha daxil olmağa məcbur etmə (maddə 176–1).
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi 2000-ci ildə qəbul edilmişdir. Qanunvericiliyin digər sahələrin olduğu kimi, cəzaların icrası sahəsində qadınlara və uşaqlara xüsusi imtiyazlı əsaslar tətbiq edilir. Hamilə qadınların cəzanı keçirdiyi müəssisədə maddi və məişət təminatına xüsusi fikir verilir (92-ci maddə). Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Hosken, Fran P. Towards a Definition of Women's Rights Human Rights Quarterly. 3. 1981. səh. 1-10.
- ↑ Lockwood, Bert B. Women's Rights: A "Human Rights Quarterly" Reader. Johns Hopkins University Press. 2006. ISBN 978-0-8018-8374-3.
- ↑ Kramer, Samuel Noah, The Sumerians: Their History, Culture, and Character, Chicago, Illinois: University of Chicago Press, 1963, səh. 78, ISBN 978-0-226-45238-8
- ↑ Binkley, Roberta. Reading the Ancient Figure of Enheduanna // Rhetoric before and beyond the Greeks. SUNY Press. 2004. səh. 47. ISBN 9780791460993.
- ↑ Nemet-Nejat, Karen Rhea, Daily Life in Ancient Mesopotamia, Daily Life, Greenwood, 1998, ISBN 978-0313294976
- ↑ Joshua J. Mark. "Women in Ancient Egypt". Ancient History Encyclopedia. 4 noyabr 2016. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ Madhok, Sujata. "Women: Background & Perspective". InfoChange India. 24 iyul 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2006.
- ↑ Mishra, R. C. Women in India: towards gender equality. New Delhi: Authorspress. 2006. ISBN 9788172733063.
- ↑ Majumdar, R.C.; Pusalker, A.D. Chapter XX: Language and literature // Majumdar, R.C.; Pusalker, A.D. (redaktorlar ). The history and culture of the Indian people, volume I, the Vedic age. Bombay: Bharatiya Vidya Bhavan. 1951. səh. 394. OCLC 500545168.
- ↑ Nardo, Don. Women of Ancient Greece. San Diego: Lucent Books. 2000. səh. 28.
- ↑ Gerhard, Ute. Debating women's equality: toward a feminist theory of law from a European perspective. Rutgers University Press. 2001. səh. 33. ISBN 978-0-8135-2905-9.
- ↑ Blundell, Sue. Women in ancient Greece, Volume 1995, Part 2. Harvard University Press. 1995. səh. 114. ISBN 978-0-674-95473-1.
- ↑ Blundell, Sue. Women in ancient Greece, Volume 1995, Part 2. Harvard University Press. 1995. səh. 115. ISBN 978-0-674-95473-1.
- ↑ Robinson, Eric W. Ancient Greek democracy: readings and sources. Wiley-Blackwell. 2004. səh. 302. ISBN 978-0-631-23394-7.
- ↑ Pry, Kay O. "Social and Political Roles of Women in Athens and Sparta". Sabre and Scroll Vol 1 Issue 2. 2012. 13 may 2017 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Robinson, Eric W. Ancient Greek democracy: readings and sources. Wiley-Blackwell. 2004. səh. 300. ISBN 978-0-631-23394-7.
- ↑ Gerhard, Ute. Debating women's equality: toward a feminist theory of law from a European perspective. Rutgers University Press. 2001. 32–35. ISBN 978-0-8135-2905-9.
- ↑ 1 2 Colish, Marcia L. The Stoic Tradition from Antiquity to the Early Middle Ages: Stoicism in classical Latin literature. BRILL. 1990. 37–38. ISBN 978-90-04-09327-0.
- ↑ C. Oğuzoğlu. Roma Hukuku. Ankara. 1959. səh. 88-89.
- ↑ R. Jhering. Roma Hukukunun Tekâmül Tarihi. Adliye Ceridesi. 1935. 237.
- ↑ H.Emiroğlu. Roma Klasik Hukuk Dönemi'nde Mal Rejimi. 50. AÜHFD. 2001. səh. 176.
- ↑ Ceylan Güneş. Roma Hukukundan Günümüze Velayet-Vesayet Hukuku. Ankara. 2004. səh. 46.
- ↑ R. Paribeni. Roma Hukukunda Ailə Kurumu (Şemseddin Talip çevirisi). 1935. səh. 236.
- ↑ A.J.Couch. Romanın Eski Hukuk Döneminde Kadın (Çev. İpek Sevda Söğüt). II. İstanbul. 2010. 1503.
- ↑ Frier and McGinn. A Casebook on Roman Family Law. 11. Cambridge University Press. 2000. səh. 461.
- ↑ Walter Eck. The Emperor and His Advisors. Cambridge University History. 2000. səh. 211.
- ↑ Sema Sandalcı. "Eski Roma'da Babanın Aile Üzerindeki Otoritesi ve ve Kadının Aile İçindeki Yeri ile ilgili Genel Bilgi". semasandalci.blogspot.com. 11 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ Teresa Morgan. "Education", in The Oxford Encyclopedia of Ancient Greece and Rome. Oxford University Press. 2010. səh. 20.
- ↑ Marietta Horster. "Primary Education", in The Oxford Handbook of Social Relations in the Roman World. Oxford University Press. 2011. səh. 90.
- ↑ Ratnapala, Suri. Jurisprudence. Cambridge University Press. 2009. 134–35. ISBN 978-0-521-61483-2.
- ↑ Jane F.Gardner. 'Women in Roman Law and Society. 1991. səh. 119.
- ↑ Smith, Bonnie G. The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London, UK: Oxford University Press. 2008. 440–42. ISBN 978-0-19-514890-9.
- ↑ Chisholm, Hugh, redaktorWomen // The Encyclopaedia Britannica Volume 28. Encyclopaedia Britannica. 1911. 783.
- ↑ Smith, Bonnie G. The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London, UK: Oxford University Press. 2008. 426–27. ISBN 978-0-19-514890-9.
- ↑ PANG Suk Man. "The Hackett Medical College for Women in China (1899-1936)" (PDF). Hong Kong Baptist University. fevral 1998. 2015-10-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2015.
- ↑ "中国近代第一所女子医学院--夏葛医学院-【维普网】-仓储式在线作品出版平台-www.cqvip.com". Cqvip.com. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
- ↑ Niida, Noboro. "Land Reform and New Marriage Law in China" (PDF). The Developing Economies. 48 (2). iyun 2010: B5. 3 aprel 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Halfond, Gregory I. Archaeology of Frankish Church Councils, AD 511-768 (ingilis). BRILL. 2010. ISBN 978-9004179769.
- ↑ 1 2 3 Ward, Jennifer. Women in England in the middle ages. New York: A & C Black. 2006. 3–4. ISBN 978-1852853464.
- ↑ Bardsley, Sandy. Women's Roles in the Middle Ages. Greenwood Publishing Group. 1 January 2007. ISBN 9780313336355. 21 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2019.
- ↑ 1 2 3 Mitchell, Linda E. Women in Medieval Western European Culture. Routledge. 12 November 2012. ISBN 9781136522031.
- ↑ Beattie, Cordelia; Stevens, Matthew Frank. Married Women and the Law in Premodern Northwest Europe. Boydell Press. 1 yanvar 2013. ISBN 9781843838333. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-19.
- ↑ 1 2 Mitchell, James. Killing Women – Gender, Sorcery, and Violence in Late Medieval Germany. GRIN Verlag. 1 noyabr 2010. ISBN 9783640741830. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-24.
- ↑ 1 2 Jewell, Helen M. Women in Late Medieval and Reformation Europe. New York: Palgrave Macmillan. 2007. 123–24. ISBN 978-0333912577.
- ↑ 1 2 3 Smith, Bonnie G. The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London, UK: Oxford University Press. 2008. 428–29. ISBN 978-0-19-514890-9.
- ↑ 1 2 Badr, Gamal M.; Mayer, Ann Elizabeth. "Islamic Criminal Justice". The American Journal of Comparative Law. 32 (1). Qış 1984: 167–69. doi:10.2307/840274. JSTOR 840274.
- ↑ Lafitau, Joseph François, cited by Campbell, Joseph in, Myth, religion, and mother-right: selected writings of JJ Bachofen. Manheim, R (trans.) Princeton, N.J. 1967
- ↑ Sweet, William. Philosophical theory and the Universal Declaration of Human Rights. University of Ottawa Press. 2003. səh. 4. ISBN 978-0-7766-0558-6.
- ↑ Lauren, Paul Gordon. The evolution of international human rights: visions seen. University of Pennsylvania Press. 2003. 29–30. ISBN 978-0-8122-1854-1.
- ↑ Naish, Camille. Death comes to the maiden: Sex and Execution, 1431–1933. Routledge. 1991. səh. 137. ISBN 978-0-415-05585-7.
- ↑ Tomory, Peter. The Life and Art of Henry Fuseli. 1972. səh. 217.
- ↑ 1 2 3 Smith, Bonnie G. The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London, UK: Oxford University Press. 2008. 443–44. ISBN 978-0-19-514890-9.
- ↑ 1 2 Porter, Cathy. Women in Revolutionary Russia. Great Britain: Cambridge University Press. 1987. səh. 39. ISBN 0 521 31969 2.
- ↑ Porter, Cathy. Women in Revolutionary Russia. Cambridge: Cambridge University Press. 1987. səh. 43. ISBN 0 521 31969 2.
- ↑ Prentice, Alison; və b. Canadian Women: A History. Harcourt, Brace, Jovanovich. 1988.
- ↑ Brennan, Brian. Alberta Originals: Stories of Albertans Who Made a Difference. Fifth House. 2001. səh. 14. ISBN 978-1-894004-76-3.
- ↑ "Henrietta Muir Edwards and others (Appeal No. 121 of 1928) v The Attorney General of Canada (Canada) [1929] UKPC 86 (18 oktyabr 1929)". bailii.org. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ Burlingame, Dwight. Philanthropy in America: A Comprehensive Historical Encyclopedia (English). ABC-CLIO. 2004. 511. ISBN 9781576078600.
- ↑ Marion, Nancy E.; Oliver, Willard M. Drugs in American Society: An Encyclopedia of History, Politics, Culture, and the Law (English). ABC-CLIO. 2014. 963. ISBN 9781610695961.
- ↑ "The Meiji Reforms and Obstacles for Women Japan, 1878–1927". 2011-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
- ↑ Rafael López Pintor; Maria Gratschew; Tim Bittiger. Voter Turnout in Western Europe Since 1945: A Regional Report. International Institute for Democracy and Electoral Assistance. 2004. ISBN 978-9185391004.
- ↑ Zirin, Mary. Women and Gender in Central and Eastern Europe, Russia, and Eurasia (Vol 1). Routledge. 2015. 2120. ISBN 978-1317451969.
- ↑ "Beyond the Glass Ceiling: Expanding Female Leadership in Mongolian Politics and Businesses". UNDP. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- ↑ "Statement on International women's day by UN Resident Coordinator in the Republic of Kazakhstan, Mr. Norimasa Shimomura and Representative of UN Women in Central Asia Mrs. Elaine Conkievich". UNDP. UN Development Programme. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- ↑ Robinson, B.A. "The status of women in the Bible and in early Christianity". Ontario Consultants on Religious Tolerance. 2010. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2010.
- ↑ Hiers, Richard H. Women's Rights and the Bible: Implications for Christian Ethics and Social Policy. Eugene, Oregon: Pickwick Publications. 2012. ISBN 978-1-61097-627-5. İstifadə tarixi: 15 oktyabr 2017.
- ↑ Frank L. Caw, Jr. "Biblical Divorce And Re-Marriage". 12 August 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2015.
- ↑ Frank L. Caw, Jr. The Ultimate Deception. 10 February 2005. ISBN 978-0-7596-4037-5. 10 yanvar 1998 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2015.
- ↑ "Universal Declaration of Human Rights". 8 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2015.
- ↑ "UNTC". un.org. 2015-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ "UNTC". Treaties.un.org. 2015-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ Morey, Dr Robert A. The Bible, Natural theology and Natural Law: Conflict Or Compromise?. Xulon Press. 2010. səh. 282. ISBN 978-1-60957-143-6.
- ↑ Morey, Dr Robert A. The Bible, Natural theology and Natural Law: Conflict Or Compromise?. Xulon Press. 2010. səh. 297. ISBN 978-1-60957-143-6.
- ↑ Morey, Dr Robert A. The Bible, Natural theology and Natural Law: Conflict Or Compromise?. Xulon Press. 2010. səh. 214. ISBN 978-1-60957-143-6.
- ↑ Morey, Dr Robert A. The Bible, Natural theology and Natural Law: Conflict Or Compromise?. Xulon Press. 2010. səh. 212. ISBN 978-1-60957-143-6.
- ↑ "香港政府華員會". Hkccsa.org. 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
- ↑ "Celebrating two lives well lived | News | Toronto Sun". m.torontosun.com. 6 aprel 2012. 16 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2014.
- ↑ "世界日報電子報 – World Journal ePaper". Epapertor.worldjournal.com. 12 avqust 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
- ↑ Connor, Kevin. "Life, love and service | Toronto & GTA | News". Toronto Sun. 7 aprel 2012. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
- ↑ "Archived copy" (PDF). 9 may 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2016.
- ↑ "Equality". European Commission - European Commission (ingilis). 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
- ↑ Kaevan Gazdar. Feminism's Founding Fathers: The Men Who Fought for Women's Rights. John Hunt Publishing. 2016. ISBN 978-1-78099-161-0.
- ↑ "Women's Suffrage". Scholastic. 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ Tadeusz Swietochowski. Russia and Azerbaijan: A Borderland in Transition. Columbia University Press, 1995. ISBN 978-0-231-07068-3 and Reinhard Schulze. A Modern History of the Islamic World. I.B.Tauris, 2000. ISBN 978-1-86064-822-9.
- ↑ BBC. "Radio 4 Woman's Hour – Timeline:When women got the vote". bbc.co.uk. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ Rafael López Pintor; Maria Gratschew; Tim Bittiger. Voter Turnout in Western Europe Since 1945: A Regional Report. International Institute for Democracy and Electoral Assistance. 2004. ISBN 978-9185391004.
- ↑ ""Kuwait grants women right to vote" CNN.com (May 16, 2005)". CNN. 16 may 2005. 2 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2011.
- ↑ "Married Women's Property Act | 1848 | New York State". Womenshistory.about.com. 2016-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2011.
- ↑ "Property Rights Of Women". Umd.umich.edu. 5 avqust 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2011.
- ↑ Married Women's Property Acts (United States [1839]) – Britannica Online Encyclopedia // Britannica.com. 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2011.
- ↑ "Project MUSE – Journal of Women's History – Married Women's Property and Male Coercion: United States Courts and the Privy Examination, 1864–1887". Muse.jhu.edu. İstifadə tarixi: 30 avqust 2011.
- ↑ Palmer, Edith. "Germany: Inheritance Laws in the 19th and 20th Centuries". www.loc.gov. 2015-09-06. 2021-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17. (#invalid_param_val)
- ↑ "Archived copy". Archived from the original on 1 aprel 2011. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Why can't women drive in Saudi Arabia?". www.bbc.co.uk. 2017-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17. (#invalid_param_val)
- ↑ "The History of Passports in Australia". web.archive.org. 2006-06-14. Archived from the original on 2006-06-14. İstifadə tarixi: 2019-06-17.
- ↑ "Saudi Arabia implements end to travel restrictions for Saudi women - agency". Reuters. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2019. (#apostrophe_markup)
- ↑ "Constitution". www.who.int (ingilis). 2019-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
- ↑ "Women's health". WHO. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
- ↑ "Female genital mutilation". www.who.int (ingilis). 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
- ↑ "Convention against Discrimination in Education". unesco.org. 29 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2015.
- ↑ "International Covenant on Economic, Social and Cultural Rights". ohchr.org. 2013-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ Gordon, Linda. The moral property of women: a history of birth control politics in America. University of Illinois Press. 2002. səh. 55. ISBN 978-0-252-02764-2.
- ↑ Gordon, Linda. The moral property of women: a history of birth control politics in America. University of Illinois Press. 2002. səh. 56. ISBN 978-0-252-02764-2.
- ↑ Gordon, Linda. The moral property of women: a history of birth control politics in America. University of Illinois Press. 2002. səh. 59. ISBN 978-0-252-02764-2.
- ↑ "The March for Women's Lives, April 2004". www.jofreeman.com. 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
- ↑ Wilkinson Meyer, Jimmy Elaine. Any friend of the movement: networking for birth control, 1920–1940. Ohio State University Press. 2004. səh. 184. ISBN 978-0-8142-0954-7.
- ↑ "UN Department of Economic and Social Affairs. Division for the Advancement of Women". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.
- ↑ "Short History of the Commission on the Status of Women" (PDF). 2017-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-06.
- ↑ Bellek, Umut. Birleşmiş Milletler Kadınlara Karsı Her Türlü Ayrımcılığın Önlenmesi Sözleşmesi (CEDAW) ve Denetim Mekanizması. 2006.
- ↑ Gear, Felice. Women, International Law and International Institutions: The Case of the United Nations. Women's Studies International Forum. 2009.
- ↑ Pekin+5 Siyasi Deklarasyonu ve Sonuç Belgesi Pekin Deklarasyonu ve Eylem Platformu. Ankara. (#first_missing_last)
- ↑ QADIN HÜQUQLARININ MÜDAFİƏSİ: BEYNƏLXALQ VƏ MİLLİ ASPEKTLƏR. Bakı. 2018.
- ↑ Hüseynov, Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı: "Çənlibel". 2007.
- ↑ Şahverdiyev, A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı. 2006.
- ↑ 1 2 Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası I cild. Bakı: "Lider" nəşriyyat. 2004.
- ↑ Azərbaycan Xalq Cumhuriyyəti Parlament (stenoqrafik hesabatlar). Bakı. 1998.
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil və maarif". oxu.az. oxu.az. Archived from the original on 2021-09-16. İstifadə tarixi: 18 fevral 2017.
- ↑ Azərbaycan Demokratik Respublikası: Azərbaycan höküməti (1918- 1920) (PDF). Gənclik. 1990. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 19 fevral 2017.
- ↑ 1 2 3 "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında". www.e-qanun.az. www.e-qanun.az. Archived from the original on 2022-08-29. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Mətbuatın sovet dövrü". www.azerbaijans.com. 2019-07-17 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir". www.xalqqazeti.com. www.xalqqazeti.com. 2016-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
Xarici keçidlər
redaktə- Qadınlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması üzrə BMT Konvensiyaları
- Qadın Hüquqları
- Zorakılığa qarşı Ümumdünya konfransı: Qadınlara qarşı zorakılığa yox!
- Qadınlar tarixi ayı/ History.com at the Wayback Machine (archived 2009-03-05)
- Qadın hüquqları üzrə resurs proqramı at the Library of Congress Web Archives (archived 2002-08-08)
- Qadın hüquqları ilə bağlı xəbərlər, internet resursları